Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Sual 18,19. Yerin qravitasiya sahəsi. Ağırlıq qüvvəsi anlayışı



Yüklə 25,75 Kb.
səhifə5/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Sual 18,19. Yerin qravitasiya sahəsi. Ağırlıq qüvvəsi anlayışı.
Qravimetrik kəşfiyyat yer üzərində qravitasiya sahəsinin paylanmasını öyrənir. Bu sahənin dəyişməsinin öyrənilməsi yer qabığı daxilində süxurların sıxlığını aşkar etməyə imkan verir ki, bununlada tədqiqat sahəsinin geoloji quruluşunu öyrənmək mümkün olur. Qravimetrik kəşfiyyatdan əsasən bir sıra məsələlərin həll edilməsində istifadə edilir:
1) Yer qabığının dərinlik quruluşunun, onun fundamentinin öyrənilməsində;
2) Neft-qaz cəhətdən perspektivli olan geoloji strukturların axtarışında;
3) Neft-qaz və filiz yataqlarının bir-başa axtarışı;
Nyutonun ümumdünya cazibə qanununa görə bir-birindən r məsafəsində yerləşən 2 m1 və m2 kütlələri arasında cazibə qüvvəsi mövcuddur: F = G • m1m2/ r²
Burada G - qravitasiya sabitidir və qiyməti 6.67 • 10-⁸'ə bərabərdir. Qravitasiya sahəsinin xarakteristikası kimi vahid kütləyə təsir edən cazibə qüvvəsi qəbul olunur: g = G • M / r²
Burada g - sərbəstdüşmə təcilidir. Qravi kəşfiyyatda bu təcilə ağırlıq qüvvəsidə deyilir. Çünki, ədədi qiymətcə kütlə vahidə bərabər götürüldükdə ağırlıq qüvvəsi, F = mg = g olur.
Qravi kəyşfiyyatda ağırlıq qüvvəsinin vahidi kimi Q.Qalileyin şərəfinə 1 Qal qəbul olunmuşdur.
Yerin fiziki səthi dedikdə dağ, dərə, çökəklik və s. mürəkkəb səth başa düşülür. Bu mürəkkəb səthi sadələşdirmək üçün səviyyə səthindən istifadə edilir. Xəyali olaraq okean səthini qitələrin altından keçirtdikdə əmələ gələn xətt səviyyə xətdi adlanır. Səviyyə xətdinin əmələ gətirdiyi fiqur isə geoid adlanır.
Bu səthin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ağırlıq qüvvəsi onun bütün nöqtələrinə perpendikulyardır. Ağırlıq qüvvəsinin normal qiyməti dəniz səviyyəsindən hesablanır. Aparılan müşahidələr isə relyefin müxtəlif nöqtələrində yerinə yetirilir. Bunu nəzərə alaraq təcrübədə ağırlıq qüvvəsinin anomaliyası anlayışından istifadə olunur. Ağırlıq qüvvəsinin anomaliyası bu qüvvənin müşahidə nöqtəsindəki qiyməti ilə normal qiyməti arasındaki fərqə bərabərdir. g an = g m - g n

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə