Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

78 
 
Kuba 1918-1939-cu illərdə 
            Kuba Birinci dünya müharibəsinindən sonrakı ilk illərdə 
Kuba Birinci dünya müharibəsinə 1917-ci ilin aprelində daxil oldu,lakin,iri 
miqyaslı hərbi əməliyyatlarda iştirak etmədi.Hələ 1916-cı ilin sonlarında Kubada 
yeni  prezident  seçkiləri  keşirilmişdi.Mühafizəkarlar  Menokalın,liberallar  isə  Al- 
fredo  Sayasın  namizədliyini  müdafiə  etdilər.Seçkilərdə  mühafizəkarların  nüma- 
yəndəsi Menokal prezident seçildi.Bu,1917-ci ilin fevralında liberalların hərəkatı- 
na  səbəb  oldu.Buna  görə  də  ABŞ  öz  ordusunu  Kubaya  yeritdi  və  1922-ci  ilədək 
geri  çağırmadı.ABŞ-ın  Kubada  nüfuzunun  güclənməsi  iqtisadiyyatın  aparıcı 
sahələrinin  milli  burjuaziyanın  əlindən  çıxmasına  səbəb  oldu.Xarici  kapitalın 
üstünlük təşkil etdiyi sahə şəkər qamışı  istehsalı  idi.Çünki,kənd təsərrüfatının bu 
sahəsi böyük kapital əldə etməyə  imkan  verirdi.Kuba  iqtisadiyyatının  ABŞ kapi- 
talından  asılılığı  xalq  kütlələrinin  narazılığına  səbəb  oldu.Tezliklə,ölkədə  ziya- 
lıların  və  fəhlələrin  iştirakı  ilə  böyük etiraz nümayişləri  başlandı.Hərəkat  iştirak- 
çıları demokratik quruluşun yaradılması və universitetlərə özünüidarə hüququnun 
verilməsi  tələbini  irəli  sürdülər.Hökumət  nümayişi  yatırsa  da,ölkədə  islahatların 
keçirilməsinin zəruriliyi açıq-aşkar özünü göstərdi. 
                 Kuba XX yüzilliyin 20-30-cu illərində 
20-ci  illərdə  Kuba  iqtisadiyyatı  ağır  vəziyyətdə  idi.Fəhlə  hərəkatının  güc- 
ləndiyi  bir  şəraitdə  1924-cü  ilin  noyabrında  generalların  və  iri  maliyyə  dairə-
lərinin  nümayəndəsi  Xerardo  Maçado  liberallar  partiyasından  prezident  seçildi. 
Onun hakimiyyəti illərində 3 mindən artıq insan terrora məruz qaldı.Belə şəraitdə 
1925-ci  il- də Kuba Kommunist Partiyası  yaradıldı.1928-ci  ildə Maçado  yenidən 
öz  namizədliyini  irəli  sürdü  vəseçkilərdə  qələbə  qazandı.Prezidentin  səlahiyyət- 
ləri isə 4 ildən 6 ilədək uzadıldı. 
1929-cu  ildə  başlanan  dünya  iqtisadi  böhranı  Kuba  iqtisadiyyatına  ağır 
zərbə  vurdu.Belə  ki,Kuba  ixracatı  3  dəfə  aşağı  düşdü,ölkədə  işsizlər  ordusu  ya- 
randı.Çox  keçmədən  Maçado  rejiminə  qarşı  güclü  hərbi  qarşıdurma  meydana 
gəldi.Kubanın  ABŞ-da  keçmiş  səfiri  Karlos  de  Sespedes  Maçadonun  istefasını 


79 
 
tələb etdi.Digər tərəfdən eyni tələbi ABŞ-ın Latın Amerikası ölkələri üzrə dövlət 
katibinin yeni köməkçisi Semner Uelles də irəli sürdü.Nəhayət,1933-cü il avqus- 
tun  11-də  Kubada  dövlət  çevrilişi  baş  verdi.Maçado  zabitlər  qrupu  tərəfindən 
həbs  edildi.Avqustun  12-də  isə  Maçado  tərəfdarları  ilə  birlikdə  ölkəni  tərk  etdi. 
Karlos  de  Sespedes  müvəqqəti  prezident  seçildi.Lakin,orduda  yeni  prezidentə 
qarşı  müxalifət  formalaşdı.Müxalifətə  Fulxensio  Batista  rəhbərlik  edirdi.1933-cü 
il sentyabrın 5-də serjant dəstələri Batistanın komandanlığı altında  mərkəzi hərbi 
şəhərcik  olan  Kampo  Kolumbiyanı  ələ  keçirdilər.Sespedes  hökuməti  süqut  etdi. 
Havana  Universitetinin  tibb  professoru,keçmiş  Nyu-York  “İnqilabi  Xunta”  sının 
üzvü  Ramon  Qran  San-Martininin  başçılığı  altında  hökumət  formalaşdı.Batista 
respublika silahlı qüvvələrinin “inqilabi komandanı” təyin edildi. 
1934-cü il yanvarın 14-də Batista Qrau San-Martinini istefa verməyə  məcbur 
edir.Həmin  ilin  mayında  Kuba  ABŞ  dövləti  ilə  müqavilə  imzalayaraq  iqtisadi  və 
siyasi  yardım  alır.Bununla  Batista  rejimi  öz  hakimiyyətini  möhkəmləndirir.Ancaq, 
ölkədə yenə də tətillər və nümayişlər davam edir.Hökumət çətinliklə bu çıxışları ya-
tıra  bilir.Buna  baxmayaraq,mövcud  rejim  müəyyən  güzəştlər  edir.1935-ci  ilin  iyu- 
nunda  parlament  rejiminin  formal  bərpa  edilməsi  haqqında  konstitusiya  qanunu 
qəbul  edilir.Prezidentin  səlahiyyət  müddəti  4  il  müəyyən  olunur.1936-cı  ildə  keçi- 
rilmiş  prezident  seçkiləri  sosial  zidiyyətlərin  dərinləşməsinin  qismən  də  olsa  qarşı- 
sını  aldı.Havana  Universiteti  və  məktəblər  yenidən  açıldı.1938-ci  ildə  isə  Kommu- 
nist Partiyasının açıq fəaliyyətinə icazə verildi ki,bununla digər siyasi təşkilatlara da 
tətbiq  edilən  məhdudiyyətlər  aradan  qaldırıldı.İkinci  dünya  müharibəsinin  başlan- 
masına yaxın həyata keçirilən demokratik dəyişikliklər Kubanın regionda nüfuzunu 
əhəmiyyətli dərəcədə artırdı. 
 
 
 
 
Çili 1918-1939-cu illərdə 


80 
 
                Çili Birinci dünya müharibəsindən sonrakı ilk illərdə  
Hələ  1915-ci  ildə  Çilidə  Sanfuentesin  hakimiyyəti  qurulmuşdu.O,Müha- 
fizəkarlar  Partiyasının  nümayəndəsi  kimi  torpaq  aristokratiyasının  və  kilsənin 
hökmranlığını  müdafiə edirdi.Ölkədə polis terroru  güclənmiş,mitinqlər  və  nüma- 
yişlər  geniş  xarakter  almışdı.1920-ci  ildə  yeni  prezident  seçkiləri  keçirilir.Prezi- 
dent vəzifəsi uğrunda iki siyasi partiya-mühafizəkarlar və liberallar mübarizə apa- 
rırdı.Mühafizəkarların  nümayəndəsi  Luis  Barros,liberalların  nümayəndəsi  isə 
Arturo  Alessandri  idi.Seçkilərdə  partiyalardan  heç  biri  qələbə  qazana  bilmədi. 
Buna görə də məsələni Çili Ali Məhkəməsi həll etdi və Alessandri prezident pos- 
tunu  tutdu.Alessandrinin  hakimiyyəti  dövründə  nəinki  xarici  kapitalın  hökmran- 
lığı dayandırıldı, əksinə,onların rolu artırıldı və milli burjuaziyanın mövqeyi zəif- 
lədi.Ölkədə 8 saatlıq iş günü tətbiq edildi,qocalığa və əlilliyə görə pensiya müəy- 
yən olundu.Ancaq, fəhlələr daha geniş tədbirlərin həyata keçirilməsini tələb edir- 
dilər.Buna görə də 1922-ci ilin yanvarında Çili Kommunist Partiyası yaradıldı.  
Çili XX yüzillin 20-30-cu illərində 
   
1924-cü ildə Çilidə kapitalizmin nisbi sabitləşməsi dövrünə daxil olur.ABŞ 
kapitalı  ölkə  iqtisadiyyatında  hökmranlığı  qoruyub  saxlayırdı.Digər  tərəfdən  isə 
siyasi  vəziyyət  ağır  olaraq  qalmaqda  idi.1924-cü  ilin  sentyabrındaölkədə  hərbi 
çevriliş  baş  verdi.Alessandiri  hökuməti  süqut  etdi.Hakimiyyət  general  Altami- 
ranonun əlinə keçdi.1925-ci ilin yanvarında digər zabitlər qrupu Altamirano reji- 
mini  süquta uğratdı və Alessandiri prezident postuna bərpa edildi.Həmin ilin av- 
qustunda konqres yeni konstitusiya qəbil etdi və 1833-cü il konstitusiyası dəyişdi- 
rildi.1925-ci ildə prezident seçkiləri keçirildi.Seçkilərdə Alessandriyə yaxın Emi- 
liano  Fiqeroa  prezident  seçildi.Ölkədə  tədricən  respublika  qanunları  bərpa  olun- 
mağa  başladı.Lakin,1927-ci  ildə  polkovnik  Karlos  İbanes  del  Kampo  dövlət 
çevrilişi etdi.Fiqeroa hakimiyyətdən uzaqlaşdırıldı,konqres buraxıldı və diktatura   
hakimiyyəti möhləndirildi. 
1929-cu  ildə  başlanmış  dünya  iqtisadi  böhranı  Çili  iqtisadiyyatına  ağır 
zərbə  vurdu.1931-ci  ilin  iyununda  başlanmış  nümayişlər  iyulun  26-da  İbanesin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə