Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Sual 20,21. Maqnit sahəsinin nəzəri əsasları. Cisimlərin maqnit xüsusiyyətləri



Yüklə 25,75 Kb.
səhifə6/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Sual 20,21. Maqnit sahəsinin nəzəri əsasları. Cisimlərin maqnit xüsusiyyətləri:
Maqnit kəşfiyyatı yer səthində təbii maqnit sahəsinin dəyişməsini öyrənməklə yer qabığının daxilində süxurların aşkar edilməsinə imkan verir. Adətən planalma zamanı qravi kəşfiyyat və maqnit kəşfiyyat üsulları birlikdə istifadə olunur. Buna görə də, qravimaqnit kəşfiyyat adlanır.
Klon qanununa görə bir-birindən r məsafəsində yerləşən 2 nöqtəvi m1 və m2 maqnit kürələri arasında qarşılıqlı təsir qüvvəsi:
F = k m1m2 / mü • r²
Burada mü - mühitin maqnit nüfuzluğu, k - ölçü sistemindən asılı olan əmsaldır.
Maqnit qüvvələrinin təsir etdiyi fəza maqnit sahəsi adlanır. Fəzanın hər bir nöqtəsi H - yəni intensivlik vektoru ilə xarakterizə olunur. Əgər intensivlik vektoru hər nöqtədə həm qiymətcə, həmdə istiqamətcə eynidirsə bircinsli sahə adlanır. Maddənin maqnit xassələrini xarakterizə edən əsas kəmiyyət maqnit momentidir. 2 müxtəlif kütlədən ibarət və bir-birindən çox kiçik 2dl məsafəsində yerləşən sistem maqnit dipolu adlanır. Dipolun maqnit momenti: dM = 2mdl, M = cəm işarəsi dM
Bütün cisimlər maqnitləşmə xarakterinə görə 3 qrupa bölünürlər: Diamaqnitlər, paramaqnitlər və ferromaqnitlər.
Diamaqnit cisimlərdə maqnitləşmə xarici sahənin əks istiqamətində baş verir. Onlarda maqnit həssaslığı mənfi olur. Maqnit həssaslığı xarici maqnit sahəsinin təsiri altında süxurların maqnitləşmə qabiliyyətini xarakterizə edir və X - ksi ilə işarə olunur. Diamaqnit cisimlər x < 0 olur. Diamaqnit xassələrinə su, duz, qızıl, gümüş, mis və s. malikdir.
Paramaqnit cisimlərdə maqnitləşmə xarici maqnit sahəsinin istiqaməti ilə üst-üstə düşür. X > 0. Bu xassələrə oksigen, xrom, kobalt və bəzi elementlər malikdir.
Ferromaqnit cisimlər maqnit həssaslığının müsbət və yüksək qiymətləri ilə xarakterizə olunur. Ən çox yayılmış ferromaqnitlərə maqnetit, pirrotin, hematit, hetit və s. aiddir.
Yer kürəsi fırlanma oxu istiqamətində maqnitləşmiş ikiqütblü maqnitdir. Onun maqnit sahəsi geomaqnit sahə adlanır. Yerin geomaqnit sahəsinin ölçülməsi məqsədilə istifadə olunan cihaz maqnitometr adlanır. Geomaqnit sahəsinin ölçülməsi mütləq və nisbi olur. Hal-hazırda yerüstü, havadan və dəniz maqnit kəşfiyyat planalmalarında mütləq ölçmələr məqsədilə kvantlı maqnitometrlər, nisbi ölçmələr məqsədilə isə optiki mexaniki maqnitometrlərdən istifadə olunur. Süxurların formalaşması dövründə maqnitləşməsi və bu maqnitləşmənin sonraki geoloji dövrlərdə saxlanılması xüsusiyyəti paliomaqnitzm adlanır.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə