Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   55

 
 
«Kriptoqrafiya»  sözü  kryptos  ('gizli')  və  graphos  ('yazı')  yunan  sözlərindən 
yaranmışdır. Konfidensiallıq təşkilati tədbirlərlə və informasiyanı şifrləməklə təmin edilir. 
Şifrləmə  proseduru  adətən  müəyyən  kriptoqrafik  alqoritmdən  və  açardan  istifadəni 
nəzərdə  tutur.  Kriptoqrafik  alqoritm  –  məlumatların  çevrilməsinin  müəyyən  üsuludur. 
Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, 
kriptoqrafik çevirmənin gizliliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. 
İlk kriptosistemlər artıq bizim eranın əvvəlində meydana çıxır. Məsələn, məşhur Roma 
sərkərdəsi  Yuli  Sezar  (e.ə.  100-44-cü  illər)  öz  yazışmalarında  indi  onun  adını  daşıyan 
şifrdən  istifadə edirdi.  Müasir  ingilis  əlifbasına  tətbiqdə  bu şifr  aşağıdakından  ibarət  idi. 
Adi əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola üç hərf dövri sürüşmə ilə 
yazılırdı:  
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ 
DEFGHIJKLMNOPQRSTUVWXYZABC 
Şifrləmə zamanı A hərfi D hərfi ilə, B hərfi E ilə və beləcə əvəz olunurdu. Məsələn:   
VENI  VIDI  VICI 

  YHQL  YLGL  YLFL.  Şifrlənmiş  məlumatı  alan  şəxs  hərfləri ikinci 
sətirdə axtarırdı və onların üstündəki hərflərə görə ilkin mətni bərpa edirdi. Sezar şifrində 
açar əlifbanın ikinci sətrində sürüşmənin qiymətidir (3-ə bərabərdir). 
Şifrləmənin  simmetrik  və  asimmetrik  adlanan  iki  əsas  üsulu  var.  Simmetrik  şifrləmə 
üsulunda  eyni  açar  (gizli  saxlanılan)  həm  məlumatı  şifrləmək,  həm  də  deşifrləmək  üçün 
istifadə  olunur.  Şəkil  2  simmetrik  şifrləmənin  istifadəsini  illüstrasiya  edir.  Olduqca 
effektiv  (sürətli  və  etibarlı)  simmetrik  şifrləmə  metodları  var.  Simmetrik  şifrləmə 
alqoritmlərindən  DES,  3-DES,  IDEA,  Skipjack,  RC5,  AES  (Advanced  Encryption 
Standartd) kimi blok şifrləri və bir sıra axın şifrləri (RC4, A5) daha geniş istifadə olunur. 
Simmetrik şifrləmənin əsas nöqsanı ondan ibarətdir ki, məxfi açar həm göndərənə, həm 
də alana məlum olmalıdır. Bu bir tərəfdən məxfi açarların tam məxfi kanalla göndərilməsi 
problemini  yaradır.  Digər  tərəfdən,  alan  tərəf  şifrlənmiş  və  deşifrlənmiş  məlumatın 
mövcudluğu əsasında bu məlumatı konkret şəxsdən almasını sübut edə bilməz. Çünki belə 
məlumatı onun özü də yarada bilərdi. 
Asimmetrik  kriptoqrafiyada  iki  açardan  istifadə  olunur.  Onlardan  biri 

  açıq  açar 
(sahibinin ünvanı ilə birlikdə nəşr oluna bilər) şifrləmə üçün istifadə olunur, digəri 

 gizli 
açar  deşifrləmə  üçün  istifadə  olunur  (gizli  açar  yalnız  şifrlənmiş  məlumatı  alan  şəxsə 
məlumdur).  Rəqəmsal  imza  alqoritmlərində  gizli  açar  şifrləmə,  açıq  açar  isə  deşifrləmə 
üçün istifadə edilir. Şəkil 3 asimmetrik şifrləmə sisteminin işini nümayiş etdirir. 
Şifrləmə 
Deşifrləmə 
Açarlar 
generatoru 
Açar 
Açar 
Ortaq məxfi 
açar 
Şifrlənmiş məlumat 
Məlumat 
Məlumat 
Şəkil 
2. 
Simmetrik şifrləmə
 
KitabYurdu.az 
109
 


 
 
Şifrləmə 
Deşifrləmə
 
Açarlar 
generatoru 
Açıq açar 
Gizli açar 
Şifrlənmiş məlumat 
Məlumat 
Məlumat 
Şəkil 3. Açıq açarlı şifrləmə sistemi 
Açıq  açara  görə  uyğun  gizli  açarın  tapılması  çox  böyük  həcmdə  hesablamalar  tələb 
edir, hesablama texnikasının hazırki inkişaf səviyyəsində bu məsələ qeyri-mümkün hesab 
edilir.  Asimmetrik  şifrləmə  alqoritmlərinə  misal  olaraq  RSA,  ElGamal,  Şnorr  və  s. 
alqoritmlərini  göstərmək  olar.  RSA  kriptosistemi  çoxrəqəmli  (100-lərlə  onluq  rəqəm) 
ədədlərin sadə vuruqlarına ayrılması məsələsinin çətinliyinə əsaslanır. 
Asimmetrik kriptoqrafiyanın əsas çatışmayan cəhəti şifrləmə sürətinin aşağı olmasıdır. 
Buna  görə  onlar  simmetrik  metodlarla  birgə  işlədilir.  Məsələn,  açarların  göndərilməsi 
məsələsini  həll  etmək  üçün  əvvəlcə  məlumat  təsadüfi  açarla  simmetrik  metodla  şifrlənir, 
sonra həmin təsadüfi açarı alan tərəfin açıq asimmetrik açarı ilə şifrləyirlər, bundan sonra 
məlumat və şifrlənmiş açar şəbəkə ilə ötürülür. 
9.11. İnformasiyanın tamlığına nəzarət mexanizmi 
Adətən, tamlığa nəzarət üçün kriptoqrafik heş-funksiyalar istifadə edilir. Adətən, heş-
funksiya  müəyyən  alqoritm  şəklində  realizə  edilir,  belə  alqoritm  uzunluğu  ixtiyari 
məlumat üçün uzunluğu sabit olan  heş-kod hesablamağa imkan verir. Praktikada 128 bit 
və  daha  uzun  heş-kod  generasiya  edən  heş-funksiyalardan  istifadə  edilir.  Heş-funksiya 
alqoritmlərinə  misal  olaraq  MD2,  MD4,  MD5,  SHA-1  (“şa  bir”  kimi  oxunur),  SHA-2, 
SHA-3  və  s.  alqoritmlərini  göstərmək  olar  (SHA  –  Secure  Hash  Algorithm  –  təhlükəsiz 
heş alqoritmi, SHA-3 hazırda ABŞ standartıdır). 
Heş-funksiyanın  xassələri  elədir  ki,  onun  köməyi  ilə  alınan  heş-kod  məlumatla 
“möhkəm” bağlı olur. Məlumatın hətta bir bitini dəyişdikdə belə, heş-kodun bitlərinin ən 
azı yarısı dəyişir.  
Misal. ‘1234567890’ sətri üçün MD5 heş-funksiya alqoritmi ilə hesablanmış heş-kod 16-
lıq say sistemində E807 F1FC F82D 132F 9BB0 18CA 6738 A19F simvollar ardıcıllığıdır. 
Müqayisə üçün bir simvol dəyişdirildikdə alınan heş-kod da verilir. Göründüyü ki, MD5 
olduqca “həssas”dır − ikinci heş-kodda 32 simvoldan 30-u dəyişib. 
MD5(‘1234567890’)= E807 F1FC F82D 132F 9BB0 18CA 6738 A19F 
MD5(‘1234567891’)= 
0F7E 44A9 22DF 35
2
C
 
05C5 F73C B40B A
1
15
 
9.12. Elektron imza. Gücləndirilmiş elektron imza     
"Elektron  imza  və  elektron  sənəd  haqqında"  Azərbaycan  Respublikası  Qanununda 
aşağıdakı təriflər verilir: 
Elektron imza − digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza 
sahibini identikləşdirməyə imkan verən verilənlərdir. 
Gücləndirilmiş  elektron  imza  −  imza  sahibinin  nəzarəti  altında  olan  elektron  imza 
vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli 
olduğu  məlumat  bildirişinin  bütövlüyünü,  dəyişməzliyini,  təhrif  olunmadığını  və 
saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. 
KitabYurdu.az 
110
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə