Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Mühazirə2. Suxurların fiziki xüsusiyyətləri və kollektorluğu



Yüklə 25,75 Kb.
səhifə2/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Mühazirə2. Suxurların fiziki xüsusiyyətləri və kollektorluğu.
Sual 7,8. Əsas geoloji proseslərə uyğun olaraq suxurlar 3 genetik tipə ayrılır:
1) Maqmatik suxurlar
2) Çökmə suxurlar
3) Metomorfik suxurlar
Sual 9. Suxurların fiziki xüsusiyyətləri onların tərkibi və quruluşu ilə müəyyənləşdirilir. Bütün suxurlar bərk suxur skeletindən, bəzi suxurlar isə həm bərk skelet, həm də onlar arasındaki boşluqlardan ibarətdir. Suxurların fiziki xüsusiyyətləri bu boşluqları dolduran doldurucunun xüsusiyyətlərindən bir başa asılıdır. Geofiziki tədqiqatlar zamanı suxurların əsasən bir sıra fiziki xüsusiyyətləri öyrənilir:
1) Sıxlıq
2) Məsaməlik
3) Keçiricilik
4) Elektrik keçiriciliyi
5) Radioaktivlik
6) Maqnit xüsusiyyəti
Suxurların sıxlığı suxur kütləsinin onun tutduğu həcmə olan nisbəti şəklində ifadə olunur və delta ilə işarə edilir. Vahidi kq/m³ və ya q/sm³
Suxurların məsaməliyi suxurda olan boşluqların cəmini ifadə edir. Məsaməlilik məsaməlik əmsalı ilə ifadə olunur:
Km = Vb/Vs • 100%
Məsaməlilik əmsalı suxurda olan boşluqların həcminin (Vb) suxurun ümumi həcminə olan nisbəti ilə təyin olunur və faizlərlə ölçülür. Suxur məsamələri açıq və qapalı məsamələrə ayrılır:
Açıq məsamələr o boşluqlara deyilir ki, onlar arasında əlaqə olsun. Bir - birilə əlaqəsi olmayan boşluqlar qapalı məsaməliyi əmələ gətirir. Geofizikada həmçinin efektiv məsaməlik anlayışındanda istifadə edilir. Efektiv məsaməlik o boşluqlara deyilir ki, onlar özündə flüidləri, yəni, neft, qaz, suyu saxlamış olsun.
Suxurların keçiriciliyi - suxurların özlərindən flüidi süzdürə bilmə qabiliyyətinə keçiricilik deyilir və keçiricilik əmsalı K keçiricilik şəklində ifadə olunur. Keçiricilik dərəcəsinə görə suxurlar keçirici, yarımkeçirici və qeyri - keçiriciliy olmaqla 3 yerə ayrılırlar.
Sual 10. Suxurların keçiriciliyi - suxurların özlərindən flüidi süzdürə bilmə qabiliyyətinə keçiricilik deyilir və keçiricilik əmsalı K keçiricilik şəklində ifadə olunur. Keçiricilik dərəcəsinə görə suxurlar

  1. keçirici

  2. yarımkeçirici

  3. qeyri - keçirici

olmaqla 3 yerə ayrılırlar.


Keçirici suxurlara qum daşını, çaqıl daşını, yarımkeçiricilərə xırda dənəli qumları və torfları, qeyri - keçiricilərə isə gilləri və kristallik suxurları misal göstərmək olar.
Keçiricilik və məsaməliy həmçinin suxurların kollektorluq qabiliyyətini göstərir. Məsaməliyi və keçiriciliyi yaxşı olan suxurlara kollektor suxurlar adlanır.
Sual 11. Keçiricilik və məsaməlik suxurların kollektorluq qabiliyyətini göstərir. Məsaməliyi və keçiriciliyi yaxşı olan suxurlara kollektor suxurlar adlanır.
Kollektor suxurlar 3 əsas sinifə ayrılır:
1) Terrigen - qum daşları, alevrit
2) Karbonat - əhəng daşı, dalomit
3) Qarışıq - əhəng daşında olan elementlər daxildir. Bu suxurlara həmçinin bərk suxurlarda deyilir.
Kollektor suxurlarda məsamələrin tipi açıq olur. Qeyri - kollektor suxurlara qeyri - keçirici suxurlarda deyilir və ən məşhur nümayəndəsi gildir.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə