1.
Axtarışın məqsədi- sənədli axtarış, bib-
lioqrafik evristikanın suallarına əsaslanır;
2.
Axtarışın predmeti- mövzu üzrə axtarış,
ancaq biblioqrafik evristikaya görə;
3.
Janr (növ) üzrə- axtarışın növü ancaq
kitabın nəşrinə görə (monoqrafiya, məcmuə,
soraq-məlumat, biblioqrafik vəsait);
4.
Axtarışın metodu- dialektiv - axtarışın
metodları- yəni mövcud axtarış texnikasının
bütün sistemlərindən istifadə;
5.
Xronoloji əhatə - retrospektiv axtarış,
XIX əsrin əvvəllərindən müasir dövrümüzə
qədər;
6.
Coğrafi əhatə - ölkəşünaslıq üzrə axtarış;
7.
İxtira və kəşflər üzrə axtarış – bu seçmə
axtarışdır, yəni ən vacib əsərlərin seçilməsi;
8.
Axtarışın intensivliyi - bir dəfə, yəni
xüsusilə bu iş üçün;
9.
Tələbatçıların kateqoriyaları – xüsusi ax-
tarış (ali məktəb tələbələri) - informasiya
axtarışının belə konkretləşdirilməsi onun
keyfiyyətli istifadəsi üçün şərait yaradır.
Ədəbiyyat
1.
Берков
П.Н.
Библиографическая
информационная
эвристика.-М.:РОУ,1992.-
162с.
2.
Гречхин А.А. Библиографическая
эвристика.-М.:1984.-48с.
3. Библиографический поиск: эволюция и
современность.- СПб.:Профессия,2010.-256с.
5. İnformasiya axtarışının metodları
Biblioqrafik evristikanın metodlar sistemi
haqqında tələbələrə məlumat verərkən hər
şeydən əvvəl informasiya axtarışının davamlı və
seçmə metodunun fərqli cəhətləri barədə bəhs
etmək lazımdır. Biblioqrafik evristikanın dia-
lektika ilə bağlı metodu, biblioqrafik isnadlar
üzrə informasiya axtarışının üstün cəhətləri, sitat
gətirilmiş ədəbiyyat göstəricisinin fərqli cəhətləri
haqqında da məlumat vermək lazımdır. Bib-
lioqrafik isnadlar üzrə axtarış metodunun təcrübi
biblioqrafik fəaliyyətdə rolunun əsaslandırılması.
Psixologiya və fəlsəfə ilə əlaqədar olan bib-
lioqrafik axtarış metodları haqqında. Sənədlərin
nəşr tipinə uyğun olaraq biblioqrafik axtarış
metodunun tipoloji metodu haqqında. Müasir
biblioqrafik axtarışda bu metodlar sisteminin
əhəmiyyəti barədə geniş məlumat vermək
lazımdır.
Müasir dövrdə biblioqrafik evristika
aşağədakı metodlar sisteminə malikdir: Davamlı
(ardıcıl), seçmə, intuisiyaya əsaslanmaqla, tip-
oloji, induksiyaya əsaslanan təfəkkür metodu,
biblioqrafik istinadlar metodu, mücərrədlikdən,
konkretliyə metodu.
İlk iki informasiya axtarışı metodu – da-
vamlı və seçmə daha çox ənənəvidir, onların
həyata keçirilməsində geniş ədəbiyyat təsvir
edilir, hər iki metoda tez-tez biblioqrafik
evristikanın əsas axtarış üsulları da deyilir.
1. Davamlı (ardıcıl) metod – N.Y.Ulyans-
koma görə davamlı metod “biblioqraf qoyulmuş
tapşırığı yerinə yetirmək üçün mövcud mənbələri
və vəsaitləri ardıcıl olaraq izləməlidir. Böyük
əmək və vaxt - bu metodun məqsədə çatmağın
müvəffəqiyyətini təmin edir”. Müasir şəraitdə
bu metod hətta daha dar mövzunun axtarılması
çətindir. Təbii ki, faktoqrafik axtarış üçün də
bu qeyri- realdır, davamlı ədəbiyyat ən böyük
kütləvi oxu tələb edir. Xüsusilə, axtarışın
mövzusuna və vəzifələrinə aid olmayan ədəbiy-
yat mənbələrinin axtarışına vaxt və enerji sərf
etmək heç bir əhəmiyyət kəsb etmir.
2. Seçmə metodu – Seçmə metodu ədəbiy-
yat axtarışının hərtərəfli və real yoludur. Nəzəri
ədəbiyyatda onu bəzən “epnzodik metod” da
adlandırırlar. Ədəbiyyat axtarışının hər iki met-
odu əlaqəsinə (davamlı və seçmə) dialektik
baxmaq lazımdır. Lakin bu metodları axtarılan
mövzunun xarakteri və mövcud mənbənin ( janr
üzrə axtarışın növü), bəzi müəlliflər ilk
mənbədən və ya faktdan istifadə etməməyi
tövsiyə edir, görkəmli elmi fəaliyyətdə, digərləri-
soraq – məlumat biblioqrafik vəsaitinə malik
olanlar, üçüncülər – təyin edilmiş mənbə
N.B.Zdobnova görə bu metod ehtiyyatda olan
kimi, ondan xüsusi olaraq epizodik, həmçinin
məhdud formada sənəd və faktların axtarıl-
masıdır.
3. İntuisiya metodu - İntuisiyaya əsaslan-
maqla ədəbiyyat axtarışı prosesi N.Y.Ulyaninski
təsdiq etmişdir ki, bu axtarış böyük zəhmət,
enerji, mürəkkəb və çətin işdir. Əvvəlki iki
metoddan fərqli olaraq bu metod Biblioqra-
fiyaşünaslığın yeni nailiyyəti hesab olunur və
“dəqiq metod” kimi dəyərləndirilir.
4. Tipoloji metod - bütün nəşr tipləri üzrə
aparılan axtarışda biblioqrafik təsvirlərə əsas-
lanır.
5. İnformasiya axtarışının induktiv metodu
(induksiyaya əsaslanan təfəkkür metodu) - Bu
Dostları ilə paylaş: |