Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə53/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 

 
Əgər  sahəyə  böyük  mətn  yerləşdirmək  lazımdırsa,  bu  halda  MEMO  sahəsindən 
istifadə  olunur.  Bu  sahənin  əsas  cəhəti  odur  ki,  real  olaraq  bu  verilənlər  sahədə  deyil, 
başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerin göstəricisi verilir.  

 
Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, 
ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. 
Oraya VB-dəki yazıların sayı avtomatik olaraq kompüterin özü tərəfindən yazılır. 
Deyilənlərə istinad etməklə kompüterdə sadə bir VB yaratmaq olar. Sadə VB-i xüsusi 
proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar. 
Əlaqəli  cədvəllər.  Əslində  sadə  VB  baza  yox,  sadəcə  cədvəldir.  Əgər  informasiya 
belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə 
sistemləri  (VBİS)  lazım  olmazdı.  Belə  ki,  praktikada  daha  mürəkkəb  strukturlu 
informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar. 
VB-nın  yaradılması  onun  cədvəllərinin  yaradılmasından  başlayır.  Struktur  elə 
olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı 
veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. 
Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər. Deməli, VB həm də əlaqəli cədvəllərdən 
ibarətdir və VB yaradılmasında ən mühüm mərhələ bu cədvəllər arası əlaqəni yaratmaqdan 
ibarətdir. 
Bəs cədvəllər arası əlaqəni necə yaratmalı? 
Unikal  və  açar  sahələr.  Cədvəllər  arası  əlaqəni  yaratmaq  və  bu  cədvəldəki  yazıya  
görə  o  birində  olan  uyğun  yazını  tapmaq  üçün  cədvəldə  açar  sahə  qeyd  olunur.  Bu 
məqsədlə cədvəldə unikal sahə seçilir. Unikal sahə elə sahədir ki, onda olan informasiya 
vahidinin məzmunu təkrarlanmır. 
Cədvəlin  strukturu  yaradılarkən  bir  unikal  sahə  açar  sahə  kimi  qeyd  olunur.  Əgər 
cədvəldə  unikal  sahə  yoxdursa,  bir  neçə  sahənin  kombinasiyasını  açar  kimi  qeyd  etmək 
lazımdır.  Açar  sahələr  ilə  kompüter  xüsusi  işləyir,  daha  doğrusu,  kompüter  bu  sahənin 
unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir. 
Əgər  cədvəl  yaradılarkən  proqramçı  (VB-in  administratoru)  açar  sahə  verməyibsə, 
VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar 
qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eyniməzmunlu yazı ola 
bilməz. 
Aşağıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində “Əməkdaşlar 
haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan cədvəl 2  
və cədvəl 3 arasında əlaqə göstərilmişdir. Cədvəllər arası əlaqənin yaradılmasında cədvəl 
1-də olan sayğac sahəsi (1-ci sahə) açar sahə qeyd olunmuşdur.  
 
 
 
 
 
 
Cədvəl 1. Əməkdaşlar haqqında məlumat cədvəli                                 
№ 
kod 
Soyadı 
adı 
Atanın 
adı 
Doğulduğu 
tarix 
Ailə 
vəziyyəti 
Xaricdə olması 
001 
Ağayeva 
Gülnar 
Fikrət  01.02.71 
ailəli 
olub 
KitabYurdu.az 
116
 


 
 
002  Bayramov 
Nicat 
Həmid  05.04.75 
ailəli 
olub 
003  Məmmədov 
Anar 
Hüseyn  20.12.78 
subay 
olmayıb 
… 
….. 
… 
… 
…. 
… 
… 
 
 
Cədvəl 2. Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl                  
Əməkd
aşın 
kodu 
Soyadı 
adı  Atanı
n adı 
Doğulduğ
u tarix 
Qohumluq 
əlaqəsi 
Məşğuliyyət

001  
Ağayev  Nadir  Cama

03.04.66 
həyat 
yoldaşı 
mühəndis 
001 
Ağayev  Nicat  Nadir  05.04.95 
oğlu 
şagird 
001 
Ağayev 
Lalə  Nadir  20.12.97 
qızı 
şagird 
002 
… 
Bayramov

… 
Vüsalə 
… 
Yusif 
… 
15.06.79 
… 
həyat 
yoldaşı 
müəllimə 
… 
 
 
Cədvəl 3. Əməkdaşların xaricdə olması barədə cədvəl                         
Əməkdaşın 
kodu 
Ölkələr 
tarix 
Məqsəd 
Hesabat 
001  
Almaniya  03.04.90 
Səyahət 

001 
Fransa 
05.04.95 
ezamiyyət 

001 
Türkiyə 
20.12.97  ezamiyyət 

002 
… 
Türkiyə 
… 
15.06.99 
… 
səyahət 

 
 
4.
 
Verilənlər bazası idarə sistemləri (VBİS) və onların təsnifatı 
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir. 
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və 
istifadəsi ilə bağlı bütün işləri idarə edir. 
VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Microsoft Access-
in obyektləri bunlardır: 

 
Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə 
saxlanılırlar. 

 
Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi 
ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu, emal olunurlar. 

 
Forma  –  bazaya  yeni  verilənlərin  daxil  edilməsinə  və  ya  onlara  baxış  keçirməyə 
imkan verən obyektdir. 

 
Hesabat  –  formanın  «əksidir».  Hesabatın  köməyilə  verilənlər  (sorğulara  uyğun 
tapılmış) münasib şəkildə printerə və ya ekrana çıxarılır.  
KitabYurdu.az 
117
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə