MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

MİLLİ GÖRÜŞ

31

 



–  Cəfər  ibn  Əhməd  ibn  Əli  əl-Munisi  əl-

Qummi.  Bu  çox  vəziyyəti  bilinməyən  bir  şəxsdir. 

Onun  haqqında  deyilmişdir  ki,  o,  vəzir  Sadiq  ibn 

Əbbaddan rəvayət edirdi.

– Mühəmməd ibn Həsən ibn Muid əs-Saiğ. Bu 

şəxs çox zəifdir. Rical alimləri ittifaq ediblər ki, o, 

qulatlardandır və qabili-istinad deyildir

30

 . 



–  Müəlla  ibn  Xüneys.  O,  Kufəlidir.  Əvvəl 

Əsədilərin,  sonra  İmam  Sadiqin  qulu  olmuşdur. 

Nəcaşi özünün “Rical” kitabında Müəllanı çox zəif 

şəxs  adlandırmışdır.  İbn  Qədairi  (Ğəzairi)  onun 

barəsində  deyir:  “O,  əvvəl  müğeyri

31

    olmuşdur. 

Sonra Nəfsi-Zəkiyyə adı ilə tanınan Mühəmməd 

ibn  Abdullah  Həsəninin  imamətinə  dəvət  etdi 

ki, bu töhmətlə Davud ibn Əli onu həbs etdi və 

qətlə  yetirdi.  Qulat  onun  adından  çox  hədislər 

qondarırdı”. İbn Qədairi belə əlavə edir: “Onun 

hədislərini qəbul edilməsi mümkün olan hədislər 

hesab etmirəm”.

Şeyx  Tusi  “Qeybət”  kitabında  sənəd  zikr 

etmədən Müəlla barəsində deyir ki, o, İmam Sadiqin 

xidmətçilərindən  və  o  Həzrətin  mədhinə  məzhər 

olmuş şəxslərdən olmuşdur. Günahsız yerə məhkum 

olunmuşdur.  Bu  işin  də  tələbi  budur  ki,  onun 

ədalətinə hökm verilsin.

Beləliklə,  Müəlla  ibn  Xüneys  barəsində  rical 

kitablarında  mövcud  olan  faktlara  əsasən  deyə 

bilərik  ki,  o,  əvvəldə  müğeyri,  qali  və  yalançı  bir 

şəxs  olmuşdur.  Buna  görə  də  qalilər  ondan  çoxlu 

hədislər  nəql  etmişlər.  Sonra  orta  yaşlarında  xalqı 

Mühəmməd  ibn  Abdullah  Həsəninin  imamətinə 

dəvət  etməklə  onları  azdırmış  və  düzgün  yoldan 

yayındırmışdır.  Həbs  olunduğu  zaman  zindanda 

tövbə etmiş və haqq yola qayıtmışdır. Lakin o, heç 

vaxt  zindandan  azad  olmamış  və  sonda  çarmıxa 

çəkilmişdir.  Müəllanın  adından  nəql  olunan 

bütün  hədislər  onun  azğınlıq  dövründə  olmuşdur. 

Zindanda olduğu dövrdə ondan heç vaxt hədis nəql 

olunmamışdır. Onun tövbə etdiyi qəbul olunsa da, 

onun rəvayətlərinə istinad etmək olmaz. 

İmam  Cəfər  Sadiq  əleyhissəlam  Müəllanın 

öldürülməsindən  sonra  buyurmuşdur:  “Mən 



Müəllaya bir şey əmr etmişdim, lakin o, mənimlə 

razılaşmadı  və  mənim  əksimə  getdi.  Buna 

görə  də  dəmirə  məruz  qaldı  (yəni  qandallandı 

və  zəncirləndi).  ...  Kim  bizim  sirrimizi  faş 

edərsə,  silah  onu  dişləməmiş  ölməz,  yaxud  da 

qandallanmış halda ölər”

32

 .  

5.  Müəlla  hədisində  ziddiyyətli  məqamlar 

gözə  dəyir  ki,  bu  da  rəvayətin  qondarma  olduğu 

fikrini  qüvvətləndirir.  Tarixi  səhvlərin  mövcud 

olması buna misal ola bilər. Bu rəvayətdə bildirilir 

ki,  Peyğəmbərin  bəsət  günü

33

  ,  Məkkənin  fəthi, 



Qədiri-Xum bayramı, Əmirülmömininin xilafətinin 

başlanması, Nəhrəvan döyüşü və xarici Zussədyənin 

öldürülməsinin  hamısı  novruz  günündə  baş 

vermişdir. Halbuki Qədiri-Xum bayramı h.q. təqvimi 

ilə hicrətin 10-cu ili zilhiccə ayının 18-i (h. ş. 10-cu 

il  esfənd  27,  m.  632,  15  mart),  Əli  ibn  Əbutalibə 

ikinci dəfə xəlifə olaraq beyət edilməsi h. q. təqvimi 

ilə hicrətin 35-ci ili zilhiccə ayının 13-ü (h. ş. 35-ci 

il, xordad (3-cü ay) 25, m. 656, iyun 12), Məkkənin 

fəthi günü h. q. təqvimi ilə hicrətin 8-ci ili ramazan 

ayının 29-u (h. ş. 8-ci il, bəhmən (11-ci ay) 2, m. 

630, yanvar 19), Nəhrəvan döyüşü və Zussədyənin 

qətlə yetilirilməsi h. q. təqvimi ilə hicrətin 39-cu ili 

səfər ayının 9-u (h. ş. 38-ci il, tir (4-cü ay) 17, m. 

659, iyul 5) və bəsət günü isə hicrətdən 13 il əvvəl 

rəcəb ayının 27-i (h. ş. təqvimi ilə hicrətdən 12 il 

əvvəl, tir 17, m. 609, iyul 5) baş vermişdir. 

 

Bütün  bu  tarixi  hadisələrin  növbə  ilə  novruz 

gününə  təsadüf  etməsi  üçün  yüz  illərin  keçməsi 

lazımdır. Məsələn belə bir müşahidə aparmışıq ki, 




  

   


MİLLİ GÖRÜŞ

32

 



Məkkənin fəthi ilə Qədiri-Xum bayramı arasındakı 

zaman fasiləsi yalnız iki il olmuşdur. Ona görə də bu 

fikirdəyik ki, belə bir rəvayəti qondaran şəxs tarix 

baxımından xalqın ən cahil nümayəndəsi olmuşdur. 

Bu  ziddiyyətlər  haqqında  danışdığımız  rəvayəti 

xalq arasında öz etibarını itirən, inanılması mümkün 

olmayan bir dərəcəyə çatdırmışdır.  

6. Şəri bayram naməlum bir gündə ola bilməz. 

Əvvəldə dediyimiz kimi tarixdə novruz günü həmişə 

şahların  istəklərinə,  yaxud  günəş  ili  günlərinin 

astronomik  hesablamalarına  uyğun  olaraq 

mütəğəyyir  və  dəyişkən  olmuşdur.  Bəzən  yayda, 

bəzən  pərakəndə  şəkildə  ilin  müxtəlif  fəsillərində, 

bəzən  yaza  bir  neçə  gün  qalmış,  bəzən  yazın 

əvvəlində, bəzən isə padşahın taxta çıxdığı ilin hər 

hansı  bir  günündə  keçirilirdi.  Əbülqasim  Firdovsi 

Cəmşidin tacqoyma novruzu barəsində belə deyir:



O təxtin içində böyük hökmdar

Fəzada Günəştək tutardı qərar.

Cahan qaldı heyran onun təxtinə,

Hamı afərin söylədi bəxtinə.

Edib xalq Cəmşidə gövhər nisar

34

 ,

Belə bir günə Novruz ad qoydular

35

 . 

 

On  iki  imamçı  şiə  məzhəbinin  böyük  fəqihi 



İbn  Fəhd  Helli  özünün  “əl-Mühəzzibul-Bari” 

(“Mahir  tərbiyəçi”)  adlı  əsərində  etiraf  edir  ki, 

novruz  gününü  müəyyənləşdirmək  çətindir,  çünki 

o,  əsasən  bir  gündən  ibarət  olmamışdır,  əksinə 

zərdüşti  padşahlarının  fikirlərinə  tabe  olaraq  qeyd 

olunmuşdur

36

 . 


Novruzun 

naməlum 


gün 

olduğu 


müəyyənləşdikdən  sonra  belə  başa  düşürük  ki, 

novruz  heç  bir  vəchlə  bayram  kimi  hesab  edilə 

bilməz.  

7.  Bu  hədisdə  bəzi  günlər  pis  fala  mübtəla 

olmuşdur.  Əlbəttə,  bu  iş  şəri  cəhətdən  rədd 

olunmuşdur, çünki rəvayətdə deyilir: “İslamda pis 

fal yoxdur!” Buna görə də “Bihar”ın haşiyəsində 

oxuyuruq:  “Bu  iş  məsum  imamların  həyat 



tərzində  müşahidə  olunmamışdır.  Ona  görə  də 

bu fəsildə zikr olunanlar daha çox fars münəccim 

kahinlərinin  qondarmalarına  oxşayır.  Əlbəttə, 

gizli deyildir ki, pərdə arxasında siyasi kələklər 

və hiylələr də mövcuddur”

37

 . 

NOVRUZ GÜNÜNÜN QÜSLÜ

Şeyx Tusinin  “Misbah”  kitabına  nisbət  verilən 

və  “Bihar”da  zikr  olunmuş  başqa  bir  xəbər  də 

mövcuddur.  Bu  xəbərdə  bildirilir  ki,  novruz 

günündə qüsl etmək müstəhəbdir. O gün üçün dua 

və namaz da zikr olunmuşdur. “Misbah” kitabının 

haşiyəsində novruz gününün qüslü barəsində, həmin 

gündə  qüslün,  duanın  və  namazın  müstəhəbliyinə 

əsaslanan isnadsız ibarə gəlmişdir. Lakin “Misbah” 

kitabının araşdırılması nəticəsində sübuta yetmişdir 

ki,  qüsl,  dua  və  namaz  ifadələri  Şeyx  Tusidən 

sonra  “Misbah”  kitabının  bəzi  nüsxələrinə  əlavə 

olunmuşdur. Buna görə də təshih və təhqiq edilmiş 

nüsxələrdə belə izah verilmişdir: “Orijinal nüsxədə 



artıqlıq mövcud deyildir”.

Mühəqqiq  Şuştəri  “əl-Nucə  fi  şərhil-Lumuə” 

kitabında  novruz  gününün  qüslü  barəsində  belə 

yazır:  “Qədim  alimlərdən  heç  kim  onu  nəql 



etməmişdir. Müəllanın rəvayəti zəifdir”. 

NƏTİCƏ

Artıq  belə  bir  qənaətə  gələ  bildik  ki,  bütün 

gözəllik  və  əzəməti  ilə  bahar  fəsli  şükr  və  sitayişə 

layiq  olan  milyardlarla  ilahi  nişanələrdən  bir 

nişanədir.  İranın  və  Azərbaycanın  müsəlman  və 

əqidəli xalqı özlərinin dini və məzhəbi etiqadlarına 

diqqətlə  yanaşaraq  novruzda  dostluq,  təmizlik, 

qonaqpərvərlik,  silei-rəhm,  qohum-əqrəbaya  və 

yoxsullara  kömək  etmək,  vəfat  etmişləri  yada 

salmaq və s. kimi çox yaxşı adətlər həyata keçirirlər. 

Bu adətlərdən bəziləri yaxşı adətlərdir. Lakin onu da 

bilmək lazımdır ki, bu gözəl xislətlər və əməllər ilin 

müəyyən  bir  günü  ilə  məhdudlaşmamalıdır,  əksinə 

bu əməlləri il boyu da yerinə yetirmək və qoruyub 

saxlamaq lazımdır.

Digər tərəfdən də qeyri-düzgün adətlərdə qeyri-

müsəlmanlardan  nümunə  götürməkdən  qəti  şəkildə 

çəkinmək  və  qeyri-islami  ayinləri  islami  adətlərə 

daxil etməmək lazımdır, çünki ibadətlər, o cümlədən 

bayramlar  İslam  dinində  Allah  tərəfindən  qoyulan 

qanunlardır.

İmam  Sadiqə  nisbət  verilən  rəvayəti  dəqiq 

araşdırmaqla  şahid  olduq  ki,  o  rəvayət  İmam 

Kazim əleyhissəlamdan nəql olunan digər rəvayətlə 

ziddiyyət  təşkil  edir,  əql  və  ehtiyat  bu  kimi 

mövzularda  dayanmağı  tələb  edir.  Digər  tərəfdən 

də  həmin  rəvayətdə  (Müəlla  rəvayəti)  həm  tarixi 

baxımdan və həm də şəri cəhətdən səhvlər çoxdur.  




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə