Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Sual 24. Elektrik və radioaktiv karotaj diaqramlarına əsasən suxurların kollektorluğunun təyini edilməsi



Yüklə 25,75 Kb.
səhifə8/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Sual 24. Elektrik və radioaktiv karotaj diaqramlarına əsasən suxurların kollektorluğunun təyini edilməsi:
Hər hansı bir karotaj diaqramına əsasən süxurların kolloktorluğunun təyin olunması geofiziki məlumatların keyfiyyət interpritasiyasına əsaslanır. Burada əsas məsələ karotaj əyrilərinin anomaliyasına diqqət yetirməkdir. Əyrinin anomaliyası dedikdə, onun maksimum və minimum nöqtələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Belə ki, ayrı-ayrı laylar qarşısında müxtəlif karotaj əyriləri müxtəlif cür anomaliya ilə səciyyələnir. Elektrik karotaj diaqramları dedikdə, Fərz olunan xüsusi müqavimət və quyu potensialı əyriləri nəzərdə tutulur. Bu iki əyri, kollektor və qeyri-kollektor laylar qarşısında bir-birinin əksi olan göstəricilərlə səciyyələnir. Beləliklə gilli, yəni, qeyri-kollektor laylar qarşısında fərz olunan xüsusi müqavimət əyrisi minimum, quyu potensialı əyrisi maksimum qiymət göstərir. Kollektor laylar qarşısında isə fərz olunan xüsusi müqavimət əyrisi maksimum, quyu potensialı əyrisi isə minimum olur. Qarışıq süxurlar qarşısında hər iki əyri orta göstəriciyə malik olur. Radioaktiv karotaj əyriləri dedikdə, əsasən qamma karotajı və neytron qamma karotajı əyriləri nəzərdə tutulur. Bu əyrilərində kollektor və qeyri-kollektor laylar qarşısındaki göstəriciləri bir-birinin əksidir. Neytron qamma karotajı əyrisi, fərz olunan xüsusi müqavimət əyrisi kimi kollektor laylar qarşısında maksimum, qeyri-kollektor laylar qarşısında minimum göstərici ilə səciyyələnir. Eyni zamanda qamma karotajı əyrisilədə, quyu potensialı əyrisinin anomaliyası bir-biri ilə eynidir. Kollektor qarşısında minimum, qeyri-kollektor qarşısında maksimum olur. Bundan əlavə olaraq, elektrik və radioaktiv diaqramlarına əsasən bir sıra məsələləri həll etmək olar:
1. Lay sərhədlərinin təyini.
2. Layların qalınlığlarının təyini.
3. Süxurların gilliliyinin, keçiriciliyinin və məsaməliyinin təyini.
Sual 25,26,27. Akustik karotaj üsulu və onun növləri
Quyularda elastiki dalğaların xarakteriztikalarının ölçülməsi ilə süxurların fiziki xassələrinin öyrənilməsinə akustik karotaj üsulu deyilir. Öyrənilən parametrin tipindən asılı olaraq akustik karotajın bir sıra növləri mövcuddur:
1. Sürətə görə akustik karotaj.
2. Sönməyə görə akustik karotaj.
3. Akustik televizor ölçən.
4. Akustik karotaj sementölçən.
Bu süxurlar ilk dəfə 1937'ci ildə təklif edilmişdir. Akustik karotaj məlumatlarına əsasən bir sıra məsələlər həll edilir:
1. Süxurların kollektorluğ xüsusiyyətlərinin öyrənilməsi.
2. Karbonatlı kəsilişlərdə çatlı və kavernalı zonaların təyini.
3. Litologiyanın təyini.
4. Sementləmənin keyfiyyətinə nəzarət.
Akustik karotajı vasitəsilə elastiki dalğaların mühitdə yayılması ilə müşaiyət olunan prosseslər öyrənilir. Geoloji mühitə bir cisim kimi baxsaq, müəyyən qüvvənin təsiri nəticəsində cisim deformasiyaya məruz qalır. Deformasiyadan asılı olaraq mühitdə müxtəlif tip dalğalar yaranır. Bunlar əsasən eninə və uzununa dalğalardır. Seysmik dalğalar - geoloji biliklər fiziki cisimlər kimi ayrı - ayrı hissəciklərin yığım şəklində təsvir olunur. Xaricdən təsir olduqda bu hissəciklərin yer dəyişməsi baş verir. Başqa sözlə cisim deformasiyaya uğrayır. Deformasiya 2 cür olur:
1) Həcm deformasiyası
2) Sürüşmə deformasiyası
Həcm deformasiyası zamanı cismin yalnız həcmi dəyişir, sürüşmə deformasiyası zamanı isə cismin forması dəyişir. Deformasiyanın növündən asılı olaraq mühitdə yaranan elastiki dalğalar eninə və uzununa olmaqla 2 yerə ayrılır. Uzununa dalğalar həcm deformasiyası nəticəsində yaranır və əsasən bərk, maye, qaz halında yayılırlar. Uzununa dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğanın yayılma istiqaməti ilə eyni olur. Eninə dalğalar isə sürüşmə deformasiyası nəticəsində yaranır. Bu dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğaların yayılma istiqaməti ilə perpendikulyar olur. Seysmik dalğalar mühitdə yayılarkən hissəciklərin titrəyişi qonşu hissəciklərə ötürülür və onları rəqsi hərəkətə gətirir. Dalğaların yayılma istiqamətində bəzi hissəciklərin hərəkəti sönür və yeni hissəciklərin hərəkəti başlayır. Bu prossesi səciyyələndirmək üçün dalğa cəbhəsi adlanan anlayışdan istifadə edilir.
Dalğa cəbhəsi - mühitin rəqsdə olan hissəciklərini rəqsdə olmayan hissəciklərdən ayıran sərhəddə deyilir. Dalğa cəbhəsi ön və arxa cəbhə olmaqla 2 hissəyə ayılır:
Mühitdə rəqsi sönmüş hissəciklərini rəqsdə olan hissəciklərdən ayıran hissəyə dalğanın arxa cəbhəsi, mühitin rəqsdə olan hissəciklərini rəqsi gözlənilən hissəciklərdən ayıran hissəsinə dalğanın ön cəbhəsi deyilir.
Quyuda akustik karotaj işləri zamanı 2,3,4 və daha çox elementli akustik karotaj zondlarından istifadə olunur. 2 və 3 elementli akustik karotaj zondlarına standart a.k zondları deyilir. 2 elementli a.k zondu elastiki rəqslər impulsu yaradan 1 şüalandırıcıdan və bu rəqsləri qəbul edən 1 qəbuledicidən ibarətdir. 3 elementli a.k zondu isə ya 1 şüalandırıcı, 2 qəbuledicidən, ya da 2 şüalandırıcı, 1 qəbuledicidən ibarətdir. 2 qəbuledicidən ibarət olan a.k zondu daha çox istifadə olunur. Bu zondlarla işlər zamanı interval müddəti adlanan parametr hesablanır. Bu parametr hər iki qəbulediciyə dalğanın gərilmə vaxdları arasındaki fərqi göstərir. Sürətə görə a.k üsulunda bu parametr ölçülür, onun qiymətinə əsasən süxurlarda elastiki dalğaların yayılma sürəti öyrənilir. Sönməyə görə a.k, elastiki dalğaların amplitudalarının sönmə xarakteristikalarının öyrənilməsinə əsaslanır. Akustik televizor ölçən işləri zamanı elastiki dalğanın amplitudasına əsasən monitorda quyu divarının şəkili alınır. AK sementölçən üsulu quyu divarına vurulmuş sementin keyfiyyətinə nəzarət məsələlərini həll edilir.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə