Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

75 
 
1929-cu  ildə  başlanan  dünya  iqtisadi  böhranı  Braziliya  itisadiyyatına  ağır 
təsir  göstərdi.İnflyasiya  gücləndi,qiymətlər  aşağı  düşdü,ölkədə  açlıq  başlandı. 
Böhranın  davam  etdiyi  şəraitdə-1930-cu  ilin  martında  yeni  prezident  seçkiləri 
keçirildi.Seçkilərdə Riu-Qran- di Du-Sul ştatının qubernatoru Jetuliu Varqas pre- 
zident  seçkilərinə  qatıldı.Varqas  tərəfdarları  660  min  səs  topladıqları  halda,Pres- 
tesi müdafiə edənlər 1 mln-dan yuxarı səs qazana bildilər.Buna görə də Varqas və 
onun  tərəfdarları  1930-cu  ilin  oktyabrın  3-də  üsyan  qaldırdılar.Oktyabrın  23-də 
paytaxtın  piyada  polklarından  biri  üsyançılara  qoşuldu.Oktyabrın  sonlarında 
Vaşinqton  Luis  hökuməti  süqut  etdi.Noyabr  ayında  bütün  hakimiyyət  Varqasa 
verildi.Varqas  hərbi  diktatura  qurdu,1891-ci  il  konstitusiyası  dəyişdirildi.Bütün 
hakimiyyət  prezident  Varqasın  əlində  birləşdirildi.Ştatların  qubernatoru  Varqas 
tərəfindən təyin edildi. Varqasın  hakimiyyəti dövründə  iri ticarət,sənaye  və kənd 
təsərrüfatı  burjuaziyasının  iqtisadi  və  siyasi  həyatda  rolu  gücləndi.Lakin,dikta- 
tura  hakimiyyətinin  güclənməsi  ölkənin  ayrı-ayrı  təbəqələrinin  Varqas  rejiminə 
qarşı  mübarizəsini  gücləndirdi.1932-ci  ilin  iyulunda  San  Paul  ştatnda  Varqas 
rejiminə qarşı hərəkat başlandı. Lakin,qiyamçılar dağıdıldı və təslim oldu.Bunun- 
la belə Varqas müəyyən güzəştlərə getdi və konstitusiya quruluşu formal olaraq  
bərpa edildi. 
1934-cü  iliin  iyulunda  Braziliyada  yeni  konstitusiya  qəbul  olundu.Varqas 
ölkə  prezidenti  seçildi.1934-cü  il  konstitusiyası  8  saatlıq  iş  günü  müəyən  etdi, 
fəhlələrin  kollektiv  müqavilə  bağlamaq  hüququ  saxlanıldı.1935-ci  ilin  martında 
bir  sıra  siyasi  partiyalar,o  cümlədən  sol  liberalların  iştirakı  ilə  Milli-Azadlıq  Al- 
yansı yaradıldı.Tezliklə,Varqas hökuməti Milli-Azadlıq Alyansına qarşı aşıq rep- 
resiyalara  keçdi.Milli-Azadlıq  Alyansının  üzvləri  həbs  edildi.Braziliya  kommu- 
nistlərinin rəhbərlərindən biri olan Luis Karlos Prestes də həbs olundu və 16 il 8 
ay müddətinə azadlıqdan məhrum edildi.1937-ci il noyabrın 10-da Varqas ölkədə 
İtaliya  nümunəsində korporativ dövlət rejimi  yaratdı.Həmin  ilin dekabrında Var- 
qas  bütün  siyasi  partiyaların  buraxılması  haqqında  dekret  imzaladı.1938-ci  ilin 
aprelində milli neft sənayesinin yaradılması haqqında qanun qəbul edildi. 


76 
 
Mövcud  rejim  xarici  siyasətdə  manevrlərə  üstünlük  versə  də,tezliklə  bur- 
jua-demokratik  blokuna  meyl  etməyə  başladı.Bununla  “Antikominterrn  paktı” 
ölkələri  ilə  münasibətlər  kəsildi.Bu,xarici  siyasətin  istiqamətlərini  qəti  olaraq 
müəyyən etdi. 
 
Meksika 1918-1939-cu iilərdə Birinci dünya müharibəsinin 
  
 
 
Meksikanın siyasi və iqtisadi vəziyyəti 
1910-1917-ci illərdə Meksikada baş verən burjua-demokratik inqilabı mül-  
kədar-klerikal dairələrin və xarici kapitalın hökmranlığına cidi zərbə vurdu.1917-
ci il fevralın 5-də Meksikanın yeni konstitusiyası qəbul edildi.Konstitusiyanın 27-
ci  maddəsində  göstərilirdi  ki,torpaq  və  sular  üzərində  hakimiyyət  dövlətə  məx-
susdur. 
123-cü  maddədə  elan  edilirdi  ki,8  saatlıq  iş  günü,əmək  haqqı  minimumu, 
həmkarlar  təşkilatlarında  birləşmək  və  tətil  etmək  hüququ  müəyən  olunur.Ümu- 
miyyətlə,1917-ci  il  konstitusiyası  milli  burjuaziyanın  hakimiyyətini  möhkəmlən- 
dirdi,xarici kapitalın hökmranlığını məhdudlaşdırdı.1920-ci ildə Meksikada prezi- 
dentseçkiləri keçirildi.Seçkilərdə iki nəfər prezidentliyə namizədliyini irəli sürdü. 
Bunlardan biri İqnasio Bonityas,digəri isə Alvero Obreqon idi.Nəhayət,1920-ci il 
iyul  seçkilərində  Obreqon  qələbə  qazandı.Kalyes  Obreqon  hökumətində  Daxili 
İşlər  Naziri  postunu  tutdu,de  la  Uerta  isə  Maliyyə  Naziri  vəzifəsini  icra  etməyə 
başladı.ABŞ  və  İngiltərə  dövlətləri  Obreqon  hökumətini  tanımaqdan  imtina  etdi. 
ABŞ-ın  hakim  dairələri  Meksikada  iqtisadi  və  siyasi  mövqeyini  gücləndirdi.An- 
caq,1923-cü ilin avqustunda ABŞ dövləti Oberqon hökumətini rəsmən tanıdı. 
                     Meksika XX yüzilliyin 20-30-cu illərində  
1924-cü ildə Meksikada yeni prezident seçkiləri keçirilir.Hökumət Plutarko 
Kalyesin namizədliyini irəli sürür.Eyni zamanda Adolfo de la Uerta prezidentliyə 
öz  namizədliyini  verir  ki,onun  latifundistlər,kilsə  və  iri  ticarət-maliyyə  burjuazi- 
yası müdafiə edirdi.Nəticə etibarilə 1924-cü ilin iyununda Meksikanın yeni prezi- 
denti  Plutarko  Kalyes seçildi.Kalyes 1924-cü  ildən 1928-ci  ilədək prezident pos- 


77 
 
tunu  tutdu.O,feodal  qaydalarına  və  kilsə  hakimiyyətinə  qarşı  mübarizə  apardı. 
1926-cı ilin iyulunda Kalyes 1917-ci il konstitusiyasının antiklerikal müddəa-  
larınnın bərpa edilməsi haqqında qərar verdi. 
1928-ci  ildə  Obreqon  yenidən  prezident  vəzifəsinə  seçildi.O,prezident  se- 
çildikdən sonra  katoliklərdən biri tərəfindən öldürüldü.Emilio  Portes Xil  müvəq- 
qəti prezident oldu. 
1929-cu ilin martında general Eskobar və digər generallar Portes Xil höku- 
mətinə qarşı qiyam qaldırdılar.Lakin,güclü xalq mübarizəsi başlandı.Ümumiyyət- 
lə,1928-1934-cü  illərdə  Meksikada  3  prezident  seçildi  ki,bu  prezidentlər  K.Kal- 
yesdən asılılığı saxladılar.Böhran illərində iqtisadiyyatda gerilik açıq şəkildə özü- 
nü göstərdi.İşsizlərin sayı 1mln.nəfərə çatdı. 
Böhran ölkənin daxili vəziyyətinə təsir etməklə yanaşı,beynəlxalq əlaqələr-
də  də  müəyyən  dəyişikliklər  etdi.Belə  ki,ABŞ-ın  regiona  nüfuzu  1930-cu  ildə 
Meksikanın SSRİ ilə diplomatik münasibətləri kəsməsinə səbəb oldu.1931-1933-
cü illərdə isə xarici dövlətlər,xüsusilə,ABŞ ölkədə nüfuzlarını qoruyub saxladılar. 
1934-cü ilin prezident seçkilərində general Lasaro Kardenas qələbə qazan- 
dı.O,1934-1940-cı  illərdə  bu  vəzifədə  qaldı.Kardenas  hökuməti  aqrar  islahatı 
uğurla davam etdirdi.1935-ci  ildən 1940-cı ilədək  latifundistlər  və  xarici kompa- 
niyalar  kəndlilərə  18  mln.ha-dan  artıq  torpaq  payladılar.Ümumiyyətlə,1  mln-dan 
artıq kəndli torpaqla təmin edildi. 
1938-ci ilin martında Milli-İnqilabi Partiya möhkəmləndi.May ayında San-
Luis-Potosi ştatında antihökumət qiyam baş verdi.Qiyama general Sedilio koman- 
danlıq  edirdi.Qiyamçılar  ABŞ  və  İngiltərə  dövlətlərindən  kifayət  qədər  maliyyə 
yardımı  aldılar.Lakin,tezliklə  qiyam  hökumət  qoşunları  tərəfindən  darmadağın 
edildi.Kardenasın  hakimiyyəti  illərində  iqtisadiyyatın  müxtəlif  sahələri,o  cüm   
lədən  yeyinti  sənayesi,tikinti  və  xarici  ticarət  əhəmiyyətli  dərəcədə  inkişaf  etdi. 
İkinci  dünya  müharibəsinin  başlanmasına  yaxın  Kardenasaqrar  islahatları  məh- 
dudlaşdırdı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə