MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

  

   


MİLLİ GÖRÜŞ

60

 



Lakin  burada  bir  çox  diqqət  yetiriləsi 

məsələlər  var  ki,  həmin  məsələlərdə  təbizə 

icazə vermirəm ki, təbiz

6

  fitvanı hörmətdən 



salan hiyləyə icazə verməyə çevrilməsin 

7



TƏRKİBİNDƏ SPİRT VƏ UYUŞDURUCU

MADDƏLƏR OLAN DƏRMANLAR

İnsanlar  arasında  istehlak  etdikləri 

(istifadə  etdikləri)  bəzi  dərmanların 

tərkibində  spirt  və  uyuşdurucu  maddələrin 

olması  ətrafında  söz-söhbətlər  gedir.  Belə 

olan halda şəri baxımdan bu maddələri qəbul 

etməyin düzgünlüyü sualı ortaya çıxır. 

Fiqhi akademiyalardan biri şəriətin əhatə 

etdiyi “çətinliyi aradan qaldırmaq” (“rəful-

hərəc”)  və  “məşəqqəti  uzaqlaşdırmaq” 

(“dəful-məşəqqə”),  “zərərin  öz  qədərində 

uzaqlaşdırılması”“zərurətlər qadağalara 

icazə verir” və “iki zərərdən ən yüngülünə 

mürtəkib  olmaq”  (“daha  qüvvətli  zərəri 

uzaqlaşdırmaq”) 

prinsiplərinə 

əsasən 


tərkibində  spirt  və  uyuşdurucu  maddələr 

olan  dərmanlar  haqqında  yuxarıda  deyilən 

tədqiqatları  müzakirə  etdikdən  sonra  belə 

fikir  ortaya  qoyublar  ki,  sırf  şərabı  (eyni 

zamanda  başqa  sərxoşedici  içkiləri)  heç 

bir  halda  dərman  kimi  qəbul  etmək  icazəli 

deyil,  çünki  Allah  Rəsulu  buyurmuşdur: 

“Allah  sizin  şəfanızı  sizə  haram  etdiyi 

şeylərdə  qərar  verməmişdir!”  ...  Lakin 

tərkibində  spirt  olan  dərmanların  müəyyən 

nisbətdə    istifadə  olunması  icazəlidir.  Bir 

şərtlə  ki  onları  ədalətli  bir  həkim  yazsın. 

Habelə  spirtdən  yaralar  üçün  bədənin 

xaricini  təmizləmək,  mikrobları  öldürmək 

məqsədilə,  həmçinin  kremlərdə  və  dəriyə 

sürtülən yağlarda istifadə etmək icazəlidir.

Seyid  Mühəmmədhüseyn  Fəzlullahın 

mövzu ilə bağlı rəyi budur ki, az bir nisbətdə 

olsa  da,  tərkibində  spirt  olan  dərmanların 

qəbul edilməsi icazəli deyil. Lakin xəstəliyin 

müalicəsi onsuz mümkün olmadıqda bu hal 

istisnadır. Şərabın özünə gəlincə onun qəbul 

edilməsi  mütləq  şəkildə  icazəli  deyildir, 

hətta  müalicə  xarakterli  olsa  belə.  Belə  bir 

hədis  var:  “Kim  şərabla  müalicə  edərsə, 

Allah ona şəfa verməz!”

Bəli,  belə  təsəvvür  edək  ki,  həyatın 

qorunması haram bir şeyin qəbul edilməsinə 

bağlıdır,  bu  vəziyyətdə  zərurət  halında  o, 

icazəlidir.  Ayədə  buyurulur:  “...  Lakin 

naəlac  vəziyyətdə  qaldıqda  başqasının 

haqqına  təcavüz  etmədən  və  həddi 

aşmadan  bunları  yeməyə  məcbur  olan 

kimsənin  heç  bir  günahı  yoxdur.  ...”

8

  

Lakin  unudulmamalıdır  ki,  biz  şərabın 

dərman olduğu mövzular haqqında danışırıq. 

Bu barədə ekspert rəyinə ehtiyac vardır. 

Lakin  spirtin  bədənin  xaricində  istifadə 

olunmasına  gəldikdə  isə  bu  iş  icazəlidir. 

Seyid Fəzlullahın rəyi budur ki, spirtin daxilə 

qəbul edilməsi haram olmasına baxmayaraq, 

o, pakdır. Bu maddələr dezinfeksiya etmək 

və s. üçün tibbi məqsədlə istifadə olunur. Bu 

halal bir faydadır.

Uyuşdurucu  maddələrin  daxilə  qəbul 

edilməsi mütləq şəkildə icazəli deyildir. Əgər 

onların  tibbi  cəhətdən  istifadəsinə  ehtiyac 

olarsa, bu, ekspertlərin müəyyənləşdirdiyinə 

və tibbi təcrübə qanunlarına uyğun formada 

olmalıdır.

ORQAN BAĞIŞLANMASI ... VƏ ŞƏRİ RƏY

Bəzi  ölkələrdə  ölüm  halında  orqanlarını 

bağışlayanların  siyahısı  tutulur.  Bu  siyahı 

evlərə  gələn  poçt  blankından  ibarətdir.  12 

yaşından yuxarı hər kəs özünü ölüm halında 

orqan bağışlayıcısı kimi yazdıra bilər. ...

Orqan  bağışlamaq  çox  həssaslıq  tələb 

edən  və  mühüm  mövzulardandır.  Şəriətdə 

bu  mövzuya  xüsusi  qayğı  və  diqqətlə 

yanaşılmışdır,  çünki  onun  canın  qorunması 

və  ona  ehtiram  edilməsi  müstəvisində 

nəticələri vardır. Habelə bu məsələdə ictimai, 

psixoloji və tibbi tərəflər vardır.

İslam  fiqh  akademiyalarından  biri  orqan 

bağışlamaq  mövzusunu  mükakirə  etmiş  və 

bu qərara gəlmişdir ki, insan bədəni daxilində 

(yəni  bədəndaxili)  orqanların  bir  yerdən 

başqa bir yerə köçürülməsi icazəlidir. Burada 

əmin  olmaq  lazımdır  ki,  bu  əməliyyatdan 

əldə olunan fayda meydana çıxacaq zərərdən 

daha üstündür. Əgər köçürülən bədən üzvü 

qan  və  dəri  kimi  öz-özünə  (avtomatik) 




MİLLİ GÖRÜŞ

61

 



bərpa  olunan  üzvdürsə,  onun  bir  insanın 

bədənindən  başqa  bir  insanın  bədəninə 

köçürülməsi  icazəlidir.  Bu  əməliyyatda 

orqan bağışlayanın tam qabiliyyətli olmasına 

və mötəbər şəri şərtlərin həqiqət tapmasına 

riayət  edilməlidir.  Ölünün  bir  orqanının, 

həyatı  bu  orqana  bağlı  olan,  yaxud  ondakı 

əsas vəzifənin salamatçılığı buna bağlı olan 

dirinin  bədəninə  köçürülməsi  də  icazəlidir. 

Əsas  şərt  odur  ki,  ölmüş  şəxs  ölümündən 

qabaq  buna  razılıq  vermiş  olsun,  yaxud 

onun ölümündən sonra varisləri buna icazə 

vermiş olsunlar. Yaxud da vəfat edən şəxsin 

şəxsiyyəti məlum deyildirsə və ya varisləri 

yoxdursa, müsəlman icmasının rəhbərindən 

icazə alınsın. İnsan orqanlarının satışı hər bir 

halda icazəli deyildir. Lakin faydalanan şəxs 

tərəfindən  orqan  bağışlayan  şəxsə  mükafat 

və hörmət əlaməti olaraq bir mal verilməsi 

barədə fiqhi akademiyanın gəldiyi nəticəyə 

uyğun olaraq bu məhəlli-nəzər və ictihaddır. 

Yəni  müəyyən  fiqhi  ictihada  əsasən  icra 

olunmalıdır. 

Diri  şəxsin  öz  orqanlarından  hər  hansı 

birinin  başqalarına  bağışlamağın  icazəli 

olması  barəsindəki  suala  yenilikçi  dini 

rəhbər  Seyid  Mühəmmədhüseyn  Fəzlullah 

belə  cavab  verir:  “İnsan  sağlığında  öz 



orqanlarını  bağışlaya  və  ya  sata  bilər. 

Lakin  o  orqanları  sata,  yaxud  bağışlaya 

bilər  ki,  onlar  olmadan  sonra  yaşamaq 

imkanı olsun. İstər o orqanın oxşarı olsun 

ki,  insan  öz  fəaliyyətini  onunla  yerinə 

yetirə  bilsin,  məsələn  bir  böyrək  kimi, 

istərsə  bəzi  sümüklər  və  venalar  kimi 

bədəndə  artıq  olan  bir  şey  olsun,  istərsə 

də bəzi mayelər və toxumalar kimi bərpa 

olunan bir üzv olsun. Orqanın bağışlandığı 

şəxs müsəlman və ya qeyri-müsəlman ola 

bilər. Bəli, ...Əgər qara ciyər kimi cismin 

onsuz  yaşaya  bilməyəcəyi  həyati  anlam 

daşıyan  üzvlərdən  olarsa,  bu  vaxt  onun 

bağışlanması icazəli deyil”.

Öləndən  sonra  orqanların  bağışlanması 

hökmü  haqqında  Seyid  buyurur:  “Ürək, 

gözlər,  qara  ciyər  və  s.  kimi  hansı  üzv 

olursa-olsun  müalicə  (çarə)  məqamında 

cənazənin  üzvlərindən  istifadə  etmək 

icazəlidir. Mükəlləfin bunu müftə, yaxud 

pul qarşılığında vəsiyyət etməsi icazəlidir. 

Vəsinin  onun  vəsiyyətini  vəsiyyət  etdiyi 

şəkildə  həyata  keçirməsi  vacibdir. 

Həmçinin  varisin  öz  miras  qoyanının 

cəsədindən müalicə məqsədilə (çarə kimi) 

bir şey götürülməsinə icazə verməsi caizdir, 

lakin bu, heç bir qarşılıq gözlənilmədən, 

müftə  olmalıdır.  Əgər  bunun  (cəsəddən 

bir  üzvün  götürülməsinin),  qarşılığında 

pulun  götürülməsi  şərtilə  vəsiyyət 

edilməsi  təsəvvür  edilərsə,  bu  surətdə 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə