MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   35   36   37   38   39   40   41   42   43

  

   


MİLLİ GÖRÜŞ

70

 



onlarla ayağa qaldırdığı sabit və dəyişməz qanunlardır. 

Buna  görə  də  bəzən  bir  sıra  təfərrüatlarda  gələcək 

keçmişdən  fərqlənməsinə  baxmayaraq,  lakin  onlar 

(yəni  keçmiş  və  gələcək)  zaman  daxilində  insanın 

hərəkət və fəaliyyətini idarə edən ümumi qaydalardakı 

vahid  qayda-qanundan  qaynaqlanır.  Allah-Taala 

“Əhzab”  surəsinin  62-ci  ayəsində  buyurur:  “…  Sən 

Allahın  qoyduğu  qayda-qanunda  əsla  dəyişiklik 

görməzsən!”

“…  Həqiqətən,  onun  bəzi  hissələri  bəzi 

hissələrinə  oxşayır.  Sonu  əvvəlinin  davamıdır. 

Hamısı  fanidir  və  insanı  tərk  edib  gedəcəkdir. 

Allahın  adını  uca  tut  və  Onun  adını  yalnız  haqq 

işdə dilinə gətir. …” Allahın adını hörmətdən salma 

və Onun adını andına hədəf etmə. Həqiqətən, Allaha 

and  içmək  ən  təhlükəli  bir  işdir,  çünki  nəql  etdiyin 

xəbərə,  yaxud  yerinə  yetirdiyin  işə  görə Allaha  and 

içməyin mənası budur ki, sən Onu xəbər verdiyin şeyə 

şahid göstərmiş olursan. Əgər xəbər verdiyin şey yalan 

və batil olarsa, Allahı yalana şahid göstərmiş olursan. 

Əgər sən, səni hörmətdən saldığına və nüfuzuna xələl 

gətirdiyinə görə özünün yalana şahid gətirildiyini qəbul 

etmirsənsə, Allahı yalana necə şahid göstərə bilərsən? 

İstər şahidlik edərkən bir şey haqqında xəbər vermiş 

olasan,  istərsə  də  adi  vəziyyətdə  bir  şey  haqqında 

xəbər vermiş olasan. Hədisdə deyilir: “Yalandan and 

içmək  şəhərləri  viran  qoyar!”  Bu  şəhadət  insanın 

özü və digərləri üzərində mənfi nəticələr qoyur. Sanki 

sən Allaha and içməklə başqasını Allahın adına görə 

sənə  etimad  etməyə  məcbur  edirsən.  Sanki:  “Allah 

şahid olsun ki, mən bu işi görəcəm”, – deyirsən. Əgər 

o  işi  görmək  istəmirsənsə, Allahın  adı  ilə  əhdini  və 

düşüncəni yerinə yetirməkdə güclü olmaq üçün Allahı 

necə  şahid  göstərirsən?  Həqiqətən,  bu Allahın  adına 

qarşı  bir  növ  sayğısızlıqdır.  Hətta  bəzi  qaynaqlarda 

deyilir: “Allaha nə doğrudan, nə də yalandan and 



iç! …”

İmam  Zeynəlabidin  əleyhissəlamdan  belə 

nəql  olunur  ki,  onun  Bəni-Hənifə  qəbiləsindən  bir 

arvadı  var  idi.  İmamın  dostlarından  biri  o  Həzrətə 

xəbər  verdi  ki,  qadın  baban  Əmirülmöminin  Əlinin 

düşmənlərindəndir. İmam onun talağını verdi. O qadın 

mehrini almasına baxmayaraq, yalandan mehr iddiası 

etdi  və  əlində  dəlili  olmadığına  görə  Mədinənin 

hakiminə şikayət edib iki yüz dinarın ona verilməsini 

tələb etdi. Mədinənin hakimi o Həzrətə ərz etdi ki, ya 

bu məbləği verdiyinizə dair and için, yaxud da onun 

haqqını  verin.  İmam  oğlu  İmam  Mühəmmədbaqirə 

dedi:  “Ey  oğul,  ona  iki  yüz  dinar  ver!”  Həzrət 

Mühəmmədbaqir  atasına  dedi:  “Atacan,  məgər  sən 

onu inkar etməkdə haqlı deyildin?” İmam cavab verdi: 

“Haqlı idim, lakin mən Allahın adını, doğrudan belə 

Ona and içməkdən uca tutdum”. İmam demək istəyir 

ki, mənə zərər dəyməklə nəticələnsə belə bu qadının 

iddia  etdiyi  şeyi  inkar  etməkdə Allah-Taalanın  adını 

ortaya gətirmək istəmirəm. Mən istəyirəm Allah şahid 

olsun ki, mən Onun adını əziz tuturam və bu iddiada 

Onun adını ortaya gətirmirəm. 



“…  Ölümü  və  ölümdən  sonrakı  halları 

çox  düşün  və  etimadlı  bir  şərt  olmadan  ölümü 

arzulama. …”

İmam  bu  nəsihətlə  bizdən  ölməmişdən  əvvəl 

ölməyimizi  istəyir?  Həyatdan  ümidsiz  olma  halını 

yaşamaq,  yaxud  bu  gündə-sabahda  öləcəyimizi  hiss 

edib həyatın mübarizəsindən və həyatdakı planlardan 

vaz keçmək üçün hər birimizin öz qəbrini və əcəlini 

qarşısına qoymasını istəyir? 

İmamın  sözündən  bunu  başa  düşürük  ki,  İmam 

bunu  istəmir.  İmam  bildirir  ki,  bizə  verilən  həyata 

görə biz cavabdehik və həyatı Allahın istədiyi şəkildə 

qurmaq  üçün  cavabdehlik  dairəsində  həyatın  içinə 

atılmalıyıq. Allah da insanı bu hədəfi gerçəkləşdirmək 

üçün yer üzündə Öz xəlifəsi seçmişdir. İmam buyurur: 

“Sanki  əbədi  yaşayacaqsanmış  kimi  dünya  üçün, 

sabah öləcəksənmiş kimi isə axirət üçün işlə!” Yəni 

dünya  üçün  elə  işlə  ki,  sanki  orada  heç  vaxt  ölüm 

olmayacaq, işlərini davamiyyətlilik əsasında planlaşdır 

və  cavabdehliklə  dinamiklik  arasında  tarazlıq  yarat. 

İmam istəyir ki, sən ölümü çox düşünəsən və bununla 

həyatında  cavabdehlik  duyğusunu  yaşayasan,  çünki 

insan  bitib-tükənməyən  arzulara  qapılıb  ölümü 

unutduqda  həyatdakı  məsuliyyət  və  cavabdehlik 

duyğusunu  itirir.  Peyğəmbərdən  belə  nəql  olunur: 

“Sizin  üçün  qorxduğum  şeyin  ən  qorxulusu  iki 

şeydir: nəfsani istək və bitib-tükənməyən arzular. 

Nəfsani  istək  insanı  haqdan  yayındırar,  bitib-

tükənməyən arzular isə axirəti unutdurar”. 

Peyğəmbər  başqa  bir  hədisində  buyurur: 



“Həqiqətən,  qəlblər  dəmir  paslandığı  kimi 

paslanar”.  Dedilər:  “Ey Allahın  Elçisi,  onu  nə  ilə 

cilalamaq  olar?”  Buyurdu:  “Quran  oxumaq  və 

ölümü  düşünməklə!”  Bütün  bunlar  həyata  bağlı 

olaraq  yaşayan  insanın  ölümdən  sonrakı  həyata 

hazırlaşması üçün lazımdır. 

İmam  “…  Etimadlı  şərt  olmadan  ölümü 



arzulama  …”,  –  deməklə  bu  fikri  təsdiq  edir,  yəni 

psixoloji,  hissi,  iqtisadi  və  onun  kimi  çətinliklər 

ucbatından  ölümü  istəmə,  əksinə  həyatda  bütün 

məsuliyyətlərini  kamilləşdirdiyin  vaxt  ölüm  istə. 

Bütün  günahlardan  pak  və  təmizlənmiş  paltarla 

Allahın  hüzuruna  çıxacağını  hiss  etdiyin  vaxt  əməl 

dəftərinin yaxşılıqlarla dolu olduğunu və sənə: “Oxu 

kitabını.  Bu  gün  sən  özün-özünə  haqq-hesab 

çəkməyə  kifayətsən!”

3

  –  deyildiyi  vaxt  pisliklərin 

əməl  dəftərində  böyük  bir  şey  təmsil  etmədiyini 

bildiyin  zaman  ölüm  istə.  Məhz  buna  görə  Allah-

Taala “Cumuə” surəsində yəhudilərə meydan oxuyur, 

çünki onlar özlərini Allahın dostu və sevimlisi hesab 

edirdilər. Allah-Taala buyurur: “De ki: “Ey yəhudilər, 



əgər  bütün  insanlardan  fərqli  olaraq  özünüzün 


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə