7.
İnformasiya axtarışında kitabxana –
biblioqrafiya biliyinin vacibliyi
İnformasiya axtarışında kitabxana kata-
loqlarının əhəmiyyəti. Ümumilikdə, müxtəlif
axtarış vasitələrinin fərqli və üstün cəhətləri.
Müasir informasiya ehtiyyatlarından daha sə-
mərəli istifadə edilməsində elmi biliklərlə yanaşı,
kitabxana-biblioqrafik biliklərin olması da vacib
şərtdir. Ənənəvi vasitələrlə və müasir elektron
informasiya mənbələrində axtarış aparmaq üçün
informasiya-texnologiyalarından istifadənin zə-
ruriliyi. Biblioqrafın bilik, vərdiş və bacarıq kimi
keyfiyyətləri sənədlərə əsaslanan informasiya
axtarışında əsas amildir. Müasir şəraitdə kitab-
xanaların bütün imkanlarından səmərəli istifadə
etmək üçün tələbatçıların gündən-günə artan və
mürəkkəbləşən informasiya tələbatlarını tam və
dəqiq ödəmək üçün kitabxana əməkdaşları bib-
lioqrafik cəhətdən hazırlıqlı olmalı, yeni çıxan
ədəbiyyatdan xəbərdar olmalı, biblioqrafik məlu-
mat mənbələrindən düzgün istifadə etməyi,
kitabxanaşünaslıq və biblioqrafiya sahəsindəki
yenilikləri bilməli və onları öz işində tətbiq et-
məyi bacarmalıdır.
Müasir dövrdə dünyanın bütün ölkələrində
ixtisaslı kitabxanaçı kadrlar hazırlayan geniş ali
və orta ixtisas məktəbləri şəbəkəsi fəaliyyət
göstərir. Kitabxanaçılıq təhsili gündən-günə
təkmilləşir, onun məzmununda yeni keyfiyyətlər
meydana çıxır. Kitabxana və informasiya işinə
texniki vasitələr geniş daxil olduqca, kitabxana
işinin kompüterləşdirilməsi daha geniş vüsət
aldıqda kadr hazırlığı prosesində də radikal
dəyişikliklər olmalıdır. Elm və texnikanın
sürətli inkişafı, cəmiyyətin idarə edilməsində
informasiyanın geniş vüsət alması, informa-
siyalaşdırılmış cəmiyyətin formalaşdırılması pro-
sesi, biblioqrafda hesablama texnikası və kompü-
terlərlə işləmək bacarığı tələb edir. Məhz bu
amillərə görədir ki, bu gün kitabxana işçilərinin
biblioqrafik təhsilinin təşkilivə öyrədilməsinə
xüsusi diqqət yetirmək lazımdır. Müasir biblio-
qraf cəmiyyətin inkişaf sürəti ilə ayaqlaşmalı,
yeni-yeni elmi fənlərə, xüsusilə biblioqrafik pro-
seslərin kompüterləşdirilməsi məsələlərini öy-
rənməlidir. Bütün bu keyfiyyətlər metodiki
mərkəzlər tərəfindən aparılan qabaqcıl iş təc-
rübəsi, ixtisasartırma, seminar və konfranslar
zamanı nəzərə alınmalıdır.
Kitabxananın qeyri-biblioqrafiya şöbələr-
inin işçiləri eyni bir biblioqrafk hazırlığa malik
deyillər. Onlar müxtəlif tip kitabxanalarda
müxtəlif vəzifələrdə çalışırlar. Bu amillər ma-
hiyyət etibarilə onların biblioqrafik biliklərə olan
tələbatlarına təsir göstərir. Ona görə də xüsusi
kitabxana-biblioqrafiya hazırlığı olmayan kitab-
xanaçıya müxtəlif tip kitablar, onların quruluşu
və vəzifələri, soraq-biblioqrafiya aparatı haqqın-
da ətraflı məlumat vermək lazımdır. Komp-
lektləşdirmə şöbəsinin işçilərinin səmərəli
fəaliyyəti üçün çox vacib olan biblıioqrafik
mənbələrdən istifadə qaydalarını bilməli və
özünün işçi kartotekasını yaratmağı bacarmalıdır.
Oxuculara biblioqrafik biliklərin təbliğinin
səmərəliliyi birbaşa biblioqrafik mədəniyyətdən,
biblioqrafik işin yeniliklərini bilməklərindən və
kitabxananın, ETM orqanlarının informasiya
imkanlarını açıqlamaq bacarığından asılıdır. Hər
bir şəxsin informasiya mədəniyyəti müxtəlif və
fərqlidir. İnformasiya mədəniyyəti müxtəlif
funksional əhəmiyyətə malik komponentlərdən
ibarətdir. İnformasiya mədəniyyəti quruluşuna
bir sıra elementlər daxildir: biblioqrafik axtarış,
yazı mədəniyyəti (sənədin doldurulması), kitab
və oxu mədəniyyəti, intelektual səviyyə, müasir
informasiya texnologiyasından istifadə etmə
mədəniyyəti,
hüquqi
informasiya,
müasir
dünyagörüşü və biblioqrafik mədəniyyət.
Ədəbiyyat
1. Əliyev Z.H.Ümumi biblioqrafiyaşünaslıq:Dərs
vəsati.-BUN.-2001.-144s.
2. Əliyev Z.H. Biblioqrafik informasiya və onun
elmi
mahiyyəti
//Kitabxanaşünaslıq
və
biblioqrafiya.-1998.-№1.-S.17-25.
3. Əliyev Z.H., Məmmədov Ə.M. Biblioqrafik
işin kompüterləşdirilməsinin nəzəri və praktiki
əhəmiyyəti
//
Kitabxanaşünaslıq
və
biblioqrafiya.-1998.-№2.-S.63-69.
4.Библиографическая работа в библиотеке:
организация и методика. М., 1990,256с.
8.Kitabxananın SBA-tı informasiya axtarış
sistemində
Kitabxanaların biblioqrafik fəaliyyət pro-
sesində SBA-nın rolu və əhəmiyyəti haqında hər
şeydən əvvəl tələbələrdə təsəvvür yaratmaq
lazımdır. SBA-nın tərkib hissələri, biblioqrafik
informasiya axtarışında SBA-nın tərkib hissə-
lərinin bu prosesdə iştirakını əsaslandırmaq
lazımdır. SBA-na tərtibinə qoyulan tələblər. Hər
bir kitabxananın SBA-nın müasir informasiya-
texnologiyaları sisteminə əsaslanaraq yenidən
təşkili. Kitabxanaların ənənəvi SBA-nın müasir
informasiya bazalarından fərqli cəhətləri barədə
Dostları ilə paylaş: |