MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

  

   


MİLLİ GÖRÜŞ

12

 



bütün  insanlığın  xoşbəxtliyi  üçün  insanlığa  böyük 

xidmətlər  etmiş  və  insanlıq  mədəniyyətinə  öz 

töhfələrini vermişdir.

Müsəlmanlığın  qayəsi  bütün  insanların  dünya 

və  axirət  xoşbəxtliyidir.  Yaxşı  bir  insan  ola  bilmək 

və  dünya  imtahanından  keçə  bilmək  üçün  hər  bir 

müsəlman bütün insanların xoşbəxtliyi üçün Cənabı-

Haqqın verdiyi yuxarıda bildirilən məziyyətlərlə:

a)  Doğru  və  yanlışı  ayırdıqdan  sonra  doğrunun 

hakim olması üçün,

b) Yaxşı  ilə  pisi,  gözəl  ilə  çirkini  ayırd  etdikdən 

sonra yaxşı və gözəlin hakim olması üçün,

c)  Faydalı  və  zərərlini  ayırd  etdikdən  sonra 

faydalının hakim olması üçün,

ç) Ədalət və zülmü ayırd etdikdən sonra ədalətin 

hakim olması üçün bütün gücü ilə fəaliyyət göstərməyi 

özünə  vəzifə  bilər  və  bunu  ən  böyük  ibadət  sayar, 

çünki səadət və xoşbəxtlik doğrunun, yaxşı və gözəl 

olanın, faydalının və ədalətin hakim olması ilə ortaya 

çıxır.


Və  yaxşı  insan  olmaq  üçün  hamının  yaxşılığını 

istəmək və bu yolda ciddiyyətlə işləmək lazımdır.



c. 2. İslam Mədəniyyətinin Səadət və Xoşbəxtliklə 

Əlaqədar Əsas Xüsusiyyətləri:

Səadət  və  xoşbəxtliyin  şərtlərini  həqiqətə  çevirə 

bilmək  üçün  müqayisələr  aparmaqdan  ötrü  bu 

xüsusiyyətlərin  qrafik  şəkildə  göstərilməsi  böyük 

əhəmiyyət kəsb edir.

Bu qrafikdən göründüyü kimi İslam mədəniyyətinin 

əsas xüsusiyyətləri bunlardır:

1. Hüzur və sülh üçün: “Şəfqət, sevgi, tolerantlıq/

dözüm”.

2.  Hürriyyət  və  azadlıq  üçün:  “İnsan  haqlarına 



hörmətlə  yanaşmaq  və  əsas  insan  haqlarına  böyük 

əhəmiyyət vermək”.

3.  Ədalət  üçün:  “Əsl  haqq  anlayışı.  Haqqı  üstün 

tutmaq”.


4.  Rifah  üçün:  “Özün  üçün  istədiyini  qardaşın 

üçün  də  istəmək”,  “Hamı  üçün  Rifah”,  “Ədalətli 

Əməkdaşlıq”.

5.  İzzət  və  Etibar  üçün:  “Hər  şeydən  əvvəl 

əxlaq  və  mənəviyyat”a  böyük  əhəmiyyət  vermək. 

“Mənəviyyatçı  olmaq”,  “Nəfsin  tərbiyə  olunmasını 

əsas götürmək”.

ç)  Qərb  Mədəniyyətinin  Səadət  və  Xoşbəxtliklə 

Əlaqədar Xüsusiyyətləri:

Buna  zidd  olaraq  qərb  mədəniyyətinin 

xüsusiyyətləri aşağıdakılardır:

1. Hüzur və sülh ilə əlaqədar olaraq: “Müsəlmanlara 

qarşı kin və nifrət hissi”.

2.  Hürriyyət  və  azadlıqla  əlaqədar  olaraq: 

“Təzyiq,  təhəkküm  (hakim  olmaq,  məhkum  etmək), 

müsəlmanlar üçün insan haqlarının olmaması”.

3. Ədalətlə əlaqədar olaraq: “Yanlış haqq anlayışı, 

gücə üstünlük vermək, ikili standart”.

4.  Rifahla  əlaqədar  olaraq:  “Mənfəət,  doymaq 

bilməyən tamah, istismar, kapitalizmin insana verdiyi 

“İnsan insanın qurdudur” – tərifi”.

5. İzzət və etibarla əlaqədar olaraq: “Materializm, 

nəfsə əsir olmağı əsas götürmək”.

d)  Qərb  Mədəniyyəti  Nə  Özünü,  Nə  Də  İslam 

Mədəniyyətini Tam Şəkildə Tanımır: 

Qərb mədəniyyətinə görə tərbiyə olunmuş insanlar 

öz  mədəniyyətlərinin  əsasında  yuxarıda  açıqladığımız 

əsas xüsusiyyətlərin dayandığının fərqində deyildirlər.

Bu vəziyyət tərbiyə şərtləri və yaşadıqları şəraitin 

meydana gətirdiyi təbii bir nəticədir. Bu, balığın bütün 

kainatın  sudan  ibarət  olduğunu  zənn  etdiyi  kimidir. 

Onlar  aldıqları  təlqinlərlə  əsrlərdən  bəri  əslində  bu 

xüsusiyyətlər  içində  yaşamış  və  inkişaf  etmişlər  və 

onlara  belə  təlqin  edilmişdir  ki,  bu  xüsusiyyətlər 

insanlara  xoşbəxtlik  gətirəcək  ən  gözəl  və  ən  doğru 

xüsusiyyətlərdir.  Onlarla  əlaqə  yaratmaq,  şəfqətlə  və 

dostcasına dialoqla onları həqiqətlər barəsində xəbərdar 

etmək lazımdır. Bunun bütün insanlıq üçün böyük bir 

rolu vardır. Və bu mövzu insanlığın problemlərinin həll 

olunmasında ən önəmli nöqtələrindən birini təşkil edir.



e) İslam Mədəniyyəti və Qərb Mədəniyyətinin 

Əsas Xüsusiyyətləri:

İslam mədəniyyətinin əsas xüsusiyyətləri ilə Qərb 

mədəniyyətinin  əsas  xüsusiyyətlərini  asan  şəkildə 

müqayisə edə bilmək üçün bu xüsusiyyətlərə ən təsirli 

əsas  bir  xüsusiyyətlə  tərif  vermək  zərurəti  vardırsa, 

onu belə müəyyənləşdirə bilərik:

– İslam mədəniyyətinin əsas xüsusiyyəti: “Haqqı 

üstün tutmaq”.  

– Qərb mədəniyyətinin əsas xüsusiyyəti isə: “Gücü 

üstün tutmaq”dır. 

İnsanlıq  tarixi  boyunca  insanların  xoşbəxt  olub-

olmadıqları baxımından yaşanan dövrlər araşdırıldıqda 

görünür ki, nə vaxt “haqqı üstün tutan” bir zehniyyət 

və  mədəniyyət  dövründə  yaşamışdırlarsa,  xoşbəxt 

olmuşlar. Nə vaxt da “Gücü üstün tutan” bir zehniyyət 

və  mədəniyyət  dövründə  yaşamışdırlarsa,  o  vaxt  da 

xoşbəxt  olmamışlar,  daim  zülm  içərisində  və  iztirab 

çəkərək yaşamışlar.




MİLLİ GÖRÜŞ

13

 



Buna  görədir  ki,  Hz.  Əbubəkr  Siddiq  (r.  ə) 

əfəndimiz  xəlifə  olduqdan  sonra  ilk  xütbəsində  belə 

buyurmuşdur: “Ey insanlar! Sizin içinizdə ən yaxşınız 

olmamağıma baxmayaraq, sizə rəhbər seçilmişəm. 

Bu vəziyyətdə şayəd mən yaxşı hərəkət edərəmsə, 

mənə yardım edin. Şayəd mən pis davranaramsa, 

mənim  səhvlərimi  düzəldin.  Həqiqətən,  doğruluq 

etimad və təhlükəsizlikdir. Yalan isə təhlükəsizlik və 

etimada qarşı bir sui-istemaldır 

1

. İndi sizin içinizdə 

zəif olan (zülmə məruz qalmış, məzlum) şəxs onun 

naminə haqqı alıncaya qədər o, mənim nəzərimdə 

güclüdür və sizin içinizdə (zülm edən, zalım) olan 

şəxs, haqqı ondan qoparıb alıncaya qədər mənim 

nəzərimdə zəifdir inşallah!” Bu xütbədə deyilənlərin 

çox böyük əhəmiyyəti və mənası vardır.



B.  II.  Doğru  və  Yanlış  Haqq  Anlayışlarının 

Fərqi və Bunun Mədəniyyətlər Tarixinə Təsiri. 

a) Doğru və Yanlış Haqq Anlayışlarının Fərqi;

“Əsl haqq anlayışı” ilə, yəni “Haqqı üstün tutmaq” 

zehniyyyəti  ilə  “Yanlış  haqq  anlayışı”,  yəni  “Gücü 

üstün tutmaq” zehniyyəti arasındakı fərq budur.

Nəzərinizə  çatdıraq  ki,  tarix  boyunca  fironlar 

insanlara  zülm  edərkən  “biz  sizə  zülm  edirik  və 

zülm  etməyə  davam  edəcəyik”,  –  deməmişlər,  “bu 

etdiklərimiz bizim haqqımızdır”, – demişlər.

Halbuki zülm və iztirab sözü əslində “yanlış haqq 

anlayışı”ndan qaynaqlanmışdır. 

Aralarındakı haqq anlayışı fərqi budur.

Doğru  haqq  anlayışına  görə  haqq  dörd  şeydən 

meydana gəlir:

1. Doğulan gündən insanlara verilən haqlar, təməl 

insan haqları;

– Yaşama haqqı,

– Mülkiyyət haqqı,

– Etiqad azadlığı (dörd ünsürü ilə; ifadə azadlığı, 

təhsil  azadlığı,  təşkilatlanma  azadlığı,  inandığı  kimi 

yaşaya bilmə və ibadət azadlığı), 

– Nəslin qorunması haqqı,

– Ağlın qorunması haqqı,

– Və digər təməl insan haqları azadlıqları, məsələn 

səyahət, iş əldə edə bilmək, məslək seçə bilmə və s.

2. Əmək qarşılığı haqlar.

3. Qarşılıqlı razılaşma ilə bağlanan müqavilələr və 

sazişlər.

4. Ədalətin tələbi olaraq ortaya çıxan haqlar.

Bax, həqiqi haqq anlayışına görə haqq yalnız bu 

dörd səbəbdən meydana gələr, başqa səbəblərdən haqq 

meydana gəlməz. 

Buna qarşılıq “Yanlış Haqq Anlayışı”na görə isə 

haqq sadəcə bu dörd səbəbdən meydana gələr, başqa 

səbəblərdən haqq yarana bilməz.

1. Güc,

2. Çoxluq,



3. İmtiyaz,

4. Mənfəət.

Elə bu səbəblərə görə yanlış haqq anlayışı insanlara 

xoşbəxtlik gətirə bilməz. İnsanların xoşbəxtliyi üçün 

gerçək haqq anlayışını mənimsəmək və tətbiq etmək 

əsas şərtdir.



b)  Mədəniyyətlər  Tarixinə  Baxış:  “Haqqı 

Üstün  Tutma”ğın  xoşbəxtlik  və  səadət,  “Gücü 

Üstün Tutma”ğın isə zülm gətirdiyi həqiqətini bütün 

insanlıq  tarixi  açıq  bir  şəkildə  göstərir.  Belə  ki, 

insanlıq tarixinə çox qısa bir baxış keçirdikdə də bu 

həqiqəti  görmək  mümkündür:  İnsanların  səadət  və 

xoşbəxtliyə  qovuşmalarının  yolunu  peyğəmbərlər 

göstərmişdir.  Onların  açdıqları  cığırla  haqqı  üstün  

tutan  mədəniyyətlər  dövrü  yaşanmış  və  insanlar 

xoşbəxt olmuşlar.

Lakin insanların yanlış yollara sapmaları ilə haqqı 

üstün tutan mədəniyyətlərin ardınca gücü üstün tutan 

mədəniyyətlər  hakim  olmuş  və  ilahi  təqdirə  əsasən 

müəyyən  bir  müddətdən  sonra  zəifləmiş,  maddi 

gücünü  və  yer  üzündəki  hakimiyyətini  yavaş-yavaş 

itirmiş və yıxılmışdır. Hətta bu dövrlərin ən güclü, ən 

parlaq  olduğu  zamanlarda  qarşı  zehniyyətə  dayanan 

inkişaflar  olmuş,  bir  müddətdən  sonra  bu  qarşı 

zehniyyət yer üzündə təkrarən hakim olmuşdur.

Bu  günə  çatana  qədər  insanlıq  gecəni  izləyərək 

gündüz, gündüzü izləyərək gecə kimi bir “xoşbəxtlik 

dövrü”, bir də “zülm dövrü” yaşamışdır.

Aşağıdakı tablo insanlıq tarixindəki haqqı və gücü 

üstün  tutan  mədəniyyətlərin  bir-birinin  ardınca  necə 

gəldiklərini, gecə və gündüz dövrlərini xülasə şəkildə 

göstərir. 



Necə ki: 

1.  Tarixin  yazı  ilə  başladığı,  ilk  yazıdan  da 

Mesopotamiyada  istifadə  edildiyi  hamı  tərəfindən 

qəbul edilir. 

İnsanlıq  tarixinin  5000  illik  tarixi  dövrünə  göz 

atdığımız  zaman  5000  il  əvvəl  Mesopotamiyada 

Nəmrudların  təsiri  altında  “Gücü  Üstün  Tutan”  bir 

mədəniyyət  mövcud  olduğu  halda,  bir  müddətdən 

sonra İbrahim (ə) gəlmiş və onun rəhbərliyi altında bir 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə