Biblioqrafik axtarışın dəqiqliyi – relevant
biblioqrafik yazıların sorğuya cavab olaraq
verilən yazıların ümumi sayına nisbəti ilə öl-
çülür. Məsələn, oxucunun sorğusuna cavab
olaraq 100 biblioqrafik yazı müəyyən edilmiş-
dir. Lakin bunlardan əslində 80-i sorğuya
relevant olmuşdur. Deməli, belə halda axtarışın
dəqiqliyi 80:100 nisbətində ölçülür və 80 faiz
təşkil edir.
Ədəbiyyat
1.
Берков
П.Н.
Библиографическая
информационная
эвристика.-М.:РОУ,1992.-
162с.
2. Əliyev Z.H.Ümumi biblioqrafiyaşünaslıq:Dərs
vəsati.-BUN.-2001.-144s.
3.
Гречхин А.А. Библиографическая
эвристика.-М.:1984.-48с.
4. Корщунов О.П. Библиографоведение.-
Общий курс.:Учебник.-М.,1990.-232с.
5. Мотрененко И.Л. Традиционные и
электронные каталоги: дифференцированный
подход// Библиография.- 2001.- №2.-С.59-67.
6. Никитин П.И. Информационно-поисковые
системы.-М., 2002.-76с.
7. Степанов И.К. Библиографический поиск
в Интернете // Библиография.-1998., № 1.
4. İnformasiya axtarışının məqsəd və
növləri
Mövzu izah edilərkən ümumi informasiya
axtarışında biblioqrafik axtarışın yeri və rolu
müəyyənləşməlidir. Biblioqorafik informasiya
axtarışının istiqamətlərindən bəhs edərkən
biblioqrafik informasiyanın xüsusi istiqaməti
olan elmi biblioqrafik axtarışın xüsusiyyətləri
haqqında məlumat verilməlidir. Tarixi mənbə-
şünaslığa dair biblioqrafik axtarış, biblioqrafik
informasiya axtarışının subyektləri, biblioqrafik
mənbələr və faktlar ürə biblioqrafik axtarışın
hissələri, İnformasiya axtarışının məqsədi və
növləri olan biblioqrafik, sənədli və faktoqrafik
ünsürləri haqqında, İnformasiya axtarışı zamanı
mövcud şərtlər haqqında tələbələrə ətraflı məlu-
mat vermək lazımdır.
Məlumdur ki, biblioqrafik fəaliyyət XIX
əsrin ortalarəndan etibarən sürətlə formalaşmağa
başlamışdır. Məhz o dövrdə biblioqrafiyanı
bütün elmləri qızıl açarı adlandırırdılar. Rusiya
milli biblioqrafiyasının yaradıcılarından olan
Anastasiyeviç yazırdı: “Biblioqrafiya ixtiraların
anasıdır və öz növbəsində zəruri məhsuldur.
Bütün elmlərə dair informasiyanı əhatə etməklə,
özü də aldığı reallığı əks etdirir”.
Biblioqrafik axtarış vasitəsilə tarixi və
ədəbi hadisələr haqqında biblioqrafik infor-
masiya əldə olunmasına baxmayaraq, biblio-
qrafiya nəzəriyyəsinə dair inqilaba qədərki
məlumatlar haqqında məlumatlar verilmişdir.
Biblioqrafik informasiyanın xüsusi bir istiqaməti
elmi biblioqrafiyadır. Bu biblioqrafiya ümumi
elmi məqsədləri ilə müəyyən edilmiş fəaliyyət
növüdür. Əlbəttə, sosial inkişafın hər hansı
mərhələsində
tarixi
mənbəşünaslıqla
bağlı
biblioqrafik axtarış həyata keçirilir. İnformasiya
axtarışı prosesində cəmiyyətdə fəaliyyət göstərən
sosial media istehsal və vasitəçi arasında vasitəçi
kimi çıxış edir. Ümumiyyətlə, sosial media
istehsalçı və istifadəçi, habelə bir nəşriyyat,
tədqiqat və təlim institutu, müəllif və oxucu
informasiya axtarışı fəaliyyətinin subyekti kimi
çıxış edir. Cəmiyyətə xidmətdə bu subyekt
xüsusi məlumat mənbələrinə dair ədəbiyyat və
faktlar üzrə bir sıra axtarışı müəyyənləşdirir.
Ümumiyyətlə, bu problemlərin real
axtarışı 3 hissədən ibarətdir:
1.
Mənbə haqqında informasiyanı axtarmaq
və digər mənbələr sistemində öz mənbəyini
yaratmaq.
Biblioqrafik
informasiya
və
biblioqrafik vəsaitlərin axtarışında (məlumat
nəşrləri), xüsusi yaradılmış daha keyfiyyətli
axtarış və informasiyanın istifadəsi üçün (ədəbiy-
yat, kitab);
2.
İnformasiya mənbələrinin (sənədlər və
nəşrlər) axtarışı, hansı ki, həmin mənbə daha
lazımlı, vacib informasiyanı əks etdirir;
3.
Xüsusi halda, ədəbiyyatda, kitablarda əks
etdirilmiş faktiki məlumatların axtarışı, məsələn,
tarixi faktlar və hadisələr, maşın və problemlərin
texniki xarakteristikası, alim və yazıçıların hə-
yat və fəaliyyəti haqqında biblioqrafik məlumat.
İnformasiya axtarışının bu məqsəd və qç
əsas növləri: biblioqrafik, sənədli və
faktoqrafik ünsürlərini müəyyənləşdirir. Bu
növlər bir-biri ilə sıx əlaqədardır. Məsələn,
informasiyanın mənbəyini axtarmaq üçün
(sənəd, yaxud nəşr), həmin sənəd haqqında
məlum
biblioqrafik informasiyanı (faktlar)
bilmək lazımdır. Hansı ki, digər sənədlərdən
fərqli cəhətləri, bu mövzuda digər müəlliflərin
əsərləri, bu ildə bu mövzuda hansı nəşriyyat
tərəfindən çap olunub, bütün bu informasiyalar
bu biblioqrafik axtarış vasitəsilə öz həllini tapır.
Hər şeydən əvvəl, biblioqrafik və sənədli
axtarışı həyata keçirmək lazımdır.
İnformasiya axtarışının 3 növü vardır:
biblioqrafik, sənədli, faktoqrafik.
İnformasiya axtarışı zamanı (nəşrin mövzusu
üzrə ) axtarışın aşağıdakı şərtləri ilə rastlaşırıq:
Dostları ilə paylaş: |