Mühazirə Üzvi kimyanın predmeti Üzvi kimya karbon, karbohidrogenlərin xassələri və onların kimyəvi çevrilmələrinə həsr olunan elmdir


İZOMERLİK Üzvi maddələrin çoxsaylı olmasının səbəblərindən biri də izomerlik



Yüklə 1,59 Mb.
səhifə5/108
tarix22.03.2024
ölçüsü1,59 Mb.
#180750
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   108
C fakepathuzvi kimya qida(1)

İZOMERLİK
Üzvi maddələrin çoxsaylı olmasının səbəblərindən biri də izomerlik hadisəsidir.
Hələ 1814 –cü ildə fransız alimi Gey-Lüssak eyni vəsfi və miqdari tərkibə malik, Lakin müxtəlif fiziki-kimyəvi xassələrə malik olan birləşmələrin olduğunu söyləmişdir. Belə maddələrə izomerlər, bu hadisəyə isə izomerlik adı verilmişdir. İzomerliyin mahiyyətini Butlerovun quruluş nəzəriyyəsi izah etmişdir. İzomerliyin müxtəlif növləri var: Quruluş, vəziyyət.fəza və optiki. Bunlardan ən çox öyrənəcəyimiz quruluş izomerliyidir.
Kimyəvi tərkibi eyni olub, quruluşuna görə fərqlənən ona görə də xassələri müxtəlif olan maddələr izomerlər, həmin hadisə isə izomerlik adlanır. İzomerliyin 2 növü var: 1. Quruluş izomerliyi; 2. Fəza izomerliyi.
Quruluş izomerliyi molekulda atomların müxtəlif ardıcıllıqla yerləşməsi ilə əlaqədardır və aşağıdakı səbəblərdən irəli gəlir.
1. Karbon zəncirinin quruluşuna görə. Məsələn, C4H10 karbohidrogeninin iki izomeri var:
CH3-CH2-CH2-CH3 CH3-CH-CH3
n-butan CH3
izobutan

2. Karbon zəncirində əvəzedicinin yerinə görə;


CH3-CH2-CH2-CH2OH 1-butanol
CH3-CH2-CH-CH3 2-butanol

OH


3. Funksional qrupların qarşılıqlı vəziyyətinə görə;
CH3-CH2-CH-COOH 2- aminbutan turşusu
NH2
CH3-CH-CH2-COOH 3-aminbutan turşusu
NH2
4. İkiqat və üçqat rabitələrin karbon zəncirində yerinə görə;
CH3-CH2-CH=CH2 1-buten
CH3-CH=CH-CH3 2-buten
5. Müxtəlif siniflərdən olan maddələrin izomerliyi. Etilen sırası karbohidrogenləri ilə tsikloparafinlər, asetilen karbohidrogenləri ilə dien karbohidrogenləri, biratomlu doymuş spirtlərlə sadə efirlər bir-biri ilə izomerdir.
1,3-butadien 1-butin
CH2=CH-CH=CH2 CHC-CH2-CH3

CnH2n-2

CnH2n-2
alkadien alkin

CnH2n-2


1-buten tsiklobutan
CH2=CH-CH2-CH3 CH2-CH2

CnH2n
alken CH2-CH2
tsikloalkan
CnH2n
6. Dinamik izomerlik. Bu izomerlik həm də tautomeriya adlanır. Bir funksional qrup digərinə, açıq zəncir qapalı zəncirə çevrilir. İzomerliyin ayrıca bir növü kimi də göstərilir.

CH2=CH-OH  CH3 - C


vinil spirti sirkə aldehidi
Göründüyü kimi, H atomu yerini dəyişdiyindən ikiqat rabitə də yerini dəyişir.

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə