tələbələrə məlumat verərkən SBA-nın kitabxana
fondunun “açarı”, fondun “güzgüsü” olduğu
barədə nəzəri məsələləri izah etmək lazımdır.
Soraq-biblioqrafiya aparatı kitabxanaların
bütün biblioqrqfik fəaliyyətinin zəruri əsası ol-
maqla oxuculara soraq, informasiya xidməti və
tövsiyə biblioqrafiya fəaliyyətini həyata keçir-
məyə imkan verir. Onun köməyi ilə kitabxana-
biblioqrafiya bilikləri təbliğ edilir, kitabxanada
biblioqrafik vəsaitlərin tərtibi üçün lazım olan
ədəbiyyat meydana çıxarılır. Onun tərtibində
qarşıya başlıca məqsəd kitabxana fondunun
məzmununu tam açmaqdan ibarətdir. Daha
doğrusu, o fond üçün açar rolunu oynamalı, eyni
zamanda onun məzmunu müxtəlif aspektlərdən,
tərəflərdən açmalıdır.
SBA-nın başlıca əhəmiyyəti onda kitab-
xana fondunun tam əks olunmasıdır. Getdikcə bu
əhəmiyyətin miqyası genişlənir, belə ki, o
konkret regionun, ərazikitabxanalarının fondunu
əhatə edir. Mərkəzləşdirilmiş kitabxana sistem-
ində əhaliyə kitabxana-biblioqrafiya xidməti
zamanı kitabxana və elmi-texniki məlumat
orqanları fondlarından istifadə ənənəsi inkişaf
etdikcə SBA-nın əlaqələndirici funksiyası daha
aparıcı rol oynayır. SBA-nın birinci hissəsi daha
çox aparatın axtarış funksiyasını, ikinci hissəsi
isə
əlaqələndirici,
ideya-tərbiyəvi
və
istiqamətləndirici-tanışedici funksiyalarını ifadə
edir. Əsas terminlər və şərhlər standartında
(QOST 7.26-84) “Soraq biblioqrafiya aparatı”
ilk dəfə olaraq öz düzgün şərhini tapmışdır.
Orada SBA-nın mahıyyəti belə izah edilir: “Çap
əsərlərinin və digər sənədlərin təbliği və inkişaf
dərəcəsi və kitabxana-biblioqrafiya xidmətinin
həyata keçirilməsi xüsusiyyəti ilə xarakterizə
olunur.” SBA kitabxanada soraq-biblioqrafiya
işinin bazası və əsas aləti hesab olunur.
Arayışların böyük bir qismi aparatın optimal
təşkili zamanı 99%-ni SBA-nın köğməkliyi ilə
yerinə
yetirilir.
Kitabxana-biblioqrafiya
biliklərinin təbliği əsasən SBA vasitəsilə həyata
keçirilir
və
yaxud
oxuculara
məlumat
nəşrlərindən, kataloq və kartotekalardan sərbəst
istifadənin öyrədilməsi məqsədi daşıyan bütün
proseslər də SBA ilə bilavasitə əlaqədardır.
Kitabxana-biblioqrafiya biliklərini mənimsəmiş
oxucular üçün SBA özünəxidmət alətinə çevrilir.
SBA-nın təşkili hər şeydən əvvəl cə-
miyyətin daimi informasiya tələbatının ödənil-
məsi məqsədini daşıyır. Elmi-metodiki cəhətdən
düzgün təşkil olunmuş SBA olmadan yüksək
səviyyəli kitabxana-biblioqrafiya xidmətini hə-
yata keçirmək mümkün deyil. SBA-nın quruluşu
nəzəri ədəbiyyatda təcrübi nöqteyi-nəzərdən
xarakterizə edilir. Qeyd olunur ki, o iki hissədən
ibarətdir:
1. Soraq və biblioqrafik nəşrlər fondu;
2. Kataloq və kartoteka sistemi.
Qeyd etmək lazımdır ki, belə bölgü
aparılması müəyyən üstünlüyə malikdir. O,
əyani surətdə SBA-nın təşkilinin spesifikasını
özündə əks etdirir. SBA-nın bu hissələrindən hər
biri qnunauyğun şəkildə yaranmış və onlar biri
digərini tamamlayır, birlikdə sistem yaradır.
Keçən əsrin 80-ci illərində SBA-nın
tərkib hissəsi nəzəri ədəbiyyatlarda təcrübi
cəhətdən xarakreizə edilərək 3 hissədən ibarət
olduğu qeyd edilirdi:
1. Soraq və biblioqrafik nəşrlər fondu;
2. Kataloq və kartoteka sistemi;
3. Ödənilmiş arayışlar fondu.
1990-cı ildə çapdan çıxmış “Kitabxanada
biblioqrafiya işinin təşkili və metodikası” adlı
dərslikdə isə SBA-nın 2 tərkib hissəsi olduğu
qeyd edilmişdir. Artıq burada ödənilmiş
arayışlar fondu soraq və biblioqrafik nəşrlər
fondunun dördüncü hissəsi kimi verilir.
SBA tədricən biblioqrafın subyektiv
münasibətinin nəticəsi kimi təkmilləşsə də,
son həddə obyektiv forma alır və bir sıra
məzmun xüsusiyyətlərinə malik olur. Onlar-
dan ən başlıcası sistemlilik, ahəgdarlıq, eti-
barlılıq və qənaətcillikdir.
SBA-da sistemlilik hər şeydən əvvəl
onun özündə məlumat-axtarış sistemini olması
ilə izah olunur. SBA-nın düzgün tərtibi
zamanı onun tərkib hissələri bir-birini ta-
mamlayır.
SBA-nın dinamikliyi onun ahəng-
darlığında özünü göstərir. Ahəngdarlıq SBA-
da elə mühüm xüsusiyyəti təmin edir ki,
bunun vasitəsilə orada məlumat axtarışı daha
operativ həyata keçirilir. SBA-nın yenidən
komplektləşdirilməsi, rubrikaların təzələnməsi
üçün kataloq və kartotekaların redaktə
olunması, onun köhnəlmiş məlumatlardan
təmizlənməsi, SBA-dan istifadəni asanlaşdırır
və tezləşdirir. Ahəngdarlıq SBA-nın etibar-
lılığına təminat verir, orada operativ məlumat-
axtarışına imkan yaradır. SBA-nın etibarlılığı
vacib məlumat ehtiyatlarının toplanması və
onun quruluşunun düzgün təşkilində meydana
çıxır.
SBA-nın mürəkkəbləşməsi qanunauyğun
olaraq baş verir. Bəzən kitabxanalarda bütün
kartotekaları birləşdirməyə cəhd edirlər. Lakin
bu məlumat-axtarış sisteminin keyfiyyətini
xeyli aşağı salır. Bu vəziyyətdən çıxmaq
üçün SBA- na “açar” tərtib olunur. “Açar”
Dostları ilə paylaş: |