MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

  

   


MİLLİ GÖRÜŞ

24

 



İslamı  görməzlikdən  gələrək  qurduğu 

nizamların Allah nəzdində bir dəyərə sahib 

olmadığının ən açıq dəlilidir.

Allahın  qulları  olaraq  Ondan  gələn  elə 

Ona  doğru  qayıdacaq,  dünya  həyatımızın 

hesabını  sadəcə  Ona  verəcək  şəxslər  olaraq 

əlimizin  boşa  çıxmaması  üçün  din  və 

əxlaqımızı,  elmimizi,  təlim  və  tərbiyəmizi, 

ticarətimizi,  iqtisadiyyatımızı,  siyasətimizi, 

idarəçiliyimizi  və  hüququmuzu  Allahın 

rizası olan İslam dini ilə formalaşdırmağımız 

qulluğumuzun tələbidir. 

Dəyərli  dostlar,  biz  bu  dünya  həyatının 

hesabını  kimə  verəcəyik?  Əlbəttə  ki,  bizi 

yoxdan  var  edən Allaha.  Bu  hesabı  düzgün 

şəkildə verə bilmək üçün Allahın rizası olan 

İslam dinini yaşamalıyıq. Bilməliyik ki, İslam 

dinini tam şəkildə yaşamaqla hər əməlimizə 

cavabdehik.  İslamı  yarımçıq  yaşamaq  onu 

bütöv şəkildə yaşamaq deyildir, çünki İslam 

dininin yarısı onun özü deyildir. Biz İslamın 

din və əxlaqla əlaqədar hökmlərini qəbul edib 

tətbiq edəcəyik, lakin elm, təlim və tərbiyə, 

ticarət,  iqtisadiyyat,  siyasət,  idarə  etmə  və 

hüquqla əlaqədar hökmlərini yox sayacağıq?! 

Belə bir yanaşma tərzi bizə dünya imtahanını 

qazandırmadığı  kimi  dünya  və  axirət 

xoşbəxtliyimiz  üçün  də  maneədir,  çünki 

Rəbbimizin belə bir vəziyyətə razılığı yoxdur. 

“Aya siz kitabın bir hissəsinə inanıb, digər 

qismini inkar edirsiniz? Sizdən bu cür işlər 

görənlərin  cəzası  dünyada  yalnız  rüsvay 

olmaq,  qiyamətdə  isə  ən  şiddətli  əzaba 

düçar  olmaqdır.  Allah  etdiklərinizin  heç 

birindən qafil deyildir” .

7

  

Biz  müsəlmanlar  bu  gün  yaşadığımız 

sıxıntıların  kökündə  yanlış  İslam  idrakının 

yatdığını bilmək məcburiyyətindəyik.

İslam  bir  həyat  nizamıdır.  Siyasət,  idarə 

etmə və hüquq bu nizamın ayrılmaz parçasıdır 

və  bir  imtahan  mövzusudur.  Biz  Allahın 

qulları  olaraq  bütün  sahələrdə  olduğu  kimi 

siyasi, idari və hüquqi məsələlərdə də İslamın 

bu sahə ilə əlaqədar qoyduğu prinsiplərə tabe 

olmalıyıq. 

SİYASƏT NƏDİR?

Biz  bir  müsəlman  kimi  siyasətdən  nə 

başa düşməliyik? Bunu başa düşmək üçün 

qaynaqlarımıza  baxmalıyıq.  Siyasət  sözü 

“Lisanul-Ərəb”də “İslah etmək məqsədilə 

bir şey üzərində hakim olmaq” şəklində 

açıqlanmışdır.  “Qamusul-Mühit”də  isə 

kəlmənin lüğəvi mənası “əmr etmək/yasaq 

qoymaq” olaraq verildikdən sonra “əslində 

bir  şeylə  maraqlanmaq,  ona  sahib 

çıxmaq və islah olunması barəsində etina 

göstərmək” mənasını verdiyi bildirilir.

Ömər  Nəsuhi  Bilmənin  “Hüquqi-



İslamiyyə”  kitabında  siyasətə  belə 

tərif  verilir:  “Əmr  sahiblərinin  (İslam 

cəmiyyətinin  idarəçilərinin)  cəmiyyət 

üçün qoyduqları əmr və yasaqları, ədəb 

və  əxlaqın,  cəmiyyətin  sabitliyinin  və 

mal  təhlükəsizliyinin  təmin  olunması 

ilə  əlaqədar  olaraq  çıxarılan  qanun, 

insanlara dünya və axirət xoşbəxtliklərini 

təmin  edəcək  yolu  təbliğ  etmək,  dəvət 

və  irşad  edərək  cəmiyyətin  islahı  üçün 

çalışmaq”.

İbn Abidin  isə  siyasətə  bu  şəkildə  tərif 

verir:  “Siyasət  xalqı  dünya  və  axirətdə 

xoşbəxtliklərini  və  xilas  olmalarını 

təmin edəcək yola irşad edərək, onların 

təhlükəsizliyi,  asayişi,  rifahı  və  xeyiri 

üçün  fəaliyyət  göstərməkdir”.  Bu  tərifin 

ardınca İbn Abidin bütün islami hökmlərin 

iman  və  siyasət  çevrəsində  fırlandığını 

açıqlayır.

Bax,  öz  qaynaqlarımızda  siyasətə  belə 

tərif verilir. 

Ərbakan  Xocamız  “Milli  Görüşçülər 

olaraq bütün insanlığın xoşbəxtliyi üçün 

çalışırıq.  Biz  siyasətlə  məşğul  olmuruq, 

cihad  edirik”,  –  sözlərini  bu  təriflərə 

uyğun olaraq söyləmişdir. 

Bu  təriflərə  görə  siyasətin  iki  cəhəti 

vardır:  Birincisi  zehniyyət  və  etiqad, 

ikincisi ləyaqət və əhliyyət yönüdür.



MİLLİ GÖRÜŞ

25

 



Siyasətin  zehniyyət  və  əqidə  zəmini, 

haqq  ilə  batilin  İlah,  insan  və  çevrə  ilə 

əlaqədar görüş və anlayışlarına əsaslanır.

Haqqın  ilah  anlayışının  mahiyyətində 

tövhid  əqidəsi  vardır.  Bu  etiqada  görə 

insan  fitrət  üzərində  və  günahsız  olaraq 

doğulmuşdur.  Çevrə  Allah  tərəfindən 

insanlara bir əmanət olaraq verilmişdir. Bu 

xətti-hərəkət  və  anlayış  hal-hazırda  Milli 

Görüş  təşkilatı  və  onun  üzvləri  tərəfindən 

təmsil edilməkdədir. Bu kadrların iqtidara 

gəldikdə nə edəcəkləri barəsində Quranda 

belə buyurulur: “O kəslərə ki, əgər onlara 

yer üzündə iqtidar versək, namaz qılar, 

zəkat verər, əmrun bil-məruf və nəhyun 

ənil-münkər edərlər. Bütün işlərin sonu 

Allaha aiddir”

8

 .  

Batilin  ilah  anlayışının  kökündə  təslis, 

şirk və nəfsi ilah qərar vermə əqidəsi yatır. 

Bu  etiqada  görə  insan  günahkar  olaraq 

doğulur,  təmizlənmək  və  arınmaq  üçün 

kilsəni vasitəçi qərar verməyə məcburdur. 

Çevrə  kilsənin  mülküdür.  Bu  anlayış  bu 

gün  Qərb,  İrqçi  İmperializm,  Sionizm 

və  onların  əməkdaşları  tərəfindən  təmsil 

edilir.  Bu  anlayışa  sahib  olan  insanların 

iqtidara  gələcəyi  təqdirdə  görəcəyi  işlər 

Quranda  belə  açıqlanır:  “İnsanların  eləsi 



vardır ki, onun dünya həyatı haqqındakı 

sözləri  sənin  xoşuna  gələr.  O,  qəlbində 

olana da Allahı şahid göstərər. Halbuki 

o,  düşmənlərin  ən  qəddarıdır.  O, 

iqtidara gəldikdə yer üzündə fitnə-fəsad 

törətməyə,  əkini  və  nəsli  məhv  etməyə 

çalışar.  Halbuki  Allah  fitnə-fəsadı 

sevməz!”  

Hazırda  da  siyasət  bu  iki  anlayışa  görə 

aparılır. 

Ölkəmizdə  (Türkiyə  nəzərdə  tutulur) 

siyasət yeridən və iqtidara iddialı olan kadrlar 

və bu kadrların yaratdıqları partiyalar bu iki 

anlayışdan birinin təmsilçisi vəziyyətindədir.

Siyasətin  əhliyyət  və  ləyaqət  yönü 

kadrların  etiqadları  və  haqq  anlayışlarının 

yanında bilgi (elm), təcrübə, hidayət, fərasət, 

dirayət və şüur sahibi olmaları vəziyyətidir. 

Bu  xüsusiyyətlərə  sahib  olmayan  insanlara 

idarə etmə vəkaləti vermək, vəkaləti verən və 

vəkalət verilən şəxs baxımından bir zülmdür. 

Biz  bir  müsəlman  olaraq  siyasətdən  və 

onun ehtiva etdiyindən də imtahan olunuruq.

Seçkilər  bu  imtahan  dünyasında 

insanlar və müsəlmanlar üçün bir cüzi iradə 

fəaliyyətidir.

Bütün  insanlar  və  eyni  zamanda 

müsəlmanlar tərcih etdikləri siyasət anlayışı 

və vəkalət verdikləri kadrların gördüyü hər 

bir işə görə məsuliyyət daşıyırlar.

Milli Görüş və onun yetişdirdiyi kadrlar 

Ədalətli  Quruluş/Nizam,  İslam  Birliyi, 

Təhsildə Öncə Əxlaq və Mənəviyyatı təklif 

verərkən,  Qərb  tərəfdarları  və  kadrları 

faizə söykənən Quldarlıq Quruluşu, Avropa 

Birliyi, Təhsildə Materializm və Qərb əxlaq 

və dəyərlərini istəyirlər.

Allah bizə əmr edir ki, sadiqlərlə birlikdə 

olaq, zalımlardan isə çəkinək.

Qazanmaq  Allahın  rizasını  izləmək, 

haqqa  üstünlük  verib  onu  ayağa  qaldıra 

bilməkdir.

İslam  bir  həyat  nizamıdır.  İslamsız 

siyasətdən, idarəetmədən və hüquqdan xeyir 

gəlməz. Vəssəlam! 



1.“Ənbiya”, 35

2.“Ənam”, 165 

3.İnsanda  olan  məhdud  iradə  (istək)  haqqında 

istifadə  olunan  bir  termindir.  İnsanın  etdikləri 

və  ya  etmədikləri  işlər  barəsində  bir  iradədən 

danışıldığına  görə  qul  mükafat  alar  və  ya 

cəzalanar.  Qula  “cüzi  iradə”  deyilən  seçmə 

haqqı verilmişdir.

4.“Maidə”, 3

5.“İnsan”, 2, 3

6.“Kəhf”, 110

7.  “Ali-İmran”, 85

8.“Bəqərə”, 85

9.“Həcc”, 41


Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə