formasında meydana gəlmişdir. Bu siyahılar
kitabxana kataloqlarının ilk formasıdır. Məhz
kitabxana kataloqları biblioqrafik informasiyanın
tarixən ilkin mövcudluq formasıdır. Biblioqrafik
informasiyanın sosial funksiyalarından biri olan
biblioqrafik axtarış biblioqrafik fəaliyyətin ilkin
əsasını təşkil edir.
Ədəbiyyat
1.Əliyev Z.H. Biblioqrafik informasiya və
onun elmi mahiyyəti //Kitabxanaşünaslıq və
biblioqrafiya.-1998.-№1.-S.17-25.
2.Əliyev
Z.H.,
Məmmədov
Ə.M.
Biblioqrafik işin kompüterləşdirilməsinin nəzəri
və praktiki əhəmiyyəti // Kitabxanaşünaslıq və
biblioqrafiya.-1998.-№2.-S.63-69.
3. Xələfov A.A.,Qurbanov A.İ. Kitab-
xanaların
komtüterləşdirilməsinin
əsasları:
Dərslik.-B.,BUN.-2007.-200s.
4.Xələfov A.A., Hüseynova A.S. Elektron
kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı
Universitetinin Xəbərləri (humanitar elmlər
seriyası).- 2004.-№4.-S.288-290.
3.
Biblioqrafik evristikanın nəzəri
məsələləri
Mövzu izah edilərkən qeyd edilməlidir ki,
biblioqrafik fəaliyyət prosesləri olan bib-
lioqrafiyalaşdırmanın və biblioqrafik xidmətin
ilkin əsası biblioqrafik axtarışdır. Ümumi axtarış
anlayışının bir tərkibi hissəsi kimi biblioqrafik
axtarışın fərqli cəhətləri, biblioqrafik axtarışı əks
etdirən
sxem
izah
edilməlidir.
Sənəd-
informasiya axtarışının məntiqi davamı kimi
biblioqrafik axtarışın xüsusiyyətləri, biblioqrafik
axtarış üçün vacib olan anlayışlar olan
pertinentlik, relevantlıq, axtarış əlaməti, axtarış
tərzi, axtarış təlimatı, biblioqrafik axtarışın
dolğunluğu və dəqiqliyi haqqında tələbələrə
ətraflı məlumat vermək lazımdır.
Biblioqrafik fəaliyyət prosesləri olan bib-
lioqrafiyalaşdırmanın və biblioqrafik xidmətin
ilkin əsası biblioqrafik axtarışdır. Biblioqrafik
axtarış müəyyən topluda nəyinsə aşkar edilib,
müəyyənləşdirilməsi məqsədilə aparılan pro-
sesləri nəzərdə tutan ümumi axtarış anlayışının
bir tərkib hissəsidir. Biblioqrafik axtarışdan bəhs
edərkən qoyulan məsələnin düzgün mənim-
sənilməsi üçün zəruri olan bəzi anlayışların
biblioqrafik mənasını müəyyənləşdirmək lazım-
dır. Bunlar pertinentlik, relevantlıq, axtarış əla-
məti, sənədin axtarış tərzi, axtarış təlimatı, bib-
lioqrafik axtarışın dolğunluğu və dəqiqliyi
anlayışlarıdır.
Biblioqrafiyaya görə pertinentlik məlum
biblioqrafik informasiyanın onunla maraqlanan
şəxsin əsl tələbatına uyğun gəlməsi deməkdir.
Relevantlıq ümumi halda əldə edilmiş
sənədlərin sorğuda ifadə olunan tələbata uyğun
gəlməsi deməkdir. Biblioqrafiyada relevantlıq
ikipilləli xarakter almaqla mürəkkəbləşir.
Birinci pillədə bu, sorğu ilə ona cavab olaraq
müəyyən edilən biblioqrafik informasiya arasın-
dakı uyğunluğu bildirir. İkinci pillədə müəyyən-
ləşdirilmiş biblioqrafik informasiya ilə orada
haqqında məlumat verilən sənədlər arasındakı
uyğunluq nəzərdə tutulur.
Biblioqrafik xidmət zamanı axtarış əlaməti
dedikdə sənədin bəzi məzmun və ya formal me-
yarları nəzərdə tutulur və əldə edilən biblioqrafik
informasiya bunlara uyğun gəlməlidir. Sənədin
mövzusu, onun müəllifi, nəşr ili, nəşr forması və
s. bunlara misal ola bilər. Axtarış tərzi və ya
sənədin səciyyələndirilməsi sənədin sorğu ilə
əlaqədar biblioqrafik axtarışı və eyniləşdirilməsi
üçün zəruri olan sənədlərin təsvirini əks etdirən
topludur. Sənədin biblioqrafik təsviri, təsnifat
indeksləri, predmet rubrikaları, həmçinin anno-
tasiya və ya referat bunun üçün səciyyəvi ola
bilər.
Axtarış təlimatı – sorğunun axtarış aparıl-
malı olan biblioqrafik informasiya kütləsinin
məlumat dilində (məsələn, KBT və ya UOT – un
indekslərilə) və ya konkret sənədin tapılması
üçün lazım olar. Formal əlamətlərin (müəllif,
sərlövhə, buraxılış məlumatları və s.) toplusu ilə
ifadə olunan məzmundur.
Biblioqrafik relevantlıq – məzmuna
(mənaya) və formaya görə ola bilər. Birinci hal-
da əldə etdiyimiz biblioqrafik informasiyanın və
orada əks olunan sənədlərin sorğuya mövzu,
ikincidə isə forma etibarı ilə uyğunluğu, yəni
relevantlıqları nəzərdə tutulur. Biblioqrafik ax-
tarışın dolğunluğu - əldə edilmiş relevant
biblioqrafik qeydlərin axtarış aparılan bib-
lioqrafik informasiya toplusunda ehtimal olunan
relevant qeydlərin ümumi sayına nisbəti ilə öl-
çülür. Məsələn, kitabxananın sistemli kataloq-
unda və məqalələrin sistemli kartotekasında
oxucunun maraqlandığı məsələ üzrə 200 sə-
nədin biblioqrafik qeydinin toplandığı ehtimal
edilir, belə olan halda biblioqrafik axtarışın dol-
ğunluğu 150-200 nisbəti ilə ölçülür və bu da 75
faizə bərabər olur.
Dostları ilə paylaş: |