"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   2   3   4   5   6   7   8   9   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

11 



 

ABŞ dolları  ilə  müqayisədə 4.4%  möhkəmlənərək,  güclü xarici mövqeyini və likvidlik əmsallarını 

artırmışdır. Problemli maliyyə sektoru iqtisadiyyata mənfi təsir göstərməyə davam edir. 2017-ci ilin  

ilk  yarısında  kreditləşmə  15.6%  azalmış  və  aktivlərin  keyfiyyəti  pisləşməyə  başladı.  Rəsmi 

statistikaya  əsasən,  fəaliyyət  göstərməyən  kredit  nisbəti  2016-cı  ilin  yekunlarındakı  9%  ilə 

müqayisədə, 2017-ci ilin iyun ayında 13%-ə çatmışdır. Həmçinin, 2017-ci ilin ikinci rübündə manat 

depozitləri  artmış,  müştəri  depozitləri  2017-ci  ilin  ilk  yeddi  ayı  ərzində  (korporativ  və  ev 

təsərrüfatları) 4.4% azalmışdır.  

 

2016-cı  ilin  fevral  ayından  etibarən  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  müntəzəm  olaraq 



2017-ci  il  ərzində  yenidən  maliyyələşdirmə  dərəcəsini  5%-dən  15%-ə  qədər  artırmış  və  kapitalın 

minimum adekvatlıq əmsalını 12%-dən 10%-ə endirmişdir. 

 

Beynəlxalq kredit agentliyi olan Standard & Poor’s, 2018-ci ilin fevral ayında Azərbaycanın xarici və 



yerli  valyuta  üzrə  uzunmüddətli  və  qısamüddətli  suveren  kredit  reytinqini  “BB+/B”  dərəcəsində 

mənfi proqnozdan stabilə doğru yüksəlməsini təsdiqləmişdir. 

 

Azərbaycan  iqtisadiyyatı,  dünyanın  digər  yerlərində  baş  verən  bazar  böhranlarına  və  iqtisadi 



yavaşlamalara  qarşı  həssasdır.  Hökumət  bir  sıra  sabitləşdirmə  tədbirləri  tətbiq  etmiş  və  mövcud 

iqtisadi  çağırışlara  cavab  olaraq  bank  sistemində  islahatların  və  dəstəyin  sürətləndirilməsini 

planlaşdırır. Rəhbərlik inanır ki, mövcud vəziyyətdə Bankın fəaliyyətinin davamlılığını dəstəkləmək 

üçün  müvafiq  tədbirlər  görür,  yuxarıda  bəhs  edilən  sahələrdə  gözlənilməz  pisləşmənin  Bankın 

nəticələrinə  və  maliyyə  vəziyyətinə,  hazırda  müəyyən  edilə  bilməyəcək  şəkildə  mənfi  təsir  edə 

biləcəyini nəzərə alır.  

  

Davam edən böhran şəraitində, Azərbaycan hökuməti iki onillikdə hakim olan neftə yönəldilmiş olan 



iqtisadi  siyasətini  iqtisadiyyatın  digər  sahələrə  şaxələndirilməsinə  dəyişmişdir.  Bu  məqsədlə,  11 

sektoru əhatə edən doğru bir inkişaf strategiyasını formalaşdırmaq üçün “milli strateji yol xəritəsi” 

qəbul edildi. “Milli strateji yol xəritəsi”-nin həyata keçirilməsi, yeni yaradılmış “İqtisadi İslahatların 

və  Kommunikasiyaların  Təhlili  Mərkəzi”-nə  həvalə  edilmişdir.  Bu  qurumun  əsas  məqsədi  aparılan 

islahatların  effektivliyini  təhlil  etmək  və  yeni  təkliflər  verməkdir.  Digər  bir  əhəmiyyətli  struktur 

islahatı,  qeyri-qanuni  maliyyə  fəaliyyətlərinə  qarşı  mübarizə  və  tənzimlənmənin  təkmilləşdirilməsi 

məqsədilə  maliyyə  sektoruna  daha  sıx,  şəffaf  və  çevik  nəzarətin  gücləndirilməsi  üçün 

“Maliyyə Bazarlarına Nəzarət Palatası”-nın yaradılmasıdır. 

 

Əhəmiyyətli  tədbirlər  həmçinin  gömrük  və  vergi  xidmətlərində  də  həyata  keçirilmişdir.  1  avqust 



2016-cı il tarixinə daha operativ və şəffaf gömrük rəsmiləşdirmələrini (“yaşıl dəhliz” və digər çıxış 

sistemləri)  təmin  etmək  məqsədi  ilə  yeni  normativ  hüquqi  aktlar  qüvvəyə  minmişdir.  Yeni 

sadələşdirilmiş prosedurların idxalı stimullaşdırması və biznes və xarici ticarət üçün əlverişli şərait 

yaratması  nəzərdə  tutulmuşdur.  Gömrük  sahəsində  islahatların  davamı  olaraq  “məmur-vətəndaş 

təmasları”nı minimuma endirmək məqsədilə elektron vergi bəyannamələrinin tətbiqi həyata keçirilir. 

Mövcud  vergi  sisteminə  dəyişikliklər  etmək  məqsədilə  “2016-cı  ildə  vergi  sahəsində  aparılacaq 

islahatların  istiqamətləri”nin  təsdiqi  haqqında  Sərəncam  imzalanmışdır.  Prezidentin  sərəncamında 

tələb  olunur  ki,  Vergilər  Nazirliyi  kameral  və  səyyar  vergi  yoxlamalarının  qısa  müddətdə  başa 

çatdırılmasını təmin etsin və vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma 

endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişləndirsin. İnhisarçılıq tədbirlərində daha 

bir  mühüm  dəyişiklik  Cinayət  Məcəlləsinə  edilmişdir.  Bundan  başqa,  16  dekabr  2016-cı  il  tarixli 

Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  nəticəsində  xərclərin  süni  şəkildə 

artırılması hallarının qarşısının alınması məqsədilə “transfer qiymətləndirmə” və güclü iqtisadiyyata 

malik  ölkələrdə  də  geniş  istifadə  olunan  “könüllü  vergi  açıqlaması”  tətbiq  ediləcək.  Əlavə  olaraq, 

vergi  öhdəliyinin  düzgün  hesablanmaması  səbəbindən  vergi  orqanları  tərəfindən  tətbiq  olunan 

maliyyə  sanksiyalarının  əlavə  təsirinin  qarşısını  almaq  məqsədilə  “vergi  öhdəliyinin  əvvəlcədən 

müəyyənləşdirilməsi” mexanizmi işə düşəcək. Bununla yanaşı, elektron hesab fakturalarının tətbiqi  

 



“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

12 



 

vergidən  yayınmanın  qarşısının  alınmasında  mühüm  rol  oynayacaq  və  vergi  sisteminin 

optimallaşdırılmasına müsbət təsir göstərəcək.  

 

Azərbaycan  həmçinin,  tranzit  və  ticarətin  inkişafı  üçün  regional  əlaqə  təşəbbüslərindən  də 



faydalanmağa  çalışır.  Xüsusilə  də,  ölkə  Şərq-Qərb  və  Şimal-Cənub  nəqliyyat  dəhlizlərinin 

sponsorlarından biridir. Xəzər bölgəsini Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin 

tikintisi 2017-ci ildə tamamlanmışdır. Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans-Adriatik 

Boru  Kəməri  (TAP),  Azərbaycanın  Şahdəniz  qaz  yatağından  olan  təbii  qazı  Türkiyə  və  Avropaya 

çatdıracaqdır.  2018-ci  ildən  etibarən  ÜDM-in  sürətlənməsi  sayəsində  iqtisadiyyatın  genişlənəcəyi 

gözlənilir,  belə  ki,  dünyanın  ən  böyük  qaz  yataqlarından  biri  olan  Şahdəniz  qaz  yatağı  istehsala 

başlayır.  Kreditlərin  məhdud  inkişafı  və  zəif  biznes  mühitinin  olması  səbəbindən,  qeyri-neft 

istehsalının asta templə inkişaf edəcəyi gözlənilir.

 

 

 

2.  ƏSAS MÜHASİBAT PRİNSİPLƏRİ 

 

Mühasibat əsasları 

 

Bankın hazırkı maliyyə hesabatları Beynəlxalq Mühasibat Standartları Şurası tərəfindən dərc edilmiş 



Beynəlxalq  Maliyyə  Hesabatlarının  Standartları  (“MHBS”)  və  Beynəlxalq  Maliyyə  Standartlarına 

Şərhlər Komitəsi (“MHBSŞK”) tərəfindən dərc edilmiş şərhlər əsasında hazırlanmışdır.  

 

Daimilik prinsipi 

 

Rəhbərlik  bu  maliyyə  hesabatlarını  fasiləsizlik  prinsipi  əsasında  hazırlamışdır.  Mühakimələrdə 



rəhbərlik  cari  niyyətləri,  əməliyyatların  rentabelliyi  və  maliyyə  resurslarından  istifadə  imkanlarını 

nəzərdən keçirir. 

 

Rəhbərlik, Bankın 2018-ci ildə və daha sonra gəlirli fəaliyyətini bərpa edəcəyini ehtimal edir. 29 saylı 



Qeyddə  göstərildiyi  kimi,  Bankın  məcmu  kapitalı  tələb  olunan  minimum  həddən  artıq  olmuşdur. 

2017-ci  il  dekabrın  31-nədək  kapitalın  adekvatlığı  üzrə  tələb  olunan  minimum  kapital  əmsalı  10% 

olduğu halda, MBNP-na uyğun olaraq Bankın kapital adekvatlığı əmsalı 15.52% olmuşdur. 

 

Rəhbərlik  Bankın  likvidlik  və  kapitalın  yetərliliyi  ilə  bağlı  problemlərlə  üzləşdiyi  təqdirdə, 



səhmdarlar tərəfindən gələcəkdə Banka dəstək veriləcəyini ehtimal edir. 

 

Rəhbərlik  bu  amilləri  Bankın  fasiləsiz  olaraq  fəaliyyətini  davam  etdirmək  qabiliyyətini 



qiymətləndirərkən  istifadə  etmiş  və  Bankın  bütün  maliyyə  öhdəliklərini  yerinə  yetirə  biləcəyinə 

inanır. Bankın fasiləsiz fəaliyyətinin davam etdirilməsi qabiliyyətinə dair əhəmiyyətli sayılacaq hər 

hansı bir qeyri-müəyyənlik mövcud deyildir.  

 

Təqdimatın digər əsasları 

 

Bu  maliyyə  hesabatları  əksi  göstərilmədiyi  hallarda  min  Azərbaycan  manatı  (“AZN”)  ilə  təqdim 



edilmişdir. Bu maliyyə hesabatları bəzi maliyyə alətlərinin və binaların MHBS-də göstərilən yenidən 

qiymətləndirmə  modelinə  uyğun  olaraq  ədalətli  dəyəri  istisna  olmaqla,  tarixi  dəyər  prinsiplərinə 

əsasən hazırlanmışdır.  

 

Bank mühasibat sistemini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkil edir. 



Bu maliyyə hesabatlarını hazırlayarkən yerli mühasibat prinsiplərinə uyğun tərtib edilmiş mühasibat 

sistemindən  istifadə  edilmiş  və  MHBS-na  uyğunlaşdırılmaq  məqsədilə  hesabatlara  düzəlişlər 

edilmişdir.  Bu  düzəlişlərə  əməliyyatların  iqtisadi  mahiyyətini  əks  etdirmək  üçün  müəyyən  

 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə