Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

81 
 
ölkəni  tərk  etməsi  ilə  nəticələndi.Yeni  hökuməti  Xuan  Esteban  Montero  təşkil 
etdi və ölkədə konstitusiya rejimi bərpa olundu.Həmin ilin oktyabrında keçirilmiş 
prezident seçkilərində Xuan Esteban Montero prezident seçildi. 
1932-ci  ilin  iyununda  karlos  Davil  və  Qrovenin  başçılığı  altında  üsyan  baş 
verdi.Prezident Montero və onun nazirləri ölkəni tərk etdilər.Yeni hökuməti Qrove 
təşkil etdi.İyunun 16-da Davil dövlət çevrilişi edərək Qroveni hakimiyyətdən uzaq- 
laşdırdı.Bununla diktatura hakimiyəti quruldu,konstitusiya rejimi ləğv edildi. 
1932-ci  il  sentyabrın13-də  Davil  devrilir  və  Blançe  özünü  diktator  elan 
edir.  Ancaq,Blançe  də  hakimiyyətdən  uzaqlaşdırılır,Abarham  Fiqero  müvəqqəti 
hökumət  təşkil  edir  və  diktatura  hakimiyyəti  süqut  edir.1932-ci  ilin  oktyabrında 
prezident seçkiləri keçirilir.Seçkilərdə Arturo Alessandri qələbə qazanır və prezi- 
dent vəzifəsini icra etməyə başlayır.
            
 
1935-ci  ildə  Çilidə  Xalq  Cəbhəsinin  ilk  hökuməti  yaradılır.1938-ci  ildə 
keçirilmiş prezident seçkilərində Xalq Cəbhəsinin nümayəndəsi Aqippe Serda qa- 
lib  gəldi.O,radikal  və  sosialistlərdən  ibarət  hökumət  təşkil  etdi.Hökumətin  proq- 
ramında  sosial  islahatların  keçirilməsi,demokratik  azadlıqların  verilməsi,xarici 
inhisarların  fəaliyyətinin  məhdudlaşdırılması  və  digər  məsələlər  əksini  tapmışdı. 
Lakin,Xalq  Cəbhəsi  hakimiyyətinin  ilk  günlərindən  mürtəce  qüvvələrin  ciddi 
müqaviməti ilə qarşılaşdı.Buna baxmayaraq,hökumət öz proqramını həyata keçir- 
mək  üçün  açıq  mübarizə  aparmağa  başladı.Bu,tezliklə  real  nəticələr  verdi.  Belə 
ki,A.Serdanın  hakimiyyəti  milli  burjuaziyanın  hökmranlığını  gücləndirdi,vətən- 
daşların  hüquq  və azadlıqlarını  bərpa etdi.Lakin,hökumət  ABŞ  və İngiltərə kapi-
tılına  qarşı  çıxa  bilmədi.Digər  tərəfdən  isə  Aqippe  Serda  və  onun  hökumə  tinin 
dərin sosial-iqtisadi islahatlar keçirmək cəhdləri uğursuz oldu. 
 
 
                  1924-1939-cu illərdə beynəlxalq münasibətlər
 
 Kapitalizmin nisbi sabitləşməsi dövründə beynəlxalq münasibətlər 


82 
 
 
Dünyanın  kapitalist  dövlətlərinin  nisbi  sabitləşməsi  dövrünə  daxil  olması 
beynəlxalq gərginliyi zəiflətmədi.Hələ 1923-cü ilin yanvarında Fransa və Belçika 
qoşunlarının Almaniyanın Rur vilayətinə müdaxiləsi yeni qarşıdurmalar yaratdı. 
 
ABŞ və Böyük Britaniyanın rəhbərliyi bu təcavüzü qəbul etmədi.Buna görə 
də müdaxilə uğursuzluqla başa çatdı.Tezliklə,ABŞ Almaniyaya “Daues planı” adı 
altında yardım planını təsdiq etdi.ABŞ tərəfindən Almaniyaya öncə 800 mln.mar- 
ka, 1928-1929-cu illərdə isə 2,5 mlrd marka verilməsi müəyənləşdirildi.Bu,Alma- 
niya  iqtisadiyyatının  bərpa  edilməsinə  kömək  etdi  və  ölkənin  təcrid  edilmədən 
xilas olmasına təkan verdi. 
 
Nəzərdən  keçirilən  dövrdə  SSRİ-nin  tanınması  istiqamətində  ciddi  addım- 
lar  atıldı.Belə  ki,1924-cü  ildə  Sovet  dövləti  İngiltərə,İtaliya,Avstriya,Norveç, 
Çin,Yunanıstan,İsveç,Danimarka,Meksika  və  Fransa,1925-ci  ildə  isə  Yaponiya 
tərəfindən rəsmən tanındı.Ancaq,ABŞ Sovet dövlətini tanımaqdan imtina etdi.  
20-ci  illərin  ortalarında  Almaniyanın  təcrid  olunmasının  qarşısını  alan 
Lokarno konfransının böyük əhəmiyyəti olmuşdur.Konfrans 1925-ci  il oktyabrın 
5-dən  16-dək  davam  etdi.Lokarno  konfransında  İngiltərə,Fransa,Almaniya,İtali- 
ya,Belçika,Polşa  və  Çexoslovakiya  dövlətlərinin  nümayəndələri  təmsil  olunmuş- 
du.Konfransda  Reyn  təminat  paktı  qəbul  edildi  ki,buna  əsasən  Fransa  və  Alma- 
niya, Almaniya və Belçika sərhədlərinin təhlükəsizliyinə təminat verildi. İngiltərə 
və İtaliya dövlətləri Reyn təminat paktına məsuliyyət daşımalı idi. 
20-ci  illərin  sonlarına  doğru  Uzaq  Şərqdə  gərginliyin  daha  da  gücləndiyi 
bir  dövrdür.1927-ci  ildə  Yaponiyanın  Baş  naziri  Tanaka  gizli  memorandum 
imzaladı.  Memorandumda  göstərilirdi  ki,Mancuriya,Monqolustan,Çin,Hindistan 
və  Sovet  İttifaqının  ərazisi  işğal  edilməlidir.Bu  plan  Yaponiya,ABŞ,İngiltərə  və 
Fransa  arasında  ciddi  qarşıdurma  yaratdı.Tezliklə,Çin,İndoneziya  və  Koreyada 
milli-azadlıq  hərəkatı  başlandı.Eyni  zamanda  1927-ci  il  fevralın  23-də  İngiltərə 
dövləti  Sovet  dövlətinə  nota  göndərərək  Sovet  dövlətindən  antiingilis  təbliğatı 
dayandırmağı tələb etdi  və  həmin  ilin  mayın 27-də onunla diplomatik  münasibət 
ləri kəsdiyini bildirdi. 


83 
 
1927-ci  ilin ən  mühüm  hadisələrindən biri də ABŞ-ın  dövlət  katibi  Kelloq 
və  Fransanın  Xarici  İşlər  Naziri  Aristid  Brian  arasında  “Brian-Kelloq”  paktının 
imzalanması  idi.1928-ci  il  avqustun  27-də  Parisdə  ABŞ,İngiltərə,Fransa,Almani- 
ya,İtaliya,Yaponiya  və  digər  dövlətlərin  iştirakı  ilə  müqavilə  bağlandı.Həmin 
dövlətlər “Brian-Kelloq paktı” müdafiə etdiklərini bəyan etdilər. 
                         Dünya iqtisadi böhranı illərində beynəlxalq   
                                       münasibətlərin xarakteri 
Dünya  iqtisadi  böhranının  baş  verməsi  ABŞ-İngiltərə,  ABŞ-Yaponiya, 
Fransa-İtaliya,İngiltərə-Fransa  və  Almaniyanın  qalib  gəlmiş  dövlətlərlə  ziddiy- 
yətlərini  daha  da  kəskinləşdirdi.Belə  şəraitdə  Yunq  tərəfindən  Almaniyaya  yeni 
yardım planı işlənib hazırlandı.Plana əsasən Almaniyanın ödəcəyi təzminat 113,9 
mlrd.məbləğində  müəyyənləşdirildi.Bu  məbləğ  59  il  müddətində,yəni,1989-cu 
ilədək  ödənilməli  idi.Əslində,”Yunq  planı”  Almaniyanı  mövcud  sosial-iqtisadi 
böhrandan çıxarmağa xidmət edirdi. 
Bu  dövrün beynəlxalq  münasibətlərində  mühüm  hadisələrdən biri-1930-cu 
ilin  fevralında  Roma  papasının  Sovet  İttifaqına  qarşı  Xaç  yürüşünə  çağırışı  idi. 
Həmin ilin  may ayında isə Fransanın Xarici İşlər Naziri Brian SSRİ-siz Pan-Av- 
ropanın  yaradılması  ideyasını  irəli  sürdü.Bununla  Fransanın  hakim  dairələri 
Avropada  hegemonluğa  nail  olmağa  və  Sovet  İttifaqını  təcrid  etməyə  çalışırdı. 
Lakin,  ABŞ,Almaniya,İtaliya  və  İngiltərə  Fransanın  bu  planına  qarşı  çıxdı.Belə- 
liklə,Pan-Avropa planı nəticəsiz qaldı. 
30-cu  illərin  əvvəllərində  Qərb  dövlətlərində  iqtisadi  böhrandan  istifadə 
edən  Sovet  dövləti  özünün  hərbi-iqtisadi  potensialını  möhkəmləndirmək  istiqa- 
mətində  bir  sıra  addımlar  atdı.Belə  ki,1931-ci  ildə  SSRİ  və  Əfqanıstan  arasında 
“Bitərəflik  və  qarşılıqlı  hücum  etməmək  haqqında”  saziş  imzalandı.Bir  il  sonra 
“Sovet-Türkiyə ticarət münasibətlərinə dair” saziş imzalandı.Bundan başqa 1932-
ci  ildə  Sovet  dövləti  ilə  Fransa,Polşa,Latviya,Estoniya  və  Finlandiya  dövlətləri 
arasında “Hücum etməmək haqqında saziş” imzalandı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə