MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   35   36   37   38   39   40   41   42   43

  

   


MİLLİ GÖRÜŞ

66

 



İslam dini ona inanan insanları ibadətə dəvət etsə də, 

heç vaxt kor-koranə ibadətə razı olmamış, əqli işlətməyi 

və hər şeyə şüurlu şəkildə yanaşmağı üstün tutmuşdur. 

Hətta  əldə  olan  bəzi  hədislərdə  müəyyən  bir  müddət 

fikirləşmək  bir  gecəlik,  həmçinin  bir  illik  ibadətdən 

daha xeyirli sayılmışdır. Belə ki, İslam Peyğəmbəri (s) 

buyurur: “Müəyyən bir müddət fikirləşmək bir gecənin 

ibadətindən üstündür” 

13



İmam Sadiq (ə) isə bununla bağlı belə buyurmuşdur: 



“Müəyyən  bir  müddətə  qədər  fikirləşmək  bir  ilin 

ibadətindən üstündür”

14

 . 


Bu  hədisləri  əsas  tutaraq  din  əhlini  yalnız 

ibadətlərinin  çoxluğu  ilə  deyil,  malik  olduqları  əql 

və  düşüncə  əsasında  araşdırmaq,  bu  əsasla  onları 

qiymətləndirmək  lazımdır.  Bu  qəbil  hədislər  də  öz 

növbəsində əql və düşüncənin Sünnə baxımından üstün 

yeri tutduğunun göstəricisidir. 



7. ƏQL BARƏSİNDƏ ÜMUMİ HƏDİSLƏR

Hədis  qaynaqlarında  əql  və  düşüncə  ilə  bağlı 

deyilənlər  yalnız  yuxarıda  təqdim  edilən  mövzular  və 

hədislərlə  bitmir.  Əslində  bu  mövzuda  onlarla  digər 

hədis və rəvayətlər də mövcuddur.

Burada hədis mənbələrində həmin mövzu ilə bağlı 

mövcud olan ümumi mənalı hədislərdən yalnız bir neçə 

nümunəni təqdim edirik:

1.  İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “İnsanların 

daha üstünü daha əqlli olanıdır”

15

 . 


2. Həzrət Əli (ə) buyurur: “İnsanın əqli onun bəzə-

yidir. Cahil adamla dostluq edənin əqli naqisləşər”

16

 . 


3.  Həzrət  Əli  (ə)  buyurur:  “Əql  kimi  sərvət, 

cəhalət  kimi  yoxsulluq,  ədəb  kimi  irs  və  məşvərət 

(məsləhətləşmə) kimi arxa yoxdur”

17

 . 



4. Həzrət Əli (ə) buyurmuşdur: “Əql kamilləşdikcə 

danışıq azalar”

18

 . 


5. Həzrət Əli (ə) digər hədisdə belə buyurur: “Əqlin 

fayda və nəticəsi haqq və həqiqətlə birgə olmaqdır”

19

 . 


Gördüyünüz  kimi  bu  hədislərdə  əql  barəsində 

müxtəlif  təriflər  verilmiş,  onun  imtiyazlarından 

danışılmışdır 

20



Görəsən,  əqlli  insanı  ən  üstün  şəxs  kimi  təqdim 

edən, əqli bəzək və ən faydalı sərvət adlandıran bir din 

əql  və  təfəkkürdən  uzaq  ola  bilərmi?  Görəsən,  bütün 

bunlar İslam dinində əql üçün verilən üstün yer və dəyər 

üçün kifayət deyilmi?

Bura  qədər  Quran-kərim  ayələri,  həmçinin  hədis 

və  rəvayətlər  əsasında  əql  və  düşüncənin  İslam  dini 

baxımından məqamını araşdırdıq. Müqəddəs Quran və 

hədislər  baxımından  əql  və  düşüncənin  özünəməxsus 

olduğu, həm də üstün yer tutduğu məlumdur, çünki hər 

iki qaynaqda bununla bağlı xüsusilə danışılmış, haqqında 

müxtəlif  mövzular  bəyan  edilmişdir.  Quran  ayələrində 

əqllə bağlı aşağıdakı məqamlara toxunulmuşdur:

1. İlahi ayələrin insanların əqllərini işlətməsi üçün 

göndərilməsi.

2.  Varlıq  aləmində  əqlini  işlədənlər  üçün  bir  çox 

ilahi nişanələrin mövcudluğu.

3.  İlahi  göstərişləri  oyun-oyuncaq  saymağın  əqli 

işlətməmək nəticəsində baş verməsi.

4. Əksəriyyət insanların əqllərini işlətməməsi.

5. Alimlərin  əqllərini  işlətməsi  və  ilahi  həqiqətləri 

düşünməsi.

6.  Ədəb  və  etika  qaydalarına  riayət  etməklə  əql 

arasında mövcud olan rabitə.

7.  Əqli  işlətməməyin  hər  bir  sahədə  mövcud  olan 

ixtilafların əsas səbəbi olması.

8. Əqlini işlətməyənlərin məzəmmət edilməsi.

9.  Əql  sahibləri  üçün  ilahi  müjdə  və  üstün 

məqamların vəd edilməsi.

Sünnəyə gəldikdə isə əql barədə aşağıda sadalanan 

məqamlara toxunulur:

1. Əqlin ən faydalı varlıq olması.

2. Əqlsiz və düşüncəsiz ibadətin insan üçün elə də 

əsaslı bir faydaya malik olmaması.

3. Əql barəsində ümumi təriflərin təqdim olunması.

4.  Əql  və  düşüncənin  insan  üçün  zinət,  üstünlük 

amili, sərvət olaraq təqdim edilməsi.

5.  Əqlin  ilahi  höccət  və Allahın  ən  sevimlisi  kimi 

təqdim edilməsi.

6.  Əqlin  İslam  dininin  əsas  qaynağı  kimi  təqdim 

edilməsi.

7.  Əqlin  etiqadlı  insan  üçün  bir  dəlil  kimi  təqdim 

edilməsi.

8. Əqlin ibadət amili və Cənnətin əldə edilməsi üçün 

bir yol olaraq təqdim edilməsi.

Bütün  bunlar  İslam  dini  baxımından  əql  və 

düşüncənin  yüksək  yer  tutduğunu  və  malik  olduğu 

dəyəri  sübut  edir.  Dünyada  mövcud  olan  səmavi  və 

qeyri-səmavi dinlər barədə kifayət qədər məlumatlı olan 

bir şəxs kimi deyə bilərəm ki, onların heç birində İslam 

dini qədər əql və düşüncəyə belə bir tərzdə əhəmiyyət 

verilməmişdir. Odur ki, hər bir müsəlman həyatının hər 

bir sahəsində, hər bir anında əql və düşüncəyə xüsusi və 

önəmli yer verməlidir. 



ƏQLİN MÜTLƏQ ƏHATƏYƏ 

MALİK OLMAMASI

Əql  və  düşüncə  ilə  bağlı  müəyyən  bir  izahı  qeyd 

etmək olduqca zəruridir. O da əql və düşüncənin həmişə 

və  hər  bir  sahədə  mütləq  əhatəyə  malik  olmamasıdır. 

Bu izaha əsasən əql İslam dininin əsas qaynağı olsa da, 

mütləq  mənada  təsəvvür  edilməməlidir.  Əslində  əql 

külli  mövzuların  başa  düşülməsi  və  dərk  edilməsində 

əsas  rola  malikdir.  Lakin  adətən,  əql  şəriət  hökmlərinin 

xırdalıqlarında  susur.  Bundan  əlavə,  əql  və  düşüncə 

ölüm, bərzəx aləmi, ruh, Allah-Taalanın müqəddəs zatı, 

mələklər  və  s.  bu  kimi  həqiqətlər  barədə  də  sükut  edir. 

Onların  külliyyatını  təsdiq  etsə  də,  bəzi  xırdalıqları  və 

bütün aidiyyatı barədə kamil və hərtərəfli nəticəni təqdim 

etməkdən acizdir.

Unutmayaq ki, əql mütləq tərzdə hər bir mövzunun 

dərk  edilməsi  və  başa  düşülməsinə  qadir  olsaydı,  ilahi 

peyğəmbərlər və elçilərin göndərilməsinə, həmçinin ilahi 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə