Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə54/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

rus  dilini  və  kültürünü  zorla  qəbul  etdirmək  istəyirlər.  Sinfin 
mücərrəd və müstəqil varlığı ola bilməyəcəyi kimi,  özəl və ayrı 
bir  kültürü  də  ola  bilməz.  Kültür  birdir  və  müştərəkdir,  yəni 
bütün  millətin  malıdır.  Bu  kültür,  hər  hansı  bir  dövrəyə  və  ya 
sosial nizama da məxsus olmayıb,  millətin bütün tarixinə  şamil 
siniflər  fövqü  bir  varlıqdır.  Bunun  üçündür  ki,  adına  milli 
kültür,  yəni  millətin  bütün  keçmişini  əks  etdirən  bir  kültür 
deyirik”  (131,  s.  2).
Hətta marksizm məktəbinin tarixə aid nəzəriyyəsini  qismən 
qəbul  edən,  onun  bir  dünyəvi  nəzəriyyə  kimi  bəzi  müddəaları 
ilə  razılaşan  Ə.Ağaoğlu  da  mədəniyyət  və  xüsusilə  də  mənə­
viyyat  məsələsində  əks  mövqedən  çıxış  edirdi.  Ə.Ağaoğlu 
yazırdı  ki,  marksizm  məktəbinin  iddia  etdiyi  kimi  maddiyyat 
və  iqtisadiyyatın  bəşərin  inkişafı,  müqəddəratı  və  tarixin 
tərəqqisi  üzərinə  dərin  və  geniş  bir  təsir  icra  etdiyində  şübhə 
yoxdur.  “Mədə əndişəsi,  fikri,  dərdi həqiqətən fərdlərdə olduğu 
kimi  cəmiyyəti-bəşəriyyədə  də  böyük  və  qəti  rol  oynamaqda­
dır.  Fəqət  bu  amil  yalnız  deyildir.  Bununla  yanaşı  eyni  dərə­
cədə mühüm və təsirli  ruhi  və mənəvi  amillər vardır ki,  mark­
sizm məktəbinin bizcə ən böyük  qəbahət və qüsuru bu amilləri 
inkar  etməkdən  ibarətdir.  Cəmiyyətlər  fərdlərdən  ibarət  olar. 
Fərdlər isə bir mədə ilə bərabər bir dimağ,  bir qəlb  də  daşırlar. 
Mədənin  ehtiyaclarını təminə nə  qədər möhtac isələr,  dimağ və 
qəlbin  də  ehtiyaclarını  təminə  o  dərəcə  mühtacdırlar”  (94,  s. 
53-54).  Ə.Ağaoğlu  marksizmin  bir  həqiqətə  sanki  göz  yum­
duğu  qənaətinə  gəlir.  Onun  fikrincə,  insanları  maraqlandıran 
mənfəətlər arasında yalnız  maddiyyat deyil,  bir də  mənəviyyat 
və  ruhaniyyat  vardır:  “Bəzən  şərəf,  namus,  heysiyyət  kimi 
mücərrəd  və  mənəvi  qiymətlər bizə  çörək və  su  ehtiyacı  qədər 
iztirab verər və bunların təmini üçün ölümə qədər vararız”  (94, 
s.  54).  Ümumiyyətlə,  marksizmin  mədəniyyəti  üstqurum  hadi­
səsi  hesab  etməsi  məsələsi  bir çox alimlər tərəfindən  müzakirə 
obyektinə  çevrilmişdir  və  fikrimizcə,  hazırda  da  kulturoloji 
fikrin problematik mövzularındandır.
161


Azərbaycan  Xalq  Cümhuriyyətinin  elanı  və  İstiqlal  Bəyan­
naməsinin  qəbulu  zamanı  dövlətin  demokratik  bir  cümhuriyyət 
olacağı  düsturu  Milli  Şuranın  siniflərə  və  ümumən  xalqa  aid 
olan nöqteyi-nəzərini şərh edirdi. Fəqət, bu, yenə həlli  Şərq üçün 
hələ  yetişməmiş  olan  qadın  məsələsinin  nə  surətlə  həll 
ediləcəyini  göstərmirdi.  Halbuki,  dördüncü  maddə  “cins  fərqi 
gözləmədən”  tarixi  ifadəsilə  din  və  sinif  məsələlərindən  daha 
mühüm  və  daha  yeni  bir  məsələ  meydana  atır,  Şərq  aləmində 
daha  böyük  bir  inqilab  etmiş  olur.  Milli  dövlət  ideoloqları  bu 
qərardan  çıxan  mənanı,  bütün  qadınların  kişilərlə  bərabər  haqq 
və səlahiyyətə malik olacaqları tərzdə şərh  edirdilər.  M.B.Məm- 
mədzadə  yazırdı  ki,  “Qadınlar  sair vətəndaşlarla  bərabər vətəni 
və  siyasi  hüquq  kəsb  edirdilər  ki,  bu  hal  bütün  Şərqdə  deyil, 
Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli 
xartiyası  bu  qərar ilə  nə  qədər ülvi,  bəşəri  və  mədəni  qayələrlə 
doymuş olduğunu isbat etməkdədir” (61, s.  142).
Qadınların sosial həyatda və ümumi ictimai fəaliyyətdə fəal 
iştirak  etmələri  və  onların millətin  işgüzar bir üzvü,  məhsuldar 
və fayda verən bir zümrəsi  olmaları  uğrunda ziyalıların hələ bu 
vaxta  qədər də çox təşəbbüsləri  olmuşdu.  Lakin ilk dəfə olaraq 
İstiqlal  Bəyannaməsində  bu  mövzuya  rəsmən  toxunulması 
məsələsi  həmin  dövrün mətbuatında da  müzakirə  edilən  aktual 
mövzulardan idi.  Çünki,  daha öncə bu yolda mübarizə aparmış 
Avropa mütəfəkkirləri  də  qadın  məsələsini  hər bir  şeyin  əsası, 
hətta  cümhuriyyətin  belə  təməli  hesab  edirdilər.  Montöskiye 
deyirdi  ki,  “bir  milləti  təşkil  edən  ailələr  nə  kimi  bir  ictimai 
üsul  ilə  idarə  olunarlarsa,  o  millətin  yaradacağı  dövlət  də,  nə 
adlanırsa  adlansın  eyni  ruh  və  şəkildə  olur”.  Çünki  millət  bir 
çox  ailələrin  məcmusundan  ibarət  böyük  bir  ailədən  başqa bir 
şey  deyildir.  Ailədə  hökmran  olan  qanun-qaydalar  eyni  ilə  o 
millətin  ictimai  həyatına və  xüsusən  siyasətinə  də  hakim  olur. 
Qadınların  oxumaları zərurətini  meydana  qoyan  səbəb  də yenə 
milli  mövcudiyyət  məfkurəsi  idi.  Bu  səbəb  Həsən bəy  Zərdabi 
tərəfindən  başlamış  ümumi  tərəqqi  və  yüksəliş  hərəkatı  ilə
162


bağlı  olub  onun vəcdə gətirdiyi  bir cərəyandır.  M.B.Məmməd- 
zadə bu  hərəkatı  bütün tərəqqi  və yüksəliş  hərəkatının tamam- 
layıcısı  hesab  edərək  yazırdı  ki,  “Qadın  qisminin,  millətin 
tərəqqi  və  yüksəlişindəki  roluna  verilən  əhəmiyyət və  qiyməti 
yüksəlməyə  başlamışdı.  Cavidin,  Sabirin,  Hadinin,  Cavadın, 
Şaiqin  fəaliyyət  qələmləri  bütün  bir  mövzu  ətrafında  idi.  Şeir, 
ədəbiyyat,  mətbuat,  məktəb  və  maarif  bir  tərəfdən;  xalqın 
nəzərini,  fikrini,  məişət tərzini  vahimələr  və  xəyalatına  acı  və 
kəskin zərafətilə qırmanclayaraq milli və vətən  şüurunun oyan­
masına  səy  edən  Mirzə  Fətəlinin  və  onu  təqlid  edən  fədakar 
nəslin  teatr  və  təmsillərdə,  digər tərəfdən,  əfkar ümumiyyənin 
yüksəlməsinə  səbəb  olmuş,  qadın qisminin dərəcəsini ucaltmış, 
ona  mənən  bütün  mədəni  hüquqları  bəxş  etmişdi.  Artıq  “ilk 
məktəb  analar qucağıdır”  etiqadı  ilə  “inandım  ki,  cənnət  cənin 
ayağının altındadır” təranəsi ümumiləşmişdi”  (61,  s.  143-144).
Qadın  problemi  Cümhuriyyət  parlamentinin  də  diqqətdə 
saxladığı  aktual  mövzulardan  idi.  Parlamentin  ikinci  iclasında 
“Hümmət”  fraksiyasından  Şeyxülislamov  qadın hüquqlarından 
bəhs  edərək deyirdi:  “Millətimizin yarısını  təşkil  edən  qadınlar 
qul  sifətindədirlər.  Biz  onlara  insan  surətində  baxmalıyıq. 
Millətin  yarısı  işləyib,  yarısı  işləməsə  o  millət  çolaqdır.  Üzə­
rinə  heç  bir  xeyir  yetirə  bilməz.  Bu  gün  qadınlarımız  gələcək 
övladlarımıza  tərbiyə  verməkdədirlər.  Əgər  onlar  azadə  olma­
salar dövlət və vətənimizi  müdafiə edən azad fikirli  övlad dəxi 
yetirə bilməyib, özləri qul və əsir yaradarlar”  (10,  s.  64-65).
Demokratik müzakirələr və  məqsədyönlü  siyasət nəticəsin­
də  qadınların  məşğulluq  imkanlarının  artması,  biznesə  qoşul­
ması  üçün  Cümhuriyyət  parlamentində  qanun  qəbul  edilir, 
qadınların  daha  çox  məşğul  olduğu  kustar  sənayeni  inkişaf 
etdirmək  və  genişləndirmək  məqsədilə  yerli  sahələrə  kömək 
göstərən  kustar  sənaye  kursları  təşkil  edilir  və  vəsait  ayrılırdı 
(160).  İşsizliyin aradan  qaldırılması və iqtisadiyyatın gücləndi­
rilməsi  məqsədilə  bir  sıra  bölgələrdə  toxuculuq  və  tikiş 
emalatxanası  açılması  barədə  müxtəlif  layihələr  müzakirəyə
163


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə