Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə56/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

də  də  edilirdi.  Burada  da  əsas  diqqət türk boylarının  ədəbiyya­
tına verilmişdi (143,  s.  133-134).
Hərbi  nazir  Səməd  bəy  Mehmandarovun  1918-ci  il  27 
dekabr  tarixli  34  saylı  əmrinə  əsasən  orduda  dövlət  dili  olan 
türk  dilini  bilməyən  zabitlər  bir  ay  müddətində,  heç  olmasa, 
komanda  sözlərinin  öyrənməli  və  əsgərlərə  bu  dildə  komanda 
verməli  idilər.  Bir  ay  müddətində  bu  tələbi  yerinə  yetirə 
bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər (8,  s.  67).
Ümumiyyətlə,  dil  və ədəbiyyat mövzusu  XX əsrin əvvəllə­
rində  ən  çox  müzakirə  və  mübahisə  edilən  məsələlərdən  biri 
olmuşdur.  Cümhuriyyət  dövründə  də  ədəbiyyat  və  mətbuatı 
məşğul  edən  əsas  problemlərdən  biri  dil  mövzusu  idi.  “Azər­
baycan”  qəzetinin  1919-cu  il  21  noyabr  nömrəsində  dərc 
olunmuş  “Milliləşmək”  başlıqlı  məqaləsində  Ö.F.Nemanzadə 
yazırdı:  “Canlı  işlər,  tarixi  dəyişikliklər  bizə  göstərir  ki,  hər 
cəmiyyət,  hər  fərd,  hər  dürlü  ənənəsindən,  müqəddəsatından, 
imkan  və  etiqadından  az-çox  əl  çəkdiyi  halda  milli  dilindən 
əsla və  əsla vaz  keçməmişdir.  Və  heç  vaxt  da keçəməz.  Çünki 
hər  millətin  ədəbiyyata  malik  dili  o  millətin  ruhu,  nişaneyi- 
mövcudatıdır.  Ondan  məhrum  olduğu  gün  mərhum  olmuş, 
ondan uzaqlaşdığı  gün  qəbrinə yaxlaşmış  deməkdir.  Tarix bizə 
göstərir ki, bir millətin cahangirliyi,  hökuməti,  hətta yeri-yurdu 
da  əlindən  alınsın,  madam  ki,  milli  ədəbiyyatı  var,  o  millət 
məhv  edilməz.  Dili  kəsilməyən  millətin  vücudu  kəsilməz, 
ədəbiyyatı  yaşayan  millət heç  vaxt  ölməz.  Dünyada  bədbəxt  o 
millətdir ki,  özgə millətin silahından ziyada dil və ədəbiyyatına 
əsir olaraq yaşamaqdadır (13,  s.  450-451).
Cümhuriyyət  Hökumətinin  dil  siyasətinin  həyata  keçiril­
məsində  mətbuatın  rolu  ayrıca  qeyd  edilməlidir.  Lakin  bu  heç 
də  o  demək  deyildir  ki,  bu  illərdə  çıxan  bütün  mətbuat  orqan­
ları  dövlətin  dil  siyasətini  razılıqla  qarşılamışlar.  Düzdür  milli 
mədəniyyətin  mühüm  tərkib  hissəsi  kimi  bu  dövrün  mətbuatı 
əvvəlki  dövrlə  müqayisədə  həm  keyfiyyət,  həm  də  kəmiyyət 
baxımından Azərbaycan həyatının  salnaməsinə  çevrilmişdi.  İki
167


il  içərisində  100-ə  yaxın  qəzet  və jurnal  çıxmışdır.  Lakin  heç 
də  bunların  hamısı  dövlətin  siyasətini  dəstəkləmirdi.  Bakıda 
rus,  gürcü,  yəhudi,  polyak,  fars  və  başqa  dillərdə  də,  əslində 
Milli  Hökumətə  qarşı  çıxan  ayrı-ayrı  xarici  qüvvələrin  məna­
feyini  müdafiə  edən  bir  sıra  dövri  mətbuat  orqanları  da  nəşr 
edilirdi.  Dövlətin mədəniyyət siyasətini  dəstəkləyən milli  istiq­
lal  ideyalı  mətbuat  orqanları  içərisində  “İstiqlal”  (1918-1920), 
“Azərbaycan”  (1918-1920),  “Övraqi-nəfisə”  (1919),  “Müsəl­
manlıq”  (1917-1919),  “Qurtuluş”  (1920),  “Mədəniyyət” 
(1920),  “Gənclər yurdu”  (1918),  “Şeypur”  (1918-1919),  “Zən- 
bur”  (1919) kimi nəşrlər xüsusilə seçilirdi.
Bolşevik,  eser-menşevik,  erməni-daşnak mətbuatının Cüm­
huriyyət  əleyhinə  təbliğat  aparmalarına  baxmayaraq  Azərbay­
can  Hökuməti  və  Parlamenti  mətbuatın  və  nəşriyyatların  işini 
dövrün tələbləri  səviyyəsində  qurmaq üçün bir  sıra demokratik 
qərarlar  qəbul  etmişdi.  Belə  ki,  Parlamentin  1919-cu  il  30 
oktyabr  tarixli  qərarı  ilə  qəbul  etdiyi  “Mətbuat  haqqında 
nizamnamə”də  (9,  s.  195)  göstərilirdi  ki,  “Mətbuat,  litoqrafiya 
və  buna  bənzər  müəssisələrin  açılması  üçün,  habelə  çap 
məhsulunun  nəşri  və  satılması  üçün  Hökumət idarələrinin  heç 
bir icazəsi tələb  olunmur”.  Dövri  nəşrlərin təsis olunması üçün 
ancaq  öz  məqsədləri  barədə  mətbuat  işləri  üzrə  baş  müfəttişə 
ərizə  təqdim  edilməsi  kifayət  idi.  Mətbuat  azadlığını  milli 
şüurun,  milli  mədəniyyətin  inkişafı  üçün  mühüm  şərtlərdən 
hesab  edən  Cümhuriyyət Hökuməti  1918-ci  il  9  noyabr tarixli 
sərəncamı  ilə  mətbuat  və  kütləvi  informasiya  vasitələrinin 
məzmunu,  nəşri  və  yayılması  üzərində  dövlət  nəzarəti  ləğv 
olunmuşdu (8,  s.  70-71).
Əhalinin  müxtəlif zümrələrinin  marağını  əks  etdirən  dövri 
mətbuat içərisində Azərbaycan mətbuatı tarixində ədəbiyyat və 
incəsənətdən bəhs  edən  ilk jurnal  “Övraqi-nəfisə”  idi.  1919-cu 
ilin  mart-avqust  aylarında  Bakıda  cəmi  6  sayı  nəşr  edilmiş  bu 
jurnalın  redaktoru  Əlabbas  Müznib,  naşiri  bəstəkar  Zülfüqar 
bəy  Hacıbəyli,  rəssamı  Əzim  Əzimzadə  olmuşdur.  F.Köçərli,
168


A.Şaiq,  C.Cəbrayılzadə,  Z.Hacıbəyli,  Ə.Müznib,  Əmin  Abid, 
M.Hadi  kimi  ziyalıların  çıxış  etdikləri  jurnalda  musiqi,  teatr, 
memarlıq  abidələri  haqqında  məqalələr  və  fotoşəkillər  dərc 
olunur,  aktyorların  həyatı  və  səhnə  fəaliyyəti  barədə  yazılar 
verilirdi.  İlk  sayı  1920-ci  ilin  əvvəlində  çap  olunmuş  “Qurtu­
luş” jurnalı  da  ədəbi-mədəni  sahədə çox iş görmüş milli  mədə­
niyyət siyasətini təbliğ etmişdir.
Azərbaycan ziyalılarının təşəbbüskar fəaliyyətləri və gərgin 
çalışmaları  özünü  mədəniyyət  quruculuğunun bütün  istiqamət­
lərində  göstərirdi.  Ümumilikdə  isə,  Azərbaycan  Xalq  Cümhu­
riyyəti  yaranışı  ilə  ədəbi-mədəni  həyata  təbii  bir  canlanma 
gətirmişdi.  Bir  əsrdən  bəri  çarizm  siyasətinin  məngənəsində 
sıxılan xalq  milli  dövlətin mahiyyətini  dərk etməyə və bununla 
qürur duymağa başlamışdı.  Ona görə də dövlətçilik quruculuğu 
istiqamətində  özünü  büruzə  verən  ən  kiçik  yeniliklər  belə 
cəmiyyətdə  böyük  maraq  və  məhəbbətlə  qarşılanırdı.  Ədəbiy­
yatda,  sənətdə  milli  istiqlal  ideyalarının,  vətənpərvərlik  və 
qəhrəmanlıq  mövzusunun tərənnümü  ön  plana  keçirdi  ki,  teatr 
xadimləri  də  incəsənətin  bu  sahəsinin  inkişafı  üçün  bütün 
imkanları  ilə  çalışırdılar.  Bu  dövrdə  Bakıda  Dövlət  Türk 
Teatrının  yaradılması  isə  milli  ruhlu  tamaşaların  kəmiyyət  və 
keyfiyyət göstəricilərinə müsbət təsir etdi.
H.Z.Tağıyev  Teatrının binası,  “İsmailiyyə”  və  digər mədə­
niyyət  ocaqları  1918-ci  il  mart  soyqırımında  erməni  tərəfindən 
yandırıldığına  görə  tamaşalar  Mayılov  teatrında,  bəzən  isə 
Haşımov  mülkündəki  “Türk  ocağı”nın  salonunda  göstərilirdi. 
İsa bəy Aşurbəyovun “Azərbay-Can”, Namiq Kamalın “Vətən, 
yaxud  Osmanlı  müharibəsi”,  Əbdürrəhim  bəy  Haqverdiyevin 
“Ağa  Məhəmməd  şah  Qacar”,  “Pəri  Cadu”,  Nəriman  Nəri­
manovun  “Nadir  şah  Əfşar”,  “Şamdan  bəy”,  Mirzə  Rza 
Vaizzadənin  “Səyavuş”,  Cəlil  Məmmədquluzadənin  “Ölülər”, 
Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”,  Cəfər Cabbarlının 
“Ədirnə  fəthi”,  “Ulduz  və  ya  Trablis  müharibəsi”,  “Bakı 
müharibəsi”  pyesləri  oynanılır,  tamaşaçıların  diqqətini  özünə
169


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə