MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   35   36   37   38   39   40   41   42   43

  

   


MİLLİ GÖRÜŞ

68

 



HARİS HƏMDANİNİN HƏYATI

Həmdan  Yəməndəki  bir  qəbilənin  adıdır.  Haris  Həmdani  (Haris  ibn 

Abdullah  Əvər  Həmdani)  həmin  qəbiləyə  mənsub  bir  şəxsdir.  Bu  qəbilə 

Kufədə  yerləşmiş  və  Həzrət  Əlinin  diqqət  və  iltifatına  məzhər  olmuşdur. 

Haris Həmdani Əmirülmöminin Əli əleyhissəlamın xüsusi əshabələrindən 

olmuşdur. O, Siffin döyüşündə Həzrət Əliyə yardım etmişdir. 

İbn  Davudun  nəqlinə  əsasən  Haris  tabeindən  olub  öz  zamanının  ən 

böyük alimlərindən və fəqihlərindən idi. Riyaziyyat və şəriət elminə hamıdan 

daha çox bələd idi və onları Həzrət Əlidən öyrənmişdi. Nəsr ibn Müzahim 

deyir: “O, Əmirülmöminin Əli tərəfindən camaatı Siffinə tərəf getmək üçün 

İrak ordusunun düşərgəsi “Nəxliyə”yə çağırmaqla vəzifələndirildi və o da 

öz  vəzifəsinə  əməl  etdi”.  Haris  Abdullah  ibn  Zübeyrin  zamanında  Kufə 

şəhərində hicrətin 63-cü və ya 65-ci, yaxud da 70-ci ilində vəfat etdi və Kufə 

hakimi Abdullah ibn Yəzid Ənsari Abdullah ibn Zübeyr tərəfindən ona cənazə 

namazı qıldı. 


MİLLİ GÖRÜŞ

69

 



“Quranın ipindən yapış və onu özünə nəsihətçi 

qəbul et. Onun halalını halal və haramını isə haram 

bil. Keçmişə dair Quranda xəbər verilən həqiqətləri 

təsdiq  et  və  dünyanın  keçmişindən  onun  gələcəyi 

üçün  ibrət  al.  Həqiqətən,  onun  bəzi  hissələri  bir-

birinə  oxşayır.  Sonu  əvvəlinin  davamıdır.  Hamısı 

fanidir və insanı tərk edib gedəcəkdir. 

Allahın  adını  uca  tut  və  Onun  adını  yalnız 

haqq işdə dilinə gətir. Ölümü və ölümdən sonrakı 

halları  çox  düşün  və  etimadlı  bir  şərt  olmadan 

ölümü arzulama. Sahibinin özü üçün razı olduğu, 

lakin  bütün  müsəlmanlar  üçün  istənilməyən  hər 

bir  əməldən  çəkin.  Gizlicə  yerinə  yetirilən  və 

aşkarda  insana  xəcalət  gətirən  və  onu  utandıran 

əməldən çəkin. Sahibindən haqqında soruşulduqda 

inkar  etdiyi,  yaxud  üzr  gətirdiyi  hər  işdən  çəkin. 

Namusunu  söz  oxuna  hədəf  etmə.  Hər  eşitdiyini 

camaata  danışma;  yalan  danışmaq  üçün  bu  sənə 

kifayət  edər.  Xalqın  sənə  danışdığı  hər  şeyi  də 

rədd  etmə.  Nadanlıq  və  cahillik  olaraq  bu  sənə 

kifayət edər. Qeyzini ud, güclü olduqda günahdan 

keç,  qəzəbləndikdə  həlim  ol  və  qüdrətli  olmağına 

baxmayaraq bağışla ki, xeyirli aqibət sənin olsun. 

Allahın  verdiyi  nemətlərin  qədrini  bil,  onlardan 

yaxşı  istifadə  et.  Allahın  sənin  yanında  olan  bir 

nemətini belə zay etmə və Onun sənə nemət olaraq 

verdiyi şeyin əlaməti və izi səndə görünsün. Bil ki, 

möminlərin  ən  fəzilətlisi  canından,  əhli-əyalından 

və  malından  ən  fəzilətli  şəkildə  hədiyyə  və  ehsan 

edən şəxsdir. Həqiqətən, qabaqcadan göndərdiyin 

xeyirin azuqəsi sənin üçün qalar, əsirgədiyin şeyin 

xeyiri  isə  səndən  başqasınındır.  Fikri  və  rəyi  zəif 

və xətalı, əməli isə xoşagəlməz və çirkin olan şəxslə 

dostluq  etməkdən  çəkin,  çünki  insana  dostluq 

etdiyi şəxslə qiymət verər və dostundan ibrət alıb 

haqqında  hökm  çıxararlar.  Böyük  şəhərlərdə 

sakin  ol,  çünki  oralar  müsəlmanların  cəmləşdiyi 

yerlərdir. Xalqı qafil və cəfakar olan, Allaha itaətdə 

yardımçısı  az  olan  yerlərdən  çəkin.  Fikrini  səni 

maraqlandıran  və  sənə  aid  olan  şeylərlə  məşğul 

et. Bazarların oturacaqlarında oturmaqdan çəkin, 

çünki  oralar  Şeytanın  hazır  olduğu  və  fitnələrin 

peyda  olduğu  yerlərdir.  Üstün  tutulduğun  şəxsə 

çox  bax,  çünki  bu  şükr  qapılarındandır.  Cümə 

günü namazda iştirak etməmiş səfərə çıxma, lakin 

Allah yolunda, yaxud məzur olduğun bir işə görə 

çıxdığın  səfər  istisnadır.  Bütün  işlərində  Allaha 

itaət  et.  Həqiqətən, Allaha  itaət  ondan  başqa  hər 

şeydən üstündür. İbadətdə nəfsini aldatmağa çalış, 

onunla  yumşaq  rəftar  et  və  onu  məcbur  etmə. 

Onun  boş  vaxtını  və  həvəsli  olduğu  zamanını 

haqla, lakin sənə vacib olan işlər istisnadır, çünki 

vacibatın yerində və zamanında yerinə yetirilməsi 

lazımdır. Dünyanı istəyərkən Rəbbindən qaçdığın 

bir halda ölümün sənin başının üstünü almasından 

çəkin. Fasiqlərlə həmnişin olmaqdan çəkin, çünki 

şər şərlə əlaqəlidir. Allahı böyük bil, Onu sevənləri 

sev. Qəzəbdən çəkin, çünki o İblisin ordularından 

böyük bir ordudur. Vəssəlam!”

MƏKTUBUN ŞƏRHİ 

“Quranın  ipindən  yapış  …”  Yıxıldıqda  və 

silkələndikdə  özünü  möhkəmlətmək  istəyən  hər 

bir  şəxs  bir  ipdən  yapışdığı  kimi  Sən  də  həyatda 

qarşılaşdığın  problemlər  və  müşküllər  müqabilində 

möhkəm  və  sabit  dayanmaq  istəyirsənsə,  Quranın 

ipindən  yapış.  Allah  Rəsulu  “Hədisi-Səqəleyn”də 

Quranı  belə  ifadə  etmişdir:  “Mən  sizin  aranızda 

iki  dəyərli  şey  qoyub  gedirəm  ki,  əgər  onlardan 

yapışsanız, məndən sonra heç vaxt azğınlığa düçar 

olmayacaqsınız. Bunlardan biri Allahın Kitabıdır. 

O göydən yerə qədər uzanmış bir ipdir. İkincisi isə 

Əhli-Beytim  olan  sülaləmdir”.  Bəli,  Quran  göydən 

yerə qədər uzanmış olan bir ipdir, çünki yüksəkliyin 

göstəricisi olan səmadan gələn vəhydir. Yoxsa Allah-

Taalanı göy və yer ehtiva edə bilməz, çünki O zaman 

və məkanın fövqündə olan bir varlıqdır. İmam Harisə 

tövsiyə  edir  ki,  Quranı  istinad  edilən  qayda  olaraq 

götürsün, qəlbini Qurana açsın və Qurandan yapışsın. 

“... Və onu özünə nəsihətçi qəbul et. …” Yəni bir 

problem yaşadıqda Qurana nəzər sal və o problemin 

həll  olunmasında  sənə  necə  nəsihət  verəcəyinə  bax. 

Bir  plan  çəkmək,  yaxud  bir  yol  tutmaq,  yaxud  bir 

şəxsi və ya tərəfi təsdiq, yaxud inkar etmək istədikdə 

və nəsihət almaq istədikdə ən xeyirli məsləhətçi olan 

Qurana yönəl və onun bütün ayələrini nəsihətçi qəbul 

et, çünki bütün nəsihətlər ondadır, bir şərtlə ki, onun 

üzərində  dərindən  düşünəsən,  yalnız  onun  ayələrini 

oxuyan şəxslər kimi ona səthi yanaşmayasan. Allah-

Taala  Quranda  bu  barədə  buyurur:  “Onlar  Quran 

barəsində düşünməzlərmi? Yoxsa, ürəklərinə kilid 

vurulmuşdur?”

1

  

“… Onun halalını halal və haramını isə haram 

bil. …” 

Quran Allahın kəlamı və şəriətidir. Buna görə də 

onun  halalını  halal  və  haramını  isə  haram  bilməklə 

Quranın  qanunlarına  tabe  olmalı  və  Qurandan  başqa 

digər bir şəriətə sığınmamalısan. Allah-Taala buyurur: 

“Allah və Onun Elçisi bir işi hökm etdiyi zaman heç 

bir mömin kişiyə və qadına öz işlərində başqa yol 

seçmək yaraşmaz. …”

2

  

“…  Keçmişə  dair  Quranda  xəbər  verilən 

həqiqətləri təsdiq et və dünyanın keçmişindən onun 

gələcəyi  üçün  ibrət  al.  …”  Gələcəyə  dair  dünyanı 

başa düşmək istəsən, arxada qoyduğun illərlə dünyaya 

bax, çünki cəmiyyətin fəaliyyət və gedişatında Allahın 

yerləşdirdiyi məğlubiyyət, zəfər, uğur, həyat və ölüm 

kimi  tarixi  adətlər  və  qanunlar,  Allahın  dünyanı 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə