Mühazir Giriş. Fənnin məzmunu və onun həll etdiyi əsas məsələlər. Geofizikanın üsulları və modifikasiyaları Sual 1-2


Mühazirə 3. Geofiziki kəşfiyyat üsulları haqqında ümumi məlumat



Yüklə 25,75 Kb.
səhifə3/9
tarix28.01.2023
ölçüsü25,75 Kb.
#99562
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
546.Geofizikanın əsasları-1

Mühazirə 3. Geofiziki kəşfiyyat üsulları haqqında ümumi məlumat.
Sual 12,13. Seysmik kəşfiyyatın fiziki və geoloji əsasları. Seysmik dalğalar haqqında məlumat
Seysmik kəşfiyyat əsas geofiziki üsullardan biri olub, yer qabığının geoloji quruluşunun öyrənilməsinə əsaslanır. Bu üsulun əsasını elastiki titrəyişlər təşkil edir. Bu titrəyişləri yer üzərində xüsusi ölçmə işləri aparmaq üçün suni yollarla yaradırlar. Bu məqsədlə ya hibrator adlanan xüsusi maşınlardan istifadə olunur, ya da çox dərin olmayan quyular qazılaraq partlayış işləri yerinə yetirilir. Əsasən seysmik quyular 10-30 metr dərinliyə qədər qazılır. Seysmik partlayış işlərini suda apararkən nəzərə almaq lazımdır ki, əmələ gələn dalğalar canlılar aləminə ziyan vurmasın. Seysmik kəşfiyyat işləri prossesində xüsusi qəbuledici qurğulardan istifadə edilir. Yaradılan dalğaların bu quyulara çatma vaxdı və yayılma sürəti təyin olunur. Əldə olunan məlumatlara əsasən seysmik profillər qurulur. Bu üsul neft - qaz yatağlarını öyrənmək üçün ən dəqiq üsuldur. Seysmik kəşfiyyatın 2 əsas yolu geniş tətbiq olunur:
1) Əks olunan dalğalar üsulu
2) Sınıq keçən dalğalar üsulu
Seysmik kəşfiyyatda istifadə olunan bütün cihaz və qurğular ümumillikdə seysmostansiya adlanır.
Seysmik dalğalar - geoloji biliklər fiziki cisimlər kimi ayrı - ayrı hissəciklərin yığım şəklində təsvir olunur. Xaricdən təsir olduqda bu hissəciklərin yer dəyişməsi baş verir. Başqa sözlə cisim deformasiyaya uğrayır. Deformasiya 2 cür olur:
1) Həcm deformasiyası
2) Sürüşmə deformasiyası
Həcm deformasiyası zamanı cismin yalnız həcmi dəyişir, sürüşmə deformasiyası zamanı isə cismin forması dəyişir. Deformasiyanın növündən asılı olaraq mühitdə yaranan elastiki dalğalar eninə və uzununa olmaqla 2 yerə ayrılır. Uzununa dalğalar həcm deformasiyası nəticəsində yaranır və əsasən bərk, maye, qaz halında yayılırlar. Uzununa dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğanın yayılma istiqaməti ilə eyni olur. Eninə dalğalar isə sürüşmə deformasiyası nəticəsində yaranır. Bu dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğaların yayılma istiqaməti ilə perpendikulyar olur. Seysmik dalğalar mühitdə yayılarkən hissəciklərin titrəyişi qonşu hissəciklərə ötürülür və onları rəqsi hərəkətə gətirir. Dalğaların yayılma istiqamətində bəzi hissəciklərin hərəkəti sönür və yeni hissəciklərin hərəkəti başlayır. Bu prossesi səciyyələndirmək üçün dalğa cəbhəsi adlanan anlayışdan istifadə edilir.
Dalğa cəbhəsi - mühitin rəqsdə olan hissəciklərini rəqsdə olmayan hissəciklərdən ayıran sərhəddə deyilir. Dalğa cəbhəsi ön və arxa cəbhə olmaqla 2 hissəyə ayılır:
Mühitdə rəqsi sönmüş hissəciklərini rəqsdə olan hissəciklərdən ayıran hissəyə dalğanın arxa cəbhəsi, mühitin rəqsdə olan hissəciklərini rəqsi gözlənilən hissəciklərdən ayıran hissəsinə dalğanın ön cəbhəsi deyilir.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə