Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 
 
Strategiyada  nəzərdə  tutulmuş  əsas  hədəflərdən  biri  də  elmi  fəaliyyətdə  islahatların 
aparılması,  İKT-nin geniş tətbiqi,  e-elmin  formalaşması prosesinin  inkişaf  etdirilməsidir. 
Fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsini özündə əks etdirən strategiyada 
elm  və  texnika  sahəsində  idarəetmə  sistemini  təkmilləşdirmək,  normativ  hüquqi  bazanı 
yaratmaq,  elmin  informasiya  təminatını,  beynəlxalq  elm  məkanına  inteqrasiyasını 
gücləndirmək,  elmi  tədqiqatların  və  innovasiya  siyasətinin  səmərəsini  artırmaq,  ölkəni 
texnoloji  cəhətdən  modernləşdirmək  kimi  vacib  məsələlər  nəzərdə  tutulub  ki,  bu  da 
elektron elmin formalaşması ilə bilavasitə əlaqəli məsələlərdir. 
1.Elektron elm: məqsədlər və vəzifələr 
Azərbaycan Milli Elmər Akademiyasında (AMEA) aparılan islahatlar, həmçinin ölkə 
səviyyəsində  İKT-yə  böyük  diqqət  Respublikada  uğurla  formalaşmaqda  olan  “Elektron 
Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin (e-elm) reallaşması və inkişafına zəmin 
yaratmışdır.  
E-elmin  məqsədi  müasir  İKT-nin  tətbiqi  ilə  AMEA  institut  və  təşkilatlarının, 
həmçinin  respublikanın  digər  elmi  qurumlarının  fəaliyyətinin  yenidən  qurulması,  milli 
elmi “onlayn infrastrukturun” və informasiya fəzasının formalaşdırılmasıdır.  
Bununla  da son nəticədə  elmi  təşkilat,  kollektiv  və  alimlərin virtual  məkanda birgə 
səmərəli  fəaliyyətinə,  elmi  idarəçiliyin  və  tədqiqat  işlərinin  səmərəliliyinin 
yüksəldilməsinə,  elmin  bütün  sahələrinin  müasir  dünya  standartları  səviyyəsində  inkişaf 
etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olunur.  
E-elmin əsas vəzifələri aşağıdakılardır: 
1.Elmin kommunikasiya, şəbəkə və hesablama infrastrukturunun formalaşdırılması; 
2. Elmi fəaliyyətdə və idarəetmədə İKT-nin geniş tətbiqi; 
3. Elmin informasiya təminatının yaradılması; 
4. Normativ hüquqi bazanın təkmilləşdirilməsi; 
5. Kadr hazırlığıdır. 
Milli  “e-elm”  konsepsiyası  mövcud  elmi  mühitin  İC-nın  tələblərinə  uyğun  yenidən 
qurulması  və  İKT-nın  həmin  mühitə  tətbiqi kimi  iki  əsas  fundamental  məsələnin  həllinə 
əsaslanır.  Bu  məqsədlə  dünya  təcrübəsinin  öyrənilməsi,  elmi  fəaliyyətdə  İKT-nin  tətbiqi 
vəziyyətinin  monitorinqinin  aparılması,  e-elmin  idarə  olunması  və  informasiya 
təhlükəsizliyinin təmin edilməsi məsələlərinin tədqiqi, elmi-nəzəri əsaslarının işlənilməsi 
və praktiki reallaşdırılması kimi kompleks məsələlərin ardıcıl həlli nəzərdə tutulur.  
Həmin məsələlərin həlli ilə aşağıdakı nəticələrə nail olunacaqdır.  
Birinci,  dünya  təcrübəsinin  öyrənilməsi,  monitorinqin  nəticələrinə  əsasən  elmin 
informasiyalaşdırılmasının  tənzimlənməsi  və  hüquqi-normativ  bazanın  təkmilləşdirilməsi 
ilə milli “e-elm” proqramı müasir dünya standartları səviyyəsində həyata keçirilir. 
İkinci,  e-elmin  kommunikasiya-şəbəkə  infrastrukturu  formalaşdırılır.  Bu  da  maddi-
texniki  bazanın  təminatı,  elmi  təşkilatların  lokal  şəbəkələrinin  yaradılması  və  sürətli 
İnternet  çıxışının  təmin  edilməsinə,  AR-in  elmi  qurumlarını  birləşdirən  vahid  elmi 
şəbəkənin  yaradılması,  təhlükəsizlik  strategiyasının  işlənməsi  və  beynəlxalq  elmi 
şəbəkələrlə inteqrasiyanın həyata keçirilməsi hesabına reallaşdırılır. 
Üçüncü, müxtəlif təyinatlı informasiya resursları yaradılılır.  
Dördüncü,  elmi  fəaliyyətdə  İKT-nin  tətbiqi  ilə  bilavasitə  əlaqədar  tədqiqatçının  iş 
yerinin  təşkili  və  elmi  kollektivlərin  fəaliyyətlərini  əhatə  edən  məsələlər,  elmin  müxtəlif 
sahələri üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin qurulması, beynəlxalq elmi 
KitabYurdu.az 
93
 


 
 
qurumlarla  qarşılıqlı  əlaqələrin  təşkili,  elmi  informasiya  fəzalarının  formalaşdırılması, 
böyük  hesablama  və  informasiya  resursları  tələb  edən  məsələlərin  həlli  üçün 
superkompüter və qrid texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması, elmin 
kommersiyalaşdırılması məsələləri öz həllərini tapır. 
Beşinci, elmi kadrların müasir İKT sahəsində maarifləndirilməsi və texniki-proqram 
vasitələrinə xidmətin təşkili üçün kadr hazırlığı həyata keçirilir. 
2. Elmi sahələrin informasiyalaşdırılması 
Məlumdur  ki,  elmi-tədqiqat  fəaliyyətinin  əsas  elementləri  tədqiqatçı  (tədqiqatçılar 
qrupu),  tədqiqat  obyekti  və  tədqiqat  vasitələridir.  Elmin  təkamülü:  a)  informasiyanın 
toplanması  (qeydiyyatı);  b)  yadda  saxlanması;  c)  informasiyanın  emalı  (məntiq  və 
hesablama vasitələri) və d) ötürülməsi (əldə olunmuş biliklərin üzaq məsafəyə yayılması) 
kimi problemlərin həlli vasitələri və yollarının təkmilləşməsi və inkişafı ilə sırf bağlıdır. 
Elmin  tarixi  insan  sivilizasiyasının  yaranması  ilə  başlamış  və  məhz  qeyd  olunmuş 
problemlərin  həllindən  asılı  olaraq  bu  günə  kimi  müxtəlif  mərhələlərdən  keçmişdir. 
Hazırki mərhələ e-elmlə xarakterizə olunur.  
Elmi sahələrin informasiyalaşdırılması və informasiya təminatlarının formalaşdılması 
e-elmin əsas prioritet istiqamətlərindəndir. 
İnformasiyalaşdırmanın  məqsədi  İKT-nin  tətbiqi  ilə  istifadəçilərin  informasiya 
tələbatlarının  ödənilməsi  üçün  optimal  şəraitin  yaradılmasıdır.  İdarəetmə  metod  və 
vasitələri, həmçinin qabaqcıl İKT onun əsasını təşkil edir. Bu baxımdan, elmi qurumların 
strateji  məqsədlərinə  cavab  verən  etibarlı  və  səmərəli  infrastrukturun  yaradılması, 
korporativ  verilənlərə    çıxışın  standart  üsullarının  tətbiqi,  müxtəlif  informasiya 
resurslarının  yaradılması  və  onlardan  asan  istifadə  vasitələrinin  inkişaf  etdirilməsi 
informasiyalaşdırılmada və onun inkişafında əsas tədbirlərdir.  
E-elm  geniş  və  sonsuz  imkanlara  malikdir.  Onun  elm  sahələrinə  tətbiqi  ilə  bilik 
sahələri  üzrə  xüsusi  onlayn  mühitlər  formalaşır  və  beləliklə  də,  e-tibb,  e-coğrafiya,  e-
kimya, e-tarix, e-astronomiya, və s. yaranır. 
ELMİ FƏNN + İNFORMATİKA = E-ELMİ FƏNN: 

 
Tibb+ İnformatika = E-Tibb (Tibbi informatika)

 
Coğrafiya+ İnformatika E-Coğrafiya; 

 
Kimya + İnformatika = Kimyəvi informatika; 

 
Tarix + İnformatika =  E-Tarix; 

 
Geologiya + İnformatika = Geoinformatika; 

 
Dilçilik + İnformatika = Linqvistik informatika;  

 
Biologiya + İnformatika = Bioinformatika və s. 
Tibbi  müayinələr,  müalicələr,  əməliyyatlar  vaxtı  toplanan  məlumatların  axtarışı 
getdikcə mürəkkəbləşir və əksər hallarda onların itirilməsi ilə nəticələnir. Bütün bunlar isə 
qərarların  operativ  qəbuluna,  tibb  elminin  inkişafına  mənfi  təsir  edir,  səhv  diaqnozlara, 
insanların  ömrünün  azalmasına,  ölüm  faizinin  artmasına  və  s.  səbəb  olur.  E-tibb  isə  e-
sağlamlıq kartının yaradılması, sensor şəbəkələrindən istifadə etməklə tibbi diaqnostika və 
müalicə  proseslərinin  təkmilləşdirilməsi,  loqfaylların  psixoloji  nöqteyi-nəzərdən  təhlili, 
tibbi  məlumatların  toplanması,  analizi  və  diaqnostikası,  e-konsilium  keçirmək,  e-tibbi 
məsləhətlər vermək və s. kimi imkanlar yaradır.  
Yer kürəsinin istənilən nöqtəsini e-xəritələrdə, saytlarda GPS və GİS texnologiyaları 
vasitəsi  ilə  əks  etdirmək  mümkün  olduğuna  görə  daşqınların,  yağıntının,  meşələrin 
KitabYurdu.az 
94
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə