Mühazirə Üzvi kimyanın predmeti Üzvi kimya karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir


Üzvi maddələrdə atomların qarşılıqlı təsiri



Yüklə 1,59 Mb.
səhifə8/108
tarix22.03.2024
ölçüsü1,59 Mb.
#180750
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   108
C fakepathuzvi kimya qida(1)

Üzvi maddələrdə atomların qarşılıqlı təsiri

Üzvi kimyada molekulun daxilində elektron sıxlığının paylanması xüsusi əhəmiyyət kəsb edir. Kovalent rabitənin möhkəmliyi və molekulun reaksiyaya girmə qabiliyyəti bundan asılıdır.


Halogen atomunun elektronları doymuş, doymamış və aromatik karbohidrogen radikalının elektronlarının paylanmasına da təsir edir.

Bu cür molekullarda elektrik dipol momenti mövcud olduğundan onlar polyar-dırlar. Kovalent rabitənin polyarlığı kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən atomların müxtəlif elektromənfiliyi ilə izah edilir. Belə olan halda karbon atomu müəyyən qədər müsbət, halogen atomu isə müəyyən qədər mənfi yüklənir


Elektromənfilik bir atomun digər atomun elektronlarını özünə çəkməsi kimi başa düşülür. Litiumun elektromənfiliyi bir qəbul edilir, digər elementlərin elektromənfiliyi isə ona nisbətən müəyyənləşdirilir. Halogen və karbon atomları arasında elektromənfilik fərqi çox da böyük deyildir, buna görə də bu atomlar arasında polyar kovalent rabitə yaranır.
Rabitələrin polyarlaşması: Molekullar arasında polyarlığın əmələ gəlməsi effektivlik adlanır (İnduksiya və mezomer).

+ -

Əgər atom və atomlar qrupu elektron sıxlığını H-atomuna nisbətən güclü özünə tərəf çəkirsə, onda o mənfi induktiv effektə (-Jeff.), elektronları itələyirsə, onda müsbət induktiv effektə (+Jeff) malik olar.


CH3 F və CH3Nа.

Mənfi induktiv effektə malik olan qruplara aşağıdakılar aiddir: CH3˂NH2˂OH˂F qaydası üzrə artır. CH=CH2, ˃ -C6H5. İkiqat rabitə və fenil həlqəsi də -Jеff göstərir. Bunu propen molekulunun elektron sürüşməsindən görmək mümkündür.



Alkil qrupları müsbət induktiv effektə malik olan qruplara aiddir.
İkiqat rabitəsi eyni atomlar arasında olan birləşmələr ikiqat rabitəsi müxtəlif atomlar arasında olan birləşmələrdən induktivliyinə görə fərqlənir. Yəni simmetrik alkenlər qeyri-simmetrik alkenlərdən fərqlı dipol momentinə malik olur. Etilendə dipol momenti 0-a bərabərdir. π- elektronların birinci və ikinci karbona yaxınlaşma ehtimalı eynidir. Belə molekulların polyarlaşması aktivləşdirici maddənin təsirindən baş verir.
Məs. etilen bromlaşma zamanı brom təsirindən induksiya edir. π-rabitənin elektron buludu σ-rabitənin elektron buluduna nisbətən daha mütəhərrikdir, delokallaşma baş verir.
+δ -δ
C H2=CH2 + Br2 CH2 ....... CH2

Sonra aktiv etilen bromu polyarlaşdırır:


B r2 Br+ δ - Br –δ
Daha sonra müsbət brom etilenin mənfi karbonu ilə birləşib Br-CH2-CH2+ ionunu əmələ gətirir, o da Br- ilə birləşir. İnduksiya effektindən fərqlı olaraq burada rabitənin polyar olması elektron cütünün bir tərəfə yönəlməsi ilə başa gəlir və elektron yerdəyişməsi (E-effekt) adlanır. Qeyri-simmetrik olefinlərdə bu effekt π-elektronların R-dan uzaq karbona yaxınlaşmasına səbəb olur. Nəticədə dipol əmələ gəlir. Hhal-in ikiqat rabitəyə birləşməsi Markovnikov qaydası üzrə gedir:
+ δ –δ
R-CH=CH2 + HCl R-CHCl-CH3
R-alkil
R-CF3, R-COOH, R-CCl3, R-COH və s. olarsa reaksiya Markovnikovun əksinə gedir. Çünki F, O atomları kəskin (–J) induksiya effektinə malikdirlər. Beləliklə, İnduktiv effekt üzvi maddələrin xassələrinə və reaksiya istiqamətinə təsir göstərir.
Molekulunda bir neçə ikiqat rabitəsi olan birləşmələrin xassələri bu ikiqat rabitələrin yerləşmə vəziyyətindən asılı olur. İkiqat rabitələri bir-birindən bir σ-rabitəsilə ayrılmış karbohidrogenlər, yəni qoşulmuş dienlər: məsələn, CH2=CH-CH=CH2 bir sıra spesifik xassələrə malik olur. Bu birləşmələrdə karbon atomları ikinci valent vəziyyətində olmaqla hər biri bir p-orbitalına malik olur, örtülmə yalnız birinci və ikinci, 3 və 4 atomlar arasında deyil, həm də ikinci və üçüncü atomlar arasında deyil, həm də ikinci və üçüncü atomlar arasında da baş verərək 4 C atomu üçün ümumiləşmiş p-elektron buludu yaradır.
Əvəzləyicilərin p-elektronlarının -elektron sistemi ilə qarşılıqlı təsir prosesi mezomer effektефф.) adlanır. Yəni əvəzləyicinin ikiqat və ya üçqat rabitə ilə q.t.-i mezomer effektidir. O, müsbət və ya mənfi ola bilir.
Atomlar və ya atomlar qrupu özündən elektronları itələməsi nəticəsində müəyyən qədər müsbət yük qazandığından müsbət mezomer effektə(Мeff) malik olurlar. Elektronların ikiqat və ya 3qat rabitə boyu el.mənfiliyi az olandan çox olana sürüşməsi: -Hal, -ОH, -ОR, -SH,-NH2,-NR2, -F, -Cl, -Br, О-.
Atomlar və ya atomlar qrupu özünə elektronları çəkməsi nəticəsində mənfi mezomer effektə (-Меff) malik olurlar. Məs. ikiqat rabitə boyunca oksigen, azot digər elementlərin elektronlarını çəkir: -NО2, -SО3H, -C=О, =S, =О, =NH, =N.

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə