Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

 
 
vəziyyətini,  yanğını,  relyefi  və  s.  asan  tədqiq  etmək  imkanı  yaranır,  bununla  da,  belə 
coğrafi araşdırmalar üçün ənənəvi ekspedisiyalar təşkil etmək lazım gəlmir və beləliklə, e-
coğrafiya meydana çıxır. 
Ekoloji  cəhətdən  ziyanlı,  iqtisadi  nöqteyi-nəzərdən  heç  də  səmərəli  olmayan 
araşdırmalar elmi laboratoriyalarda kompüter modelləşdirilməsi yolu ilə aparılır və yalnız 
müsbət nəticə əldə olunduğu halda həmin proses uzaq məsafədən, xüsusi şəraitdə sınaqdan 
keçirilir (məs., kompüter kimyası, fizikası və s.). 
İnsanların  yaddaş  və  məlumatları  emal  etmək  imkanları  məhdud  olduğuna  görə 
məkan  və  zaman  göstəricisində  aparılan  ənənəvi  tarixi  araşdırmalar  mürəkkəbliyi  ilə 
seçilir  və  böyük  zəhmət  tələb  edir.  Lakin  e-tarixdə  isə  bütün  məlumatlar  kompüterin 
yaddaşına  daxil  edilir,  məkan  və  zaman  məhdudiyyətləri  olmadan  xüsusi  araşdırma 
alqoritmləri  ilə  tarixi  ziddiyyətlər,  qeyri-dəqiq  məlumatlar  aşkarlanır,  tarixi  faktlar 
dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır. Beləliklə, əgər ənənəvi tarix elmi keçmişdə qalmış 
həqiqətləri arxivlər, arxeoloji qazıntılar və s. vasitəsilə aşkara çıxarırsa, indi bu məlumatlar 
(audio, video, mətn, foto faylları şəklində) İnternetdə, kompüterdə asan yerləşdirilib emal 
olunursa, onda onun yerini e-tarix fənni əvəz edir.  
Astronomik müşahidə qurğularını bilavasitə kompüterə, ondan da şəbəkəyə qoşaraq 
uzaq məsafədən real müşahidə aparmaq (e-astronomiya) imkanı əldə olunur və s. 
AMEA-da elmin informasiyalaşdırılması və informasiya təminatının formalaşdılması 
istiqamətində müxtəlif təyinatlı və məqsədli işlər görülür: 

 
AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılmışdır. 

 
AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır.  

 
1995-ci ildə ölkənin ilk veb-saytı kimi AMEA-nın www.science.az yaradılmışdır. 

 
AMEA-nın elmi  müəssisələrində müxtəlif təyinatlı informasiya  resursları yaradılır, 
eyni zamanda, onların hər birinin veb-saytı fəaliyyət göstərir. 

 
AMEA  üzrə  elektron  sənəd  dövriyyəsi  sisteminin  yaradılması  istiqamətində  işlər 
aparılır. 

 
E-elmin  şəbəkə  platforması  olan  AzScienceNet  şəbəkəsi  AMEA-nın  bütün  elmi 
müəssisələrini əhatə edir. 

 
Böyük yaddaş və hesablama resurslarına malik (yaddaş - 200 Terabayt, hesablama 
məhsuldarlığı - 14 Tflops) AzScienceNet şəbəkəsinin Data Mərkəzi yaradılmışdır. 

 
Fəaliyyətdə olan bu şəbəkə və hesablama e-infrastrukturu elmi qurumlar arasında 
sürətli  əlaqə  yaradır,  istifadəçilərə  çoxsaylı  xidmətlər  (hostinq,  AzCloud,  AzStorage,  e-
poçt,  e-kitabxana,  distant  təhsil,  AzScienceCERT,  eduroam  və  s.)  təqdim  edir  və  eyni 
zamanda Beynəlxalq şəbəkələrlə inteqrasiya imkanları yaradır. 
3. Elektron elmin arxitekturası və tərkib hissələri 
E-elm  ərazicə  paylanmış  infrastruktura  malik  olub  respublikanın  elmi  qurumlarını 
tam  əhatə  etmək  vəzifəsini  daşıyır.  Məlumdur  ki,  respublikanın  əksər  elmi  qurumlarını 
təşkil  edən  AMEA-nın,  ali  təhsil  müəssisələrinin  və  digər  elmi  qurumların  institut  və 
təşkilatları Bakı şəhərində, AMEA-nın Naxçıvan və Gəncə Bölmələri, Şəki və Lənkəran 
Regional  Elmi  Mərkəzləri  isə  respublikanın  coğrafi  paylanmış  ərazilərində  yerləşirlər. 
Respublikada uğurla formalaşmaqda olan e-elm belə bir mürəkkəb infrastruktura malikdir 
və AzScienceNet elm kompüter şəbəkəsi əsasında formalaşır. 
E-elmi  vahid  bir  sistem  kimi  təsəvvür  etsək,  onda  onun  həll  etdiyi  məsələlərə  görə 
aşağıdakı altsistemlərdən təşkil olunduğunu görmək olar: 
KitabYurdu.az 
95
 


 
 

 
Elmin informasiya təminatı; 

 
Elmmetrik (elmmetriya, bibliometriya, vebometriya) təhlillər; 

 
İntellektual analiz; 

 
Qərarların qəbulu; 

 
Elektron xidmətlər; 

 
Fərdi məlumatların qorunması; 

 
Beynəlxalq qurumlarla əlaqə; 

 
E-elmin informasiya təhlükəsizliyi; 

 
Vətəndaş elmi; 

 
Big Data; 

 
Şəbəkə infrastrukturunun yaradılması və s. 
E-elm mürəkkəb bir sistem olaraq müxtəlif təyinatlı və məqsədli texniki və proqram 
vasitələri toplusu ilə xarakterizə olunur. Onun əsas tərkib hissələri aşağıdakılardır: 

 
 Infrastruktur (şəbəkə, qrid, hesablama buludları, idarəetmə, siyasət və s.),  

 
 verilənlərin toplanması (elmin sahələri üzrə),  

 
 verilənlərin saxlanması (verilənlər bazaları, xəzinə),  

 
 verilənlərin  emalı  (hesablama  vasitələri,  modelləşdirmə,  proqram  təminatı, 
statistika),  

 
 verilənlərin axtarışı,  

 
 verilənlərin analizi (bibliometrik və elmmetrik) , 

 
 tətbiqi proqramlar (korporativ proqramlar, paketlər, qrafiki redaktorlar) və s. 
4. Elektron elmin formalaşması mərhələləri 
E-elmin  yaradılması  milli  səviyyədə  onlayn  elmi  infrastrukturun  (research  e-
infrastructure)  formalaşmasını  nəzərdə  tutur.  Bu  da  öz  növbəsində  ayrı-ayrı  elmi 
təşkilatların  informasiya  sistemlərinin  vahid  qlobal  informasiya  fəzasını  formalaşdırmış 
olur.  Milli  onlayn  infrastrukturunun  yaradılması  ideyası  bir  çox  ölkələrdə  dövlət 
proqramları  çərçivəsində  həyata  keçirilir.  Beynəlxalq  aləmdə  ABŞ-ın  kiberinfrastruktur, 
Avropa tədqiqat infrastrukturu, Yaponiya elmi qrid, Böyük Britaniya, Avstraliya, Kanada, 
Rusiya və Moldovanın milli onlayn infrastruktur layihələrini bunlara misal göstərmək olar. 
Azərbaycanda  e-elmin  əsası  keçən  əsrin  80-cı  illərində  qoyulmuş  və  bu  sahədə 
görülmüş bəzi işlərin xronoloji ardıcıllığı aşağıdakı kimidir: 

 
Keçən  əsrin  80-cı  illərində  АКАДЕМСЕТЬ  (Сеть  Вычислительных  Центров 
Научных  Учреждений  Академии  Наук  СССР),  РАСУНТ  (Республиканская 
Автоматизированная  Система  Управления  Наукой  и  Техникой)  və  АСОИАН 
(Автоматизированная 
Система 
Обработки 
Информации 
Академии  Наук 
Азербайджана) layihələri həyata keçirilmişdir

 
1991-ci ildə Azərbaycanda ilk dəfə İnternetə çıxış həyata keçirilmişdir; 

 
1995-ci  ildə  Azərbaycanda  ilk  dəfə  www.ab.az  (www.science.az)  saytı  istismara 
verilmişdir; 

 
90-cı illərin ortalarında Türkiyə Respublikasının dəstəyi ilə Akademiya şəhərciyində 
yerləşən  elmi  müəssisələri  əhatə  edən  şəbəkə  infrastrukturu  yaradılmış  və  TURKSAT 
peykinə çıxış imkanı verilmişdir; 

 
Elmlər  Akademiyasının  şəbəkəsinə  BP  şirkəti  tərəfindən  bir  sıra  işçi  stansiyalar  və 
qurğular verilmişdir; 
KitabYurdu.az 
96
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə