Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   25   26   27   28   29   30   31   32   33

84 
 
Hələ 1931-ci ilin sonlarında Yaponiya Şimal-Şərqi Çin əyalətlərini işğal et- 
di.Bu işğal faktına görə Millətlər Cəmiyyəti tərəfindən 5 dövlətdən ibarət komis- 
siya  yaradıldı.İngiltərə,Fransa,Almaniya,İtaliya  və  ABŞ-ın  daxil  olduğu  komis- 
siya ingilis Litton rəhbərlik edirdi.Lakin,komissiya faktlar toplamaq və məsləhət- 
lər  verməklə  məşğul  oldu.1932-ci  il  fevralın  18-də  “Mancuriyanın  müstəqilliyi” 
elan  edildi,mart  ayında  Mançyou-Qo  dövlətinin  yaradılması  bəyan  edildi.Sent- 
yabrda  isə  yapon-mancur  protokolu  imzalandı.Yapon  təcavüzkarlığına  qarşı 
Littonun komissiyasının etirazına baxmayaraq,bu,real nəticələr vermədi. 
      1933-1939-cu illərdə beynəlxalq münasibətlərin inkişaf  
       xüsusiyyətləri və  Versal-Vaşinqton sisteminin böhranı 
1933-cü  ilin  əvvəllərində  Yaponiya  Çinin  yeni  rayonlarını  işğal  etdi.Jexe 
və  Xeybey  əyalətlərinə  doğru  irəlilədikdən  sonra  isə  Yaponiya  Millətlər  Cəmiy- 
yətindən çıxarıldı.  
1933-cü  ildə  Almaniyada  faşizmin  hakimiyyətə  gəlməsi beynəlxalq  müna- 
sibətlərdə  böyük  gərginlik  yaratdı.Həmin  ilin  oktyabrında  faşist  Almaniyası 
Millətlər Cəmiyyətindən çıxarıldı. 
1933-cü ilin noyabrın 16-da ABŞ və SSRİ arasında diplomatik münasibət- 
lər yaradıldı.Həmin ildə Sovet İttifaqı və İspaniya arasında da diplomatik münasi- 
bətlərin əsası qoyuldu.Bu dövrdə silahsızlaşdırmağa dair Cenevrə konfransı keçi- 
rildi.1932-ci il fevralın 2-də başlanan konfransın açılışında 63 dövlət,o cümlədən 
Millətlər  Cəmiyyətinin  54  dövləti,həmçinin,SSRİ,ABŞ,Meksika,Braziliya,Misir, 
Əfqanıstan,Ekvador,Kosta-Rika  və  Türkiyə  iştirak  edirdi.Lakin,konfrans  dövlət- 
lərin militaristləşdirməsinin qarşısını ala bilmədi. 
1934-cü il sentyabrın 15-də Millətlər Cəmiyyətinin 30 üzvü SSRİ-nin Cə-  
miyyətə daxil olmasına razılıq verdi.Sentyabrın 18-də isə SSRİ Millətlər Cəmiy-  
yətinə qəbul olundu.Həmin ildə SSRİ,Çexoslovakiya,Polşa,Finlandiya,Latviya,  
Etoniya  və  Litvadan  ibarət  “Şərq  paktı”  imzalandı.Bir  il  sonra  SSRİ  Fransa  və 
Çexoslovakiya ilə “Qarşılıqlı yardım haqqında” müqavilə imzaladı. 


85 
 
30-cu illərin ortalarında ən böyük təhlükələrdən biri 1935-ci il oktyabrın 3-
də  fasit  İtaliyasının  Efiopiyaya  qarşı  müharibəyə  başlaması  idi.Artıq,1936-cı  ilin 
yayınadək Efiopiya işğal edildi. 
Həmin dövrdə Aralıq dənizi və Qara dəniz hövzələrində yarananziddiyyət- 
lər  Lozanna  konfransının şərtlərinə  yenidən baxmağı tələb etdi.1936-cı  il aprelin 
11-də  boğazlara  dair  yeni  konfransın  çağırılması  barədə  Türkiyə  hökuumətinin 
müraciəti  oldu.Həmin  ilin  iyunun  22-də  Montredə  (İsveçrə)  Türkiyə,SSRİ,İngil- 
tərə,Avstraliya,Fransa,Bolqarıstan,Yunanıstan,Rumıniya,Yuqoslaviya  və  Yaponi- 
ya  nümayəndələrinin  iştirakı  ilə  konfrans  iə  başladı.Konfransın  sonunda  Türki- 
yənin boğazlar üzərində hüquqları tanındı. 
30-cu illərin sonlarına doğru beynəlxal ziddiyyətlər daha da kəskinləşdirdi. 
Bu,xüsusilə,özünü  italyan  və  alman  faşizminin  İspaniyaya  müdaxiləsində,Uzaq 
Şərqdə yapon təcavüzündə,faşist Almaniyasının hərbi-siyasi nüfuzunun möhkəm- 
lənməsində  göstərdi.1938-ci  il  sentyabrın  29-30-da  Münhen  konfransı  çağırıldı 
ki,bu  konfransda  İngiltərəni  baş  nazir  N.Çemberlen,Fransanı  baş  nazir  E.Dalad- 
ye,İtaliyanı”  duçe”  B.Mussolini,Almaniyanı  ”fürer”  A.Hitler  təmsil  edirdi.Kon- 
fransda Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsi haqqında 
qərar  qəbul  edildi.1939-cu  il  martın  15-də  isə  bütün  Çexoslovakiya  ərazisi  işğal 
olundu. 
Bu  dövrdə  ingilis-fransız-sovet  danışıqları  mühüm  əhəmiyyət  daşıyırdı. 
Qeyd edilməlidir ki,Sovet hökuməti 1938-ci ilin  martın 18-də faşist təcavüzünün 
qarşısını  almaq  məqsədilə  SSRİ,İngiltərə,Fransa,Polşa,Rumıniya  və  Türkiyə  nü- 
mayəndələrinin  konfarnsın  çağırmaq  təklifini  irəli  sürdü.Ancaq,aprelin  14-də  İn- 
giltərə  hökuməti  bu  təklifi  rədd  edərək  Sovet  hökumətinə  onunla  Şərqi  Avro- 
panın  qonşu  dövlətlərinə  hücüm  etməyəcəyi  barədə  birtərəfli  qaydada  təminat  
verməyi təklif etdi.Buna cavab olaraq aprelin17-də Sovet dövləti İngiltərə,Fransa 
və  SSRi  arasında  qarşılıqlı  yardım  haqqında  müqavilə  və  hərbi  konvensiya  bağ- 
lanmasını  irəli sürdü.Lakin,İngiltərə  və  Fransa rəhbərliyi Sovet tərəfinin təklifini 
qəbul  etmədi.Buna  görə  də  siyasi  danışıqlar  konkret  nətəcələr  vermədi.Belə  ol- 
duqda  iyulun  23-də  Sovet  hökuməti  hərbi  konvensiya  bağlamaq  məqsədilə  da- 


86 
 
nışıqlara başlamaq təklifi  ilə çıxış edir.Hərbi konvensiyada  Baltik  və  Qara dəniz 
arasında  yerləşən  dövlətlərə  yardım  göstərilməsi  nəzərdə  tutulmuşdu.Ancaq, 
avqustun 11-də İngiltərə və Fransanın Moskvaya gəlmiş ikinci dərəcəli  nüma-  
yəndələri-admiral  Drays,Dumenq  və  digərləri  Sovet  dövlətinin  təklifini  qəbul 
etmədilər.Sövet  rəhbəri  tərəfindən  müqaviləni  imzalamaq  təklifi  verildikdə  ingi- 
lis-fransız  nümayəndələri  müqavilə  imzalamaq  səlahiyyətlərinin  olmadığını  bil- 
dirdilər.Bununla ingilis-fransız-sovet danışıqları dayandırıldı. 
Moskva  danışıqlarının  nətcəsiz  başa  çatmasından  sonra  SSRİ  və  Almaniya 
arasında  yaxınlaşma  başladı.Almaniya  Sovet  dövlətinə  hücum  etməmək  haqqında 
müqavilə  bağlamaq  təklifi  verdi.Bununla  bağlı  A.Hitlerin  məktubu  mühüm  əhə-
miyyət daşıyırdı.Bu təklifə Sovet İttifaqı etiraz etmədi.Çünki,bununla SSRİ özünü 
təklənmədən  xilas  edə  bilərdi.Sovet  tərəfi  ilə  danışıqları  aparmaq  üşün  Almani- 
yanın  xarici  işlər  naziri  Rippentropun  Moskvaya  gəlməsinə  azılıq  verildi.Onunla 
danışıqları    Stalin    və    Molotov  apardı.1939-cu  il  avqustun  23-də  Almaniya  və 
SSRİ  arasıında  10  il  müddətinə  nəzərdə  tutulan  hücum  etməmək  haqqında  müqa- 
vilə imzalandı.Müqavilənin daha  çox  maraq  doğuran tərəfi-onun gizli “ proto-   
kol”  u  idi.Belə  ki,”gizli  protokol”  da  hər  iki  dövlətin  Şərqi  Avropada  maraq  dai- 
rələri  müəyyənləşdirilirdi.Qeyd  edilirdi  ki,Baltikyanı  dövlətlər-Finlandiya,Esto- 
niya,Latviya  və  Litva  izibati-siyasi  dəyişikliyə  uğradıqları  halda,Almaniya  və 
SSRİ-nin  maraq  dairələrinin  sərhədləri  Litvanın  şimalından  keçəcəkdir.Polşa 
dövlətinin  tərkibinə  daxil  olan  ərazilərin  inzibati-siyasi  dəyişikliyi  baş  verərdisə, 
Nareva,Visla  və Sana çayları  SSRi  və  Almaniyanın sərhədləri olacadır.Avropanın 
cənub-şərqində  isə  Sovet  tərəfi  onun  Bessarabiyada  xüsusi  marağının  olduğunu 
bildirirdi.Beləliklə,”gizli  protokol”Almaniyanın  Polşaya  hücumuna  və  İkin-  ci 
dünya müharibəsinin başlanmasına şərait yaratdı.      
                     
 
İkinci dünya müharibəsi  
 İkinci dünya müharibəsinin birinci mərhələsi
 
Faşist         
Almaniyasının Polşaya hücumu və İkinci dünya müharibəsinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə