Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

 
 
13.
 
eScience Research Network. http://escience.ime.usp.br 
14.
 
E-Research//www.arl.org/focus-areas/e-research# 
15.
 
e-Science Institute. //www.esi.ac.uk 
16.
 
İmamverdiyev  Y.N.  Koreya  Respublikasında  e-elm  infrastrukturunun  inkişafı 
məsələləri//İnformasiya Cəmiyyəti Problemləri, 2012, № 2, səh. 55-63. 
17.
 
“AR-də  2009–2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiya”nın  və  “AR-də 
2009–2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı 
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında. AR Prezidentinin sərəncamı, 4 may 2009-
cu il. 
18.
 
“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası.  AR  Prezidentinin 
sərəncamı, 29 may 2012-ci il. 
19.
 
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-
ci illər üçün Milli Strategiya”. AR Prezidentinin sərəncamı, 2 aprel 2014-cü il. 
20.
 
Elektron  elm  problemləri  üzrə  I  Respublika  elmi–praktiki  konfransın  materialları, 
Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 15-16 noyabr 2012, 138 s. 
Y. N. İmamverdiyev 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun  
şöbə müdiri 
 
9.  İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ. ELEKTRON İMZA 
(
Mühazirə 9

 
9.1.  İnformasiya  təhlükəsizliyi  anlayışı.  Dövlətin,  cəmiyyətin  və  şəxsin  informasiya 
təhlükəsizliyi anlayışlarının məzmunu  
9.2. Əsas informasiya təhlükəsizliyi təhdidləri  
9.3. İnformasiya təhlükəsizliyinin üç aspekti  
9.4. Zərərli proqram təminatı və antivirusların iş prinsipləri 
9.5. İnformasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşma  
9.6. İnformasiya təhlükəsizliyi üzrə qanunvericilik və standartlar  
9.7. Təşkilati tədbirlər. CERT-komandaları  
9.8. İnformasiya təhlükəsizliyi siyasəti  
9.9. 3A (auttentifikasiya,avtorizasiya və audit) və ekranlaşdırma 
9.10. Kriptoqrafik mühafizə vasitələrinin iş prinsipləri 
9.11. İnformasiyanın tamlığına nəzarət mexanizmi  
9.12. Elektron imza. Gücləndirilmiş elektron imza  
9.13. Açıq açar sertifikatı. Sertifikat xidməti mərkəzi  
9.14. Rəqəmsal imzanın iş prinsipi 
9.15. Asan imza barədə məlumat  
 
9.1. İnformasiya təhlükəsizliyi anlayışı 
Hazırda  qlobal  informasiya  cəmiyyəti  formalaşmaqdadır.  Bu cəmiyyətdə  informasiya 
və  biliklər  ən  mühüm  resurs  və  əsas  əmtəədir.  Vətəndaşların,  cəmiyyətin  və  dövlətin 
həyatında  informasiyanın  və  informasiya  texnologiyalarının  rolunun  artması  ilə 
informasiya  təhlükəsizliyi  dövlətin,  cəmiyyətin  və  şəxsiin  təhlükəsizliyinin  təmin 
edilməsinin əsas istiqamətlərindən birinə çevrilir.  
KitabYurdu.az 
99
 


 
 
“İnformasiya  təhlükəsizliyi”  anlayışının  vahid  tərifi  yoxdur.  Bəzən  informasiya 
təhlükəsizliyi anlayışına ”informasiyanın konfidensiallığının, tamlığının və əlyetənliyinin 
təmin  olunduğu  vəziyyət”  kimi  tərif  verilir  (Bu  tərif  “informasiyanın  təhlükəsizliyi” 
məsələsini əks etdirir).  
“İnformasiya  təhlükəsizliyi”  anlayışı  həmişə  müəyyən  şəraitdə  (mühitdə)  olan 
(fəaliyyət  göstərən)  konkret  subyekt  ilə  bağlı  olur  (məsələn,  hər  hansı  sistemin  və  ya 
təşkilatın  infomasiya  təhlükəsizliyi).  Ümumiyyətlə,  təhlükəsizilik  subyektin  müəyyən 
vəziyyətidir  və  onu  müvafiq  keyfiyyət  xarakteristikalarını  göstərməklə  müəyyən  etmək 
olar.  Təhlükəsizlik  haqqında  danışarkən  subyektin  mövcudluğunun  müəyyən  məqsəd 
funksiyası  (maraqları)  nəzərdə  tutulur  və  təhlükəsizlik  subyektin  bu  funksiyanı 
reallaşdırmaq qabiliyyəti kimi başa düşülür.  
Buradan çıxış edərək, bu mühazirədə “informasiya təhlükəsizliyi” anlayışına belə tərif 
verilir:  “İnformasiya  təhlükəsizliyi  informasiya  qarşılıqlı  münasibətlərində  iştirak  edən 
tərəflərin informasiya maraqlarının təmin edildiyi vəziyyətdir.” 
Hər  bir  sosial  subyekt  “informasiya  təhlükəsizliyi”  anlayışına  özünün  maraqlarına 
cavab verən məna verir.  
Dövlətin  informasiya  təhlükəsizliyi  sosiumun  elə  vəziyyətidir  ki,  bu  zaman  şəxslər, 
cəmiyyət  və  dövlət  təbii  və  süni  meydana  çıxan,  ictimai  və  fərdi  şüurun  qəsdən 
deformasiya  olunmasına,  şəxsiyyətin,  cəmiyyətin  və  dövlətin  mövcudluğu  üçün  vacib 
əhəmiyyəti  olan  informasiya  infrastrukturunun  məhv  edilməsinə  yönəlmiş  təhdidlərdən 
etibarlı şəkildə qorunur. 
Cəmiyyətin  informasiya  təhlükəsizliyi  dedikdə,  cəmiyyətin  informasiya  mühitinin 
vətəndaşların,  təşkilatların  və  dövlətin  maraqları  naminə  formalaşmasını  və  inkişafını 
təmin edən vəziyyəti başa düşülür.  
Şəxsin  informasiya  təhlükəsizliyi  anlayışının  məzmununa  onun  informasiya  almaq 
hüququnun  təmin  edilməsi,  fərdi  məlumatlarının  etibarlı  qorunması  və  müxtəlif 
mənbələrdən aldığı informasiyanın onun şəxsiyyətinin azad formalaşmasına və inkişafına 
mane olmaması məsələləri daxildir.   
Təşkilat  səviyyəsində  informasiya  təhlükəsizliyi  informasiyanın  icazəsiz  girişlərdən 
qorunması, əlyetənliyinin və tamlığının təmin edilməsi məsələlərini əhatə edir.  
İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş 
tədbirlər kompleksidir.  
9.2. Əsas informasiya təhlükəsizliyi təhdidləri 
Təhdid  dedikdə  (geniş  mənada)  –  kiminsə  maraqlarına  ziyan  vura  bilən  potensial 
mümkün hal, hadisə, hərəkət (və ya hərəkətsizlik), şərait, proses və s. nəzərdə tutulur. 
Qeyd edək ki, informasiya təhlükəsizliyində təhdidi reallaşdırmaq cəhdi hücum (kiber-
hücum), belə cəhdlərə baş vuran şəxslər isə bədniyyətli adlandırılır.  
Çox  vaxt  təhdidlər  informasiya  sisteminin  layihələndirilməsi,  yaradılması  və  ya 
istismarı  zamanı  buraxılan  səhvlərin  (boşluqların)  nəticəsində  meydana  çıxır  (məsələn, 
proqram təminatında səhvlər). 
İnformasiya təhlükəsizliyinə təhdidlər olduqca çoxsaylıdır və onları müxtəlif siniflərə 
ayırırlar.  Meydana  çıxma  səbəblərinə  görə  təhdidləri  təbii  və  süni  xarakterli  təhdidlərə 
bölürlər.  Süni  xarakterli  təhdidlər  də  öz  növbəsində  bilməyərəkdən  və  qəsdən  törədilən 
təhdidlərə bölünür.  
KitabYurdu.az 
100
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə