MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

  

   


MİLLİ GÖRÜŞ

58

 



SİQARET... VƏ ŞƏRİ RƏY

  Siqaret  çəkmək  bütün  insanlar  arasında 

yayılmış ümumi bir məşğuliyyətdir. Diqqət 

çəkən  cəhət  odur  ki,  siqaret  yeni  nəsillər 

arasında  geniş  yayılmağa  başlamışdır. 

Görürsən ki, hələ erkən yaşlarından uşaqlar 

bu  mənfi  vərdişə  qurşanır,  onun  tibbi  və 

psixoloji  zərərlərinə  diqqət  yetirmirlər. 

Siqaret  eyni  vaxtda  kişilər  və  qadınlar 

arasında  yayılan  ictimai  bir  fəlakətdir. 

Xüsusilə  siqaret  çəkilən  yerlər,  kafelər, 

nargilə (sulu qəlyan) satılan yerlərin çoxluğu, 

bunların evlərə ayaq açması, hətta kəndlərə 

gedib  çıxması  son  zamanlar  sıx  müşahidə 

olunur. Fikri buna da yönəltmək lazımdır ki, 

ailədə siqaret çəkməyənlər də siqaret tüstüsü 

ilə zəhərlənirlər. 

Aşağıda  siqaret  barədə  şəri  rəylərə 

toxunacağıq. Bəzi alimlər belə hesab edirlər 

ki, siqaret və sulu qəlyan çəkmək haramdır. 

Fikirlərini  əsaslandırmaq  üçün  Quranın  bu 

ayəsini dəlil gətirirlər: “Ey iman gətirənlər, 

... özünüzü öldürməyin! Həqiqətən, Allah 

sizə  qarşı  Rəhimdir  (mərhəmətlidir)!”

1

  

Artıq  tibb  elmində  sübut  olunmuşdur  ki, 



bunlar insan üçün zərərlidir, zərərli olan hər 

şey isə haramdır. 

Başqa bir ayə də bu işin haram olmasının 

dəlili  kimi  göstərilir:  “Allahın  sizə 



dolanmaq  üçün  bəxş  etdiyi  mallarınızı 

səfehlərə verməyin. ...”

2

  Allah mallarımızı 

səfehlərə  verməyi  yasaq  etmişdir.  Şübhə 

yoxdur  ki,  malın  tütün  və  qəlyanın 

alınmasına xərclənməsi təbzirdir (yəni malın 

mənasız  yerə  sağa-sola  səpələnməsidir)  və 

zay  edilməsidir.  Buna  görə  də  bu  ayənin 

dəlaləti  ilə  yasaq  edilmişdir.  Sünnəyə  görə 

Rəsulullah malın bu məşrübatlarda (qəlyan 

və  siqaretlər)  zay  edilməsini  və  onlara 

xərclənməsini  yasaq  etmişdir.  Peyğəmbər 

buyurmuşdur:  “Zərər  vermək  və  zərərə 



zərərlə müqabilə etmək (qarşılıq vermək) 

yoxdur!” Bu şeylərin qəbul edilməsi zərərin 

yaranmasına səbəb olur. 

Bəzi alimlər belə hesab edirlər ki, siqaret 



MİLLİ GÖRÜŞ

59

 



çirkin  bir  şey  (xəbis)  olduğuna  və  çoxlu 

ziyanı  olduğuna  görə  haramdır.  Allah  öz 

bəndələrinə yalnız təmiz təamları və içkiləri 

mübah  qılmış  və  çirkin  şeyləri  isə  haram 

etmişdir. Allah-Taala  buyurmuşdur:  “...  (O 

Peyğəmbər)  ...  onlara  təmiz  nemətləri 

halal,  çirkin  şeyləri  haram  qılar.  ...”

3

  

Siqaretin bütün növləri (yəni hər növ siqaret 



tipli  vərdişlər)  zərərli  olduğuna  və  asılılıq 

yaradan maddələr ehtiva etdiyinə görə çirkin 

şeylərdən hesab olunur. 

Yenilikçi 

dini 

rəhbər 


Seyid 

Mühəmmədhüseyn 

Fəzlullah 

siqaret 


barəsində  fitvasında  deyir:  “Uzun  illərdir 

siqaret  və  sulu  qəlyan  və  s.  bu  kimi 

vərdişlərə  aludə  olmağın  haram  hesab 

edildiyinə  fitva  vermişik,  çünki  bunlar 

təhlükəyə,  yaxud  böyük  zərərə  yol  açır. 

Tibb  sahəsindəki  bütün  ekspertlər  bunu 

təsdiq  edir.  Bizim  fitvamızın  əsası  “cana 

zərər vurmağın haram olması” prinsipinə 

əlavə olaraq Allahın bu sözüdür: “Səndən 

xəmr  və  məysir  haqqında  soruşanlara 

de: “Bu ikisində ismi-kəbir (böyük zərər) 

və  insanlar  üçün  mənfəətlər  (dünya 

mənfəətləri)  vardır.  Lakin  ikisinin  də 

zərəri  mənfəətlərindən  daha  böyükdür. 

...”

4

   Yəni  zərəri  mənfəətindən  daha  çox 

olan nə varsa, o, haramdır”.

Seyid  hesab  edir  ki,  təsəlli  tapmaq  və 

sakitləşmək  məqsədilə,  yaxud  insanlar 

onu  təklif  etdikdə  (məsələn,  qonaq  etmək) 

belə  siqaret  çəkmək  haramdır.  Seyid  qəti 

şəkildə  bildirir  ki,  istər  təsəlli  tapmaq 

məqsədilə olsun, istərsə də başqa məqsədlə, 

haram  haramdır  və  haramda  mütləq  olaraq 

nəzakət və ədəbə yer yoxdur. Siqaretə təzə 

başlayanla çoxdanın aludəçisi olan arasında 

da fərq yoxdur.

Əllamə  Seyid  Fəzlullah  həmçinin  hesab 

edir ki, siqaret çəkməyin iki günahı vardır: 

biri  insanın  öz  haqqına  qarşı  günahıdır, 

çünki  o,  ağciyərlərini  yandırır  və  onu 

xərçəng  təhlükəsi  altına  atır.  İkinci  günah 

odur ki, ətrafda oturanlar da siqaretin zərərli 

tüstüsündən  zəhərlənirlər.  Seyid  təkcə 

siqaret çəkməyi deyil, onu satmağı da haram 

etmişdir,  çünki  o,  halal  mənfəəti  (faydası) 

olmayan bir şeydir. Bir şeylə ticarət etməyin 

qanuni  (şəri)  olması  üçün  ticarət  edilən 

malın halal olması lazımdır, belə ki, ondan 

halal mənfəət şəklində faydalanmaq icazəli 

olsun

5

 . 



Biz, məsələn siqaret çəkməyi haram hesab 

edirik,  çünki  o,  zərərlidir  və  bədənə  zərər 

vuran hər bir şey haramdır. Bir çox alimlər 

belə  hesab  etmirlər,  çünki  onlar  təhlükə 

ilə  nəticələnəcək  zərəri  haram  zərər  hesab 

edirlər.  Bəzi  insanlar  vardır  ki,  elə  zənn 

edirlər ki, onlar siqaret çəkməyə öyrəşiblər 

və bizə təqlid etdikləri halda onu tərgitməyi 

bacarmırlar.  Belə  şəxslərə  deyirəm  ki,  bu 

məsələdə  məndən  başqasına  müraciət  edə 

bilərsiniz.



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə