MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   35   36   37   38   39   40   41   42   43

  

   


MİLLİ GÖRÜŞ

64

 



(əvvəli ötən sayımızda)

İslam dininin Quran-kərimdən sonra əsas qaynağı 

Sünnədir.  Sünnə  deyildikdə  İslam  Peyğəmbəri 

(s),  onun  Əhli-Beytindən  sayılan  imamlar  (ə)  və 

səlahiyyətli  əshabələrinin  müxtəlif  sahələrə  aid  olan 

hədis və rəvayətləri (sözləri) nəzərdə tutulur. 

İslam dininin hədis qaynaqlarında istər Peyğəmbər 

(s), istərsə də nəcabətli əshabələr (r. ə.) və imamlardan 

(ə)  əql  və  düşüncə  ilə  bağlı  bir  çox  hədislər  nəql 

olunmuşdur. Həmin hədisləri diqqətlə mütaliə etdikdən 

sonra Quran-kərimdən əlavə Sünnə baxımından əql və 

düşüncənin üstün və möhtəşəm məqamı aydınlaşır.

Əql və düşüncə ilə bağlı bütün hədisləri bu kiçik 

məqalədə  təqdim  etmək  müyəssər  olmadığından 

burada hədis və rəvayət qaynaqlarına müraciət edərək 

onlardan müəyyən bir qismini lazım olan qısa izahlarla 

təqdim edirik:

1. ƏQL İLAHİ HÖCCƏT KİMİ

Bizi  əhatə  edən  aləmdə  Allah-Taalanın  bir 

sıra  höccətləri  və  sübutları  olmuşdur  və  indi  də 

mövcuddur.  İlahi  peyğəmbərlər,  elçilər,  səmavi 

kitablar  və  s.  o  cümlədəndir.  Onların  hər  biri  haqq 

və  həqiqət  göstəricisi  və  sübutu  sayılır.  Əldə  olan 

hədis və rəvayətlərin bir qismində əql və düşüncə də 

Allah-Taalanın  bəndələri  üzərində  olan  höccəti  və 

sübutu  kimi  təqdim edilmişdir.  Belə  ki,  İmam  Sadiq 

(ə)  bu  barədə  buyurur:  “Allah-Taalanın  bəndələri 

üzərində olan höccəti (sübutu, dəlili) Peyğəmbər (s)-

dir.  Bəndələrlə Allah-Taala  arasında  olan  höccət  isə 

əqldir”

1

 . 



Həmçinin  İmam  Kazim  (ə)  bununla  bağlı  belə 

buyurur:  “Həqiqətən  də,  Allahın  insanlar  üçün  iki 

höccəti  vardır:  Onların  biri  aşkar,  digəri  isə  gizlidir. 

Aşkar höccət (ilahi) elçilər,  peyğəmbərlər və imamlar 

(ə), gizli höccət isə əqldən ibarətdir”

2

 . 



İmam  Baqir  (ə)  isə  belə  buyurmuşdur:  “Allah-

Taala  əqli  yaradanda  onu  danışığa  gətirib  buyurdu: 

“Önə  gəl!”  Əql  önə  gəldi.  Sonra  buyurdu:  “Geri 

qayıt!”  Əql  də  geri  qayıtdı.  Daha  sonra  buyurdu: 

“İzzətim və calalıma and olsun ki, Özüm üçün səndən 

daha  sevimli  bir  məxluq  yaratmadım  və  səni  yalnız 

sevdiyim  insanlarda  kamilləşdirdim.  Həqiqətən  də, 

Mənim göstəriş və qadağam, cəza və mükafatım yalnız 

sənə aid olacaqdır!”

3

 . 



Bu hədislərə görə əql insanlara bəxş edilmiş ilahi 

höccət və eyni halda ilahi elçi və peyğəmbərlərlə yanaşı 

hər bir insanın daxilində daşıdığı gizli höccətdir. Əql 

Allah-Taala üçün ən sevimli məxluq sayılır və aydın 

məsələdir  ki,  onu  yalnız  ən  sevimli  saydığı  kəslərə 

bəxş edir, həmçinin hər bir insandan onun malik olduğu 

əql səviyyəsində hesabat alacaqdır. Bu izahlarla İslam 

dininin əql və düşüncəyə hansı həddə qədər üstünlük 

verdiyi  aydınlaşır,  çünki  əql  və  düşüncəni  ilahi  və 

eyni halda gizlin höccət adlandıran din onu müxtəlif 

sahələrdə yasaqlamaz və kənara qoymaz.

2. ƏQL İSLAM DİNİNİN ƏSAS QAYNAĞI KİMİ

      Bəşəriyyətin  doğru  yola  yönəlməsi  üçün 

göndərilən İslam dininin bir neçə əsas qaynağı vardır. 

Ə Q L  S Ü N N Ə 

B A X I M I N D A N

İlqar İsmayılzadə 

(İlahiyyat elmləri doktoru)



MİLLİ GÖRÜŞ

65

 



İslam  dini  həmin  qaynaqlar  üzərində  danışır, 

onların  əsasında  müxtəlif  sahələrə  aid  olan  bəyanını 

insanlara  yetirir.  Bu  qaynaqlar  barədə  İslam  alimləri 

tərəfindən  müxtəlif  fikirlər  irəli  sürülsə  də,  onların 

bununla  bağlı  Quran-kərim  və  Sünnənin  (hədis  və 

rəvayətlərin) İslam qaynağı olması barədə fikir ayrılığı 

yoxdur.

Əldə  olan  hədislərin  bəzisində  ağıl  və  düşüncə 



də  İslam  dininin  əsas  qaynaqlarından  biri  kimi 

təqdim  edilmişdir.  İslam  Peyğəmbəri  (s)  bu  barədə 

buyurmuşdur:  “Məndən  sizə  bir  hədis  çatdıqda  onu 

Allahın  Kitabı  (Quran)  və  əqllərinizin  höccəti  ilə 

müqayisə  edin.  Onlarla  (Quran  və  əql  ilə)  müvafiq 

olduqda həmin hədisi qəbul edin, əks təqdirdə isə onu 

divara vurun (kənara qoyun!)”

4

 



3. ƏQL ETİQADLI İNSANIN DƏLİLİ KİMİ

Hədis və rəvayətlər, eləcə də ərəb dilində “dəlil” 

deyildikdə  hər  hansı  bir  şeyi  sübut  etmək  üçün  əldə 

olan əsas, sübut, həmçinin insana yol göstərən mənalar 

nəzərdə  tutulur.  Əql  və  düşüncə  ilə  bağlı  hədislərin 

bəzisində  ağıl  etiqadlı  insanın  dəlili,  sübut  və  əsası 

kimi  təqdim  edilmişdir.  İmam  Sadiq  (ə)  bu  barədə 

belə  buyurur:  “Əql  möminin  dəlilidir  (sübutu,  yol 

göstəricisidir)”

5

 . 



Əqlin etiqadlı insan üçün sübut və dəlil olması heç 

də təəccüb doğura bilməz, çünki öncə təqdim edilən 

hədislərdə bu ilahi qüvvə ilahi höccət və İslam dininin 

əsas qaynaqlarından biri kimi təqdim edilmişdir. Odur 

ki, etiqadlı insan malik olduğu bu ilahi nemət sayəsində 

bir çox irticaçı, azğın, həmçinin ilahi fitrət və mərifətlə 

müvafiq  olmayan  baxış,  yol,  söz  və  rəftardan  özünü 

qoruya bilər. Bu da öz növbəsində əql və düşüncənin 

Sünnədə olan üstün məqamının göstəricisidir.

4. ƏQL – İLAHİ İBADƏT AMİLİ VƏ CƏNNƏTİ 

ƏLDƏ ETMƏK YOLU

Əql və düşüncə ilə bağlı hədislərin bəzisində bu ilahi 

qüvvə  ibadət  səbəbkarı,  həmçinin  Cənnəti  əldə  etmək 

amili kimi təqdim edilmişdir. İmam Sadiq (ə) bununla 

bağlı buyurmuşdur: “Əql odur ki, onun vasitəsilə Allaha 

ibadət edilir və Cənnət əldə olunur”

6

 . 


Digər hədisdə isə belə buyurur: “Əqli olan insanın 

dini də olar. Dini olan insan isə Cənnətə daxil olar”

7

 . 


İnsan  öz  yaradılışı,  varlıq  aləmi  və  həyatı  barədə 

dərindən  düşündükdə  öz  qüdrətli  Yaradanı  və  Onun 

əzəməti  barəsində  mərifət  kəsb  edir  və  daha  sonra 

özünü Onun qarşısında aciz və borclu görərək ibadət və 

itaətkarlığa üz tutur. Təbii ki, həqiqi ibadətin sonu ilahi 

mərifət  və  Cənnət  olacaqdır.  Odur  ki,  əql  və  düşüncə 

üçün  yuxarıdakı  hədisdə  belə  bir  tərifin  verilməsi  heç 

vaxt  əbəs  sayıla  bilməz.  Bu  hədislər  də  İslam  dini 

baxımından əql və düşüncənin böyük təsir gücünə malik 

olduğundan xəbər verir.



5. CƏHALƏT ƏN ŞİDDƏTLİ YOXSULLUQ,

ƏQL İSƏ ƏN FAYDALI VARLIQ

İnsanlar  pulsuzluq  və  imkansızlığı  yoxsulluq 

saysalar  da,  İslam  təlimlərində  buna  baxış  bir  qədər 

fərqlidir,  çünki  İslam  dinində  ən  şiddətli  yoxsulluq 

cəhalət və nadanlıq, ən faydalı mal isə əql və düşüncə 

sayılmışdır. İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə 

buyurmuşdur:  “Ya  Əli!  Cəhalətdən  şiddətli  yoxsulluq, 

əqldən isə faydalı mal yoxdur”

8

 . 


İmam  Rza  (ə)  isə  buyurur:  “Hər  bir  insanın  dostu 

onun əqli, düşməni isə onun cahilliyidir”

9

 . 


Bu  hədislərdə  əql  ilə  cəhalətin  qarşı-qarşıya 

qoyulması  İslam  dininin  əql  və  düşüncəyə  böyük  yer 

verdiyi,  ağıl  və  şüurdan  kənar  olmağın  isə  sözün  əsl 

mənasında  cəhalət  və  yoxsulluq  sayılması  deməkdir, 

çünki insan əql və düşüncə sayəsində həyatın müxtəlif 

sahələrində ən düzgün yolu seçir və bunun nəticəsində 

həyatda  korluq  çəkmir.  Əql  və  düşüncə  ilə  hərəkət 

etməyənlər  öz  nadan,  cılız  və  səviyyəsiz  fikirləri, 

davranış və sözləri ilə adətən, həyatın hər bir sahəsində 

problemlə üzləşir və yaşadığı həyatda Cəhənnəm əzabını 

və yaşayışını təcrübə edirlər. 

6. ƏQLSİZ VƏ DÜŞÜNCƏSİZ İBADƏTİN 

FAYDASIZ OLMASI

Adətən,  el  arasında  namaz  qılan,  oruc  tutan,  həcc 

ziyarətinə  gedən  və  yaxşı  işlər  görən  insanlar  dillərə 

düşür,  bununla  da  həmin  şəxslərə  xüsusi  üstünlük  və 

fəzilət  verilir.  Lakin  İslam  təlimlərinə  görə  sırf  namaz 

və oruc kimi yaxşı əməllərin çoxluğu insana üstünlük və 

imtiyaz gətirmir. Bu kimi əməllər yalnız əql və düşüncə 

ilə  birgə  həyata  keçdikdə  insana  üstünlük  və  fəziləti 

ərmağan gətirə bilər.

Bu mövzu ilə bağlı hədis və rəvayətlərin müəyyən 

bir qismində də insanların üstünlüyünün çoxlu ibadətlə 

deyil, əslində əql və düşüncə meyarı ilə təyin edilməsi 

bəyan  olmuşdur.  Əziz  Peyğəmbərimiz  (s)  bu  barədə 

belə buyurur: “Çoxlu namaz qılan və çoxlu oruc tutan 

bir kəsi müşahidə etdikdə onun əql və düşüncəsinə fikir 

vermədən onunla fəxr etməyin!”

10

 

Həzrət (s) digər hədisdə buyurmuşdur: “Bir nəfərin 



yaxşı vəziyyəti barədə sizə xəbər çatanda dərhal onun 

əql və düşüncəsinin gözəlliyinə fikir verin, çünki belə bir 

şəxs öz əqli ilə cəzalanacaqdır”

11

 . 



Buna  oxşar  hədislərin  bir  qismində  imamların 

(ə)  yanında  müəyyən  şəxslərin  çoxlu  ibadəti  barədə 

danışılmış,  amma  imamlar  (ə)  bu  təriflərə  uymadan 

birbaşa həmin şəxslərin əql və düşüncə səviyyəsi barədə 

soruşmuşlar. İshaq ibn Əmmar nəql edir ki, İmam Sadiqə 

(ə) dedim: “Bizim qonşumuzda çoxlu namaz qılan, çoxlu 

sədəqə verən və çoxlu həcc ziyarətinə gedən bir şəxs var. 

O, yaxşı adamdır”. İmam Sadiq (ə) soruşdu: “Onun əqli 

necədir?” İshaq cavab verdi: “O, əqlli (düşüncəli) şəxs 

deyil!”  İmam  Sadiq  (ə)  dedi:  “Elə  isə  onun  bu  yaxşı 

əməlləri yuxarı qalxmaz (qəbul olmaz)”

12

 . 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə