"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

27 



 

Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu 

 

Bank  adi  fəaliyyət  zamanı  əlaqəli  tərəflərlə  əməliyyatlar  aparır.  BMUS  39  standartı  maliyyə 

alətlərinin  ilkin  uçotunun  onların  ədalətli  dəyərinə  əsaslanmasını  tələb  edir.  Mühakimələr  bu  cür 

əməliyyatlar  üçün  fəal  bazar  şəraiti  olmadıqa  əməliyyatların  bazar  və  ya  qeyri-bazar  faiz 

dərəcələrində  qiymətləndirildiyini  müəyyənləşdirmək  üçün  tətbiq  edilir.  Mülahizələrin  irəli 

sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi 

və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. 

 

Likvidlik boşluğu 



 

Bu maliyyə hesabatları üzrə 30 saylı Qeyddə göstərildiyi kimi, Bankın 31 dekabr 2017-ci və 2016-cı 

il tarixlərinə on iki aya qədər dövrdə məcmu mənfi likvidlik boşluğu mövcud olmuşdur. Rəhbərlik 

əmindir ki, Bank on iki aya qədər olan dövrdə cəlb edilmiş öhdəlikləri əvəz etmək üçün tələb olunan 

vəsaitləri əldə edə biləcək. Xüsusilə, rəhbərlik hesab edir ki, Bankın səhmdarlarının davamlı dəstəyi 

və  beynəlxalq maliyyə təşkilatlarından borc götürülmüş vəsaitlər hesabına Bank 30 saylı Qeyddə 

təsvir  olunan  bütün  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  tələb  olunan  müvafiq  vəsaitləri  əldə  edə 

biləcək. 



 

 

3.  YENİ VƏ YENİDƏN İŞLƏNMİŞ STANDARTLARIN VƏ ŞƏRHLƏRİN QƏBUL EDİLMƏSİ 

 

Cari  ildə  Bank  Beynəlxalq  Mühasibat  Uçotu  Standartları  Şurası  (MUBSŞ)  və  MUBSŞ-un 



Beynəlxalq  Maliyyə  Hesabatlarının  Şərhləri  Komitəsi  (BMHŞK)  tərəfindən  qəbul  edilmiş,  Bankın 

fəaliyyəti üçün münasib olan və 31 dekabr 2017-ci il tarixində başa çatmış hesabat dövrlərinə şamil 

olunan bütün yeni və yenidən işlənilmiş standartları və onlara dair şərhləri qəbul etmişdir. Bu yeni 

standart və şərhlərin qəbul edilməsi Bankın mühasibat uçotu siyasətinə, yəni cari və ya əvvəlki illər 

üzrə hesabat verilən məbləğlərə əhəmiyyətli təsirlər göstərməmişdir.

 

 

MUBS  7  “Pul  Vəsaitlərinin  Hərəkəti  haqqında  Hesabat”  standartına  dəyişikliklər  –  Bank  bu 

dəyişiklikləri cari ildə ilk dəfə tətbiq etmişdir. Dəyişikliklər müəssisənin maliyyə fəaliyyəti haqqında 

maliyyə hesabatlarının istifadəçilərinə təmin edilmiş məlumatları təkmilləşdirmək məqsədilə MUBS 7 

standartına aydınlıq gətirilməsini nəzərdə tutur.  

 

Bu məqsədə nail olmaq üçün MUBSŞ maliyyə fəaliyyəti nəticəsində yaranmış öhdəliklərdə aşağıda 



qeyd olunmuş dəyişikliklərin açıqlanmasını (zəruri olduğu dərəcədə) tələb edir: (i) maliyyələşdirmə 

fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərindən irəli gələn dəyişikliklər; (ii) törəmə müəssisələrə və 

ya digər müəssisələrə nəzarət hüququnun əldə olunması və ya itirilməsindən irəli gələn dəyişikliklər; 

(iii)  xarici  valyuta  məzənnələrində  dəyişikliklərin  təsiri;  (iv)  ədalətli  dəyərdə  dəyişikliklər;  və  (v) 

digər dəyişikliklər. 

 

MUBS 12 “Mənfəət Vergisi” standartına dəyişikliklər – MUBS 12 “Mənfəət Vergisi” standartına 

olunmuş  dəyişiliklərin  məqsədi  təcrübədə  standartın  tətbiqi  ilə  bağlı  yaranmış  müxtəlifliyin  aradan 

qaldırılması üçün borc alətləri ilə bağlı təxirə salınmış vergi aktivləri üzrə uçot aparılması qaydalarına 

və reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinə aydınlıq gətirilməsidir.  

 

2014-2016-cı  illəri  əhatə  edən  dövr  üzrə  MHBS-lərə  illik  düzəlişlər,  MHBS  12  “Digər 

müəssisələrdə  iştirak  paylarının  açıqlanması”  standartına  dəyişikliklər  –  Bank,  2014-2016-cı 

illəri əhatə edən dövr üzrə MHBS-lərə İllik Düzəlişlərə daxil edilmiş 12 saylı MHBS-ə cari ildə ilk 

dəyişikliklər tətbiq  etmişdir.  Bu  paketə  daxil  edilmiş  digər  dəyişikliklər  hesabat  tarixində məcburi 

şəkildə qüvvəyə minməmişdir və onlar Bank tərəfindən hal-hazırda qəbul edilməmişdir.   

 

12 saylı MHB-də bildirilir ki, müəssisə tərəfindən satış üçün saxlanılan kimi təsnifləşdirilən törəmə 



müəssisələrdə, assosiasiyalarda yaxud birgə müəssisələrdə iştirak payları haqqında ümumiləşdirilmiş  


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

28 



 

maliyyə məlumatı təmin etməsi tələb olunur. Dəyişiklik onu təsnif edir ki, bu analoji investisiyalar 

üçün açıqlanma 12 saylı MHBS-in tələblərindən verilmiş yeganə imtiyazdır.

 

 

Yuxarıda qeyd ediləndən fərqli şəkildə təsvir edilmədiyi təqdirdə, yeni Standartlar və Şərhlər Bankın



 

maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir etməyəcək 

 

 

4.  DƏRC  OLUNMUŞ,  LAKİN  HAZIRDA  QƏBUL  OLUNMAMIŞ  STANDARTLAR  VƏ 



ŞƏRHLƏR 

 

Hazırki maliyyə hesabatlarının təsdiq edilməsi tarixində Bank tərəfindən, qüvvəyə minmə tarixindən 

əvvəl  qəbul  edilmiş  standart  və  şərhlərdən  əlavə,  aşağıda  göstərilən  standart  və  şərhlər  dərc  edilmiş 

lakin qüvvəyə minməmişdir. 



 

2014-2016-cı illəri əhatə edən dövr üzrə MHBS-lərə illik düzəlişlər 1 saylı MHBS-ə və 28 saylı 

MUBS-a  edilmiş, lakin Bank üçün məcburi qaydada qüvvəyə minməmiş dəyişiklikləri ehtiva edir. 



 

Standart 

Düzəlişin mövzusu 

 

 



MHBS 1 “Maliyyə Hesabatlarının 

Beynəlxalq Standartlarının İlk dəfə 

Tətbiq edilməsi” 

İlk  dəfə  tətbiq  edənlər  üçün  qısamüddətli  istisnaların  ləğv  edilməsi: 

Düzəlişlər MHBS 7, MUBS 19, MHBS 12 və MUBS 27 ilə əlaəqdar 

olan  MHBS  1  çərçivəsində  verilmiş  qısamüddətli  istisnaları  aradan 

qaldırır. 

 

MUBS 28 “Asılı və Birgə  



İnvestisiya Qoyuluşları” 

Asılı və ya birgə müəssisələrin ədalətli dəyərdə ölçülməsi: Düzəlişlər 

aydınlıq  gətirir  ki,  vençur  kapitallı  təşkilat  və  ya  digər  ixtisaslaşmış 

qurum  olan  müəssisə  tərəfindən  saxlanılan  asılı  və  birgə 

müəssisələrdə  investisiya  qoyuluşlarının  mənfəət  və  zərər  vasitəsilə 

ədalətli  dəyərdə  ölçmək  üçün  opsiyalara  ilkin  tanınma  zamanı 

investisiyalar  əsasında  asılı  və  ya  birgə  müəssisələrdə  hər  bir 

investisya üçün mövcuddur.  

 

 

 



 

 

 



 

 

 



MHBS 1 və MUBS 28 standartlarına düzəlişlər 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan 

illik dövrlər üzrə qüvvədədir. 



 

MUBS və MUSŞ mövcud MHBS və ABŞ ÜQMP gəlir tələblərini əvəz edəcək birgə gəlirin tanınması 

standartı 

MHBS 15 “Müştərilərlə bağlanmış Müqavilələr üzrə Gəlirlər” hazırlamışlar. MHBS 15 

standartı  MHBS  üzrə  hesabat  hazırlayan  müsəəsisənin  gəlirinin  necə  və  nə  vaxt  tanımasını,  eyni 

zamanda belə müəssisələrin istifadəçilərini daha dolğun və uyğun açıqlamalar ilə təmin etməsi üçün 

tələbləri  müəyyənləşdirir.  Standart  müştərilərlə  bağlanmış  müqavilələrə  tətbiq  ediləcək  vahid  və 

prinsiplərə istinad  edən beş-pilləli  modeli təqdim  edir. MHBS 15 standartı 2014-cü ilin  may ayında 

hazırlanmışdır  və  hesabat  dövrü  1  yanvar  2018-ci  il  tarixində  başlamış  illik  dövrlər  üçün  tətbiq 

olunacaqdır. Standartın erkən tətbiq edilməsinə icazə verilir. 

 

MUBS 40 “İnvestisiya Mülkiyyətinin Transferləri” müəssisənin yalnız əmlakın istifadəsində baş 

vermiş  dəyişikliyə  dair  sübutun  olduğu  halda  bu  əmlakı  investisiya  mülkiyyətinə/mülkiyyətindən 

təsnifləşdirə biləcəyinə aydınlıq gətirir.  

 

Dəyişikliklər  1  yanvar  2018-ci  il  və  ya  bu  tarixdən  sonra  başlayan  illik  dövrlər  üzrə  qüvvədədir. 



Standartın erkən tətbiq edilməsinə icazə verilir. Müəssisə dəyişikliklərin ilk dəfə tətbiq olunduğu illik 

hesabat dövründə və ya hesabat dövrünün başlanmasında sonra mülkiyyətin istifadəsində baş vermiş 

dəyişikliklərə aid olan düzəlişləri tətbiq edir. Retrospektiv istifadəyə yalnız nəticələrin Şirkət üçün 

əlverişli nəticələr əldə etmək üçün məqsədəyönlü istifadəsi istisna olduğu hallarda icazə verilir.   

 

 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə