"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   2   3   4   5   6   7   8   9   10   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

21 



 

Binalar 


50 years  

Mebel və qurğular 

8 years 

Kompüter və avadanlıqlar 

6 years 

Nəqliyyat vasitələri 

10 years 

Digər əsas vəsaitlər 

5 years 

Qeyri-maddi aktivlər 

10 years 

 

Təmir və saxlama xərcləri baş verdiyi zaman tanınır və kapitalizasiya kriteriyalarına uyğun gəlməsi 



halları istisna olmaqla mənfəət və zərər hesablarında əməliyyat xərcləri kimi tanınır. 

 

İcarəyə götürülmüş daşınmaz əmlaklar icarəyə götürülmüş müvafiq aktivin faydalı istismar müddəti 



üzrə  amortizasiya  edilir.  Təmir  və  yenilənmə  ilə  bağlı  xərclər  kapitallaşdırılmayanadək,  baş 

verdikləri zaman tutulur və əməliyyat xərclərinə daxil edilir. 

 

Xidmətlərin  göstərilməsi  və  ya  inzibati  məqsədlər  üçün  saxlanılan  binalar  maliyyə  vəziyyəti 



hesabatında  yığılmış  amortizasiya  və  dəyərsizləşmə  zərərləri  çıxılmaqla  peşəkar  qiymətləndiricilər 

tərəfindən  bazar  məlumatını  istifadə  edərək  müəyyən  edilmiş  yenidən  qiymətləndirmə  tarixinə 

binaların ədalətli dəyərini əks etdirən qalıq dəyəri ilə qeyd edilir. Aktivlərin qalıq dəyərinin hesabat 

tarixinə  ədalətli  dəyər  modelindən  istifadə  etməklə  müəyyən  edilə  bilən  dəyərdən  əhəmiyyətli 

dərəcədə fərqlənməməsi üçün yenidən qiymətləndirmə mütəmadi qaydada aparılır. 

 

Sonuncu qiymətləndirmə 31 dekabr 2017-ci il tarixində keçirilmişdir.  



 

Əmlakın  bazar  dəyəri,  oxşar  daşınmaz  əmlak  üzrə  bazar  satış  qiymətlərinin  təhlilini  özündə 

birləşdirən  və  həmçinin,  MHBS  13  standartı  daxilində  binanın  ədalətli  dəyəri  ilə  bərabər  olan 

müqayisəli satış üsulundan istifadə etməklə qiymətləndirilir. 

 

Binaların  yenidən  qiymətləndirilməsindən  yaranan  hər  hansı  yenidən  qiymətləndirmə  artımı  əsas 



vəsaitlərin  yenidən  qiymətləndirmə  ehtiyatının  kreditinə  yazılır  lakin,  əvvəllər  xərc  kimi  tanınmış 

eyni aktiv üzrə yenidən qiymətləndirmə azalmasını bərpa etdiyi hal istisna təşkil edir, bu halda artım 

əvvəllər  hesablanmış  azalma  həcmində  məcmu  gəlir  hesabatında  gəli  kimi  tanınır.  Belə  binaların 

yenidən qiymətləndirilməsi nəticəsində onların qalıq dəyərində azalma baş verdiyi hallarda ilk olaraq 

bu binaların keçmiş dövrlərdə yenidən qiymətləndirilməsi üzrə yaradılmış ehtiyatlar silinir və daha 

sonra azalmanın qalan hissəsi xərc olaraq məcmu gəlir hesabatında tanınır. 

 

Yenidən qiymətləndirilən binalar üzrə amortizasiya mənfəət və zərər hesablarında tanınır. Yenidən 



qiymətləndirilən  əmlakın  daha  sonra  satışı  və  ya  istismardan  çıxması  zamanı  əmlakın  yenidən 

qiymətləndirmə  ehtiyatında  qalan  müvafiq  yenidən  qiymətləndirmə  ehtiyatının  qalığı  birbaşa 

bölüşdürülməmiş mənfəət hesabına köçürülür. 

 

Maliyyə icarəsi altında saxlanılan aktivlər faydalı ömür təxminləri üzrə və ya dövr qısa olduğu halda 



müvafiq icarə dövrü üzrə amortizasiya olunur. 

 

Ayrıca satın  alınmış və  müəyyən faydalı ömrü olan  qeyri-maddi aktivlər yığılmış  amortizasiya və 



ehtimal  edilən  dəyər  azalmaları  üzrə  ehtiyatlar  çıxılmaqla  tarixi  dəyəri  ilə  tanınır.  Amortizasiya 

qeyri-maddi aktivlərin təxmin edilən faydalı ömrü ərzində düz xətt  metodu ilə hesablanır. Faydalı 

ömür  təxminləri  və  amortizasiya  metodları  hər  bir  hesabat  tarixində  yenidən  təhlil  edilir  və 

təxminlərdə olan dəyişikliklərin təsiri prospektiv olaraq tətbiq edilir. Ayrıca satın alınmış və qeyri-

müəyyən  faydalı  ömrü  olan  qeyri-maddi  aktivlər  isə  maya  dəyərindən  dəyərsizləşmə  zərərlərinin 

məbləği çıxıldıqdan sonra alınan məbləğdə tanınır. 

 

Hər  bir  hesabat  dövrünün  sonunda  Bank  öz  əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərini 



dəyərsizləşmə zərərlərinin baş verməsini təyin etmək məqsədi ilə təhlil edir. Əgər belə hal mövcud 

olarsa  bu  aktiv  üzrə  əldə  edilməsi  mümkün  olan  məbləğ  təyin  edilir  və  dəyərsizləşmə  zərərinin  




“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

22 



 

məbləği (əgər varsa) hesablanır. Fərdi aktiv üzrə əldə edilməsi mümkün olan məbləğin təyin edilməsi 

mümkün olmadıqda Bank aktivin aid olduğu nağd pul əmələ gətirən biznes vahidləri qalıq dəyərini 

təhlil edir.  

 

Əgər  aktiv  (və  ya  aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidi)  üzrə  əldə  edilməsi 



mümkün  olan  məbləğ  aktivin  (və  ya  aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidinin) 

qalıq  dəyərindən  azdırsa  onun  qalıq  dəyəri  qaytarılması  mümkün  olan  məbləğə  qədər  azaldılır. 

Dəyərsizləşmə zərərləri dərhal mənfəət və zərər hesablarında tanınır. Aktiv, yenidən qiymətləndirmə  

modelinə görə uçota alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə 

nəticəsində dəyərin artması kimi tanınır.  

 

Dəyərsizləşmə  zərərlərinə  səbəb  olan  hallar  növbəti  dövrlərdə  aradan  qalxdıqda  aktivin  (və  ya 



aktivin  aid  olduğu  nağd  pul  əmələ  gətirən  biznes  vahidinin)  qalıq  dəyəri  yenidən  təyin  edilmiş 

məbləğə qədər artırılır amma yeni təyin edilmiş qalıq dəyəri aktivin (və ya aktivin aid olduğu nağd 

pul əmələ gətirən biznes vahidinin) keçmiş dövrlərdə dəyərsizləşmə itkilərinin tanınmasından öncə 

mövcud  olan  qalıq  dəyərindən  daha  çox  ola  bilməz.  Dəyərsizləşmə  zərərlərinin  geri  qaytarılması 

dərhal  mənfəət  və  zərər  hesablarında  tanınır.  Aktiv,  yenidən  qiymətləndirmə  modeli  görə  uçota 

alındıqda qalıq dəyərinin yüksəlməsindən yaranan fərq yenidən qiymətləndirmə nəticəsində dəyərin 

artması kimi tanınır.  

 

Silindikdə, satıldıqda və ya istifadəsinin davam etdirilməsi zamanı gələcəkdə iqtisadi faydanın əldə 



edilməsi təxmin edilmədikdə əmlak, avadanlıq və qeyri-maddi aktivlərin tanınmasına xitam verilir. 

Əmlak,  avadanlıq  və  qeyri-maddi  aktivlərin  tanınmasına  xitam  verilməsi  nəticəsində  yaranan 

mənfəət və  zərərlər satış  nəticəsində əldə edilən vəsaitlərlə aktivin qalıq dəyəri arasında olan fərq 

kimi hesablanır və dərhal mənfəət və zərər hesablarında tanınır. 

 

Satış üçün saxlanılan aktivlər 

 

Bank uzunmüddətli aktivi o halda satış üçün saxlanılan kimi tanıyır ki, onun qalıq dəyəri mütəmadi 



istifadə  vasitəsilə  deyil,  əsasən  satış  əməliyyatı  vasitəsilə  qaytarılacaq.  Bu  halın  baş  verməsi  üçün 

uzunmüddətli aktiv hazırkı vəziyyətində dərhal satış üçün hazır olmalıdır, yalnız o şərtlərlə ki, belə 

aktivlərin satılması üçün şərtlər sadə və adidir və onun satılması ehtimalı yüksəkdir.  

 

Bankın  rəhbərliyi  uzunmüddətli  aktivin  satılmasını  planlaşdırdıqda  və  alıcının  təyin  edilməsi  üzrə 



proqramın  və  planın  başa  çatdırılması  nəzərdə  tutulduqda  satış  yüksək  ehtimal  edilən  kimi 

təsnifatlaşdırılır.  Bundan  əlavə,  uzunmüddətli  aktiv  onun  cari  ədalətli  dəyərinə  uyğun  qiymətdə 

satılması  məntiqli  olmalıdır  və  əlavə  olaraq  uzunmüddətli  aktivin  satış  üçün  saxlanılan 

təsnifatlaşdırılması  tarixindən  bir  il  ərzində  satışın  başa  çatdırılmış  satış  kimi  təsnifatlaşdırılması 

ehtimal edilir. 

 

Satış üçün saxlanılan kimi təsnifatlaşdırılmış aktivləri Bank qalıq  dəyəri ilə və ya daha aşağıdırsa 



satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyərində ölçür. Əgər şərtlərdə baş vermiş hadisələr və ya 

dəyişikliklər qalıq dəyərinin dəyərsizləşməsini təyin edirsəaktivin ilkin və ya sonrakı silinməsi üzrə 

dəyərsizləşmə zərərlərini Bank satış üzrə xərclərin çıxılması ilə ədalətli dəyəri üzrə tanıyır. Satış üzrə 

xərclərin  çıxılması  ilə  aktivin  ədalətli  dəyərində  sonradan  baş  vermiş  artma  bu  xüsusi  aktiv  üzrə 

əvvəlcə tanınmış ümumi dəyərsizləşmə zərərinin çərçivəsində tanınır. 

 

Vergi qanunvericiliyi 

 

Vergi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmindən ibarətdir. 



 

Cari vergi xərci hesabat dövrü ərzində yaranmış vergi mənfəəti əsasında hesablanır. Hesabatdakı bəzi 

gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi  



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə