MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   2   3   4   5   6   7   8   9   ...   43

MİLLİ GÖRÜŞ

7

 



ifrata  varan  şəxs”. Yəni  bizi  ən  aşağı  dərəcələrə 

salan.  Orta  yol  bununla  onun  arasında  bərabərlik 

meydana gətirməkdədir. 

Ondan  sonra  (yəni  185-ci  ayədən  sonra) 

şərafətli ayə ramazan ayının fəzasında davam edir: 

“Bəndələrim  Məni  səndən  soruşduqda  söylə 

ki,  Mən  onlara  yaxınam”.  Allah-Taala  ramazan 

ayında  və  başqa  aylarda  bizə  demək  istəyir  ki, 

“Rəbbiniz  buyurdu:  “Mənə  dua  edin,  Mən  də 

sizin dualarınızı qəbul edim!”

10

 Yəni Mənə tərəf 

gəlin. Təsəvvür etməyin ki, Mən qeyb, yaxud şühud 

(müşahidə)  dünyasında  sizdən  uzağam.  Mənim 

əslimə  heç  kim  vara  bilməz,  lakin  rəhmətim, 

lütfüm,  inayətim,  əfvim,  məğfirətim  və  rüfətimlə 

Mən çox yaxınam. Deməli, Mən yaxınam və sizin 

dərdlərinizdən, arzularınızdan, müşküllərinizdən və 

məsələlərinizdən uzaq deyiləm. Mənə tərəf gəlin ki

Mən yaxınam. “Biz ona (insana) şah damarından 



da yaxınıq!”

11

, “Dua edib Məni çağıranın duasını 

qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı 

qəbul edib Mənə iman gətirsinlər”

12

. Mən bu ilahi 

sözləri çox dostcasına və mehribancasına görürəm. 

Sanki Allah buyurur ki, Mənə tərəf gəlin və Məndən 

uzaqlaşmayın, çünki sizə Məndən yaxın heç kimsə 

yoxdur.

“Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) 

görmürsünüz!”

13

 Nə üçün Məndən uzaqlaşmısınız? 

Halbuki  Mən  sizə  yaxınam  və  hər  bir  çağıranın 

çağırışını  qəbul  edirəm.  Əcəba,  dərdiniz  yoxdur?! 

Mənə tərəf gəlin və onun dərmanını Məndən istəyin. 

Əcəba, çətinliyiniz yoxdur? Mənim hüzuruma gəlin, 

onu sizin üçün həll edim. “Dua edib Məni çağıranın 

duasını  qəbul  edərəm.  Gərək  onlar  da  Mənim 

çağırışımı qəbul edib Mənə iman gətirsinlər”. Sizi 

çağırdıqda nə üçün cavab vermirsiniz?! Əbuhəmzə 

Sumali  duasında  oxuyuruq:  “Ondan  başqa  heç 

bir  varlığı  çağırmadığım  Allaha  həmd  olsun. 

Əgər  Ondan  başqasını  çağırsam,  duam  qəbul 

olunmaz.  Ondan  başqasına  ümid  etmədiyim 

Allaha həmd olun. Əgər Ondan başqasına ümid 

bağlasam, naümid olaram. Mənə xəyanət etsinlər, 

– deyə məni insanların öhdəsinə buraxmayan, Öz 

öhdəsinə alan Allaha həmd olsun!” Beləcə, Allah 

bizə öyrədir ki, Onun dəvətinə cavab verək. “Gərək 



Mənə iman gətirəsiniz”, çünki Mən elə bir Allaham 

ki, Ondan başqa Pərvərdigar yoxdur. “Bununla da 



ola bilsin ki, doğru yola yetişsinlər”. Deməli, bu 

yol həmin hidayət yoludur.



RAMAZAN AYININ AÇARI

Əzizlərim,  bu  ramazan  ayının  həmin  açarıdır. 

Buna  əsasən  sizi  bu  aya  daxil  etməyən  digər 

açarlardan  istifadə  etməyin.  Çoxları  bu  ayı  rəqs, 

mahnı, oyun-əyləncə, ğina, içki və sərxoşluq ayına 

çevirir.  Bir  çox  dövlətlər  məharətli  xanəndələr  və 

rəqqasələr gətirirlər ki, ta ramazan ayında camaatı 

Allahdan və özlərindən uzaqlaşdırsınlar. “Camaat 



oruc tutmaqla yorulur və bu proqramlarla onları 

şadlandırmaq lazımdır”, – sözünü deməklə özlərini 

təmizə çıxarmaq istəyirlər. Camaatı çətinliyə düçar 

edən  orucun  bihudə  rahatlıqlara  ehtiyacı  yoxdur, 

əksinə camaatı Allaha doğru qaldıran yüksəlişdəki 

hüzura,  Allah  haqqında  söhbət  etməyə,  Allah 

qarşısında qəlbin qorxu və sayğı ilə dolu olmasına 

(xüşuya), Allah qarşısında ağlamağa, Allaha itaətdə 

olan şadlığa ehtiyac vardır. 

Əzizlərim! Allahın bu ayda (günahlardan – müt.) 

azad etdiyi şəxslər vardır. Allahdan istəyin ki, Onun 

azad etdiyi şəxslərdən olasınız. 

Necə ki Peyğəmbər (s) buyurmuşdur: “Bu ayda 



Cənnətin  qapıları  açıqdır.  Allahdan  istəyin  ki, 

bu  qapıları  sizin  üzünüzə  bağlamasın;  bu  ayda 

Cəhənnəm  atəşinin  qapıları  bağlıdır,  Allahdan 

istəyin ki, bu qapıları sizin üzünüzə açmasın, bu 

ayda  Şeytanın  əli  bağlıdır,  Allahdan  istəyin  ki, 

Şeytanı sizə hakim etməsin. Bu ayda ilahi ziyafətə 

dəvət olunmusunuz və bu ayda ilahi kəramətdən 

faydalananların  zümrəsində  qərar  tutmusunuz. 

Bu  ayda  nəfəsləriniz  təsbih,  yuxularınız  ibadət, 

əməlləriniz  və  duanızsa  qəbuldur.  Buna  əsasən 

sədaqətdolu niyyətlər və pak qəlblərlə Allahdan 

istəyin ki, sizi oruc tutmaqda və Quran oxumaqda 

müvəffəq  etsin,  çünki  bu  böyük  ayda  ilahi 

məğfirətdən məhrum qalan şəxs bədbəxtdir”. 

*  Xütbə  4  dekabr  1999-cu  ildə  söylənmişdir.  Xütbəni 

tərcümə etdi: Xəyyam Əliağa oğlu Qurbanzadə 

1. “Ənkəbut”, 45 

2. “Bəqərə”, 185

3.  “Səhifeyi-Səccadiyyə”,  “Sabah  və  axşam  vaxtların-da 

oxunan dua”

4. “Bəqərə”, 185

5. “Həcc”, 78

6. “Bəqərə”, 286

7. “Nəhl”, 53

8. “Nəhl”, 18

9. “Ənbiya”, 27

10. “Mumin”, 60

11. “Qaf”, 16

12. “Bəqərə”, 27

13. “Vaqiə”, 85



  

   


MİLLİ GÖRÜŞ

8

 



Rəhman, Rəhim Allahın Adı İlə!

Həmd olsun Allaha – aləmlərin Rəbbinə! 

Səlam və rəhmət olsun bizə elçi olaraq göndərilmiş 

Mühəmmədə və onun Əhli-Beytinə və bütün 

əshabələrinə!

Çıxışıma başlamazdan əvvəl bütün iştirakçıları 

sayğı və sevgi ilə salamlayıram. Və yenə hər şeydən 

əvvəl insanlıq tarixinin bu qədər önəmli bir dönüş 

nöqtəsində olduğunu diqqətinizə çatdırıram. Bütün 

insanlığın xoşbəxtliyi qayəsilə mövzusu “İslam və 

Mədəniyyətlər  Dialoqu”  olan  bu  beynəlxalq  elmi 

və mədəni simpoziumu təşkil etdiyinə görə əvvəla, 

Səudiyyə  Ərəbistanı  Kralı  Fəhd  ibn  Əbdüləzizə, 

kral Əbdüləziz Xalq Kitabxanasının İdarə Heyətinin 

qiymətli  Sədri  möhtərəm  Vəliəhd  Əmir  Abdullah 

ibn  Əbdüləzizə  və  idarə  heyətinin  digər  dəyərli 

üzvlərinə təşəkkür edirəm. 

Konfransa  təşrif  buyurmuş  möhtərəm  seçkin 

zəvatın hamısına da eynən qəlbən təşəkkür edirəm. 

Və  bu  beynəlxalq  elmi  və  mədəni  simpoziumun 

İslam  dünyası  və  bütün  insanlıq  üçün  xeyirlərə 

İSLAM-QƏRB 

ƏLAQƏLƏRİ VƏ 

ONUN GƏLƏCƏYİ

Prof. d-r Nəcməddin Ərbakan

Mərhum  Ərbakan  Xocamız  həyatını  bütün  insanlığın 

xoşbəxtliyi  üçün  “Yeni  Bir  Dünya”nı  qurmağa  həsr  etmişdir. 

Buna  görə  də  müxtəlif  sahələrdə  ciddi  şəkildə  fəaliyyət  göstərmiş, 

müsəlman cəmiyyətləri bir yerə toplamış, layihələr işləyib hazırlamış, 

konfranslar keçirmiş və nəticədə D-8-i qurmuşdur. D-8-ləri çəyirdək 

olaraq  quran  Ərbakan  Xocamız  ardınca  D-60  və  D-160-ları 

formalaşdırmağı  da  planlaşdırmışdır.  Bu  fəaliyyətlərlə  əlaqədar 

olaraq  onun  2002-ci  ildə  Səudiyyə  Ərəbistanının  paytaxtı  Riyadda 

tərtib  olunan  və  mövzusu  “İslam  və  Mədəniyyətlər  Dialoqu”  olan 

simpoziumda söylədiyi “İslam-Qərb Əlaqəsi və Gələcəyi” adlı nitqi 

çox böyük tarixi əhəmiyyətə malikdir. Bu gün İslam dünyasının və 

dünyanın mövcud sıxıntılardan xilas ola bilməsinin çarələri bu nitqdə 

bəyan edilmişdir. İndi isə siz oxucularımızı Ərbakan Xocamızla baş-

başa buraxırıq. 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə