"MUĞanbank" AÇiq səhmdar


“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix14.09.2018
ölçüsü2,93 Mb.
#68337
1   2   3   4   5   6   7   8   9   ...   32

“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

17 



 

Ədalətli dəyərin təyin edilməsi 

 

Hesabat  tarixində  aktiv  bazarlarda  satılan  maliyyə  alətlərinin  ədalətli  dəyəri  onların  bazar 

katirovkaları  və  ya  dilerlər  tərəfindən  verilən  qiymət  katirovkalarıdır  (uzun  mövqelər  üçün  satış 

dəyəri, qısa mövqelər üçün isə alış dəyəri).  

 

Aktiv  bazarlarda  katirovkası  mövcud  olmayan  bütün  digər  maliyyə  alətləri  üçün  ədalətli  dəyər 



müvafiq qiymətləndirmə texnikalarının tətbiq edilməsi ilə təyin edilir. Qiymətləndirmə texnikalarına  

xalis cari dəyər texnikası, müşahidə edilə bilən oxşar maliyyə alətləri ilə müqayisələrin aparılması, 

opsiya qiymətləndirilməsi modelləri və digər müvafiq qimətləndirmə modelləri aid edilir. 

 

Amortizasiya olunmuş maya dəyərində tanınmış aktivlər 



 

Maliyyə aktivlərinin və ya aktivlər qrupunun dəyərində azalma yaranması ilə bağlı rəhbərliyin əlində 

hər  hansı  bir  obyektiv  sübut  olduğu  hallarda  Bank  bu  aktivlər  üzrə  itkiləri  qarşılamaq  məqsədilə 

ehtiyat  yaradır.  Ehtimal  edilən  itkilər,  gələcəkdə  zəmanət  və  alınan  girovlar  da  daxil  olmaqla, 

amortizasiya  olunmuş  ilkin  dəyərində  ölçülən  aktivlər  üzrə  gələcəkdə  əldə  edilə  biləcək  pul 

vəsaitlərinin,  effektiv  faiz  dərəcəsindən  istifadə  edilərək  diskont  edilməsi  nəticəsində  yaranmış 

dəyərlə bu aktivlərin qalıq dəyəri arasındakı fərq kimi hesablanır. 

 

Daha  sonrakı  dövrdə  dəyərsizləşmə  zərərinin  azalması  və  bu  azalmanın  obyektiv  olaraq 



dəyərsizləşmə  zərərinin  tanınmasından  sonra  baş  vermiş  hadisəyə  aid  edilməsi,  məsələn  bərpa 

olunma  halları,  istisna  olmaqla  belə  dəyərsizləşmə  zərərləri  geriyə  qaytarılmır.  Dəyərsizləşmə 

zərərinin qaytarılması halında gələcək dövrdə ehtiyat hesabına düzəliş verilir. 

 

İlkin dəyər ilə ölçülən maliyyə aktivləri üçün isə ehtimal edilən itkilər, bu aktivlərdən gələcəkdə əldə 

edilə  biləcək  pul  vəsaitlərinin  bu  tip  aktivlər  üzrə  mövcud  bazar  faiz  dərəcəsindən  istifadə  edərək 

diskont  edilməsi  nəticəsində  yaranmış  dəyərlə  bu  aktivlərin  qalıq  dəyəri  arasındakı  fərq  kimi 

hesablanır. Bu tip ehtiyatlar yaradıldıqdan sonra geri qaytarılmır. 

 

Satılabilən maliyyə investisiyaları 

 

Hər  bir  hesabat  tarixində  Bank  satış  üçün  nəzərdə  tutulan  qiymətli  kağızlarnin  dəyərsizləşməsi 



halının baş verməsinin obyektiv sübutunun olub olmamasını dəyərləndirir.  

 

Satılabilən  investisiya  qiymətli  kağızları  kimi  təsnifləşdirilən  kapital  investisiyaları  üçün  obyektiv 



sübut  olaraq  onun  ədalətli  dəyərinin  əhəmiyyətli  dərəcədə  və  ya  uzun  müddət  ərzində  qalıq 

dəyərindən aşağı olması göstərilə bilər. Dəyərsizləşmə halı yarandıqda, ilkin satınalma dəyəri ilə cari 

ədalətli  dəyər  arasındakı  fərqdən  daha  əvvəl  bu  invesitisiya  üzrə  mənfəət  və  zərər  hesablarında 

tanınmış  dəyərsizləşmə  zərərləri  çıxıldıqdan  sonra  yaranan  yekun  zərər  rəqəmi  məcmu  gəlir 

hesabından  mənfəət  və  zərər  hesabına  transfer  edilir.  Kapital  investisiyaları  üzrə  dəyərsizləşmə 

zərərləri  mənfəət  və  zərər  hesabları  vasitəsilə  geri  qaytarılmır  və  dəyərsizləşmə  tanındıqdan  sonra 

onların ədalətli dəyərində baş verən yüksəlmələr məcmu gəlir hesabında tanınır.  

 

Satılabilən  investisiya  qiymətli  kağızları  kimi  təsnifləşdirilən  borc  alətləri  üzrə  isə  dəyərsizləşmə 



kriteriyaları  amortizasiya  olunmuş  maya  dəyərində  tanınan  maliyyə  aktivlərində  olduğu  kimidir. 

Dəyərsizləşmənin məbləğini hesablamaq üçün gələcək faiz gəlirləri azaldılmış qalıq dəyərinə əsaslanır 

və  gələcək  pul  axınlarını  diskont  etmək  üçün  istifadə  edilən  faiz  dərəcəsi  ilə  hesablanır.  Faiz  gəliri 

mənfəət və zərər hesablarında tanınır. Əgər növbəti ildə borc alətinin ədalətli dəyəri yüksəlirsə və bu 

yüksəlmənin  dəyərsizləşmə  zərərinin  tanınmasından  sonra  baş  verməsinə  dair  obyektiv  sübut 

mövcuddursa bu zaman əvvəlcədən tanınan dəyərsizləşmə zərəri mənfəət və zərər hesablarından geri 

qaytarılır. 

 

 




“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI) 

(Min Azərbaycan Manatı ilə)

 

 

18 



 

Kreditlərin restrukturizasiyası  

 

Mümkün  olduğu  hallarda  Bank  girovu  reallaşdırmadan  öncə  kreditin  prolonqasiya  edilməsinə  səy 



göstərir. Belə səylərə ödəmə şərtlərinin dəyişdirilməsi və ya yeni kredit sazişinin imzalanması daxildir.  

 

Şərtlər yenidən razılaşdırıldıqdan sonra belə kreditlər artıq gecikmiş sayılmır. Rəhbərlik daimi olaraq, 



prolonqasiya edilmiş kreditləri təhlil edərək onlar üzrə bütün şərtlərin yerinə yetirilməsini və gələcək 

ödənişlərin icra olunmasının ehtimalını təhlil edir. Belə kreditlər, fərdi olaraq və ya kollektiv şəkildə  

dəyərsizləşmə ehtimallarının mövcudluğunun yoxlanılması məqsədi ilə kreditin ilkin və ya cari effektiv 

faiz dərəcəsindən istifadə edilərək təhlil edilirlər. 



 

Verilmiş kreditlərin və avansların silinməsi  

 

Verilmiş kreditlər və avanslar qaytarılması mümkün olmadıqda dəyərsizləşmə üzrə yaradılmış olan 

ehtiyatların  hesabına  silinirlər.  Verilmiş  kreditlər  və  avanslar  rəhbərliyin  krediti  qaytarmaq  üçün 

bütün  cəhdlərindən  və  mövcud  olan  bütün  girovların  satılmasında  sonra  Banka  olan  borcun 

qaytarılması mümkün olmadıqda silinir.  

 

Növbəti dövrlərdə əvvəlcədən silinmiş kreditlər üzrə əldə edilən vəsaitlər həmin dövrlərdə maliyyə 



aktivləri  üzrə  ayrılan  ehtiyyatlarla  əvəzləşdirilir  və  mənfəət  və  zərər  hesablarında  tanınır.  Yerli 

qanunvericiliyə  əsasən,  kreditlər  yalnız  Müşahidə  Şurasının  qərarı  ilə  və  bəzi  hallarda  isə 

Məhkəmənin müvafiq qərarı ilə silinə bilər. 

 

Maliyyə aktivlərin uçotunun xitamı 

 

Bank maliyyə aktivi müqaviləsi üzrə pul vəsaitlərinin alınması hüququnun başa çatması və ya maliyyə 



aktivi, eləcə də sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatların digər tərəfə ötürülməsi 

halında maliyyə aktivinin tanınmasına xitam verir. Bank sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli 

risk və mükafatların digər tərəfə ötürdükdə belə transfer edilmiş aktiv üzərində nəzarəti saxlayırsa, bu 

zaman saxlanılmış maraqlar hesabatlardan aktiv kimi tanınır və müvafiq şəraitdə Bankın ödənilməsi 

ehtimal edilən məbləğlər də müvafiq olaraq öhdəlik kimi tanınır. Əgər Bank transfer edilən maliyyə 

aktivinin sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk və mükafatları özündə saxlayırsa, bu zaman 

aktivin tanınması davam  edir və  əlavə olaraq girov qoyularaq götürülmüş vəsaitlər də borc  məbləği 

kimi maliyyə vəziyyəti hesabatında tanınır.  

 

Maliyyə aktivi hesabatlardan tam şəkildə çıxarıldıqda, aktivin qalıq dəyəri ilə onun transferindən alınan 



və  ya  alınması  nəzərdə  tutulan  məbləğlərin  cəmi  arasındakı  fərq,  məcmu  gəlir  hesabında  xitam 

anınadək tanınmış və kapital hesablarında uçotu aparılan mənfəət və zərər məbləğləri dərhal mənfəət və 

zərər hesablarında tanınır. 

 

Maliyyə  aktivi  hesabatlardan  qismən  çıxarıldıqda  (məsələn,  Bankın  transfer  edilmiş  aktivin  bir 



hissəsini geri almaq seçimi olduqda və ya bu aktiv üzrə sahiblik hüququ ilə bağlı bütün əhəmiyyətli risk 

və  mükafatların  digər  tərəfə  ötürülərək  yalnız  cüzi  bir  hissənin  saxlanılması  və  bunun  nəticəsində 

nəzarətin Bankda qalması halları), Bank aktivin qalıq dəyərini cari iştirak ilə bağlı tanınması davam 

edən qism və transfer edilən hissələrin nisbi ədalətli dəyərinə görə təyin edilmiş və maliyyə vəziyyəti 

hesabatında tanınmayan qismdən ibarət iki hissəyə ayırır. Aktivin tanınmasına xitam verilmiş qisminə 

aid  edilən  qalıq  dəyəri  ilə  onun  transferindən  alınan  məbləğlərin  cəmi  arasındakı  fərq,  məcmu  gəlir 

hesabında xitam anınadək tanınmış mənfəət və zərər məbləğləri dərhal mənfəət və zərər hesablarında 

tanınır.  Məcmu  gəlir  hesabında  tanınmış  mənfəət  və  zərər  məbləğlərini,  aktivin  tanınmasına  xitam 

verilən  qismi  ilə  tanınması  davam  edən  qismi  arasında  bölərkən  bu  qismlərin  ədalətli  dəyərlərinin 

nisbətləri əsas götürülür. 

 

 

 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə