Mövzu. QƏDİM Çİn və HİNDİstan siVİLİzasiyalarinda qender aspekti



Yüklə 78,92 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü78,92 Kb.
#12205


 

 

MÖVZU.  



QƏDİM ÇİN VƏ HİNDİSTAN  

SİVİLİZASİYALARINDA QENDER ASPEKTİ 

 

• 



Qədim Çində cinslərin qarşılıqlı münasibətləri problemləri. Daosizm və konfutsiançılıq cinsi rol 

münasibətləri barədə. 

• 

Qədim Hindistanda qender münasibətləri. Hinduçiliyin cinsi problemlərə münasibəti. 

 

Qədim Çində cinslərin qarşılıqlı münasibətləri problemi. Daosizm və konfutsiançılıq cinsi rol 

münasibətləri haqqında 

Paleolit dövründən postneolit dövrünə qədər keçən uzun müddət ərzində Çində ən nəfis sivilizasiya 

üzərində qurulmuş ideyalardan bir çox xalqlar imtina etdilər. Yalnız çinliliər  ən qədim prinsip sayılan 

«mən-sən» prinsipi əsasında təbiətlə münasibəti kəsməkdən imtina edərək, insan təxəyyülündə yaranmış 

allahlarla heç bir əlaqəsi olmayan dünyagörüşünü yaymaya başladılar. Onlar üçün bütün varlıq, daimi 

dəyişmənin dinamik hərəkatında, adamların və heyvanların, otların, ağacların, qayaların, dağların, 

buludların, duman, yağış və qarın, çay və dənizlərin biri-birinə ayrılmaz bağlılığı şəklində təsəvvür edirdi. 

Çox da geniş abstrak təfəkkürə adət etməyənlər üçün varlığın Çin konsepsiyasını daim dəyişən, bir-

birilə toqquşaraq, iç-içə zühur edən hava axını kimi asta-asta üfüqdə yerini dəyişərək, biri-birinin üstünə 

qalaqlanan uca qalaları yaran buludlardan ibarət çox ölçülü hava xəritəsinin analoqu kimi təsəvvür etmək 

daha asan idi. Və bütün bunlar onun daxilindən keçən, hələ tanınmamış, təsəvvür edilə bilməyən qüvvə 

ilə, enerci ilə möhkəm bağlanmış «Çi» adı altında tanınmış və cığırı Ali Cığır olan, yolu – Dao olan həyat 

substansiyası, həyat nəfəsidir. Çin dünyanı dərk etməsinin vacib cəhətlərindən biri, hərəkət, qeyri-sabitlik, 

həyacandır. Bütün elementlər daim hərəkət edir, dəyişir, gah hücum edir, gah da geri çəkilir. Biri irəli 

gedərkən,  o  bizi  geri  çəkilməlidir. Biri genişlənərkən, o bizi daralır. Passivsizlik aktivlik yoxdur, 

mənfiliksiz müsbətlik yoxdur. 

E.ə. I minilliyə  qədər, bu ideyalar qarışıq, dumanlı idi, onlar başa düşülsə  də, izar oluna bilmirdi. 

Sonra ilahi kitab olan «İ – tsin» («dəyişikliklər kitabı») passiv qüvvəni «in» termini ilə, aktiv qüvvəni «yan» 

termini ilə adlandırdı  və onların biri-biri ilə qarşılıqlı  fəaliyyətini Çi enercisini ali cığır ilə  hərəkət 

etdirməsini təsvir etdi. «Bir yanın və bir inin qarşılıqlı  fəaliyyəti Dao adlanır, bunun nəticəsində  əmələ 

gəlmiş daimi yaradılma prosesi isə «dəyişiklik prosesi adlanır». 

«Yol» ideyası  əsasında  ərsəyə  gəlmiş  fəlsəfə, «daosizm» adı altında məşhur idi, onun ardıcılları belə 

hesab edirdilər ki, (hələ də belə hesab edirlər) əgər kobud quraşdırılmış cəmiyyət, süniliyinə tabe olmağın 

əvəzinə uzun ömürlülüyə, xoşbəxtliyə, hətta ölməzliliyə nail olmaq istəyirsə, insan təbiətlə  həmahəng 

yaşamağı öyrənməyi bacarmalıdır. Buna nail olmaq məqsədi ilə  hər iki element, təbiətdə bir-biri ilə 

kontaktda möhkəmləndi-yindən onları möhkəmləndirməyi bacarmaq və həyat nəfəsi olan «Çi»ni özündə 

oyatmaq üçün, hər adam qarşısına məqsəd qoymalıdır. Təbiətdə olduğu kimi, in və yanın harmonik 

qarşılıqlı təsirini yaratmalıdır. 

Biri-birinə  əks olan, lakin biri-birini tamamlayan in və yan qüvvələrini bir çox təbii hadisələrdə 

müşahidə etmək olar. Ay və qış in elementinə, günəş və yay isə yana uyğun gəlir. Qadın (yalnız qərbdə 

deyil, bəzən Çinin özündə də yayılmış yanlışlığa zidd olaraq) təmiz yan kimi deyil, «kiçik in» kimi, kişi isə 

müvafiq olaraq – «kiçin yan» kimi səciyyələnirdi. Bu, psixoloji həqiqətin qəbul edildiyini sübut edirdi, ona 

görə hətta ən passiv qadında yanın aktiv elementinin və hətta ən aktiv kişidə passiv in elementinin varlığı 

təsdiq edilirdi. 

Tədricən Çin cəmiyyətində yumşaq və  mərhəmətli daosizm fəlsəfəsi üzərində e.ə. son II yüzillikdə 

yayılmış Konfutsi ideyası qələbə çaldı. (Kun Fu – tszi, rusca – Konfutsi – qədim Çin fəlsəfəsinin yaradıcısı 

olmuş e.ə 551-479-cu illərdə yaşamışdı). Konfutsi daosların bəyənmədiklərinin hamısının vacibliyini təsdiq 

edirdi: bunlar mərasimlər, ayinlər, inzibati nəzarət və qanınçuluq, sinfi ayrıseçkilik, insanın yaratdığı sosial 

qaydaların süniliyi idi; lakin daosizm və Konfutsianlıq mütləq biri-birinə tam əks durumda deyildilər; 

həqiqətdə asan sübut etmək olar ki, in və yanın öz aralarında qarşılıqlı  fəaliyyəti nəticəsində, onlar Çin 

dünyasını hərəkətdə dəstəkləyirdilər: daosizm – bu çevik və intuitiv İn təlimidir, Konfutsianlıq isə qəti və 

kompromissis yan təlimidir. 

Daosizmin əsasını qoyan Konfutsinin özündən böyük müasiri Lao-tszı hesab olunur. Belə görünür ki, 

Çində ictimai fikir təlimi Konfutsidən və ya Konfutsianlıqdan deyil, Lao-tsidən və daosizmdən başlanır, 

bundan qədim Çin ictimai fikri yalnız faydalana bilərdi, belə ki, daosizm daha geniş  hərtərəfli fəlsəfə 

olmaqla, Konfutsianlıqdan daha dərindir. Lakin alimlərin əsaslı fikri vardır ki, «Daode-tsizn» (daosizmin 




 

 

əsas  əsəri) Lao-tsziyə deyil (real Konfutsidən fərqli olaraq, Dao-tsi – yarıəfsanəvi  şəxsdir), başqa daosa, 



Çuan – tsziyə aiddir. Bu traktat e.ə. IV əsrdən tez yarana bəlməzdi. Real Lao-tszi olmuşdusa da, o 

deyildiyindən daha sonralar yaşamışdır. 

Çinlilər XX əsrə  qədər hər iki təlimə hörmət edir, öz həyatlarını daosizmə uyğun qurur və 

konfutsianlığı  cəmiyyətin və dövlətin tələblərinə gözəl uyğunlaşmış bir sistem kimi qəbul etmişdilər. 

Konfutsian dövlətinin əsas elementlərindən biri möhkəm dayaqlı, ləyaqətli ailədir, burada keçmiş, hazırki 

və  gələcək, dao təlimlərində olduğu kimi, bir-biri ilə yanaşı yaşayır. Kişi öz əcdadı  və varisləri ilə  əlaqə 

yaradan, birləşdirici bənddir. Oğul borcu, yalnız ataya münasibətdə olan borc deyildir. Bu, çoxsaylı 

əvvəlki nəsillərə də aiddir, bu nəsillərin iltifatından gələcək asılıdır. Qadın, kişiyə nisbətən, tam və sözsüz 

daha aşağı səviyyədə idi və bundan əlavə, onunla iş görmək çətin idi. Konfutsi deyirdi: «Əgər siz onlarla 

dostsunuzsa, onlar sözə baxmır,  əgər siz onlardan aralı  gəzirsinizsə, onlar inciyirdilər». Qadınları, 

«əcdadların» tələbatına xidmət göstərən, oğlanları dünyaya gətirmək üçün bioloji alət hesab edirdilər. 

Çin çoxarvadlılığı (çoxərlilik) bir çox digər cəmiyyətlərin çoxarvadlılığından (çoxərlilikdən) seçilirdi 

və, bir sistem kimi, daha uzun dövr yaşamışdı. Çində kəndlilərlə ali kübarlar arasında çox saylı orta sinif 

var idi, onların nümayəndələri çox düşünülmüş  şəkildə öz ailələrinin qayğısına qalırdılar. Bu sinfin bir 

qədər varlı olanlarda üçdən on ikiyə qədər arvadı və məşüqəsi var idi, daha aşağı səviyyəli kübarlarda bu 

rəqəm otuz və bir qədər çox idi. 

Hər qadının və  məşuqənin hüquqlarına hörmət edilməsi – ərin ciddi vəzifəsi idi. Evin, qadınlar 

yerləşən hissəsində, həlim, isticə  şəraitdə yaranmış favoritizm (kiməsə üstünlüyün verilməsi) ailədə 

sakitliyin pozulmasına səbəb olurdu, bu da öz tərəfindən kişilərin karyerasına təsir edə bilərdi, öz 

ailəsində qayda-qanun gözləməyi bacarmayan ailə başçısının dövlət işində  məsul vəzifə tutmağa ixtiyarı 

yox idi. 

Ailə qurmaq məsələsi adətən arada iş düzəldənlər vasitəsi ilə həyata keçirilirdi və arvad almaq bizim 

vaxtda ev almağa bənzəyirdi. İş düzəldən adam malın təsvirinin nə qədər düzgün olduğunu yoxlamalı idi: 

gəlinin gizli xəstəliyi olmamalı idi, onun valideynləri bəyin xoşuna gələcəkmi? Bir sıra məhdudiyyətlər 

mövcud idi. Bu, xüsusilə gəlin və bəyin qohumluluq əlaqəsinə aid idi (nə qədər uzaq qohumluluq olsa da 

hətta onlar adicə olaraq eyni familifa daşısa da), bu halda evlənməyə heç vəchlə icazə verilmirdi, onlar 

dəqiq müəyyən etməli idilər ki, bütün əlamətlər  əlverişlidir və verilən pula gəlin layiqdir. Danışıqlar 

bitdikdən sonra bəy gəlinin ailəsinə qonaq gedir, sonra da gəlini öz evinə gətirirdi. 

Adətən nigah mərasimi, kişini sevdiyi qadınla birləşdirməkdən  əlavə, gəlinin, onun evinə  gətirdiyi 

bacıları və qulluqçuları ilə də birləşdirirdi, gəlin bunları əri uçun əlavə arvad kimi gətiridi. Bu yolla kişinin 

həm puluna, həm də vaxtına qənaət edilirdi, qadına yeni həyata öyrəşməyə imkan verirdi, nəticədə o tək 

qalmırdı. Onun bir çox yeni çətinlikləri var idi, çünki indi qadın bütünlüklə ərinin ailəsinə, valideynlərinə, 

qardaş  və bacılarına,  əmi və xalalarına məxsus idi, bütün bu geniş ailə bir yerdə, sıx birgə  cəmiyyətdə 

yaşayırdı. Javan arvadı, toy gününün səhəri  ərinin qohumlarına təqdim edirdilər. Elə  həmin gün onu 

əcdadların zalına apararaq, ölənlərin ruhuna təqdim edirdilər, iki gündən sonra isə onu öz evinə 

valideynləri ilə vidalaşmağa göndərirdilər, belə ki, onları bir daha görməyə bilərdi. Lakin onun sınaqdan 

keçməsi üçün üç ay vaxt lazım idi, yalnız bundan sonra o təntənəli surətdə böyük gəlinin yerini tuta 

bilərdi, Qadın sonsuz olarsa və yaxud da sağalmayan xəstəliyi olarsa, kişinin ondan imtina etməsi 

mümkün idi. Lakin boşanma nisbətən az idi, belə ki, böyük arvad boşandıqda, demək olar ki, bütün 

hərəmxananı özü ilə aparırdı.  

Şərq nigah institutu ilə  Qərbin nigah institutu arasında çox fərq olmasına baxmayaraq, Çin kişiləri 

təsdiq edə bilərdilər ki, onların müasir yəhudilərlə, yunan və romalılarla, xüsusən, ləyaqətli arvad 

təsəvvürü barədə oxşarlığı çox idi. Belə qadın, dərin ağıla, müdrikliyə, gözəlliyə malik olmalı idi. Ondan 

yumşaq xasiyyətli, sakit, ləyaqətli və  tərbiyəli olmaq tələb olunurdu. O, xalça toxumalı, bərkdən 

gülməməli,  əllə danışmamalı, qonaqlar üçün yaxşı xörəklər və  şərab hazırlamalı idi… O, evdə  səliqəsiz 

görünməməli, evdən çıxanda isə çox da təmtəraqlı geyinməməli, o, adamların dəstəsinə qoşulmamalı, 

pəncərədən bayıra baxmamalı idi. 

Yuxarıda adı çəkilən qadın keyfiyyətlərinin yeganə üstün cəhəti ondan ibarət idi ki, onun kökləri nə 

yəhudi dini mahnılarından, nə  də Afina qadınına nifrət prinsiplərindən başlanmırdı. Bu siyahını yaxşı 

tərbiyə görmüş  və yaxşı  təhsil almış  məşhur ilk Çin alim qadını Pen Çao tərtib etmişdi. Bu qadının Çan 

sülaləsinin tarixində müəyyən xidməti olmuşdur. Pen Çao belə hesab edirdi ki, qızlar da, oğlanlar kimi, 

ibtidai təhsil almalıdırlar. Penin dövründə (o, e.ə  116-cı illərə yaxın çox yaşlı vaxtında vəfat etmişdi) və 




 

 

ondan 800 il sonra, çinli qadınların əksəriyyəti savadsız idi. Yazmaq və oxumaq həvəsi olan, bircə kurtizan 



qadınlar Yunan geterləri kimi, yazmaq və oxumaq qabiliyyətini öz sənətlərinə xizmət edən vasitə hesab 

edirdilər. Belə vəziyyətin nəticəsində, ərdə olan qadınların taleləri barədə yazılan şərlərin müəllifləri kişilər 

olub.  

Qadınların  əksəriyyəti ana və evdar qadınlar idi, onlardan hər birinin, evin qadınlar yaşayan 



hissəsinin ağalıq – tabelik münasibətlərində xüsusi yeri var idi. Onların hərəsinin gündəlik vəzifəsi var idi. 

Qadınlar güzgü qarşısında çox vaxt keçirərək, geyinir, daranırdılar. Onların kişilərlə danışığı yalnız evin 

mövzularına aid olurdu. Konfutsiançılar, yunanlar kimi, kişilərin maraqları ilə yaşayan, onlarla bölüşən 

qadınlar məzəmmət edirdilər. Onlar, belə hesab edirdilər ki, qadının ictimai işlərdə  iştirak etməsindən 

bütün mənfi cəhətlərin kökü başlanır. Qədim Çin dövlət xadimi Yan Çen demişdir: «əgər qadına xarici 

aləmlə bağlı tapşırıqlar verilirsə, onlar bütün imperiyaya qarışıqlıq və  səliqəsizlik gətirəcək, imperator 

sarayına  ədəbsizlik yayacaqlar. Qadınlara dövlət işlərində  iştirak etməyə icazə vermək olmaz». Qeyd 

etmək vacibdir ki, Yan Çenin şikayətləri əsassız deyildi, belə ki, onun dövründə imperator sarayı dəhşətli 

hərəmxana qara-gürühü – məşuqələr və xaçələrin birliyindən yaranmış bu ittifaq idi. Onlar Xan ülaləsinin 

kökünü artıq yerindən tərpədə bilmişdi.  

Baxmayaraq ki, konfutsion qaydaları  hər yerdə  və  həmişə ciddi gözlənilmirdi, bu qaydalar müasir 

adama nə  qədər süni görünsə  də, onlar evdarlıq davranış qaydalarının və saray həyat qaydalarının 

kodeksini yaratdılar. Bu kodeksə görə, hətta  ən alçaq məşuqə elə hörmətə qaldırılmışdır ki, belə 

münasibətə  Qərbin təkarvadlı  cəmiyyətində çox az-az rast gəlmək olardı, hətta cəmiyyətdə  ən yüksək 

səviyyədə dayanan qadına qarşı belə hörmət yox idi. Həqiqətdə isə konfutsian dövlətinin paternalizmi, ilk 

baxışdan göründüyü kimi, arvadlara, məşuqələrə  və dul qadınlara (belə qadınları «yalnız ölümü 

gözləyənlər» adlandırırlar) o 

qədər də zülüm vermirdilər. Qədim çin filosofu Ko Xun konfutsian ailə 

həyatının qaydaları barədə  nəticəyə  gələrək qeyd edirdi ki, qızlar və qadınlar bu qaydalara az riayət 

edirdilər. Bunun əvəzində onlar bazar meydanlarında veyillənməyi daha üstün tuturdular. Onlar özləri ilə 

çoxlu qulluqçu, xəbər aparanlar, iş görənlər, yük aparanlar götürərək, ulduzların işığında və yaxud da 

məşəl yandıraraq, öz qohumlarına baş  çəkməyə qadirdilər; beləliklə, bu, hər gecə  təkrar olunurdu. Bu 

qadınlar özləri üçün kef məclisləri düzəldir, balıq ovuna tamaşaya gedir, təbiətdə çay qırağında nahar 

edirdilər, hətta pərdələri açıq ekipaclarda uzaq səyahətlərə  çıxır,  şərab içir, oxuyur və musiqiyə qulaq 

asırdılar. 

Ədəb qaydalarına olan belə hörmətsizlik, Ko Xunun fikrincə, ailənin, dövlətin dağılması demək idi.  

 

Qədim Hindistanda qender münasibətləri. Hinduçiliyin cinsi problemə münasibəti 

Qədim hind cəmiyyəti bütünlüklə Hinduçilik ideyaları ilə – sinfi, dini kasta ideyaları ilə tam əhatə 

olunmuşdur. Bu ideyaların doktrinası insan həyatının bütün sahələrinə  təsir edirdi. Bu ideya müqəddəs 

Vedaların – e.ə. II minillikdə öz qaradərili rəqiblərini yarımadanın – cənubuna sıxışdırmış  ağdərili 

istilaçıların bibliyasının avtoritetinin üzərində qurulmuşdu. Bu din, cəmiyyəti bərabər olmayan dörd sinfə 

bölürdü. Brəhmanlar kşatrilardan, kşatrilər vayşyalardan, vayşyalar  şudralardan üstün idilər. Onların 

hamısı isə istila edilmiş, ümumiyyətlə heç bir sosial statusu olmayan xalqlardan üstün idilər. 

Vedaların sosial dini, sinfi sistemi karma haqqında və ya ruhların yer dəyişməsi barədə  təlimlə  sıx 

əlaqəli idi, bu təlim də deyildi: əgər hər hansı bir canlı (adam, heyvan, cücü və s.) «düzgün» yaşamışdısa, 

öləndən sonra onun ruhu daha yüksək səviyyədə, «düzgün olmayan həyat» yaşamışdırsa, o zaman onun 

ruhu daha aşağı  səviyyədə yerləşdiriləcəkdir. Hətta insanların  ən sonuncusu, bir neçə inkarnasiya 

dövründə  ləyaqətli həyat yaşasa, öz karmasını o qədər yaxşılaşdıra bilər ki, ən yüksək səviyyəyə qalxa 

bilər və nəticədə yenidən dirilmə dairəsindən azad ola bilərdi. Ona görə də, xüsusilə də brəhmanlar üçün 

«düzgün davranış» çox vacib idi. Belə ki, brəhmanlar artıq azad olunmaqdan ötrü son pillədə başqalarına 

nisbətən hər şeyi itirə bilərdilər. 

Həyatda düzgün davranış konsepsiyası ilə  sıx bağlı Dörd Məqsəd var idi. Onun dördüncüsünə 

müvəffəqiyyətlə çatmaq – yenidən həyata qayıtmaq dairəsindən azad olma – əvvəlki üç məqsədin 

düşünülmüş  şəkildə icrasının təbii nəticəsi idi, ona görə  də dördüncü məqsədə yalnız qismən çatmaq 

olardı. Dini və dini olmayan hakimiyyət Birinci Məqsədin – brəhmanın, yəni dini, sosial və  mənəvi 

öhdəliklərin (bu hər kasta üçün müxtəlif idi) yerinə yetirməsi işində öz diqqətlərini cəmləşdirdilər. Bu isə 

insan fəaliyyətinin  əsas sahələrində düzgün davranışı müəyyən edir, siyasi nöqteyi-nəzərdən isə qanun-

qaydanın və stabilliyin xeyrinə hərəkət edirdi, bu həm hakimlər və həm də dini xadimlər üçün əlverişli idi. 




 

 

Hind tarixində b.e. IV-V əsrlərini «qızıl əsr» adlandırırlar, bu zaman iqtisadi inkişaf nəticəsində ticarət 



kastası, vayşilər var-dövlətə, qədir-qiymətə çatmışdılar. Tacirlərin oğlanları, qızları var-dövlət içində 

yaşayırdılar, onların pulu, sosial təkəbbürü var idi, bu isə onları düzgün davranış qaydalarını yalnız dini 

baxımdan deyil, dəb xətrinə öyrənməyə  məcbur edirdi. Ənənəçilər mənəviyyatın aşağı düşməsindən 

şikayət edirdilər, lakin onlara yalnız brəhmanlar qulaq asırdı, eyni zamanda son nəticə etibarı ilə, hind 

qadınlarının azadlığı ciddi məhdudlaşdırılırdı. 

Ticarət kastasının qızları isə hər hansı digər cəmiyyətdə, onların müasirlərinə nisbətən o dövrdə daha 

böyük imkanlara malik idilər. Onlar hər yerdə olduğu kimi atasından,  ərindən, oğlundan asılı ola 

bilərdilər, lakin heç bir digər ölkədə mötəbər valideynlər öz qızlarına çox cəlbedici geyinməyi məsləhət 

görməz və onları elə yerlərə göndərməzdilər, belə ki, «orada hamı onların qızlarını asanlıqla görə bilsin», 

«qızlarının məziyyətlərini cəmiyyətdə göstərməzdilər, belə ki, onlar da bir növ mal sayılırdı». Belə 

münasibətin nə qədər də alçaldıcı olmasına baxmayaraq, o dövrün tacirlərinin bir çox qızları öz vaxtını şən 

keçirirdilər. Hətta nigahın elə forması var idi ki, orada qızlar özləri özünə ər seçə bilərdilər. Qeyd etmək 

lazımdır ki, digər sivilizasiyalar bütövlükdə qadınların iki növünü – hörmətə layiqli və hörmətə layiq 

olmayanlar növlərini qəbul edirdilərsə, Hindistanda isə o dövrdə bir neçə  həmin növlərin sərhədlərində 

olanlara dözümlü münasibət bəsləyirdilər. Qismən bu ona görə baş verirdi ki, erkən hinduçilikdə ehkam 

şəklində  qəbul edilmiş  əxlaqi yox idi: insanların qarşılıqlı münasibətləri ilə bağlı olan tam düzgün və 

düzgün olmayan konsepsiya bu əqidədə mövcud deyildi. İki insanın davranışının  əlaqəli olmasının, 

onların istər indiki həyata, istərsə  də keçmişə  və  gələcəyə aidiyyatı var idi. Əgər bir insanın hərəkətləri 

digərinə əzab verirdisə, deməli, sonuncu, öz əvvəlki həyatında düzgün olmayan əməllərinə görə bu cəzanı 

çəkir; digər tərəfdən, ona əzab verən adam da öz gələcək inkarnasiyalarda bunun əvəzini görəcək. 

O dövrdə, hər yerdə olduğu kimi, qədim Hindistanda da kişi, ailənin başçısı sayılırdı və burada qadın 

onunla heç bir rəqabət apara bilməzdi. Lakin bir sıra gözə dəyən fərqlər də var idi. 

«Genişləndirilmiş ailə» və ya, «birləşdirilmiş ailə» ideyaları tarixi nöqteyi-nəzərindən yeni deyildi. 

Bütün dünyada uzun əsrlər boyu evlənmiş  oğullar öz arvadlarını ata evinə  gətirirdilər və bu ev, 

genişlənərək, gənc ailəni qəbul edirdi. Şəhərlərdə  əhali çoxaldıqca və  şəhərlər genişləndikcə, bu sistem 

artıq yaramırdı, lakin orta və aşağı siniflərdə ailələr ayrı-ayrı təsərrüfatlara bölündüyündən Çində yuxarı 

siniflər üçün bu hələ  də xarakterik hal idi. Lakin heç yerdə bu sistem, Hindistanda olduğu qədər geniş 

yayılmamaşdı. Oğlanlar, qızlar, xalalar, əmilər, xala qızları, xala oğlanları daha uzaq qohumlar – onlar 

hamısı bir dam altında və yaxud da bir-birinə yaxın binalarda qrup şəklində yerləşirdi, bundan əlavə, 

onlar çox vaxt nökərləri ilə olurdular, nökərlər də öz ailələrini bu evə  gətirirdilər.  İqtisadi və emosional 

nöqteyi nəzərdən, bu sistem, qəbilənin daha zəif üzvlərini  ərköyünləşdirmiş, onları  sərbəst həyatın 

əzablarından və  qərar qəbul etməyin vacibliyindən müdafiə etmiş, digər cəmiyyətlərdə ailənin 

məhdudlaşdırılması üçün çox vaxt arqument sayılan dilənçi yaşayışının sərt reallığından təcrid edilmişdir. 

Demək olar ki, Qərb aləmi bu həqiqəti dərk etməzdən 2000 il əvvəl hindular artıq bilirdilər ki, sosial 

müdafiə hər şeydən üstündür. 

Göründüyü kimi, birləşmiş ailənin təhlükəsindən biri, onun qısa müddətdə olduqca çox genişlənməsi 

idi, lakin bu təhlükə hinduların sevdikləri təsnif etmə üslubu ilə uzlaşan müqəddəs qanunla aradan 

qaldırılırdı. Jəmiyyətdə 4 sinfin ayrılıb seçildiyinə müvafiq olaraq, ləyaqətli adamlar üçün isə 4 əsas 

Məqsədin mövcud olduğu kimi, fərdin həyatı da ideal olaraq, çox süni olsa da, 4 mərhələyə bölünməyə 

məruz qalmışdır: gənclik, çiçəklənmə, yetkinlik və qocalıq dövrü. Brəhmanın, kşatriyanın, yaxud vayşinin 

uşağı böyüyəndə, ona müqəddəs saplar payı verilirdi və o, cəmiyyətin üzvi kimi «anadan olurdu». Bu 

andan 20 yaşınadək oğlan  şagird yaşında olurdu, o, bütün məsələlərdə müəlliminə tabe olmalı, təmiz, 

ciddi və ləyaqətli həyat sürməli idi. Növbəti pillə nigah və atalıq idi. Üçüncü pillə oğlanların özlərinin ata 

olması dövrü idi. Bu zaman oğlanların atasından tələb olunurdu ki, o, öz evini tərk etsin, zahid kimi 

yaşasın, bununla da öz ruhunu maddi şeylərdən təmizləməyə başlasın. 

Azad olmaq prosesi insanın qocalıq vaxtı artıq, bütün bağlı olduğu, öyrəndiyi adətlərdən, adamlardan 

əl çəkərək, evsiz-eşiksiz zəvvar olması idi. 

Axıra qədər bu sərt göstərişlərə o qədər də çox adam əməl etmirdi. 

Lakin atalıq hakimliyi, mötəbərliliyini qazanmış adam üçün öz borcunu dərk etmə hissi, onun başının 

üstündən əksik olmurdu. Kişi, həyatının ikinci mərhələsində nə qədər yüksəkliklərə qalxsa da, bu pillənin 

sonunda onun ətrafa olan təsiri azalırdı. Ailə əmlakının çox hissəsi ictimai istifadədə olurdu və ata öləndə, 

bu varidat onun oğlanları arasında bölünməli idi. Onlar isə müqəddəs qanuna müvafiq olaraq, öz 




 

 

paylarını götürüb evdən gedərək, öz ailələrini yarada bilərdilər. Lakin ölümünə  hələ çox qalmış ata ailə 



şuralarında başçılıq etməkdən və ailə  işlərinə inzibati nəzarətdən imtina edərək, həqiqətən də olmasa, 

simvolik olaraq zəvvara çevrilməli idi. 

Bu sistemin iki maraqlı nəticələri var idi. Əvvəla kişi həyatının üçüncü mərhələsinə çatanda oğlanların 

səlahiyyəti çatırdı ki, onu ailə işlərindən kənarlaşdırsınlar, bu zaman hətta çox avtoritar xarakterli adamlar 

da öz sözlərini eşitməyə ailəni məcbur edə bilmirdi. Hindistanda, demək olar ki, patriarxal yəhudi 

ailələrinə oxşar ailələr yox idi, ikincisi də, hind cəmiyyətinin aşkarcasına maskulinləşməsinə  və ictimai 

sosial istismara baxmayaraq, ana və arvad, təəccüblü olsa da, hakimiyyətə və hörmətə nail ola bilmişdilər. 

Sakit və itaətkar hind qadının surəti, qanunlara çox əhəmiyyət verən və xalqa çox az diqqət yetirən kənar 

seyrçilər tərəfindən yaradılmış əsatir idi. 

Ər, işlərdən kənarlaşaraq, ailəyə görə məsuliyyəti üzərindən götürürdüsə, digər cəmiyyətlərdə ailənin 

başçısı olan ərə göstərilən hörmət və itaət, nəzərə çarpmadan, onun arvadına keçirdi. Kənardan o, nə qədər 

də asılı görünsə də, ailə daxilində onun hakimiyyəti çox vaxt tam və  qəti idi. Ərdə olduğu müddətin bu 

son illəri hind qadınının həyatında ən xoşbəxt dövrü ola bilərdi. 

Bizim eranın  əvvəlində Hindistanda erkən evlənmələrin sayı artmağa başladı. Bu prosesin ən ciddi 

səbəblərindən biri qadınların sayının azalması idi. Hindistanda aclıq geniş yayılmış  bədbəxtlik idi. Aclıq 

illərində ölüm ən çox hamilə qadınlar, yeni doğulmuş uşaqlar və böyük qardaşlarının yeməyi azalmasın 

deyə, yeni doğulmuş  və yeməyi kəsilmiş qızların sırasında çox yayılmışdı. Yoxsullar hətta qız uşaqlarını 

öldürməkdən də çəkinmirdilər. Bundan başqa, nigah yaşı azaldıqdan sonra, çox cavan ərə verilmiş qızların 

sırasında ölümün səviyyəsi artmalı idi. 

B.e-nın II və III əsrlərində  gəlinin yaşı  bəyin yaşının üçdə birini təşkil edirdisə, bu ideal nigah hesab 

olunurdu. Manunun adına yazılan Qanunlar kitabında müvafiq yaş uyğun olaraq 8 və 24 yaş hesab 

olunurdu. Adətən Hindistanda gəlin – uşaqlar başqa ölkələrdə onların müasirləri üçün çətin olan 

problemlərlə qarşılaşmırdılar. 

Çox vaxt gəlinin  əri, onunla eyni sinifə  və ya kastaya aid idi, ona görə  də onların dünyagörüşü və 

aldıqları  tərbiyə oxşar idi. Hindular poliqamiya ilə tanış olsalar da, bu, şah ailəsini və dövlətliləri istisna 

etməklə, çox yayılmamışdı. Bir sıra vilayətlərdə, məsələn, Malabara sahillərində və Himalayın ətəklərində 

– poliandriya adətləri də mövcud idi, bu adətə görə qadının eyni zamanda bir neçə əri ola bilərdi. 

Monoqam nigahın Hindistanda maraqlı psixoloji əlamətləri var idi. Hindistanda kişilər, bir adət 

olaraq, öz cavan arvadları ilə, öz uşaqları ilə oduğu kimi, zərif qayğıkeşliklə davranırdılar. Nəticədə, 

arvadlarını böyüməyə  məcbur etməyin  əvəzində, onlar arvadlarının böyüməsini bir qədər də 

gecikdirirdilər. Yeniyetmə arvad, özündən çox böyük olan tam yaşa dolmuş ərindən intellektual, fiziki və 

emosional cəhətdən asılı idi, ona görə  də dini mətnlərdə deyildiyi kimi, qadın,  ərinə, özündən qat-qat 

yüksək bir məxluq kimi baxırdı. Doğrudan da 12 və 28 yaş ilə 20 və 36 yaş arasında psixoloji fərq daha 

çoxdur. Hind qadını yalnız 20 yaşına çatanda öz potensialını ifadə edə bilir, özünü bir şəxsiyyət kimi hiss 

edirdi. Oğlanları böyüyüb və evləndikdə,  ər isə ailə  vəzifələrindən kənarlaşdıqda, qadın hələ 40 yaşına 

yenicə  qədəm qoyurdu, o, bütünlüklə hakimiyyəti  ələ alaraq, ailəni onunla hesablaşmağa məcbur edə 

bilərdi. 

Qadının  əri öləndə, onun ikinci dəfə  ərə getməsi və öz maddi rahatlılığının təmin edilməsi qadağan 

edilirdi. Dul qadın torpaq üzərində yatırdı, gündə bir dəfə ən sadə yemək yeyirdi (ona bal yeməyə, şərab 

içməyə, duzdan istifadə etməyə icazə verilmirdi). O, güllü, naxışlı paltar geyə bilməzdi,  ətriyyatdan 

istifadə edə bilməzdi. Dul qadın yenidən diriləndən sonra öz əri ilə yenidən nigaha girmək üçün bütün 

vaxtını dua etməyə, dini mərasimlərdə iştirak etməyə sərf etməli idi. O, adamlar içində görünsəydi, onu, 

öz övladlarından başqa, hamı  lənətləyərdi. Dul qadının  şadyanalıq məclislərə  gəlməsini pis xəbər kimi 

qarşılayırdılar. Ona görə heç də təəccüblü deyil ki, bir çox dul qalmış qadınlar ərindən sonra ölməyi üstün 

tuturdular. Dünyanın müxtəlif yerlərində – Mesopotamiya, Misir, Mərkəzi Asiya və Çində çox vaxt dul 

arvadları, nökərləri, sevimli atları, itləri də ölmüş ərlə birgə dəfn edirdilər.  

Lakin Hindistanda «sati» ənənəsi (ləyaqətli qadın) həmişə könüllü idi, hər halda belə hesab edilirdi, 

çünki düzgün davranışın xeyrinə sosial və ailə təzyigi o qədər güclü idi ki, dul qadın istəsə də, istəməsə də 

ərinin meyidi yandırılan tonqala qalxmalı olurdu. «Veda»da qeyd edilir ki, bu ənənə çox qədimlərdən 

qalmışdı, ilk dəfə bu ənənə IV əsrdə qeydə alınmış  və orta əsrlərdən bəri az istifadə olunurdu. Bir sıra 

avtoritetlər «sati»ni pisləyirdilər, lakin başqaları isə deyirdilər ki, bu addımı atan qadın özünü və  ərini 

bütün günahlardan azad edir və xoşbəxt cütlük 350 milyon il göylərdə birgə rahatlıq içində olacaqlar. 




 

 

Əfsanəyə görə ilk «sati»ni ulu allah Şivanın (ilk surəti Rudradır) arvadı olmuşdur. 



Hinduçilik e.ə. 500-cü ildə  əmələ  gəlmişdi. Bu, müxtəlif sektalar tərəfindən «Vedalar»ın müqəddəs 

kitab kimi qəbul edildiyindən sonra, onların birləşmiş dini ittifaqıdır. Lakin b.e. III – əsrinə yaxın bir çox 

allahlar, ilahələr öz fərdi xüsusiyyətlərinin, atributlarının çoxunu yeni üçlüyə-Trimurtiya verdilər. Buraya 

müdrik yaradan Brəhma, iltifatlı müdafiəçi və qoruyucu Vişnu, hökmlü dəhşət hissi yayan məhsuldarlıq 

allahı, ruhların və iblislərin hökmdarı, rəqs ustası, dünyaları dağıtmağa qadir olan Şiva daxildirlər. 

Təqribən həmin dövrlərdə teoloji səhnədə  əvvəllər onlara az diqqət yetirilən ilahələr görünməyə 

başladılar. 

Sadə insanlar (xüsusilə  Cənubu Hindistanda ari təbəqədən olan istilaçılara məxsus – kişinin ailədə 

başçı olması ideyası, yerli əhali ideyası olan – qədim  əkinçilik  ənənələrinin sona qədər aradan qaldıra 

bilmədi) həmiişə məhsuldarlıq, çay və ağacların ilahələrinə səcdə edirdilər. Lakin hind intellektualları öz 

köçəri  əcdadlarının  ənənəsinə sadiq qalaraq, qüvvələrini qadınlara sərf etməkdənsə, yüz illər boyu 

təsəvvüredilməz dərəcədə çox mürəkkəb, müstəsna maskulinist ekumenik panteonunun açıqlanması  və 

təmizlənməsi ilə daha çox maraqlı idilər. Allahların da, insanlardakı kimi, arvadları var idi və bu onlara 

kifayət edirdi. 

Lakin allahların arvadları  əhəmiyyətli vəzifələri yerinə yetirməyə başladıqda, bu gəribə  şəkildə 

təzahür etdi. Digər xalqlarda olduğu kimi, hind allahların həyatının bir çox aspektləri hinduların gündəlik 

həyatı ilə oxşar cəhətlərə malik idi. Lakin kişi ilə qadının arasında iş bölgüsünə  gəldikdə, burada 

gözlənilmədən çevrilmiş situasiya müşahidə edilirdi. Təkliyə  çəkilmiş, dincəlməkdən həzz alan allah 

istirahət edir, arvadı isə iş görürdü. O, passiv allahlığın aktiv aspekti – şaktı idi. Allah mövcud idi, arvadı 

isə fəaliyyətdə idi. Beləliklə, bu, tərsinə çevrilmiş Çin nəzəriyyəsi – İn vəYan idi. 

Bu panteonun vaxtı ilə dumanlı fiqurlarından olan, aktiv fəaliyyətə müraciət edən  Şivanın arvadı 

Parvati idi. Şiva öz əvvəlki dirilmə  həyatında Vedalar allahı Rudra, Parvati isə onun arvadı Sati (yəni 

ləyaqətli) idi. Parvati, könüllü olaraq, ərinin dəfn tonqalına qalxmışdı.  İndi onun şaktisi olmaqla o, əri 

kimi, bir çox funksiyalara malik idi. İlahə ana Qauri kimi, Şivanın məhsuldarlıq allahı rolunda onun aktiv 

ifadəsi idi, Kali (qara) kimi, dağıdıcı rolunda idi. Şiva və Parvatinin bütün fəaliyyəti adətən yaradıcı, yaxud 

dağıdıcı kimi, bəzən də bir-birindən doymuş  və soyumuş kimi təzahür edən seksual həyatları ilə ifadə 

olunurdu. Şivanın sifətlərindən biri «dahi asket», Parvatinin epitetlərindən biri isə «əl çatmazdır». 

 

 



ƏDƏBİYYAT 

 

Бэшем А. Чудо, которым была Индия.-М., 2000 



Вардман Э.Э. Женщина в Древнем мире. – М., 1990 

Гусева Н.Р. Познакомимся с индуизмом. Популярные очерки. – М., 1999 

Ефименко В.А. Шактизм и Тантра / Древо индуизма. – М., 1999 

Индийская фиософия Ратхакришна. – М., 1994 

Конрад Н.И. Запад-Восток. – М., 1972 

Лунь Юй. Конфуций. – М., 1998 

Мишель Малерб. Религия человечества. – М., – СПб., 1997 

Осборн Ричард, Порин Ван Лоон. Восточная философия. – Ростов-на-Дону, 1997 

Ригведа. Мандалы I – IV / Изд. подгот. Т.Я. Елизаренкова. – М.,1989 

Роули Дж. Принципы китайской живописи. – М., 1989 

Сравнительное изучение цивилизаций. Хрестоматия./ Сост. Б.С.Ерасов. – М., 2001 

Чаттопадхьяя Д. Локаята Даршана. История индийского материализма. Перевод с англ. – М., 1961 

Шилаппадикарам. Повесть о браслете. Перевод Ю.Я. Глазова. – М., 1966 

Юань Хе. Мифы древнего Китая. – М., 1988 

Bradford N.J. Transgenderizm and the Cult of Yellamma: Heat, Sex, and Sickness in South Indian Ritual // 

Journal of Anthropological Research. – 1983.Vol.39. P. 307 – 322 



 

 

 



Yüklə 78,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə