Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə44/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

 
 

 
Şəbəkə  2003-cü  ildə  NATO-nun  «Virtual  İpək  Yolu»  layihəsi  çərçivəsində 
Telekommunikasiya peykinə qoşulmuşdur. 
5. Milli e-elm konsepsiyasının formalaşması vəziyyəti 
Milli  e-elm  konsepsiyasının  işlənməsi  üçün  ilk  növbədə  elmi  fəaliyyətdə  İKT-nin 
tətbiq  vəziyyətinin  monitorinqi  həyata  keçirilməsi  zəruridir.  Bu  məqsədlə  2009-cu  ildə 
AMEA-nın  institutları  da  daxil  olmaqla  AR-da  fəaliyyət  göstərən  150-yə  qədər  elmi 
təşkilatda  monitorinq  aparılmışdır.  Növbəti  monitorinqlər  isə  2013  və  2015-ci  illərdə 
yalnız  AMEA-nın  təşkilatları  üçün  keçirilmişdir.  Monitorinqlərin  nəticələri  əsasında 
informasiyalaşdırmanın priorietləri və istiqamətləri müəyyənləşdirilmişdir. 

 
E-elm  AzScienceNet  şəbəkə  infrastrukturu  əsasında  formalaşır.  Şəbəkənin 
yaradılması,  istismarı,  idarə  olunması  və  daim  inkişaf  etdirilməsi  AMEA  İnformasiya 
Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.  

 
AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisələrini əhatə edir və 4100-ə 
yaxın kompüter şəbəkəyə qoşulmuşdur.  

 
AzScienceNet şəbəkəsinin İnternetə çıxış sürəti 270 Mbit/san-dir. 

 
Şəbəkə  infrastrukturunun  95%-i  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyinin 
dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuşdur.  

 
Böyük  yaddaş  və  hesablama  resurslarına  malik  AzScienceNet  şəbəkəsinin  Data 
Mərkəzi yaradılmış və onun texniki xarakteristikaları daim inkişaf etdirilir.  

 
İstifadəçilərə çoxsaylı İnternet xidmətləri təqdim edilir.  

 
AzCloud xidməti çərçivəsində istifadəçilərə böyük hesablama resursları tələb edən 
mürəkkəb elmi məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim olunur. 

 
AzStorage  xidməti  ilə  AMEA-nın  institut  və  təşkilatlarına  təhlükəsizliyin  təmin 
olunması vacib sayılan məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edilir. 

 
AzScienceNet-də  informasiya  təhlükəsizliyi  insidentlərinə  operativ  reaksiya 
verilməsi,  bu  haqda  məlumatların  toplanması,  elmi-analitik  araşdırmaların  aparılması, 
müvafiq  beynəlxalq  qurumlarla  qarşılıqlı  əlaqələrin  həyata  keçirilməsi  məqsədilə 
AzScienceCERT  xidməti  yaradılmışdır.  Bu  xidmət  31  may  2011-ci  ildən  TERENA 
çərçivəsində fəaliyyət göstərən Trusted Introducer sistemində qeydiyyatdan keçmişdir. 

 
AzScienceNet-in  “İstifadəçi  və  təhlükəsizlik  siyasətləri”  işlənmiş,  onların  səmərəli 
idarə  olunması  və  informasiya  təhlükəsizliyinə  operativ  nəzarəti  həyata  keçirmək  üçün 
“Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılmış, mərkəzləşdirilmiş 
antispam və antivirus xidmətləri fəaliyyət göstərir. 

 
AMEA  keçən  əsrin  90-cı  illərin  ortalarından  Avropanın  elm  və  ali  təhsil 
müəssisələrinin  kompüter  şəbəkələrinin  formalaşması  və  inkişafı  missiyasını  həyata 
keçirən TERENA beynəlxalq qurumun üzvüdür. 

 
2014-cü  ilin  oktyabrında  TERENA  və  DANTE-nin  birləşməsi  ilə  yeni  yaradılan 
GEANT  Assosiyasına  Azərbaycanın  elm  və  təhsil  cəmiyyətlərinin  təmsil  olunması 
məsələsinə baxılır. 

 
E-elm UNESCO, CODATA və s. kimi digər beynəlxalq qurumlarla da münasibətlər 
qurur. 

 
Kadr  hazırlığı  e-elmin  əsas  vəzifələrindəndir.  AMEA  İTİ-nin  Tədris-İnnovasiya 
Mərkəzində bu sahədə ardıcıl və məqsədyönlü işlər aparılır. 
KitabYurdu.az 
97
 


 
 

 
 2003-2013-cü  illərdə  İnstitutun  Tədris-İnnovasiya  Mərkəzində  ölkənin  elm  və  ali 
təhsil  müəssisələrinin  13000-dən  artıq  doktorant  və  dissertantlarına  «Elmi  informatika» 
fənninin  əsasları  (baza  informatika,  elmmetriya,  plagiatlıq  və  antiplagiat,  superkompüter, 
Vikipedia,  informasiya  cəmiyyəti,  e-tibb,  biliklər  iqtisadiyyatı,  GİS-texnologiyalar, 
informasiya təhlükəsizliyi, modelləşdirmə, e-kitabxanalar, on-line elmi jurnallar və s.) tədris 
olunmuşdur. 

 
 AMEA Rəyasət Heyətinin qərarı (yanvar 2014) ilə AMEA İTİ-nin nəzdində Vikipedia 
üzrə Tədris Mərkəzi, digər elmi müəssisələrdə isə Vikiqruplar yaradılmışdır.  

 
 Naxçıvan  Dövlət  Universiteti  və  AMEA-nın  Gəncə  Bölməsində  Distant  Tədris 
Mərkəzləri  yaradılmışdır.  Həmin  regionlarda  fəaliyyət  göstərən  elm  və  ali  təhsil 
müəssisələrinin  doktorant  və  dissertantlarına  AMEA  İTİ-nin  əməkdaşları  tərəfindən  «Elmi 
informatika» fənni tədris olunur. 

 
 H.Əliyev  Fondu,  AMEA,  RYTN  və  TN-nin  təşkilatçılığı  ilə  ali  məktəb  tələbələri 
arasında hər il «İnformatika» fənni üzrə ümumrespublika olimpiadası keçirilir. 
 
 
 
 
Ədəbiyyat 
1.
 
Əliquliyev  R.M.,  Ələkbərob  R.Q.,  Alıquliyev  R.M.,  Fətəliyev  T.X.  “Elektron  elm: 
müasir  vəziyyəti,  problemləri  və  inkişaf  perspektivləri”.  Bakı:  “İnformasiya 
Texnologiyaları” nəşriyyatı, 2015, 127 səh. 
2.
 
Əliquliyev  R.M.,  Ələkbərov  R.Q.,  Fətəliyev  T.X.  Elektron  elm:  cari  vəziyyəti, 
problemləri və perspektivləri//İnformasiya texnologiyaları problemləri, 2015, №2, səh. 4-
15. 
3.
 
Əliquliyev  R.M.,  Fətəliyev  T.X.  Elektron  elmin  formalaşdırılmasının  bəzi 
məsələləri//“Bakı Universitetinin Xəbərləri”, Fizika-riyaziyyat elmləri seryası, 2008, № 4, 
s.77-83. 
4.
 
Fətəliyev  T.X.  Elmi  fəaliyyətdə  informasiya  texnologiyalarının  tətbiqinin 
monitorinqi.  Ekspress-informasiya,  “İnformasiya  Texnologiyaları”  nəşriyyatı,  2010,  68 
səh. 
5.
 
ARPANET. https://ru.wikipedia.org/wiki/ARPANET 
6.
 
Паринов  С.И.  e-Science-онлайновое  будущее  науки  //  Информационные 
Технологии. Приложение, № 9, 2007, 32 c. 
7.
 
Концепция создания единой информационной системы РАН. 
//www.ras.ru/scientificactivity/eis/eisconception.aspx. 
8.
 
Hey  T.,  Trefethen  A.E.  The  UK  e-Science  core  programme  and  the  grid//Future 
Generation Computer Systems, 2002, Vol. 18, № 8, pp. 1017–1031. 
9.
 
Fətəliyev  T.X.,  Hacırəhimova  M.Ş.  Elektron  elm:  beynəlxalq  qurumlar,  təşəbbüslər 
və hüquqi baza. Ekspress-informasiya,:“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2010, 92 
s.  
10.
 
WSIS,  Action  line  C7:  ICT  applications,  e-science  //www.itu.int/wsis/c7/e-
science/index.html 
11.
 
Information for all programme. http://ifapcom.ru 
12.
 
Open Archives İnitiative. //www.openarxives.org. 
KitabYurdu.az 
98
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə