"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

25 



 

Əməliyyat seqmentləri 

 

Əməliyyat  seqmentləri,  resursları  seqmentlər  üzrə  yerləşdirmək  və  onların  fəaliyyətini 



qiymətləndirmək məqsədilə, əməliyyatlar üzrə qərar qəbul etmək səlahiyyəti olan rəhbər işçi tərəfindən 

təhlil  edilən  Bankın  komponentləri  haqqında  daxili  hesabatlar  əsasında  təyin  edilir.  Bankın seqment 

üzrə  hesabatı  aşağıda  göstərilən  əməliyyat  seqmentlərinə  əsaslanır:  Fərdi  bankçılıq  (əsasən  fərdi 

müştərilərdən əmanətlərin alınması və istehlak kreditlərinin verilməsi, overdraft, kredit kartları və pul  

köçürmələri vasitələri) və Korporativ bankçılıq (əsasən korporativ və kommersiya müştərilərinə kredit 

və digər kredit vasitələrinin verilməsi, əmanət və cari hesablar üzrə xidmətlərin göstərilməsi). 

 

Bank hesabat seqmentləri üzrə məlumatı MHBS-ə müvafiq olaraq dəyərləndirir. Hesabat seqmentləri 



üzrə məlumat aşağıda göstərilən kəmiyyət göstəricilərinin hər biri ilə müvafiq olmalıdır: 

 



 

Onun xarici müştərilər və seqmentdaxili satışlar və ya köçürmələr üzrə təqdim edilən gəliri bütün 

əməliyyat seqmentləri üzrə ümumi gəlirin, daxili və xarici, 10% və ya artıq olduqda; və ya 

 



Onun təqdim olunan mənfəət və zərərinin modul dəyəri (i) zərər üzrə hesabat verməyən bütün 

əməliyyat  seqmentlərinin  toplanmış  mənfəətlərinin  və  (ii)  zərər  üzrə  hesabat  verən  bütün 

əməliyyat seqmentlərinin toplanmış zərərlərinin modul dəyərinin 10% və ya artıq olduqda; və ya 

 



Onun aktivləri bütün əməliyyat seqmentlərinin toplanmış aktivlərinin 10% və ya artıq olduqda. 

 

Əgər seqmentlər üzrə təqdim edilmiş ümumi xarici gəlir müəssisə gəlirinin 75%-dən azdırsa, Bank 



gəlirlərinin  ən  azı  75%-nin  hesabat  seqmentlərinə  daxil  olanadək,  əlavə  seqmentləri  hesabat 

seqmentləri  kimi  təqdim  edir  (hətta  onlar  yuxarıda  göstərilən  kəmiyyət  göstəricilərinə  müvafiq 

olmadığı hallarda). 

 

Mühüm mühasibat təxminləri və təxmin edilən qeyri-müəyyənliklərin əsas mənbələri  

 

Bankın  maliyyə  hesabatlarının  hazırlanması  hesabat  tarixinə  təqdim  edilən  aktiv  və  öhdəliklərin 



məbləğlərinə  təsir  göstərə  biləcək  və  başa  çatmış  müddət  ərzində  gəlir  və  xərclərin  təqdim  edilmiş 

məbləğləri  üzrə  rəhbərlikdən  təxminlərin  və  mülahizələrin  verməsini  tələb  edir.  Rəhbərlik  mütəmadi 

olaraq  öz  təxminlərini  və  mülahizələrini  təhlil  edir.  Rəhbərlik  təxminlərini  və  mülahizələrini  tarixi 

təcrübəyə  və  müəyyən  şərtlər  əsasında  məntiqli  hesab  edilən  digər  faktlara  əsaslandırır.  Müxtəlif 

şəraitlərdə və vəziyyətlərdə faktiki nəticələr bu təxminlərdən fərqlənə bilər. Aşağıda göstərilən təxminlər 

və mülahizələr Bankın maliyyə vəziyyətinin təsvir edilməsi üçün zəruri hesab edilir. 

 

Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar 

 

Dəyərsizləşmə  üzrə  qiymətləndirilmənin  aparılması  üçün  Bank  verilmiş  kreditlərin  mütəmadi  olaraq 

təhlilini  keçirir.  Bankın  dəyərsizləşmə  üzrə  ehtiyatlar  yaratması  onun  kreditlər  və  alınacaq  vəsaitlər 

portfelində yarana biləcək dəyərsizləşmə ehtiyatlarının tanınması məqsədi daşıyır. Bank rəhbərliyi hesab 

edir ki, ehtiyatlarla bağlı təxminlər ən əsas subyektivlik daşıyan məqamdır, çünki: (i) gələcəkdəki itkilərin 

faizi və şübhəli kreditlər üzrə yarana biləcək itkilərin ölçülməsi üzrə edilən ehtimallar müxtəlif dövrlər 

arasında dəyişir, hesabat tarixində isə bu ehtimallar yalnız cari təcrübəyə əsaslanır, və (ii) Bankın təxmin 

etdiyi  itkilərlə  faktiki  itkilər  arasında  əhəmiyyətli  fərqlər  yaranarsa,  bu  fərqlər  Bankın  gələcəkdəki 

fəaliyyətinin yekunlarına, eləcə də maliyyə vəziyyətinə təsir göstərə bilər. 

 

Borcalanın maliyyə çətinlikləri olduqda və eyni borcalana aid az tarixi məlumat mənbələri əldə etdiyi 



hallarda dəyərsizləşmə zərərinin məbləğini təxmin etmək üçün Bankın rəhbərliyi mülahizələrdən istifadə 

edir.  Eləcə  də,  Bank  əvvəlki  təqdimat  əsasında  gələcək  pul  vəsaitlərinin  hərəkətində  dəyişiklikləri, 

müştərilərin  əvvəlki  davranışını,  qrup  daxilində  borcalanın  ödəniş  qabiliyyətində  mənfi  dəyişikliklər 

haqqında ümumi məlumatı və qrup daxilində aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 

olan ölkə miqyaslı və yerli iqtisadi şərtlərə dair təxminlər edir. Rəhbərlik kredit riski daşıyan aktivlər üzrə 

tarixi zərər təcrübəsinə və kreditlər qrupunda dəyərsizləşmə üzrə eyni olan obyektiv sübutlara əsaslanan  




“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

26 



 

təxminlərdən istifadə edir. Tarixi məlumatda cari şərait əks olunmadığından, yeni kreditlər qrupuna dair 

müşahidə olunan məlumata düzəlişlər etmək üçün Bank rəhbərliyi mülahizələrdən istifadə edir. 

 

31  dekabr  2017-ci  və  2016-cı  il  tarixlərinə  faiz  gətirən  aktivlərin  dəyərsizləşmə  ehtiyatının  qalıq 



dəyəri müvafiq olaraq 66,957 min AZN və 56,896  min AZN təşkil etmişdir. 

 

Yenidən qiymətləndirilmiş dəyərdə uçota alınmış binalar

 

 

Binalar yenidən qiymətləndirilmiş dəyər ilə ölçülür. Sonuncu qiymətləndirmə 31 dekabr 2017-ci il 

tarixində  keçirilmişdir.  Növbəti  qiymətləndirmənin  31  dekabr  2020-ci  il  tarixində  keçirilməsi 

planlaşdırılır.  31  dekabr  2017-ci  və  2016-cı  il  tarixlərinə  yenidən  qiymətləndirilmiş  əmlakın  qalıq 

dəyəri müvafiq olaraq, 46,917  min AZN 48,293 min AZN təşkil etmişdir.  

 

Əmlak və avadanlıqların faydalı iqtisadi ömrü  



 

Bank  hər  maliyyə  ilinin  sonunda  əmlak  və  avadanlıqların  qalan  faydalı  iqtisadi  ömürlərini 

qiymətləndirir. Bu aktivlərin nəzərdə tutulan faydalı ömürləri ötən ilin qiymətləndirilməsindən fərqli 

olduqda,  BMUS  8  “Uçot  Siyasətləri,  Uçot  Qiymətləndirmələrində  Dəyişikliklər  və  Xətalar” 

standartına müvafiq olaraq uçot təxminlərində dəyişiklik olaraq uçota alınır. Belə təxminlərin əmlak 

və  avadanlıqların  qalıq  dəyərlərinin  məbləğləri  və  mənfəət  və  zərərdə  tanınmış  amortizasiya  üzrə 

təsirləri olur. 

 

Cari vergilər 

 

Azərbaycanın  vergi,  valyuta  və  gömrük  qanunvericiliyində  müxtəlif  şərhlər  edilir  və  dəyişikliklər 

tez-tez baş verir. Bankın əməliyyatlarına və fəaliyyətinə tətbiq ediləcək səlahiyyətli vergi orqanının 

nümayəndələri  tərəfindən  edilmiş  vergi  qanunverciliyinə  aid  şərhlər  rəhbərliyin  fikirləri  ilə 

uzlaşmaya bilər. Nəticədə, səlahiyyətli vergi orqanının nümayəndələri əməliyyatlara etiraz edə bilər 

və Banka əhəmiyyətli dərəcədə əlavə vergilər, cərimələr və faizlər təyin edilə bilər. Müvafiq olaraq, 

üç təqvim ili üzrə vergi öhdəlikləri ilə əlaqədar olaraq vergi və gömrük orqanlarının nümayəndələri 

tərəfindən  yoxlanıla  bilər.  Qanunvericiliklə  müəyyən  olunmuş  xüsusi  hallarda  yoxlama  daha  artıq 

dövrləri əhatə edə bilər. 

 

Banklara, dövlətə və digər maliyyə qurumlarına ödəniləcək vəsaitlər 

 

Bank,  yerli  kreditorlardan  pul  köçürdüyü  dərəcələrdən  aşağı  olan  faiz  dərəcələrində  hökumətdən 



uzunmüddətli maliyyələşdirmə əldə edir. Belə maliyyələşdirmə nəticəsində Bank xüsusi müştərilərə 

(xüsusi kredit proqramları çərçivəsində) üstün dərəcələrdə vəsait köçürə bilər. 

 

Rəhbərlik bu cür alətlərin ilkin olaraq tanınması zamanı mənfəət və ya zərərin yaranmasını nəzərə 



alır. Əməliyyatlar əlaqəli olmayan tərəflərlə bağlıdırsa, rəhbərliyin qərarı bu vəsaitlərin və müvafiq 

kreditlərin  bazar  faiz  dərəcələrində  olması  və  ilkin  tanınma  zamanı  mənfəət  və  ya  zərərin 

yaranmamasını  nəzərdə  tutulmuşdur.  Bu  qərar  qəbul  edərkən  Rəhbərlik  bu  alətləri  ayrıca  bazar 

seqmenti olaraq nəzərdən keçirmişdir. 

 

Təxirə salınmış vergi aktivlərinin tanınması 

 

Təxirə  salınmış  vergi  aktivlərinin  qalıq  dəyəri  31  dekabr  2017  və  2016-cı  il  tarixlərinə  müvafiq 



olaraq 5,550 min AZN və 3,952 min manat təşkil etmişdir. Rəhbərlik, gələcəkdə təxirə salınmış vergi 

aktivinin qalıq dəyərinin tam şəkildə yaranacaq mənfəət vasitəsilə istifadə ediləcəyinə əmindir. 

 

 

 



 

 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə