Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Sual 14,15. Elektrik kəşfiyyatı haqqında ümumi məlumat və onun modifikasiyaları



Yüklə 25,75 Kb.
səhifə4/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Sual 14,15. Elektrik kəşfiyyatı haqqında ümumi məlumat və onun modifikasiyaları
Elektrik kəşfiyyatı yer qabığında təbii prosseslər nəticəsində yaranan və ya süni yollarla yaradılan elektromaqnit sahələrinin öyrənilməsinə əsaslanır. Digər kəşfiyyat üsullarından fərqli olaraq elektrik kəşfiyyatı, daha çox modifikasiyalarının olması ilə fərqlənir. Belə ki, süni və təbii elektrik sahələrinin öyrənilməsindən asılı olaraq bu kəşfiyyat üsulunun 60'dan çox növü mövcuddur. Elektrik kəşfiyyat üsulundan bir sıra məsələlərin həllində istifadə edilir:
1) Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatında;
2) Filiz yataqlarının axtarışında;
3) Mühəndis geoloji və hidrogeoloji tədqiqatlarda;
4) Ayrı-ayrı geoloji strukturların tədqiqində;
Yer kürəsinin təbii elektrik xüsusiyyətlərinin öyrənilməsində elektrik kəşfiyyatının əsasən bir sıra modifikasiyalarından istifadə olunur:
1) Maqnitotellurik zonlama (MTZ)
2) Maqnitotellurik profilləmə (MTP)
3) Tellurik cərəyan üsulu (TCÜ)
Süni elektrik sahələrinin öyrənilməsində istifadə olunan üsullar 2 növə bölünür:
1. Sabit cərəyan üsulları
2. Dəyişkən cərəyan üsulları
Sabit cərəyan üsullarına misal olaraq elektrik kəşfiyyatının bir sıra növlərini göstərmək olar:
1) Şaquli elektrik zonlaması (ŞEZ)
2) Dipol elektrik zonlaması (DEZ)
3) Elektrik profillənməsi (EP)
Dəyişən cərəyan üsullarının elektrik kəşfiyyatında bir neçə üsulları mövcuddur:
1) Tezlik elektrik zonlaması (TEZ)
2) Sakitləşən elektromaqnit sahələrinin zonlanması (SESZ)
Sual 16,17. Radioaktivlik haqqında əsas anlayışlar.Radioaktivliyinə görə süxurların təsnifatı
Son illərdə ən çox tədbiq edilən və əlverişli olan tədqiqat üsullarından biridə radioaktiv üsuldur. Bu üsulun tədbiq edilməsi süxurların radioaktiv xüsusiyyətlərinə görə quyu kəsişlərini öyrənməyə imkan verir. Eyni zamanda radiometriya üsulları quyuların texniki vəziyyəti ilə əlaqədar olan bir sıra məsələlərin həll edilməsində istifadə olunur. Məsələn: Kəmər arxasında sementin qalxma səviyyəsinin təyin edilməsi, kəmərin zədələnmiş yerlərinin təmiri və s.
Radioaktivlik element atomunun şüa buraxma qabiliyyətinə deyilir. Bu zaman bir elementin atomları digər elementin atomlarına çevrilir. Bu çevrilmə zamanı atomdan alfa, betta və qamma şüaları buraxılır. Radioaktivlik təbii və süni olur. Süni radioaktivlik, hər hansı bir elementin, neytron və yüksək enerjili yüklü hissəciklərlə bombardman edilməsi nəticəsində alınır. Təbii radioaktivlik, süxurları təşkil edən mineralların tərkibində radioaktiv elementlərin mövcud olması ilə əlaqədardır. Bu elementlər içərisində ən aktivi uran və radiumdur.
Suxurlar radioaktivliyinə görə 3 yerə bölünür:
1) Yüksək radioaktivli süxurlar: Buraya maqmatik süxurları və gilləri misal göstərmək olar.
2) Orta radioaktivliyə malik süxurlar - buraya gilli qumlar, gilli şistlər, bir sözlə tərkibində gil olan süxurlar aid edilir.
3) Zəif radioaktivli süxurlar - buraya kollektor və bərk süxurlar daxildir.


Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə