Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   25   26   27   28   29   30   31   32   33

93 
 
əhəmiyyəti vardı.Belə ki,konfransda qəbul edilmiş qərarlar antifaşist koalisiyasını 
həmişəlik olaraq möhkəmləndirdi. 
                       İkinci dünya müharibəsinin üçüncü mərhələsi 
  
 
     İkinci Cəbhənin açılması 
 1944-cü  il  iyunun  6-da  müttəfiqlər  Şimali-Qərbi  Fransadan-Normandiya- 
dan  hərbi əməliyyata  başladılar.Bununla  Avropada İkinci Cəbhə açıldı.Avqustun 
19-da Fransanın paytaxtı Paris şəhərində alman işğalçılarına qarşı xalq üsyanı baş 
verdi.Paris  əhalisinin  üsyanı  şəhərdə  yerləşən  alman  ordusunun  komandanlığını 
ciddi  təşvişə  saldı.Avqustun  25-də  Parisin  faşist  qoşunlarından  azad  edilməsinə 
şərait  yaratdı.Sentyabrın  4-də  müttəfiqlərin  qoşunu  şərqə  doğru  hərəkət  edərək 
edərək Rur vilayətini  mühasirəyə aldılar.Ancaq,Rur vilayətini ələ keçirmək  müm 
kün olmadı.1944-cü il dekabrın 16-da alman qoşunları Arden altında əks hücuma 
keçdilər.Belə şəraitdə U.Çörçill 1945-ci il yanvarın 6-da Stalinə teleqam göndərdi 
və  Sovet  dövlətinin  başçısından  Visla  əməliyyatını  vaxtından  əvvəl  başlamağı 
xahiş  etdi.Yanvarın  7-də  İ.Stalin  U.Çörçillə  cavab  teleqramı  göndərərək  bildirdi 
ki,yanvarın ikinci yarısından gec olmayaraq alman ordusuna qarşı hərbi əməliyyat 
başlanacaqdır.1945-ci  il  yanvarın  12-də  150  diviziyadan  ibarət  Sovet  ordusu 
alman-faşist ordusuna qarşı hücuma keçdi.Bu,Arden yaxınlığında vəziyyəti tama-  
milə dəyişdirdi və müttəfiqlər yenidən hücumu davam etdirdilər. 
 Krım konfransı.San-Fransisko konfransı.                               
       1945ci il fevralın 4-də Yaltada dövlət başçısının yenidən konfransı keçirildi.                 
Konfransda qərara alındı ki,faşist Almaniyasının darmadağın edilməsinədək birgə 
mübarizə aparılacaqdır.Almaniyanın məğlub edilməsindən sonra SSRİ-nin 20 ml- 
rd
.
dol.həcmində təzminat alacağı müəyyən edildi.
 
Konfransda,həmçinin,  dünyanın  böyük  dövlətlərininYaponiyaya  qarşı  hər-   
bi əməliyyatlarda birgə iştirakına dair razılıq əldə edildi.SSRİ-ni irəli südüyü şərt- 
lər ondan ibarət idi ki,Saxalinin Cənub hissəsi və ona bitişik adalar SSRİ-yə veril- 
məli,Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarından Çin və SSRİ birgə istifadə 
etməlidir.SSRİ-nin bu təklifləri müttəfiqlər tərəfindən bəyənildi. 


94 
 
Bu dövrün beynəlxalq münasibətlərində aparıcı məsələlərdən biri də BMT-
nin  yaradılması  idi.Hələ  təşkilatın  əsaslarına  dair  məsələ  1944-cü  ilin  avqust-
oktyabraylarında  SSRİ,ABŞ,İngiltərə  və  Çin  dövlətləri  tərəfindən  Dumbarton- 
Oksda müzakirə edilmişdi.Ümumiyyətlə,BMT-yə dair problem 1945-ci il aprelin 
25-də  San-Fransisko  konfransında  qəti  olaraq  həllini  tapdı.Qeyd  edək  ki,həmin 
ilin  oktyabrın  24-də  isə  BMT  rəsmin  fəaliyyətə  başladı.Dünyada  ən  böyük  bey- 
nəlxalq təşkilat kimi BMT-nin yaradılmasının çox  mühüm əhəmiyyəti vardı.Belə 
ki,sülh və təhlükəsizliyi qoruyan,əməkdaşlığı rəhbər tutan təşkilat kimi BMT bü- 
tün məsələlərə təsir etmək gücünə malikdir.Onun elan etdiyi prinsiplər dövlətlərin 
suverenliyi,sərhədlərin  pozulmazlığı,bir-birinin  daxili  işlərinə  qarışmamaq  və 
münaqişələri dinc yolla həl etməkdən ibarət idi. 
       
Faşist Almaniyasının darmadağın edilməsi.Potsdam konfransı.
 
 
1945-ci  ilin  yanvarından  etibarən  Sovet  ordusu  Baltik  dənizindən  Karpat 
dağlarınadək faşist Almaniyasına qarşı irimiqyaslı hərbi əməliyyata başlaı.Tezlik- 
lə,  düşmənin  Şərqi  Prussiya  qruplaşması  ləğv  edildi.Kenisberq  Sovet  ordusunun 
əlinə  keçdi.Visla-Oder  əməliyyatının  nəticəsindəVarşava  və  demək  olar  ki,Polşa 
ərazisi  faşist  ordusundan  azad  edildi.Bununla  Berlinə  doğru  yol  açıldı.1945-ci  il 
aprelin  13-də  Sovet  ordusu  Avstriyanın  paytaxtı  Vyananı  alman  ordusundan 
təmizlədi.  Qərb  cəbhəsində  hərbi  əməliyyatları  davam  etdirən  müttəfiq  qoşunlar 
1945-ci  ilin  martında  Ruru  və  bir  sıra  Qərbi  Almaniya  torpaqlarını  faşist  qoşun- 
larından  azad  edə  bildilər.Aprelin  ortalarında  ingilis-amerikan  ordusu  artıq  Ber- 
linin  100  kim-ə  çatmışdı.Aprelin  25-də  Berlin  Sovet  ordusu  tərəfindən  müha- 
sirəyə  alındı.Elba  çayı  yaxınlığında,Torqau  rayonunda  sovet-amerikan  ordusu 
birləşdi.Aprelin  30-da  isə  sovet  döyüşçüləri  Reystaq  üzərinə  qırmızı  bayraq 
sancdılar.Faşizmin  rəhbərləri  Hitler  və Gebbels  intihar etdilər.Mayın 2-də  Berlin 
tamamilə  Sovet  ordusunun  əlinə  keçdi.Mayın  5-də  admiral  Denits  Şimal-Qərbi 
Almaniya,Danimarka  və  Hollandiyada  müqavimətin  dayandırılması  haqqında 
əmr  verdi.1945-ci  il  mayın  8-də  Berlində  Almaniyanın  danışıqsız  təslim  olması 
haqqında  akt  imzalandı.Sovet  ordusu  mayın  9-da  qələbə  paradını  keçirdi  və 
bununla Böyük Vətən Müharibəsi başa çatdı.1945-ci il iyunun 5-də dörd dövlət,o 


95 
 
cümlədən  Sovet  İttifaqı,ABŞ,İngiltərə  və  Fransa  Almaniyada  “İşğal  rejiminin 
yaradılması haqqında bəyannamə” imzaladı. Rejimin Ali rəhbərliyini Nəzarət Şu- 
rası həyata keçirməli idi. 
 
Faşist  Almaniyasının  darmadağın  edilməsindən  sonra  antifaşist  koalisiyası 
ölkələri  müharibədən  sonra  Avropada  sülhün  və  təhlükəsizliyin  təmin  edilməsi 
üçün  1945-ci  il  iyulun  17-dən  avqustun  2-dək  Potsdam  konfransını  keçirdilər. 
Konfransda  tərəflər  razılaşdılar  ki,Almaniyada  milli-sosialist  partiyaları  məhv 
edilməli,bütün  faşist  təşkilatları  buraxılmalı,faşist  caniləri  zərərsizləşdirilməlidir. 
Potsdam  konfransında  Polşanın  Qərb  sərhədlərinə  dair  məsələ  də  həllini  tapdı. 
Həmçinin,Almaniyanın  məğlubiyyətindən  sonra  Yaponiyanın  darmadağın  edil- 
məsi problemi aparıcı məsələlər sırasında idi. 
            İkinci dünya müharibəsinin başa çatması və 
                            müharibənin əsas yekunları 
1945-ci ilin yayında Yaponiyada 270 diviziya vardı ki, həmin diviziyalarda  
yapon qoşunlarının ümumi sayı 4 mln.nəfərə çatırdı.ABŞ rəhbərliyi Yaponiya ilə  
müharibəni  1946-cı  ildə  başa  çatdırmağı  nəzərdə  tuturdu.Lakin,Sovet  İttifaqının 
köməyi  ilə  Yaponiyanın  darmadağın  edilməsi  tezləşə  bilərdi.1945-ci  ilin  avqus 
tunda  Sovet  İttifaqı  Yaponiyaya  müharibə  elan  etdi.Avqustun  6-9-da  isə  ABŞ 
Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdı və zərbələr nəticəsində 450 
min  insan  həlak  oldu.1945-ci  il  sentyabrın  2-də  Yaponiya  təslim  oldu.Cənubi 
Saxalin və Kuril adası Sovet İttifaqına qaytarıldı. 
İkinci  dünya  müharibəsində  61dövlət,dünya  əhalisinin  80%-i  iştirak  etdi. 
Müharibənin  gedişində  60  mln-dan  artıq  insan  həlak  oldu,20  mln-a  yaxın  isə 
yaralandı.Sovet  İttifaqının    ümumi  itkisi  27  mln.nəfər,faşist  Almaniyasının  13 
mln.  nəfər,ABŞ-ın  405  min  nəfər,İngiltərənin  375  min  nəfər,Fransanın  600  min 
nəfər  idi.Bundan  başqa  Polşanın  6  mln.nəfər,Çinin  5  mln.nəfər,Yaponiyanın  2,5 
mln.nəfər,İndoneziyanın 2 mln.nəfər,Yuqoslaviyanın 1,7 mln.nəfər, Filippinin isə 
1mln.nəfər oldu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə