MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

  

   


MİLLİ GÖRÜŞ

38

 



Oruc  Allah-Taalanın 

vacib 


buyurduğu 

əməllərdəndir.  Onun  həm  fərd,  həm  də  cəmiyyət 

üçün  böyük  faydaları  vardır.  Allah-Taala  orucu 

müsəlman  ümmətinə  vacib  etdiyi  kimi,  İslamdan 

qabaq başqa ümmətlərə də vacib buyurmuşdur. Bu 

onun çox əhəmiyyətli ibadət olmasını göstərir. Allah-

Taala “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur: 

“Ey iman gətirənlər! Təqva sahibi olasınız deyə 

(yəni yasaq olunmuş şeylərdən qorunasınız deyə) 

oruc  sizdən  əvvəlkilərə  vacib  edildiyi  kimi,  sizə 

də vacib edildi!”

Hədislərdə  deyilir  ki,  oruc  Cəhənnəm  atəşinə 

qarşı qalxandır, bədənin zəkatıdır və oruc tutanın 

yuxusu  ibadət,  nəfəsi  və  sükutu  (susması)  təsbih 

(yəni  dua),  əməli  məqbul,  duası  müstəcab  (yəni 

qəbul olunmuş) və ağzının iyi isə Allahın yanında 

müşkdən daha ətirlidir. 

Sual: Oruc nədir?

Cavab:  Oruc  sübh  azanından  günəş  batana 

qədər  Allah  rizası  üçün  orucu  pozan  işlərdən 

çəkinməkdir (Bu işlər haqqında məlumat veriləcək).

Sual: Orucun vacib buyurulmasının hikməti 

və səbəbi nədir?

Cavab:  Quran-kərimə  nəzər  saldıqda  belə 

başa düşülür ki, orucun vacib edilməsinin hikməti 

və səbəbi insanın təqvaya çatması və təqva sahibi 

olmasıdır.  Allah-Taala  buyurub:  “Təqva  sahibi 



olasınız  deyə  oruc  sizdən  əvvəlkilərə  vacib 

edildiyi kimi, sizə də vacib edildi!” Ayənin “təqva 

sahibi  olasınız  deyə…”  hissəsinə  diqqət  etdikdə 

belə  bir  nəticəyə  gələ  bilirik.  Beləcə,  orucun  əsil 

məqsədi ortaya çıxır.

Oruc  təqva  vasitəsi  və  təqvaya  aparan  bir 



Ramazan  ayı  orucu  ilə  bağlı  oxucuları 

maraqlandıran  çoxsaylı  sualları  cavablandırmaq  üçün 

ilahiyyatçı  ekspert,  “Milli  Görüş”  jurnalının  təsisçisi  Xəyyam 

Qurbanzadəyə  müraciət  etdik.  Xəyyam  müəllim  ona  ünvanlanan 

şəri  sualları  modernist  fəqih  mərhum  Seyid  Mühəmmədhüseyn 

Fəzlullahın  fitvalarına  əsasən  cavablandırdı.  Cavabları  sizə 

təqdim edirik.


MİLLİ GÖRÜŞ

39

 



yoldur.  Oruc  məqsəd  deyil,  məqsəd  olan  təqvaya 

çatma  vasitəsidir.  Oruc  təqvanın  zəminəsi,  təqva 

isə  orucun  nəticəsidir.  Oruc  insanda  təqva  sahibi 

ola bilmə gücü yaradan ibadətdir.



Sual: Bəs təqva nədir?

Cavab: Təqva Allahın  yasaq  etdiyi  şeylərdən 

qorunmaq deməkdir.



Sual:  Orucun  təqva  ilə  olan  əlaqəsini  necə 

başa düşək?

Cavab:  Təqvaya  verilən  tərifdən  belə  başa 

düşülür ki, onu əldə etmək yalnız güclü bir iradəyə 

sahib olmaqla mümkündür. Güclü bir iradəyə sahib 

ola  bilməyən  şəxs,  öz  ixtiyarının  cilovunu  əlində 

tuta və nəfsə xoş gələn günahlardan qoruna bilməz. 

İradəni  isə  onun  üzərində  məşq  işi  aparmaqla 

qüvvətləndirmək  olar.  Bu  da  nəfsi  yemək  və 

içməkdən  ibarət  olan  qarın  şəhvətindən  və  cinsi 

şəhvətdən  çəkindirməklə  mümkündür,  çünki 

insanları günaha sürükləyən şəhvətin təməli, mədə 

və cinsi arzulardır. Əgər insan öz nəfsini müəyyən 

bir  zaman  içində  (yəni  sübh  azanından  günəş 

batana qədər) ən zəruri ehtiyacları olan bu işlərdən 

məhrum  etsə  və  bu  idmanı  məşq  etsə,  tədricən 

onda  günahdan  qoruna  bilmə  gücü  yaranar  və 

yavaş-yavaş iradəsinə hakim ola bilmə bacarığı və 

məharəti formalaşar. Bir sözlə, iradəsi qüvvətlənər 

və  özünü  insana  cazibədar  gələn  günahlardan 

qoruya  bilər. Aydındır  ki,  yemək,  içmək  və  cinsi 

münasibət kimi icazəli işlərdən çəkinməkdə Allahın 

çağırışına  cavab  verməklə,  güclü  iradə  nümayiş 

etdirən bir şəxs üçün günahlardan çəkinməkdə Ona 

itaət etmək daha asan olar.

Həm də nəfsi oruc tutmaqla ac buraxmaq onun 

insan  iradəsinə  hakim  olma  istəyini  qırar,  ona 

acizliyini, zəifliyini və möhtac olduğunu göstərər. 

Ona qul olduğunu bildirər. 

Sual: Bildiyimiz kimi, oruc müqəddəs Ramazan 

ayında tutulur. Bu ayı digər aylardan fərqləndirən 

xüsusiyyətlər hansılardır?

Cavab:  Ramazan  ayı  Quranın  nazil  olduğu 

müqəddəs  bir  aydır.  Ramazan  ayı  elə  bir  aydır  ki, 

səmanın,  Cənnətin  və  ilahi  rəhmətin  qapıları  açılır, 

Cəhənnəmin  qapıları  isə  bağlanır.  Onun  günləri 

günlərin, gecələri gecələrin və saatları isə saatların ən 

fəzilətlisidir. O ayda insanlar ilahi ziyafətə (qonaqlığa) 

dəvət  olunur  və  övliyaların  (Allah  dostlarının) 

təbəqəsində qərar tuturlar. Bu ayda bir gecə vardır ki, 

o  gecədə Allaha  ibadət  etmək  min  ayda  Ona  ibadət 

etməkdən daha xeyirlidir. O bir gecə Qədr gecəsidir. 

Qədr  gecəsində  mələklər  və  böyük  mələk  Ruh 

Rəbbinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə 

dan yeri sökülənə kimi salamatlıq və əmin-amanlıqdır. 

Sual: Bir müsəlman və mömin ramazan ayını 

necə dəyərləndirməlidir?

Cavab:  Hər  şeydən  əvvəl  oruc  tutmasının 

qarşısını alan bəzi amillər yoxdursa (bunlar haqqında 

danışılacaq),  sədaqət  dolu  niyyət  və  pak  qəlblə  oruc 

tutmalıdır.  Ayələrin  mənalarını  düşünərək  Quran 

oxumalı  (yəni  Quran  üzərində  təfəkkür  etməli), 

Allahdan  bağışlanma  diləməli,  günahlarına  tövbə 

etməlidir,  çünki  bu  böyük  ayda  ilahi  məğfirətdən 

(bağışlanmadan)  məhrum  olan  şəxs  həqiqətən 

bədbəxtdir. İmam Sadiq buyurmuşdur: “Kim ramazan 

ayında bağışlanmasa, gələn ilə qədər bağışlanmaz. 

Növbəti ramazana qədər yalnız Ərəfatda (Məkkədə 

Ərəfə  günü  hacıların  durduqları  yer)  bağışlana 

bilər”.

Mömin  bu  ayda  ac-susuz  qalmaqla  Qiyamət 

gününün  aclığını  və  susuzluğunu  və  yoxsulların 

aclıqdan  hansı  hisslər  keçirdiklərini  xatırlamalıdır. 

Fəqirlərə  və  şikəstlərə  sədəqə  verməli,  böyüklərə 

ehtiram  etməli,  kiçiklərə  qarşı  mərhəmətli  olmalı, 

qohumlarla  əlaqə  yaratmalı,  dilini  qeybətdən, 

yalandan,  böhtandan,  iftiradan  və  dedi-qodudan, 

gözünü naməhrəmlərdən, qulağını başqaları haqqında 

edilən qeybətə qulaq asmaqdan qorumalı və yetimlərə 

rəhm etməlidir. 

Oruc  tutan  şəxs  qəlbini  eyiblərdən,  məkr  və 

hiylələrdən  təmizləməli,  Allaha  sığınmalı,  gizlində 

də,  aşkarda  da  Onun  yasaq  etdiklərindən  çəkinməli, 

Allahdan qorxmalı, oruclu olduğu halda qəlbini Allah 

üçün hər şeydən boşaltmalıdır.

Əgər  bunları  edərsə,  əməlli-başlı  oruc  tutmuş  və 

Allahın ona əmr etdiyi şeydə Ona itaət etmişdir. 



Sual: Oruc tutmaq kimlərə vacibdir?

Cavab:  Orucun  insana  vacib  olması  üçün 

aşağıdakı şərtlərin olması zəruridir:



1.  Oruc  tutan  müsəlman  olmalıdır.  Kafirə  oruc 

tutmaq vacib deyil, tutsa da qəbul olunmaz. 



2.  Oruc  tutan  şəxs  yetkinlik  yaşına  çatmalıdır. 

Oğlan uşağı 14 yaş 7 aylığında, qız uşağı isə 12 yaş 

7  ay  20  günlüyündə  yetkinlik  yaşına  çatır. Yetkinlik 

yaşına  çatmayan  uşağın  oruc  tutması  vacib  deyil. 

Lakin  savab  qazanmaq  üçün  oruc  tutarsa,  əməli  düz 

olar, qəbul olunar və ona savab yazılar.



3.  Qadına  orucun  vacib  olması  üçün  sübh 

azanından günəş batana qədər heyz (aybaşı) və nifas 

qanından  pak  olmalıdır.  Heyz  və  nifas  halında  olan 

qadının  oruc  tutması  vacib  deyil.  Əgər  oruc  tutarsa, 

orucu düz deyil.

Sual:  Əgər  oruc  tutmuş  bir  qadından  gün 

əsnasında  heyz  və  yaxud  nifas  qanı  gələrsə,  onun 

orucu pozularmı? 

Cavab:  Bəli,  onun  orucu  pozular  və  həmin  gün 

oruc tuta bilməz. Sonra onun qəzasını tutmalıdır. 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə