MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

  

   


MİLLİ GÖRÜŞ

26

 



ŞƏRİ CƏHƏTDƏN “NOVRUZ BAYRAMI”NIN 

HARAM OLMASI BARƏSİNDƏ İSTİDLALİ

 BƏHS (DEDUKTİV MÜZAKİRƏ)

“Novruz 


bayramı”(!)nın 

qədim 


İran 

bayramlarından  və  İslamdan  əvvəl  atəşpərəst 

ayinlərindən  və  adətlərindən  olması  barəsində 

fikir  birliyi  vardır.  Zərdüştilərin  müqəddəs  kitabı 

Avestada

1

    da  buna  aid  çoxlu  məlumatlar  verilib. 



Lakin əsas diqqət edilməsi lazım olan məqam budur 

ki, “novruz” günü İran tarixinin müxtəlif dövrlərində 

yalnız  bir  gündən  ibarət  olmamış  və  uzun  zaman 

kəsiyində  və  müxtəlif  şahların  hökmdarlıq  etdiyi 

vaxtlarda dəyişkən və mütəğəyyir olmuşdur. 

Qədim dövrlərdə novruz isti fəslin, yəni yayın 

başladığı vaxt keçirilərdi, çünki ilin əvvəlini yayın 

əvvəli hesab edərdilər və digər tərəfdən də iranlılar 

o vaxt dörd fəsli tanımırdılar, əksinə ili iki hissəyə 

təqsim edirdilər ki, ilk yarısı novruzla (yay) və digər 

yarısı da soyuq fəslin, yaxud qış fəslinin başlanğıcı 

olan  Mehrəganla

2

    başlayardı.  Tarixini  dəqiq 



müəyyənləşdirə  bilmədiyimiz  vaxtdan  etibarən 

novruz yazın əvvəlinə keçirildi, lakin yenə də sabit 

qalmadı,  çünki  vəqta  ki  365  günlük  ili  30  günlük 

12 aya təqsim etdilər, 5 günü “oğurlanmış beş gün” 

adlandırdılar.  Lakin  günəş  ilinin  real  uzunluğunun 

təqribən  qalan  6  saatının  yığılması  nəticəsində 

“novruz”  hər  dörd  ildə  bir  gün  yazın  əvvəlindən 

daha da irəliləyirdi və bu da səbəb olurdu ki, novruz 

hər qırx ildə 10 gün və hər 120 ildə isə bir ay yay 

fəslinə  yaxınlaşsın  və  nəticədə  özünün  baharın 

“elçisi  və  xəbərgətirəni”  olma  mahiyyətini  əldən 

versin, hətta bəzən qışa təsadüf etsin.

Hicri-qəməri tarixilə 467-ci ildə

3

  novruz Balıqlar 



bürcünün

4

  23-nə (esfənd ayına) düşdü ki, qışın sona 



çatması və yazın başlamasına 7 gün qalmışdı. Buna 

görə səlcuqlu sultanı bu problemi həll etmək fikirinə 

düşdü və çarə yolu tapmaq üçün bir qrup münəccimi 

dəvət etdi ki, onlardan biri də öz dövrünün məşhur 

astronomu  və  riyaziyyatçısı  filosof  Ömər  Xəyyam 

idi.  Beləcə  “Təqvimi-Cəlali”  (“Cəlali-Təqvimi”) 

adı  ilə  tanınan  yeni  bir  təqvim  meydana  çıxdı. 

“Cəlali  Təqvimi”  öz  növbəsində  sonradan  iranlı 

olmuş monqol hökmdarı Qazan xanın hakimiyyəti 

dövründə Xacə Rəşidəddin Fəzlullah Həmədaninin 

nəzarəti  altında  bir  qrup  alim  tərəfindən  Marağa 

rəsədxanasında  düzəldilmişdir.  ...  Beləliklə, 

novruzun həmişəlik olaraq baharın əvvəlində qeyd 

edilməsi dəqiqləşdirildi 

5



İndi  görək  bu  gün  dini-mübini-İslamda  da 



“bayram”,  yaxud  xüsusi  mərasimləri  olan  şadlıq 

və  şənlik  günü  kimi  tanınmışdır,  ya  yox?    Bunu 

araşdırmaq və müzakirə etmək lazımdır. 

Bu günü İslamın müqəddəs şəriəti baxımından 

qəbul edənlər üç əsas amilə istinad etmişlər: 

1. Bahar fəslində təbiətin oyanması və torpağın 

canlanması.



MİLLİ GÖRÜŞ

27

 



2.  Novruza  aid  mərasimlərdə  bəyənilmiş 

adətlərin mövcud olması.

3.  Həzrət  İmam  Sadiq  əleyhissəlamdan  nəql 

olunmuş bir hədisə istinad etmək.

Biz bu məqalədə həmin üç əsası ətraflı şəkildə 

araşdıracağıq. 



1. NOVRUZ VƏ TƏBİƏT

Heç şübhəsiz ki, gözəl bahar fəsli ilahi qüdrətin 

möhkəm bir nişanəsi, Pərvərdigarın lütfünün gözəl 

cilvəsi və ölülərin dirilməsinin və cana gəlməsinin 

kiçik bir səhnəsidir. Quranda deyilir: “Ölü torpaq 

onlar üçün bir nişanədir (dəlildir), Biz ona həyat 

verir,  oradan  dənələr  çıxarırıq,  onlar  da  ondan 

yeyirlər”

6

  .  Məhz  “bu  gündə  torpaq  və  bitkilər 

canlandığına  və  Allahın  nişanələri  (ayələri) 

təzahür  etdiyinə  görə  bu  gün  bayramdır”  – 

şəklində  nəticə  çıxarmaq,  səhv  bir  çıxarış  və  batil 

bir  müqayisədir,  çünki  Allahın  qüdrəti,  əzəmət 

nişanələri, hər bir ləhzədə, hər bir nəfəsdə, hər bir 

varlıqda  və  hər  bir  şeydə  həmişə  vardır  və  aşkar 

görünür. Buna görə də “Ya sin” surəsinin yuxarıda 

qeyd  olunan  33-cü  ayəsindən  sonrakı  ayələrdə 

gecə və gündüz, Günəşin çıxması və batması, Ayın 

fırlanması,  həmçinin  dənizdə  və  qurudakı  səfərlər 

Xudavəndi-aləmin  varlığının  və  birliyinin  dəlilləri 

adlandırılmışdır:  “...  Gecə  də  onlar  üçün  bir 

ayədir  (nişanədir).  Biz  gündüzü  ondan  sıyırıb 

çıxaran kimi onlar zülmət içində olarlar. Günəş 

də onun üçün müəyyən olunmuş yerdə seyr edər. 

Bu,  Əziz  (yenilməz  qüvvət  sahibi),  Əlim  (hər 

şeyi  bilən)  Allahın  təqdiridir  (ölçüsüdür).  Biz 

Ay  üçün  də  mənzillər  müəyyən  etdik.  Nəhayət, 

o  dönüb  xurma  ağacının  quruyub  əyilmiş 

köhnə  budağı  kimi  olar.  ...  Övladlarını  dolu 

gəmiyə mindirməyimiz də onlar üçün bir ayədir 

(nişanədir)”

7

.  Quranda  onlarla  belə  ayə  vardır  ki, 

“Füssilət”  surəsinin  şərafətli  ayəsi  bütün  onların 

qısa  şəkildə  şərhidir.  Həmin  ayədə  izah  olunur  ki, 

Allahın varlığına və birliyinə dəlalət edən nişanələri 

səmalarda,  səma  cisimlərində  və  bütün  insanların 

batinində  müşahidə  etmək    mümkündür:  “Onun 



(Quranın) haqq olduğu onlara bəlli olsun deyə, 

Biz  Öz  nişanələrimizi  (ayələrimizi)  onlara  həm 

afaqda  (üfüqlərdə,  kainatda,  göylərin  və  yerin 

ətrafında), həm də özlərində mütləq göstərəcəyik. 

Məgər  Rəbbinin  hər  şeyə  şahid  olması  kifayət 

etməzmi?!”

8

 Deməli, baharın gəlişi saysız-hesabsız 

ayə və nişanələrdən yalnız biridir. 

2. NOVRUZ VƏ BƏYƏNİLMİŞ ADƏTLƏR

Novruz  mərasiminin  keçirildiyi  günlərdə 

təmizlik, insanların bir-birilə görüşməsi və qəbirlərin 

ziyarət olunması kimi bəzi bəyənilmiş işlərin yerinə 

yetirilməsi  xalq  arasında  bir  adətdir.  Lakin  bu  da 

novruzun bayram olmasına dəlil ola bilməz, çünki 

bu  cür  bəyənilmiş  işləri  həmişə  yerinə  yetirmək 

lazımdır. Digər tərəfdən İslam dini bayramsız bir din 

deyildir. Müqəddəs İslam şəriətində digər mübarək 

islami günlərə əlavə olaraq ildə bir bayramın yerinə 

il ərzində üç böyük bayram (Fitr, Qurban və Qədiri-

Xum bayramları) və bir də həftəlik bayram (cümə 

günü) qanuniləşdirilmişdir. Şeyx Səduqun Müfəzzəl 

ibn  Ömərdən  nəql  etdiyi  xəbərdə  belə  rəvayət 

olunur:  “İmam  Sadiqə  dedim:  “Müsəlmanların 

neçə bayramı vardır? Buyurdu: “Dörd bayramı. 

...”

9

   


Həmçinin müsəlman olan hər bir şəxs bədənini və 

yaşadığı yeri həmişə təmiz saxlamaqla mükəlləfdir. 

Buna əlavə olaraq ciddi şəkildə tövsiyə olunmuşdur 

ki, gərək müsəlman hər həftə cümə günü bədənini və 

yaşadığı yeri ümumi şəkildə təmizləsin. Həmçinin 

İslam  şəriətində  əmr  olunmuşdur  ki,  özünü 

müsəlman hesab edən hər kəs xəstələrə baş çəkməli, 

silei-rəhm etməli və digər ictimai vəzifələrini yerinə 

yetirməlidir. 

Digər  tərəfdən  qeyri-müsəlmanların  ayinlərinə 

bağlanmaq, adab və ənənələrinin yol və metodunda 

din düşmənlərinə oxşamaq (yəni onları yamsılamaq) 

şəri cəhətdən haramdır. Bu fikri sübut edən Səkuninin 

İmam  Sadiqdən  nəql  etdiyi  mötəbər  rəvayətdir: 



“Allah  Öz  peyğəmbərlərindən  birinə  belə  vəhy 

etdi:  “Möminlərə  de  ki,  Mənim  düşmənlərimin 

paltarını  geyinməsinlər,  Mənim  düşmənlərimin 

yediklərini yeməsinlər və mənim düşmənlərimin 

xətti-hərəkətinə iqtida etməsinlər ki, onlar kimi 

onlar da Mənim düşmənim olarlar!”

10

  Bu rəvayət 

“Üyunu  Əxbarir-Rza”  kitabında  başqa  bir  sənədlə 



Allah Rəsulu buyurmuşdur: “Ümmətimin içində bidətlər meydana gəldikdə alim 

öz elmini üzə çıxarmalıdır. Kim bunu etməzsə, Allahın lənəti onun üzərinə olsun!” 

(“Mizanul-Hikmə”; c. 1, s. 321, “Kafi”dən nəql olunub).  




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə