MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

  

   


MİLLİ GÖRÜŞ

20

 



proqramı,  planı  və  ön  hazırlıqları  hazırlanmalı  və 

təqib  edilməlidir.  Beləliklə,  ölkələrarası  dialoqun 

başlaması zəmini və inkişaf etməsinin təmin edilməsi 

istiqamətində işlər görülər.

Aşağıdakı  tabloda  “İslam  və  Qərb  Dialoq 

İnstitutu”nun  necə  bir  institut  olaraq  qurulması  və 

fəaliyyət göstərməsinin lazım olduğu sxematik olaraq 

açıqlanmışdır.



DİALOQ İNSTİTUTUNUN ÜMUMİ 

KOLLEGİYASI

Bu qurum 1,5 milyardlıq İslam aləminin tanınmış 

elm,  fikir  və  aksion  adamlarından  təşkil  olunmuş 

bir  kollegiyadır.  Bu  kollegiya  mənən  1,5  milyardlıq 

İslam  aləminin  xalq  topluluqlarını  təmsil  edən  və 

dialoqun əhəmiyyətini qavramış və mənimsəmiş olan 

şəxslərdən təşkil olunmuş bir kollegiyadır. Ən azı ildə 

bir dəfə toplanmalıdır.

Müəyyən bir vəzifə dövrü üçün seçdiyi idarəetmə 

kollegiyasının  illik  məzurələrini  müzakirə  etməli  və 

tövsiyələr verməlidir. Bu kollegiyada vəzifələndirilən 

şəxslərin  çox  yaxşı  bir  şəkildə  seçilməsinin  bütün 

fəaliyyətlərin  müvəffəqiyyətli  olması  baxımından 

əhəmiyyəti böyükdür. 



İDARƏETMƏ KOLLEGİYASI

Ümumi  kollegiya  tərəfindən  seçilmiş  məhdud 

sayda üzvə sahib olan bir kollegiyadır. Təqribən 3 ayda 

bir  dəfə  toplanmalı,  İnstitutun  fəaliyyətinə  istiqamət 

verməli və nəzarət etməlidir. 

ALİ MÜŞAVİRƏ KOLLEGİYASI

İslam  aləminin  fikir  və  tövsiyələrindən  istifadə 

ediləcək  seçilmiş  şəxslərindən  təşkil  olunmuş 

kollegiyadır.  Bu  da  təqribən  3  ayda  bir  dəfə 

toplanmalıdır.  Və  ayrıca  lazım  olduğu  zamanda 

da  toplanmalıdır.  İnstitutun  fəaliyyəti  haqqında 

istiqamətləndirici tövsiyələr verərlər.

Fəaliyyətinə nəzarət edərlər. Bunların hərtərəfli və 

geniş şəkildə çalışması üçün lazım olan qərarlar qəbul 

edər və müxtəlif tədbirlər həyata keçirərlər.



BAŞ KATİB

Davamlı  olaraq  institutun  başında  dayanmalıdır. 

İdarəetmə  Kollegiyasının  və  Ali  Müşavirə 

Kollegiyasının  qərarları  istiqamətində  əsas  fəaliyyət 

göstərməlidir.

MÜDİRLƏR KOLLEGİYASI

Baş katiblə bərabər 5 əsas şöbənin başçılarından təşkil 

tapmalıdır.  Şöbələr  arasındakı  əməkdaşlığa  və  bütün 

fəaliyyətlərin idarə edilməsinə bu kollegiya vasitəsitəsilə 

nəzarət edilməlidir.

Bu  kollegiyanın  üzvləri  təqribən  həftədə  bir  dəfə 

toplanaraq fəaliyyətlərə istiqamət verməlidir.

İnstitutun  əsas  fəaliyyətləri  bu  beş  şöbə  tərəfindən 

idarə edilməlidir.

Hər bir şöbənin müdiri, xüsusi müşavirə kollegiyası, 

katibi və digər ehtiyacları təmin edəcək qədər şəxsi heyəti 

vardır. 


Bu  şöbələr  İslam  dünyasının  mövcud  qurum  və 

imkanları ilə əməkdaşlıq içində fəaliyyət göstərməlidirlər. 



1. STRATEJİ ARAŞDIRMA VƏ PLANLAMA 

ŞÖBƏSİ

Bu  şöbə  institutun  bütün  fəaliyyət  sahələrində 

necə  fəaliyyət  göstərməsi  lazım  olduğunu  araşdıran 

və  planlaşdıran  şöbədir.  İslam  dünyasının  tanınmış 

mütəxəssislərindən yararlanmalıdır.

Fəaliyyətlərin  məhsuldar  olması  üçün  hər  cür 

araşdırma və planlaşdırma ortaya qoymalıdır. 

2. YENİ DÜNYA NİZAMI TƏMƏL ƏSASLARI

VƏ İNSAN HAQLARI ŞÖBƏSİ

Bütün bu fəaliyyətlərin ana qəyəsi yeni bir dünyanın 

sülh  və  hüzur  içində  yaşayan  bir  dünya  və  bütün 

insanların  həyatına  səadət  gətirən  bir  dünya  olmasını 

təmin etməkdir.

Buna  görə  də  “Kobud  gücü  deyil,  haqqı  üstün 



tutan” yeni bir dünyanın təməl əsasları nələr olmalıdır? 

Bu dünyada insan haqları hansılardır? Və insan haqlarına 

zidd olan davranışların qarşısı necə alınacaqdır? Bütün 

bu  mövzular  əsas  qayə  baxımından  böyük  əhəmiyyət 

daşıyır. Bu mövzuların seçilmiş mütəxəssislər tərəfindən 

sürəkli  araşdırılması,  müxtəlif  fəaliyyətlərlə  davamlı 

kamilləşdirilməsi lazımdır.

Beləcə  digər  mədəniyyətlərin  təmsilçiləri  və  qərb 

ilə  dialoqa  başladığı  zaman  haqqa  söykənən  dünya 

nizamı olaraq bərabərlik və əməkdaşlıqla necə bir nizam 

qurulacağı mövzusu aydınlaşdırılmış olacaq.

3. DİALOQ HEYƏTLƏRİ VƏ DİALOQ

TOPLANTILARI TƏRTİB ETMƏ ŞÖBƏSİ

Bu  şöbədə  müxtəlif  mövzularda  İslam  dünyasını 

təmsil  edəcək  dialoq  heyətlərinin  vəzifələri 

araşdırılacaq.

İslam  dünyası  ilə,  ələlxüsus  yuxarıdakı 

tabloda  göstərilən  digər  dünya  mərkəzləri  arasında 

tərtib  olunacaq  dialoq  toplantıları  bu  şöbədə 



MİLLİ GÖRÜŞ

21

 



planlaşdırılacaq,  hazırlıqları  tamamlandıqdan  sonra 

həyata keçiriləcəkdir.



4. QƏRBİ İZLƏMƏK VƏ İSLAM ƏLEYHİNƏ

MƏQSƏDLİ TƏBLİĞATLARIN QARŞISININ 

ALINMASI ŞÖBƏSİ

 

Bu  şöbə  İslam  dünyasında  mövcud  olan  müxtəlif 



qurumlarla  əməkdaşlıq  edərək  Qərbdə  və  tabloda 

göstərilmiş  digər  dünya  bölgələrində  müsəlmançılığın 

əleyhinə  aparılan  təbliğatları  və  fəaliyyətləri  izləməli 

və  bunların  düzəldilməsi  üçün  həmin  ölkələr  nəzdində 

təşəbbüslərlə çıxış etməlidir.

Köln Universiteti “İslam Araşdırmalar İnustutu”nun 

Direktoru  mərhum  Prof.  Fəlaturi  bir  çox  qərb  elm 

adamları  ilə  bərabər  Almaniyada,  xüsusilə  də  məktəb 

kitablarında və rəsmi dövlət yayımlarında İslam dini və 

cəmiyyətləri əleyhinə aparılan həqiqətəzidd fəaliyyətləri 

kitablar halında sübuta yetirmişdir.

Bu cür fəaliyyətlərin genişləndirilməsi bir vəzifədir, 

çünki  bir  çox  qərbli  idarəçi  öz  ölkələrində  aparılan 

məqsədyönlü  İslam  əleyhdarlığı  fəaliyyətlərindən 

xəbərsizdir.

5. LOBBİ FƏALİYYƏTLƏRİ ŞÖBƏSİ

Bir  çox  qərb  ölkəsi  məqsədyönlü  mənfi  təbliğatlar 

ucbatından media, universitet və siyasət sahəsində İslam 

dünyası ilə dialoqu lüzumsuz görən fikir axımlarının təsiri 

altındadır.

Yuxarıda izah edildiyi kimi qərb özünü də tanımır, 

İslam dünyasını da tanımır. Dünya sülhü üçün İslam-

Qərb Dialoqunun əhəmiyyətini idrak edə bilmir.

Bu mövcud vəziyyətin düzəldilməsi üçün bütün bu 

ölkələrdə media, universitet və siyasət mənsublarından 

mümkün  olduğu  qədər  geniş  bir  kütləni  müsbət  bir 

lobbi  fəaliyyətinə  sövq  etmək  çox  böyük  əhəmiyyət 

daşıyır.

Hələ  də  müxtəlif  müsəlman  ölkələri  və  ya  bu 

ölkələrdəki  qurumlar  tərəfindən  aparılan  fərdi  və 

mövqeli  lobbi  fəaliyyətləri  son  dərəcə  yetərsiz  və 

kifayətsizdir.

Dialoq İnstitutunun bu şöbəsi tərəfindən müsəlman 

ölkələr və o ölkədəki qurumlar tərəfindən, yəni bu lobbi 

fəaliyyətlərinin  nəzarəti,  koordinasiyası  və  inkişaf 

etdirilməsi çox böyük əhəmiyyətə malikdir.

Bax, lobbi fəaliyyətləri şöbəsi bu xidmətləri həyata 

keçirəcək şəkildə işləməsi üçün düşünülmüşdür. 

Elə bu əsas quruluşa sahib olmaq üzrə qurulacaq 

Dialoq  İnstitutu  bütün  bu  fəaliyyətləri  idarə  etmək 

surətilə  nəticə  olaraq  tabloda  göstərilən  mərkəzlərlə 

sülh  və  əməkdaşlıq  dialoqlarının  keçirilməsini  təmin 

edəcək,  bütün  bunların  nəticəsi  olaraq  inkişaf  etmiş  

ölkələr və inkişaf etməkdə olan ölkələrin bir yuvarlaq 

masa ətrafında toplanaraq, yəni başqa bir təbirlə D-8-

lərlə  G-7-lərin  “2-ci  Yalta  Konfransı”nı  həqiqətə 

çevirmək surətilə yeni bir dünyanın;

1. Müharibə deyil, Sülh!

2. Qarşıdurma deyil, Dialoq!

3. İkili standart deyil, Ədalət! 

4. Üstünlük deyil, Bərabərlik! 

5. İstismar deyil, Əməkdaşlıq!

6. “Təzyiq və hökmetmə (təhəkküm) deyil, insan 

haqları,  azadlıq,  demokratiya!”  prinsiplərini  əsas 

götürməklə  “Gücü  deyil,  haqqı  üstün  tutan”  bir 

dünyanı qurmağın əzmini göstərəcəkdir.

Dialoq  İnstitutunun  fəaliyyətləri  ilə  tablodakı 

dialoqla  nəticə  olaraq  bu  məqsəd  üçün  tətbiq 

ediləcəkdir.

Bu mövzuda tablodan da göründüyü kimi müsəlman 

ölkələrin  təmsilçiləri  ilə,  məsələn  Rusiya,  Çin, 

Yaponiya, Hindistan və Braziliya kimi ölkələrlə dialoq 

fəaliyyətləri inkişaf etdiriləcəyi kimi, əlbəttə, böyük bir 

meyil və qayğı ilə ABŞ və Avropa Birliyi ilə aparılacaq 

dialoq  fəaliyyətlərinin  da  həyata  keçirilməsinə  əzm 

göstəriləcəkdir. Müvəffəqiyyət Allahdandır! 

Nitqimin  sonunda  bir  dəfə  də  bu  simpoziumu 

təşkil  edən  Kral  Əbdüləziz  Xalq  Kitabxanasının 

Ali  İdarəetmə  Şurasının  Sədri  Vəliəhd  Abdullah  ibn 

Əbdüləziz    bəyi,  İdarəetmə  Şurasının  üzvlərini  və 

bu  toplantıya  təşrif  gətirib  qiymətli  fikirləri  ilə  bizi 

feyziyab  edənləri  və  ümumiyyətlə,  simpoziumda 

iştirak edənləri səmimi hisslərimlə təbrik edir, onlara 

təşəkkür edir və simpoziumun İslam dünyası və bütün 

insanlıq  üçün  səadət  və  xoşbəxtliyə  vəsilə  olmasını 

və  gözlənilən,  həsrəti  çəkilən  yeni  bir  dünyanın 

qurulmasına əhəmiyyətli bir xidmət etməsini təmənni 

edərək hamınızı Allaha əmanət edirəm.

Əs-Səlamu Əleykum və Rəhmətullahi və Bərəkatuh! 

1.Öz hüquq və vəzifələrindən başqalarının zərərinə qanunsuz 

istifadə etmək.

2. Əl-Bəttani haqqında məlumat əldə etmək istəyənlər “Milli 

Görüş-Sabiqun”  Hərəkatı  tərəfindən  nəşr  olunmuş  “İslam 

və  Elm”  broşürasına  müraciət  edə  bilərlər.  mənbə:  www.

sabiqun.az (“Nəşrlərimiz” bölməsi)



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə