MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

  

   


MİLLİ GÖRÜŞ

18

 



etməyə  başladılar.  Embarqolar  qoydular.  Müsəlman 

ölkələrdəki günahsız xalq zülm gördü. İkili standarta 

çox təəssüflər olsun ki, BMT-ni də alət etmək istədilər. 

Bu  davranış  cəmiyyətlər  arasında  xoşbəxtlik  yerinə 

gərginlik,  qarşıdurma  və  düşmənçilik  duyğularının 

yaranmasına  səbəb  oldu.  Bütün  bunlar  cəmiyyətə 

fayda deyil, zərər gətirdi.

–  Bu  həqiqətdən  alınacaq  dərs  “İnsan  Haqları 



Yalnız Bizə Deyil, Hamıya Lazımdır” dərsidir. Yəni 

“İkili Standart Deyil, Ədalət” dərsidir.

4.  İnsanlığın  xoşbəxtliyi  üçün  “Üstünlük  Deyil, 

Bərabərlik” əsas götürülməlidir. 

XX əsr boyunca bəzi inkişaf etmiş ölkələr sahib 

olduqları maddi gücə güvənərək digər ölkələrə həmişə 

yuxarıdan aşağı baxdılar.

– Halbuki XX əsrin, məsələn son 20 ilində Uzaq 

Şərq  ölkələrindəki  böyük  inkişaf  maddi  gücün  nə 

qədər  asan  bir  şəkildə  əldən-ələ  keçə  bildiyinin  açıq 

dəlilidir.

–  Aparılan  araşdırmalar  XXI  əsrdə  dünyanın 

iqtisadi  fəaliyyətlərinin  ağırlıq  mərkəzinin  artıq 

Avropa və Amerikadan  Uzaq Şərqə və Asiyaya doğru 

sürüşəcəyini göstərir.

– Bütün bu inkişaflar, səadət və xoşbəxtlik üçün 

ölkələr  arasındakı  münasibətlərdə  artıq  “Üstünlük 



iddialarının  deyil,  Bərabərliyin”,  yəni  “Üstünlük 

Deyil,  Bərabərlik  Prinsipini”nin  əsas  götürülməsi 

lazım olduğunu göstərmişdir.

5.  İnsanların  Səadəti  üçün  “İstismar  deyil, 

Əməkdaşlıq” əsas götürülməlidir.

– XX əsr boyunca bəzi zəngin qərb ölkələri inkişaf 

etməkdə  olan  ölkələrə  ağır  faizlərlə  borc  verməyi, 

onların zənginliklərini “əlimdə fürsət varkən nə üçün 

əzməyim  ki?”  –  düşüncəsi  ilə  istismar  etməyi  əsas 

götürdülər. 

– 2-ci Dünya Müharibəsinin səbəblərindən birinin 

də Hitlerin “Almaniyaya da koloniyaların verilməsinin 

lazım olduğu” iddiası deyildirmi?

–  Bu  davranışların  hamısı  da  səhvdir,  çünki 

“səadət həmişə bərabər olur. Qonşusu ac ikən özü 

tox yatan xoşbəxt ola bilməz”.

Aparılan  təhqiqatlar  bu  yanlış  siyasətlər 

dəyişdirilmədikcə  XXI  əsrdə  əhali  artımının 

yaşanacağı, kasıb Afrika xalqından meydana gələcək 

milyonlarla  insanın  qədim  tarixi  dövrlərdə  olduğu 

kimi yığınlar halında gələrək Avropanı işğal edəcəyi 

şərtlərinin yarana biləcəyini göstərməkdədir.

–  Bütün  bu  səbəblər  XX  əsrdən  alınacaq  digər 

bir dərsin “İstismar Deyil, Əməkdaşlıq” dərsi olması 

lazım olduğunu göstərir.

6.  Cəmiyyətlərin  səadət  və  xoşbəxtliyi  üçün 

“Hücumlara  məruz  qoymaq,  faşist  siyasəti 

yeritmək yox, insan haqları və azadlıqları”nın əsas 

götürülməsi lazımdır.

XX əsrdən alınması lazım olan ən önəmli dərs də 

budur. 


    MÜALİCƏ (TƏDAVİ)

İslam-Qərb Dialoqu və Həsrəti Çəkilən Dünyanın

Qurulması Üçün Atılan Addımlar və Atılması 

Lazım Olan Addımlar

a) Atılan Addımlar: D-8 Kampaniyası

B-IV bölümdəki açıqlamalar ilə əslində D-8-lərin 

bayrağındakı  6  ulduzun  mənasını  və  əhəmiyyətini 

ortaya qoyduq.

D-8-lərin bayrağını görürük. Bu bayrağın üzərində 

simvolik olaraq 6 ulduz yerləşir.

D-8-lərin bayrağındakı 6 ulduzun mənası:

1. Müharibə deyil, Sülh!

2. Qarşıdurma deyil, Dialoq!

3. İkili standart deyil, Ədalət! 

4. Üstünlük deyil, Bərabərlik! 

5. İstismar deyil, Əməkdaşlıq!

6. Təzyiq və faşizm deyil, İnsan haqları və azadlıq.

Yuxarıdakı  açıqlamalardan  göründüyü  kimi  D-8 

Kampaniyası  XX  əsrdə  yaşanan  zülm  və  acılardan 

sonra alınması lazım olan dərslərə diqqət edilərək XXI 

əsrə intiqal edən çox əhəmiyyətli bir hadisədir.

Yuxarıdakı  B  bölməsində  Qərb  mədəniyyətinin 

əsas  xüsusiyyətlərini  izah  etməyə  çalışdıq  və  əsas 

xarakterinin gücü üstün tutmaq olduğunu ifadə etdik.

Qərb  zehniyyəti  bu  xüsusiyyətini  G-7  vasitəsilə 

tətbiq  etməyə  çalışır.  G-7-lər  Qərb  zehniyyətinə 

dayanılaraq  qurulmuşdur.  İnkişaf  etmiş  ölkələr  bu 

zehniyyəti  tətbiq  etmək  üçün  G-7-lər  vasitəsilə  öz 

aralarında  həmrəylik  içindədirlər.  Və  geri  qalmış 

ölkələrə bir çox haqsızlıqlar etməkdədirlər. 

Geri  qalmış  ölkələrin  “Gəlin  üzərində  birlikdə 

yaşadığımız bu dünya üçün birlikdə yeni bir dünya 

nizamı quraq!” – təkliflərinə onları gücsüz gördükləri 

üçün əhəmiyyət verməməkdədirlər.

Bax,  buna  görə  insanlığın  səadəti  üçün  yeni 

bir  dünyanın  qurula  bilməsinin  addımının  atılması 

baxımından  inkişaf  etməkdə  olan  ölkələrin  fəaliyyət 

göstərə bilmələri qayəsi ilə D-8 qurulmuşdur.

G-7 yer üzündəki 180 ölkə içərisində 30-nu əhatə 

etdiyi  yer  üzündəki  6  milyard  əhalinin  təqribən  1 

milyardlıq hissəsini təmsil edən bir quruluşdur.



MİLLİ GÖRÜŞ

19

 



D-8-lər  isə  buna  qarşılıq  inkişaf  etməkdə  olan 

bütün ölkələri bir əməkdaşlıq çatısı altında toplamaqla 

ən az 150 ölkəni, beş milyard insanı təmsil etmək üzrə 

yaradılmış bir kampaniyadır. 

Bunun  hər  birinin  əhalisi  60  milyondan  daha 

artıq  olan  8  müsəlman  ölkə  tərəfindən  qurulmasının 

əhəmiyyəti və mənası böyükdür. 

Əməkdaşlıq  yolunda  daha  dinamik  hərəkət  edə 

bilmək  üçün  başlanğıc  belə  qurulmuşdur  və  quruluş 

statusunda  bütün  müsəlman  ölkələrin  D-8-lərin  təbii 

üzvü  olduqları  və  hər  bir  fəaliyyətində  iştirak  edə 

biləcəkləri əsas götürülmüşdür.

Bu  başlanğıc  daha  əvvəldə  150  ölkə  ilə  birlikdə 

fəaliyyət göstərməyin yarada biləcəyi çətinliklərə görə 

belə qoyulmuşdur.

D-8-lər  əhalisi  60  milyondan  çox  olan  və 

bütünlükdə əhalisi 800 000 000-u keçən 8 müsəlman 

ölkə  ilə  qurulmuşdur.  Quruluş  razılaşması  15  iyun 

1997-ci  ildə  bizim  Türkiyədəki  54-cü  Hökumətimiz 

zamanında  İstanbul  Çırağan  sarayında  Dövlət 

Başçısının  imza  mərasimi  ilə  rəsmi  şəkildə  qəbul 

edilmişdir. 

D-8-lər  yeni  qurulmasına  baxmayaraq,  1  il 

hazırlıq  dövründə  belə  çox  əhəmiyyətli  əməkdaşlıq 

layihələri inkişaf etdirmişdir. Bu mövzuda fikir sahibi 

olmaq  istəyənlər  türkcə  və  ingiliscə  yazılmış  “D-8” 

kitabından faydalana bilərlər.

b)  “İkinci  Yalta  Konfransı”:  D-8-lər,  G-7-lər 

Yuvarlaq Masa Toplantısı;

Əgər 54-cü Hökumətimiz bir il də davam etsəydi, 

1998-ci ildə D-8 və G-7-lərlə yuvarlaq masa toplantısı 

keçiriləcəkdi.  Bu  barədə  qərb  ölkələrinin  hökumət 

başçıları  ilə  aparılan  hazırlıq  fəaliyyətləri  ilə  lazımi 

razılaşmalar təsis edilmişdi.

Biz  D-8  və  G-7  yuvarlaq  masa  toplantısına  2-ci 

Yalta  Konfransı  ifadəsi  ilə  tərif  verməyə  çalışmışıq, 

çünki 2-ci Dünya Müharibəsindən sonra keçirilən 1-ci 

Yalta  Toplantısı  yeni  bir  dünya  nizamı  qurmaq  üçün 

“Müharibənin Qalibləri Arasında” keçirildi. Yeni dünya 

nizamı “haqqı deyil, gücü üstun tutan” bir əsas üzərində 

quruldu.  Məsələn,  Birləşmiş  Millətlər  Müdafiə  Şurası 

Daimi Üzvləri qalib dövlətlərdən ibarət olaraq yaradıldı. 

Bu cür fəaliyyətin nəticəsidir ki, istənilən sülh və 

xoşbəxtliyə yetişmək mümkün olmadı. 

İndi  dünya  yeni  bir  dönüş  nöqtəsindədir.  2-ci 

Yalta Konfransı artıq D-8-lərin bayrağındakı 6 prinsip 

əsas  götürülərək  gerçəkləşdirilməlidir,  çünki  insanın 

xoşbəxtliyi və davamlı bir sülh içində yeni bir dünya bu 

prinsiplərlə gerçəkləşə bilər. Bütün bu açıqlamalarımız 

insanlığın bu gün olduğu nöqtədə Həsrəti Çəkilən Bir 

Dünya üçün İslam və Qərb Dialoqunun Əhəmiyyətini 

və Zərurətini Ortaya qoymaqdadır.

Görünür ki, gözlənilən və həsrəti çəkilən yeni bir 

dünyanın  qurulması  artıq  son  dərəcə  qaçılmaz  hala 

gəlmişdir.

Bu  anda  Qərb  mədəniyyətinin  ortaya  qoyduğu 

davranış tərzi və gedişatla bu ehtiyacın təmin olunması 

mümkün  deyildir,  çünki  Qərb  mədəniyyətinin 

təmsilçiləri  hələ  də  “Müharibə,  qarşıdurma,  ikili 



standart, üstünlük, istismar və təzyiq” düşüncəsi ilə 

hərəkət edirlər.

Bunların yerinə D-8-lərin bayrağındakı 6 prinsipin 

əsas götürülməsi lazımdır. 



C) Təklif: Atılması Lazım Olan Çox Əhəmiyyətli 

Addım:

Göründüyü kimi yeni bir dünyanın qurulması üçün 

çox  köklü  şəkildə  və  əzm  ilə  fəaliyyət  aparılmış  və 

aparılmaqdadır.

Əhəmiyyətli olan dialoq yolu ilə mədəniyyətlərarası 

kompromis və əməkdaşlığın təmin olunmasıdır. 

Bugünkü  şərtlər  altında  və  bu  anda  bunu 

gerçəkləşdirmək üçün nə etmək lazımdır?

Bu  konfransın  tərtib  heyəti  üzvləri  bəndənizdən 

bu  simpoziumda  “İslam-Qərb  Əlaqəsi  və  Gələcəyi” 

mövzusunda bir nitq söyləməyimi istədilər.

İndi bu tələbi həyata keçirmək üçün görüşümü və 

təklifimi ərz edirəm. 

TƏKLİF

1. İnsanlığın bu gün dayandığı nöqtədə gözlənilən 

və  həsrəti  çəkilən  yeni  bir  dünyanın  qurula  bilməsi 

üçün heç şübhəsiz ki, hər yaxşı niyyətli insan və ölkə 

əlindən gələn əzmi göstərməkdədir.

2.  Bir  yandan  siyasi  sahədə  bu  xüsusda  əldən 

gələcək  qədər  cəhd  göstərildiyi  halda,  digər  yandan 

fikri  sahədə  fəaliyyət  göstərilməsinə  çox  böyük 

ehtiyac vardır.

3.  Çünki  siyasi  sahədəki  fəaliyyətlər  müxtəlif 

çətinliklər ortaya çıxarır. Məsələn, İslam mədəniyyətini 

hansı ölkələr və ya qurum təmsil edəcəkdir?

Bunun  hamı  tərəfindən  qəbul  ediləcək  şəkildə 

sübuta yetməsi və müəyyənləşməsi böyük çətinliklər 

yaradır.

4.  Bunun  yerinə  fikir  və  aksion  adamlarından 

təşkil  olunmuş  elmi  və  fikri  bir  təşəbbüsün  ortaya 

atılmasında çox böyük yarar vardır. Bu yolda faydalı 

ola bilmək üçün İslam aləmi içində mənəvi baxımdan 

xüsusi  bir  yeri  olan  Səudiyyə  Ərəbistanında  bu 

təşəbbüsləri davam etdirməklə bir dialoq təşkilatçılığı 

təşkil edilə bilər.

5.  Bu  təşkilatçılıq  müsəlman  ölkələrin  seçilmiş 

fikir və aksion adamlarını öz içində toplamalı, İslam 

ölkələri  adından  digər  ölkələrlə  əlaqə  yaradacaq 

təmsilçi bir heyət qurmalı və bir yandan elm və fikir 

adamları vasitəsilə “Yeni Bir Dünya Nizamı”nın təməl 

əsaslarının nələrdən ibarət olmasının zəruri olduğunun 

araşdırılması  aparılmalıdır  ki,  bu  xüsusda  Papalıq 

“Rabitə”yə əməkdaşlıq təklif etmişdir.

Digər  tərəfdən  müxtəlif  ölkələrlə  olan  əlaqələrin 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə