Mühazirə Üzvi kimyanın predmeti Üzvi kimya karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir



Yüklə 1,59 Mb.
səhifə9/108
tarix22.03.2024
ölçüsü1,59 Mb.
#180750
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   108
C fakepathuzvi kimya qida(1)

Mezomer effekt üçün delokallaşmış sistemin olması əsas deyildir. Məsələn, xlor üçün qonşuluqda bir ikiqat rabitənin olması kifayət edir. Məsələn, vinilxloriddə olduğu kimi

Xlorun p-elektronları vinilin p-elektronlarına tərəf sürüşmüşdür. Nəticədə, C-C və C-Cl arasındakı rabitələr müəyyən qədər delokallaşır.


İki müxtəlif effekti (-Jеff və +Меff) özündə cəmləşdirən xlor bəs nə üçün müəyyən qədər müsbət yükə malikdir? Ona görə ki, +Меff bir qədər Jеff üstələyir.

Qeyd etməliyik ki, aromatik nüvədəki +Jеff və +Меff-ə malik olan qruplar elektrofil reagentə görə о- və p-vəziyyətləri aktivləşdirir (I növ əvəzedicilər). -Jеff və +Меff-ə malik olan qruplar isə ikinci növ əvəzləyicilər hesab olunur. Onlar isə elektrofil reagentləri meta-vəziyyətə yönəldirlər.
Dövri sistemdə elementin yerləşdiyi qrupun nomrəsi böyüdükcə (—J)-effekt artır, eyni qrupun elementləri üçün sıra nomrəsi böyüdükcə effekt azalır. Həmçının ikiqat rabitəli birləşmələr müvafiq təkqat rabitəlilərə nisbətən elektronları daha çox cəzb edir. Elementin sıra nömrəsinin artması ilə (+J)-effekt də artır.
İnduktiv və mezomer effektlər reaksiyaya girməyən molekullara da təsir edə bilər.
Məlumdur ki, reaksiyanın getməsi üçün, hər hansı bir rabitənin qırılması və ya əmələ gəlməsi vacibdir.
İki atom (A və B) üçün ümumi olan elektron cütlərinin kovalent rabitənin qırılması hesabına hər bir atoma bir elektron düşür

Kovalent rabitənin bu cür sərbəst radikallara parçalanması homolotik parçalanma və ya homoliz adlanır.


Nəticədə qoşalaşmış elektronu olan neytral hissəciklər-sərbəst radikallar H., C1., .CH3) əmələ gəlir. Sərbəst radikalların hesabına gedən bu cür reaksiyalar homolotik və ya radikal reaksiyalar adlanır.
Kovalent rabitənin parçalanmasının ikinci variantı-onun qeyri-simmetrik qırılmasıdır. Bu halda ümumi elektron cütləri atomların birinə keçərək nəticədə o mənfi yüklənir

Kovalent rabitənin bu cür parçalanması heterolitik parçalanma və ya heteroliz adlanır. Bu cür reaksiyalar yüklü üzvi ionlar-karbokationkarboanionların əmələ gəlməsi ilə nəticələnir.
Qırılma tipi maddənin təbiətindən və reaksiyanın aparılma şəraitindən asılıdır. Əmələ gələn hissəciklərə radikallar deyilir. Radikallar tək elektrona malik olan hissəciklərdir. Sərbəst radikalların yaşama müddəti çox qısadır. Kimyəvi reaksiyalara asan daxil olurlar. Onların yükü yoxdur.
CH2=CH-CH2J CH2=CH-CH2* + J*
İon qırılma ilə gedən reaksiyalar əksər hallarda katalizator iştirakı ilə gedir. Nukleofil hissəcik bölünməmiş elektron cütünə, elektrofil hissəcik isə boş orbitala malik olur.
Polyar və ya asan polyarlaşan rabitələr heterolitik qırılmaya məruz qalır.
İon reaksiyalar adətən turşu və əsasların, radikal reaksiyalar isə işığın və yüksək temperaturun təsirindən sürətlənir.
Təsir edən reagentin xarakterindən asılı olaraq üzvi reaksiyalar belə təsnif olunur.
1.Nukleofil, 2.Elektrofil, 3. Radikal
Reagentin xarakteri reaksiyanın hansı mexanizm üzrə getdiyini müəyyənləşdirir. Reaksiyada iştirak edən əsas üzvi maddə “substrat”, digər reaksiya komponenti isə “reagent” adlanır.
Üzvi reaksiyalar əsasən 4 tipə bölünür:

  1. əvəzetmə; 2) birləşmə; 3) ayrılma (eliminləşmə) 4) izomerləşmə


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə