axtarış növü daha çox Dövlət Biblioqrafiya
orqanlarının nəşrlərində və referativ jurnallar
üzrə tətbiq edilir.
6. Biblioqrafik isnadlar üzrə informasiya
axtarışı metodu - İnformasiya axınının artdığı
müasir dövrdə biblioqrafik isnadlar üzrə
informasiya axtarışı metodu genişlənmişdir. Belə
axtarışı asanlaşdırmaq məqsədilə xüsusi növ
olan biblioqrafik vəsait – sitat gətirilmiş
ədəbiyyat göstəricisi nəşr edilir. Biblioqrafik
isnadlar üzrə axtarış metodu təcrübi fəaliyyətlə
məşğul olan hər bir biblioqraf üçün əlverişlidir.
7. Biblioqrafik evristikanın dialektika ilə
birbaşa əlaqəsi olan mücərrədlikdən, konkret-
liyə informasiya axtarış metodu - bu axtarış
metodu müxtəlif növ sənədlərin axtarışı üzrə
müəyyənləşir. Hər bir mənbənin axtarışı ictimai
fəaliyyətin məqsədinə görə aparılır.- Müc-
ərrədliyin rolu, yaxud axtarışın obrazı ancaq
biblioqrafik təsvir (annotasiya, referat), ədəbiy-
yat mənbələri (kitab, məqalə və s.) və
mənbələrin özü iştirak edir. Bütün bunlar mət-
buat aparatının öyrənilməsi yolu ilə mütləq təyin
edilir: nəşriyyat annotasiyası, sərlövhə, ön söz,
son söz və s.
Ədəbiyyat
1.
Берков
П.Н.
Библиографическая
информационная
эвристика.-М.:РОУ,1992.-
162с.
2.
Гречхин А.А. Библиографическая
эвристика.-М.:1984.-48с.
3.
Корщунов
О.П.
Библиогра-
фоведение.Общий курс.:Учебник.-М.,1990.-
232с.
6.
İnformasiya axtarışı prosesinə qoyulan
ümumi tələblər
Mövzu izah edilərkən tələbələrə hər
şeydən əvvəl müasir inkişaf etmiş cəmiyyətin
elm, texnika, istehsalatın müxtəlif istiqamətli
proseslərinin
həllində
informasiya axtarış
sistemləri, sənədlərdə əks olunmuş infor-
masiyanın axtarışında biblioqrafik axtarış
metodları mühüm rol oynadığı qeyd edilməlidir.
Bu proseslərdə avtomatlaşdırılmış vasitələrin
rolu, xüsusilə, informasiya – axtarış sistemlərinin
(İAS) tətbiqi. İnformasiya axtarışının kommu-
nikasiya prosesinin tərkib hissəsi kimi məqsədi,
İnformasiya axtarışında əsas cəhət kimi onun
operativliyi, dolğunluğu, dəqiqliyi haqqında
ətrflı məlumat verilməlidir.
Müasir informasiyalaşdırılmış cəmiyyətdə
elmin, texnikanın inkişafı ilə əlaqədar olaraq
sənəd kütləsi sürətlə artır, mütəxəssislərin infor-
masiya tələbatı dərinləşir. İnfoformasiyanın
sürətli artımı, informasiya axınının mürəkkəb-
ləşməsi, diferensiasiyası və inteqrasiyası ilə əla-
qədar olaraq onun operativ yığılması, işlənməsi,
axtarışı və verilməsi problemləri yaranır. Digər
tərəfdən, elm-texmika-istehsalat elementləri
arasında informasiya əlaqəsi yaratmaq zərurəti
meydana çıxır. Qeyd olunan bu obyektiv
proseslər bir tərəfdən geniş sosioloji və psixoloji
tədqiqatlar aparılmasını, məlumatın təhlilini və
sintezini, digər tərəfdən müasir avtomatlaşdırma
vasitələrinin informasiya fəaliyyətində geniş
tətbiqini tələb edir. Bütün bunlar öz təcrübi
həllini informasiya – axtarış sistemlərinin (İAS)
yaradılmasında tapmışdır.
İnformasiya axtarışı həmişə kommu-
nikasiya prosesinin tərkib hissəsi olmuşdur.
Axtarışın əsas məqsədi hər şeydən əvvəl ilkin
sənədin və ya ona dair məlumatın tapılmasıdır.
İnformasiya axtarış sistemləri (İAS) ənənəvi
texnologiyalardan avtomatlaşdırılmış texno-
logiyalara qədər uzun bir təkamül yolu
keçmişdir. Ümumdünya hörümçəyinin (Word
Wide Web) yaranması bu təkamül yolunu
inqilabi yola çevirmişdir. Bununla da külli miq-
darda sənəd massivləri, müxtəlif formatlı və
məzmunlu əsərlər dünyəvi, coğrafi, xronoloji və
dil əhatəsində bütün insanların istifadə obyektinə
çevrilmişdir. Onların çox hissəsi artıq kitab-
xanalara toplanmır, nəzarət edilmir və vahid
texnoloji sxem əsasında emal olunmur. Buna
görə də informasiya axtarışının yeni texnoloji
mexanizmini işləmək və istifasdəçi üçün daha
əlverişli sistemlər yaratmaq bütün müasir
informasiya sferası üçün aktuallıq kəsb edir.
Ədəbiyyat
1. Əliyev Z.H. Biblioqrafik informasiya və onun
elmi
mahiyyəti
//Kitabxanaşünaslıq
və
biblioqrafiya.-1998.-№1.-S.17-25.
2. Əliyev Z.H., Məmmədov Ə.M. Biblioqrafik
işin kompüterləşdirilməsinin nəzəri və praktiki
əhəmiyyəti
//
Kitabxanaşünaslıq
və
biblioqrafiya.-1998;№2S.63-69.
3. Xələfov A.A.,Qurbanov A.İ. Kitabxanaların
komtüterləşdirilməsininəsasları. Dərslik.-
B.,BUN.-2007.-200s.
Dostları ilə paylaş: |