Mühazirə Üzvi kimyanın predmeti Üzvi kimya karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir


A.M.BUTLEROVUN KIMYƏVİ QURULUŞ NƏZƏRİYYƏSİ



Yüklə 1,59 Mb.
səhifə2/108
tarix22.03.2024
ölçüsü1,59 Mb.
#180750
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
C fakepathuzvi kimya qida(1)

A.M.BUTLEROVUN KIMYƏVİ QURULUŞ NƏZƏRİYYƏSİ
ÜZVİ BİRLƏŞMƏLƏRİN TƏSNIFATI, FUNKSİONAL QRUPLAR


Butlerova qədər Bertselius, Libix, Jerar, Loran, Düma və başqaları üzvi maddələrin kimyəvi quruluş nəzəriyyəsini yaratmağa çalışmışlar. Bir sıra nəzəriyyələr mövcud olmuşdur. Bu nəzəriyyələrdən ikisi: radikallar və tiplər nəzəriyyəsi quruluş nəzəriyyəsinin yaranmasında böyük əhəmiyyət kəsb etmişdir. Radikallar nəzəriyyəsi-Üzvi kimyada ilk nəzəriyyədir. Bu nəzəriyyənin əsas baniləri Y. Libix və F.Völerdi (1832). Onlar belə güman edirdilər ki, üzvi birləşmələr radikallardan, q/üzvi birləşmələr isə atomlardan təşkil olunmuşlar. Onlar müəyyən etmişlər ki, bir çox atom qrupları dəyişmədən kimyəvi reaksiyalar zamanı birləşmədən digərinə keçir, məsələn
C2H5─OH etil spirti
C2H5─Cl etil xlorid
C2H5─NH2 etil amin
C2H5─ONO2 etil nitrat
Nəzəriyyənin çatışmayan cəhətləri: radikalları atomlara oxşadırlar. Radikalların sərbəst yaranmasını sübut etməyə çalışırdılar. Lakin yeni faktlar sübut etdi ki, radikallar sərbəst yaşaya bilmir. CH3-radikalının alınması həmişə CH3 ─ CH3 etanın alınması ilə nəticələnirdi. Bundan başqa fransız kimyaçısı Dyumanın sirkə turşusunun radikalını əvəz edə bilməməsi bu nəzəriyyəni alt-üst etdi: CH3COOH + Cl2 → CH2Cl─COOH + HCl
Tiplər nəzəriyyəsi: Baniləri O.Loran və Ş.Jeran-idi. Bu nəzəriyyənin baniləri radikallar nəzəriyyəsinin əksinə olaraq molekulun dəyişən əsas tutur. Üzvi birləşmələrin reaksiyaları ilə q/üzvi birləşmələrin reaksiyalar arasında oxşarlıq olduğunu irəli sürdülər. Tiplər nəzəriyyəsinə görə üzvi maddələr sadə q/üzvi maddələrdən (tiplərdən) törəyir və tərkibindəki hidrogenlərin qalıqlarla əvəz olunmasından əmələ gəlir.
Su tipi: H-OH, CH3-OH, C6H5OH, C2H3O-OH(sirkə turşusu
HCl tipi: CH3-Cl, C2H3O-Cl və s.
NH3 tipi, CH4 tipi və s.
Bu nəzəriyyəyə görə əsas tiplərdən üzvi maddələr, bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid spirtlərin su kimi Na və PCl5 ilə reaksiyaya germəsi buna dəlil idi. Tiplər nəzəriyyəsinin əsas nöqsanı molekulun birtərəfli öyrənilməsi və maddənin ikinci hissəsi olan radikalların nəzərdən qaçırılması idi. Bundan başqa tapılan yeni üzvi maddələrin sayı ardıqca tiplərə mənsubiyyəti məsələsində mübahisələrə səbəb olurdu. Çox vaxt bir çox alimlər eyni maddəni müxtəlif tiplərə aid edirdilər. Bu səbəbdən bu nəzəriyyədə öz əhəmiyyətini itirdi.
1857-ci idə Kekule və Kolbe karbon atomunun dördvalentli olduğunu və bir-birilə birləşərək uzun zəncir əmələ gətirmək qabiliyyətini müəyyən etdilər. Kuper isə rabitələri xətlərlə göstərməyi təklif etdi. Lakin bu nəzəriyyənin yaradılmasında həlledici rol Butlerova məxsusdur.
Nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:

  1. Üzvi maddə molekulunda atomlar bir-biri ilə öz valentliklərinə müvafiq olaraq müəyyən ardıcıllıqla birləşmişdir. Molekulda atomların birləşmə ardıcıllıqlarını Butlerov kimyəvi quruluş adlandırırdı. Bu müddəaya əsasən karbonun dörd valentli, hidrogenin bir valentli olmasını, habelə, karbon atomlarının bir-biri ilə düz, şaxəli və qapalı zəncir əmələ gətirməsini nəzərə alaraq Butlerov üzvi maddə molekullarının yazılış qaydasını vermişdir.

H H H
CH4 H-C-H C2H6 H-C-C-H
H H H

  1. Üzvi maddələrin xassələri yalnız molekulda hansı element atomlarının və nə miqdarda olmasından deyil, həmçinin həmin atomların birləşmə ardıcıllığından asılıdır. Məsələn;

H H H H
C2H6О H-C-C-О-H H-C-О-C-H
H H H H
Etil spirti dietil efiri
Bu müddəa izomerlik hadisəsini izah etdi.

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə