Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   25   26   27   28   29   30   31   32   33

87 
 
                                  başlanması 
 
1939-ci  il  sentyabrın  1-də  Almaniyanın  Polşaya  hücumu  ilə  Ikinci  dünya 
müharibəsi başlandı.Hələ 30-cu illərdə Almaniya ABŞ-dan sonra kapitalizm dün- 
yasında  ikinci  yerə  çıxmışdı.Birinci  dünya  müharibəsindən  sonra  dünyanın  bö- 
lüşdürülməsi  Almaniya,Yaponiya  və  İtaliyanı  təmin etməmşdi.Digər tərəfdən  isə 
Sovet İttifaqının siyasi arenaya çıxması ABŞ başda olmaqla kapitalizm dünyasını 
təşvişə  salmışdı.Artıq,30-cu  illərin  sonunda  iki  imperalist  blok  formalaşmışdı. 
Bunlardan  biri  ingilis-fransız-amerikan,digəri  isə  alman-italiyan-yapon  bloku 
idi.II  blok  dünyanın  bölüşdürülməsinə  daha  ciddi  hazırlaşmışdı.I  blok  isə  SSRİ-
nin  zəifləməsinə  çalışır  və  bununla  imperialist  mübarizəni  daha  uğurla  həyata 
keçirmək istəyirdi.1939-cu il sentyabrın 1-dən 1941-ci il iyunun 22-dək müharibə 
iki kapitalist dövlət qrupu arasında getdi.Hitler Almaniyası Polşa istiqamətinə 53 
diviziya,  2500  tank,  2000  hərbi  təyyarə  yerləşdirmişdi.Sentyabrın  3-də  İngiltərə 
və Fransa Almaniyaya müharibə elan etdi.Ancaq,23 alman diviziyasına qarşı 110 
fransız  və  5  ingilis  dviziyası  çıxarılmasına  baxmayaraq,  aktiv  hərbi  əməliyyatlar 
aparılmadı.Sentyabrın  12-də  ingilis-fransız  hərbi  rəhbərliyi  passiv  müharibə  tak- 
tikası  haqqında  qərar  qəbul  etdi.1939-cu  ilin  sentyabrından  1940-cı  ilin  mayına- 
dək qərb cəbhəsindəki müharibə “Qəribə müharibə” adlanır.1939-ci il sentyabrın 
1-də Almaniyanın Polşaya hücumu ilə Ikinci dünya müharibəsi başlandı.Hələ 30-
cu  illərdə  Almaniya  ABŞ-dan  sonra  kapitalizm  dünyasında  ikinci  yerə  çıxmışdı. 
Birinci  dünya  müharibəsindən  sonra  dünyanın  bölüşdürülməsi  Almaniya,Yapo- 
niya və İtaliyanı təmin etməmşdi.Digər tərəfdən isə Sovet İttifaqının siyasi arena- 
ya çıxması ABŞ başda olmaqla kapitalizm dünyasını təşvişə salmışdı.Artıq,30-cu 
illərin  sonunda  iki  imperalist  blok  formalaşmışdı.  Bunlardan  biri  ingilis-fransız-
amerikan,digəri  isə  alman-italiyan-yapon  bloku  idi.II  blok  dünyanın  bölüşdürül- 
məsinə  daha  ciddi  hazırlaşmışdı.I  blok  isə  SSRİ-nin  zəifləməsinə  çalışır  və  bu-
nunla  imperialist  mübarizəni  daha  uğurla  həyata  keçirmək  istəyirdi.1939-cu  il 
sentyabrın  1-dən  1941-ci  il  iyunun  22-dək  müharibə  iki  kapitalist  dövlət  qrupu 
arasında  getdi.Hitler  Almaniyası Polşa  istiqamətinə 53 diviziya, 2500 tank, 2000 
hərbi təyyarə yerləşdirmişdi.Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya mü- 


88 
 
haribə  elan  etdi.Ancaq,23  alman  diviziyasına  qarşı  110  fransız  və  5  ingilis  divi- 
ziyası  çıxarılmasına  baxmayaraq,  aktiv  hərbi  əməliyyatlar  aparılmadı.Sentyabrın 
12-də  ingilis-fransız  hərbi  rəhbərliyi  passiv  müharibə  taktikası  haqqında  qərar 
qəbul  etdi.1939-cu  ilin  sentyabrından  1940-cı  ilin  mayınadək  qərb  cəbhəsindəki 
müharibə  “Qəribə  müharibə”  adlanır.Həmin  dövrdə  SSRI  üçün  başlıca  təhlükə 
Baltikyanı ölkələr idi. Çünki, faşist Almaniyası həmin dövlətləri öz nəzarəti altına 
alaraq  buradan  SSRİ-yə  qarşı  plasdarm  kimi  istifadə  etməyi  nəzərdə  tuturdu. 
Digər  bir  təhlükə  isə  Filandiya  idi.Hələ  1939-cu  ilin  mayında  Sovet  rəhbərliyi 
Finlandiya  ilə təhlükəsizlik  məsələsinə  dair danışıqlara başlamışdı.Oktyabrın 12-
də  isə  “Qarşılıqlı  yardım  haqqında”  müqavilə  imzalanmışdı.Lakin,  bu  müqavilə 
Finlandiya    tərəfindən  pozuldu.Noyabrın  30-da  Finlandiya  və  Sovet  İttifaqı  ara- 
sında  müharibə  başlandı.Tezliklə,  sovet  ordusu  Finlandiya  ordusuna  ağır  zərbə 
vurdu.Buna görə SSRİ Millətlər Cəmiyətindən  xaric edildi.1940-cı il martın 12-
də Moskvada Sovet-Fin müqaviləsi bağlandı.Şərtə görə SSRİ  ilə Finlandiya ara- 
sında sərhəd Kareliyanın şimalından keçməli idi. Eyni zamanda Xanko yarımada- 
sı  SSRİ-yə  icarəyə  verilirdi.  SSRİ  üçün  təhlükə  törədən  Baltikyanı  dövlətlər  isə 
1940-cı  ilin  avqustunda  SSRİ-nin    tərkibinə  daxil    edildi.Bununla  SSRİ-nin  sər- 
hədyanı  təhlükəsizliyi  təmin  olundu.1940-cı  il  aprelin  9-da  alman  ordusu  Dani- 
marka  və  Norveçə  hücuma  başladı.Danimarka  tenzliklə  təslim  oldu.Norveç  isə 
müqavimət  göstərdi,lakin,çox  keçmədən  təslim  oldu.1940-cı  ilin  mayında  faşist 
rəhbərliyi  Belçika,  Hollandiya  və  Lüksemburqa  hücum  haqqında qərar  verdi.Ey- 
ni  vaxtda  Almaniyanın  Fransaya  hücumu  başladı.Mayın  14-də  Niderland  təslim 
oldu.İngilis-fransız  və  Belçika ordusunun  hissələri  isə Dyunkerk körfəzi  yaxınlı- 
ğında  mühasirəyə  alınsa  da,Almaniya  rəhbərliyi  mühasirəni  sona  kimi  davam 
etdirmədi.Yalnız,Belçika mayın 28-də təslim oldu.İyunun 5-də Almaniyanın Paris 
istiqamətində  hücumu  başlandı.Fransa  rəhbərliyi  Parisdən  Tur  şəhərinə  qaçdı. 
Fransa  ordusunun  komandanı  Veyqan  sülh  danışıqlarına  başladı.İyunun  14-də 
Paris  alman  ordusu  tərəfindən  tutuldu.Fransa  rəhbərliyi  Bordo  şəhərinə  köçdü. 
İyunun 17-də Fransa hökumətinin başçısı Peten Almaniya ilə saziş haqqında danı- 
şıqlara başladı.İyunun 22-də Fransa alçaldıcı müqavilə imzalamağa məcbur oldu. 


89 
 
Fransanın işğal olunmamış hissəsi isə Almaniyadan asılı dövlətə çevrildi.Bundan 
sonra isə İngiltərənin işğalı nəzərdə tutulurdu.  
İngiltərəni  diplomatik  vasitələrlə  ələ  keçirə  bilməyən  Almaniya  Londonu 
və digər ingilis şəhərlərini bombaladı.1940-cı ilin iyulunadək İtaliya ordusu Brita- 
niya Somalisini,Keniyanın bir hissəsini və Sudanı ələ keçirdi.Lakin,1941-ci il ma- 
yın  18-də  İtaliya  ordusu  Efiopiyada  təslim  oldu.1940-cı  il  sentyabrın  27-də 
Almaniya,İtaliya və Yaponiya dövlətləri “Üçlər paktı”nı bağladı.Avropada hökm- 
ranlıq  Almaniya  və  İtaliyaya,  Şərqi  Asiyada  hökmranlıq  isə  Yaponiyaya  keçdi. 
1940-cı  ilin  noyabrında  bu  pakta  Macarıstan,  Rumıniya  və  Slovakiya,1941-ci  il 
martın 1-də Bolqarıstan qoşuldu.Aprellin 17-də isə Yuqoslaviya təslim oldu. 
1940-cı  il  sentyabrın  2-də    ABŞ  və    İngiltərə  arasında  ikitərəfli  müqavilə 
imzalandı.1941-ci  il  martın  11-də  ABŞ-da  “Lend-Liz  haqqında  qanun”  qəbul 
edildi.1941-ci  ilin  yanvar-mart  aylarında  Vaşinqtonda  Almaniyanın  darmadağın 
edilməsi  haqqında  sənəd  imzalandı.1940-cı  il  sentyabrın  23-də  yapon  ordusu 
İndoneziyanın şimal hissəsini ələ keçirdi.  
Tezliklə,ABŞ  rəhbərliyi  Yaponiyanı  Sovet  İttifaqına  yönəltməyə  çalışdı. 
1941-ci  il  mayın  12-də  Yaponiya  höküməti  ABŞ-a  Sakit  okeanda  iki  dövlətin 
hökmranlığına dair saziş layihəsi təqdim etdi. ABŞ rəhbərliyi  üçün Yaponiyanın 
tələbinin  qəbul  edilməz  olmasına  baxmayaraq,1941-ci  il  iyunun  21-də  Yaponi- 
niyanın  təklifinə  müsbət  cavab  verildi.Beləliklə,  SSRİ-yə  hücum  ərəfəsində  bey 
nəlxalq vəziyyət mürəkkəb xarakter daşıyırdı. 
Hitler Almaniyasının  Sovet İttifaqına hücumu. 
        Böyük Vətən Müharibəsinin başlanması. 
  
1941-ci il iyunun 22-də faşist Almaniyası və onun müttəfiqlərinin Sovet İt-  
tifaqına hücumu başlandı. Faşist təcavüzündə məqsəd sosialist dövlətini və Sovet 
xalqını  məhv etmək  idi.Hücum ərəfəsində  Qərbi  Avropanın 290  mln.nəfər əhali- 
nin  yaşadığı  ərazisi  Almaniyanın  tabeliyində  birləşdirilmişdi.Bundan  başqa  al- 
man-faşist ordusunun tərkibində 5 mln. nəfərədək əsgər və zabit vardı ki,bu kon- 
tingent  alman,  italiyan,  rumın,  macar,  fin,  slovak,  ispan  və  fransızlardan  ibarət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə